Böyük-Vedi kəndlilərinə qarşı döyüşdə artileriya və piyada
alay hissələri iştirak edirdilər. Axşam erməni hərbi hissələri
geri çəkilməyə məcbur oldular.
Buna görə də Diplomatik nümayəndə Bekzadyanın böyük-
vedililərin naməlum mənbədən pulemyot ilə silahlandıqları
haqdakı bəyanatına cavab olaraq deyə bilərəm ki, onlar nəinki
pulemyot, hətta dəftərxananı da qoymuşdular.
Böyük-vedililərin nə üçün Ermənistan ilə mübarizə apar
maq qərarına gəldikləri sualına cavab olaraq 300-dən çox
məhv edilmiş kəndi, 20 mindən çox öldürülmüş kişi, qadın və
uşağı qeyd ediblər, bu baş verənlər və onların nümayəndələ
rinin öldürülməsi böyük-vedililəri onsuz da məhv edilmiş kənd
və qətlə yetirilənlərin taleyini böləcəklərinə əmin etmişdir.
Böyük-vedililərin fikirlərinin yanlış olduğu haqda mübaisə
etmək olar, hansı ki, onlardan asılı olmayan səbəblərdən irəli
gəlmişdir, bunu Ermənistan hökumətinin əsaslarını sarsıtmaq
cəhdi kimi dəyərləndirmək olmaz.
Ermənistanda müsəlman vətəndaşlarına qarşı törədilən
zorakılıqlar və qətllər bütün müsəlman kəndlərini böyük-
vedililərin fikrini dəstəkləməyə və Ermənistandan başqa
istənilən dövlətə birləşməyə hazır olduqlarını, yaxud da sülh
konfıransı bitənə kimi onların üzərində istənilən bir hökumət
qurmağa razılıqlarını bildirirlər.
Mənə hər gün müsəlmanlar tərəfindən qətllər, milis paltarı ge
yinmiş ermənüərin gecə hücumları, İrəvan şəhəri küçələrində
Zəngibasar, Vedibasar, Kərnibasar və digər rayonlarda baş verən
qarətlər haqda şifahi və yazılı şikayətlər gəlir. Ermənilər müsəl
manların ağacların kəsir, onların bağ və bostanların tuturlar.
Böyük-Vedidə baş verən döyüşlərdən sonra bir ay müd
dətində bir sıra kəndlərin qaçmış sakinləri ermənilərin onların
məhsulun necə apardıqlarına və hansısa səbəbə görə apara
bilmədikləri məhsulu yandırmaqlarına gözlərində yaş ilə
baxırdılar, hansı ki Şıxlar kəndində baş vermişdi.
Əzgibir, Mankus, Milli Dərəsi və başqa kəndlərin sakinləri
şikayət edirlər ki, Ermənistan hökuməti onları xəyanətkarlar
kimi kəndlərdən qovur. Digər kəndlərin sakinlərinə uzun müd
dətli xahişlərdən sonra evlərinə qayıtmağa icazə verilib. Qa
41
yıdan müsəlmanları ermənilər qarət edib qətlə yetirməyə
başladılar və onlar qalan cüzi əmlaklarını atıb qaçırdılar. İndi
bu bədbəxt müsəlmanlar məndən onları Azərbaycana
köçürərək ölümdən xilas etməyi xahiş edirlər.
Bir çox müsəlman kəndlərinin torpaqlarını Ermənistan hö
kuməti ermənilərə icarəyə verib. Bu torpaqlar içində Ermə
nistan Parlamentinin müsəlman üzvünün torpaqları da var.
Düzdür, indi Ermənistan hökuməti bu müqavilələri ləğv edib,
amma bundan torpaq sahiblərinin vəziyyəti yaxşılaşmadı,
çünki bir çox hallarda icarədar torpağı qaytarmadı. Məndə
müsəlmanların Ermənistandakı vəziyyətini sübut edən bir çox
yazılı şikayətnamələr var.
Cənab Diplomatik Nümayəndə Bekzadyan Azərbaycan Res
publikası Xarici İşlər Nazirini əmin etdi ki, Ermənistan Res
publikasının ağ və qara dərili vətəndaşları yoxdur, Ermənistan
hökuməti hətta tatarlara qarət etmək məqsədi ilə hücum edən iki
erməni əsgərini cəzalandırmaqdan belə çəkinmədi. Mən bilirəm
ki, Ermənistan hökuməti ölüm haqda qərar qəbul etməyib.
