müəllifin Hindistandan Mərakeşə, Qırmızı dənizdən Xəzər də* nizinə
qədər, demək olar, bütün ölkələrə etdiyi səyahəti zamanı şəxsi
müşahidə və sorğu-sualları əsasında yazılmışdır. Bu əsərlər Abbasilər
xilafətinin mədəni həyatı haqqında ən yaxşı hesabatdır. Bunlarda hər
bir Ölkə, vilayət, şəhər və xalqın tarix və coğrafiyası haqqında
məlumat verilir. Əl-Məsudinin əsl ensiklopediya təşkil edən bu
əsərləri ət-Təbərinin salnaməsindən sonra Azərbaycanın IX əsrdən
sonrakı tarixinə dair çox mühüm mənbələrdir.
Səlcuq sultanlarından Alp Arslan və Məlik şahın vəziri Ni-
zamül-Mülkün "Siyasətnamə” adlı siyasi traktatından®^ "bidətçilər"
və xalq üsyanları haqqındakı fəsillər xüsusilə əhəmiyyətlidir: həmin
fəsillər Babək və xürrəmilər haqqındakı materialı tamamlamaqla
bərabər, xürrəmilərin üsyanı və bu üsyanın Xilafətin digər
vilayətlərinə yayılması ilə bağlı əlavə məlumat verir.
Əbü-l-Fərəc Məhəmməd ibn İshaq ən-Nədiminin (995-ci ildə
vəfat etmişdir) "əl-Fihrist"®® əsərində xürrəmilər hərəkatının
meydana gəlməsi, Cavidan və Babəkin gənclik illəri haqqında
material vardır. Müəllif bu əsəri 987/8-ci ildə yazmağa başlamış və
XI əsrin əvvəllərində bitirmişdir. İbn ən-Nədimin nə məqsədlə bu
əsəri yazması onun öz müqəddiməsindən aydın görünür: "Bu —
bütün ərəb və qeyri-ərəb xalqların ərəb dilində və hürufatında,
müxtəlif elmlərə dair yazılmış kitabların siyahısı, həmin kitabların
tərtibçiləri haqqında, müəlliflərinin mənşə, təvəllüd və vəfat tarixi
göstərilməklə dərəcələri haqqında, ölkələrinin yeri, məziyyət və
nöqsanları haqqında, açılmış hər bir elmin meydana gəldiyi andan
zəmanəmizədək, yəni 377-ci hicri ilinədək olan məlumatlardır".®’^
V.V.Bartold yazır ki, İbn ən-Nədimİn əsəri "islamın ilk dörd
əsrinin ədəbiyyat və elmi haqqında əsas məlumat mənbəyi kimi daim
qalacaqdır".®®
Qeyd etməliyik ki, Babək və xürrəmilərin mənşəyi haqqında
məlumat yalnız İbn ən-Nədimin əsərində hifz olunub qalmışdır; belə
ki, ən-Nədimin məlumatlandığı Vaqid ibn Əmr ət-Təmiminin
"Babəkin tarixi" əsəri bizə gəlib çatmamışdır.
Təsviri xarakter daşıyan və bizə gəlib çatan "Kitəb əl-mə- səlik
və-l-məməlik" ("Yollar və dövlətlər haqqında kitab") kimi coğrafi
əsərin müəllifi Əbü-l-Qasim Übəydullah ibn Abdullah ibn Xordadbeh
(912—13-cü ildə vəfat etmişdir) olmuşdur.®® Xəlifə əl-MÖtəsİm
dövründə Cibəl əyalətinin poçt rəisi vəzifəsini tutan"’® İbn
Xordadbeh o zamanın, demək olar, bü-
22
tün yazılı mənbələrinə bələd olmuş, onlardan istifadə etmiş-
dir. Əl-Müqəddəsi göstərir ki, İbn Xordadbeh "xəlifənin vəziri
olub, Əmiriilmöminin kitabxanasında saxlanılan elmi sərvət-
lərdən tam istifadə etmək hüququna malik idi".^*
"Yollar və dövlətlər haqqında kitab" Zaqafqaziya ölkələri-
nin, xüsusilə də Azərbaycanın tarixini və tarixi coğrafiyasını
öyrənmək üçün çox mühüm bir mənbədir. Yaşayış məntəqələri
arasındakı məsafələri göstərən müfəssəl yol marşrutları, şə-
hərlər, iqtisadiyyat, kənd təsərrüfatına dair müxtəlif məlu-
matlar, hər cür coğrafi məlumat, Azərbaycanın inzibati bölgü-
sü, vergilər və i.a. haqqında olan məlumat — İbn Xordadbeh
əsərini ərəb coğrafi ədəbiyyatı arasında ön sıralardan birinə
çıxarır, belə ki, orta əsrlər Xilafət tarixini tədqiq edən onsuz
keçinə bilməz.
Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Fərnan əl-İstəxri
(təqribən 951—52-ci il)'^ 930—933-cü illərdə özünün "Kitəb
məsəlik əl-məməlik" ("Dövlətlərin yolları haqqında kitab")
əsərini tərtib edərkən Əbu Zeyd ibn Səhl əl-Bəlxinin
(850—934-cü illər) "Süvar əl-əqalim" ("İqlimlərin təsviri")
əsərindən coğrafi xəritələr atlasını izahları ilə birlikdə işləyib
düzəltmiş və demək olar, bütünlüklə öz əsərinə daxil etmişdir.
Əl-İstəxri Azərbaycan və Arranın sərhədləri, şəhərləri, marş-
rutları, məsafələri haqqında ətraflı məlumat verir, Xəzər də-
nizini təsvir edir.
Əl-İstəxrinin əsərini onun xahişi ilə 951-ci ildə müasiri
Əbü-l-Qasim ibn Hövqəl yenidən işləyib tamamlamışdır. İbn
Hövqəl yazır ki, "Kitəb əl-məsəlik və-l-məməlik", yaxud "Ki-
təb surət əl-ard" əsərini tərtib edərkən "ibn Xordadbehin,
əl-Ceyhaninin kitablarından, Əbu-l-Fərəc Kudama ibn Cəfərin
yaddaş kitabından ayrılmırdım. Mən Əbu İshaq əl-Farisi (əl-İs-
təxri) ilə görüşdüm. Mən Azərbaycanı bu səhifədə olduğu kimi
təsvir etdim, o, bunu bəyəndi, əl-Cəzirə isə daha çox xoşuna
gəldi. O (əl-İstəxri), mənə dedi:"Səndən xahiş edirəm, kitabı-
mın səhv olan yerlərini düzəldəsən". Mən həmin kitabda onun
müəllifi olduğu bir neçə xəritəni düzəltdim, amma sonra qəra-
ra gəldim ki, əsərin səhvlərini düzəldim və ona xəritələr daxil
edib şərhlər verərək ayrıca kitab kimi tərtib edim. Əbu-l-Fərə-
cin yaddaş kitabı, ümumiyyətlə, doğru və hər cəhətdən dürüst
olsa da, mən ona riayət etməməyi qət etdim. Bu kitabımda
mənə onun həkimanə sözlərini vermək lazım idi, lakin özümün
yox, bir başqasının zəhmət çəkib hazırladığı bir şeydən artıq
dərəcədə istifadə etməyi özümə layiq bilmədim’
74
23
İbn Hövqəlin kitabında Azərbaycan və Arranın maraqlı coğrafi
təsviri (dağları, çayları və iqlimi) verilir; habelə əkinçilik və
suvarmanın vəziyyəti, torpağın