Diplomatik Nümayəndə cənab Bekzadyan bu hadisənin Er
mənistan vətəndaşları ilə baş verdiyinə görə Azərbaycanın bu işə
qarışmağa heç bir haqqı olmadığını və Azərbaycan Xarici İşlər
Nazirinin etirazının anlaşılmazlıq nəticəsi olduğunu bildir
məzdən əvvəl Böyük-Vedi və ətraf rayonlarda hakimiyyətin heç
olmasa kölgəsini yaratsınlar. Amma əgər Ermənistan Res
publikası heç vaxt öz hakimiyyətini Böyük-Vedidə yaymayıbsa,
onda Ermənistan respublikası hökumətinin böyük-vedililəri
Ermənistana xəyanət etmiş kənd kimi cəzalandırmaq üçün dəstə
göndərməsini dövlət tədbiri kimi qiymətləndirmək olmaz.
Əksinə hadisələrin gedişi göstərir ki, bu sadəcə silah gücünə bu
ərazini Ermənistanın tərkibinə qatmaq üçün bir akt idi.
Əgər Ermənistan hökuməti müsəlmanlar və ermənilər ara
sında dostluq əlaqələri yaratmaq, Ermənistanda müsəlmanlar
üçün hüquqi vəziyyət yaratmaq istəyirsə onda mənim göstər
diyim müsəlmanlar üzərində törədilən bütün zorakılıq
hallarını araşdırmaq üçün müttəfiq dövlətlərdən ibarət bitərəf
komissiya yaratsın və günahkarları cəzalandırsın.
Əlahəzrətlər, Sizə olan dərin hörmətimi qəbul edin.
42
Ermənistan respublikası hökum ətində A zərbaycan Respub
likası D iplom atik Nümayəndəsi M. Xan T əkinski - /'imza/"J
6 avqust 1919-cu il tarixdə isə Ermənistan Respublikası X a
rici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinə belə bir cavab məktubu gəlir: "Sizin Diplo
matik Nümayəndəniz Xan Təkinski bizim diplomatik nüma
yəndəmiz Bekzadyanm 31 iyul tarixində baş verən Böyük-Vedi
hadisələri haqda verdiyi izahatına cavab olaraq mənə bəyanat
göndərib, amma bu bəyanatın sizin dövlət tərəfindən, yoxsa özü
tərəfindən təqdim olunması bilinmir. Bu bəyanatda qeyd olunan
məlumatlar həqiqətə uyğun olmadığına görə öz ümə borc
bilirəm ki, Azərbaycandakı Diplomatik Nümayəndəmizin əli ilə
Sizin hökumətə öz cavabımı təqdim edim.
Mənə elə gəlir ki, əgər cənab Təkinski təqdim etdiyi bəya-
natdakı məlumatları daha dəqiqliklə yoxlasaydı bu bəyanatı
göndərməyin mənası qalmazdı.
Ermənistan hökuməti öz rəsmi məlumatında Böyük-Vedidə
baş verənlər haqda geniş izahat vermişdi. Mən ancaq onu deyə
bilərəm ki, cənab Təkinskinin Ermənistan hərbi hissələri tərəfin
dən Böyük-Vedi nümayəndələri Zeynalabdin Şıxəli oğlu və Nəs-
rulla bəy Bəşir oğlunun qətlə yetirilməsi, hansı ki, sakinlərin atəş
açmasına təkan olmuşdur, həqiqətə uyğun deyil. Hər iki nüma
yəndə nəinki öldürülməyib, hətta indiyə kimi Qəmərlidədirlər,
böyük-vedililərin erməni hərbi hissələrinə açdıqları gözlənilməz
atəşdən sonra Ermənistan hökuməti onları ora keçirib.
Təkinskinin Böyük-Vedinin Ermənistan hökumətinin oldu
ğunu deməzdən əvvəl orada hakimiyyətin heç olmazsa kölgəsini
yaratmaq haqda dediklərinə gəldikdə isə onu deyim ki, bu ərazi
İngiltərə komandanlığı ilə razılaşmaya əsasən Ermənistan hö
kumətinə verilib və əhali bu haqda məlumatlandırılıb. Ermənis
tan vətəndaşı olmaq istəməyən şəxslər isə vaxtında onun sər
hədlərini tərk etməli idilər. Əgər Ermənistan hökuməti indiyə
qədər böyük-vedililərə qarşı heç bir qəti tədbir görməyibsə bu
hökumətin məsələni sülh yolu ilə həll etmək istəyini bir daha sü
but edir. Ancaq böyük-vedililərin açıq qiyamı və onların Ermə- 1
1. Nax. MRDA. f.314. siy.5a. iş.74. vər. 215-220.
43
Dostları ilə paylaş: |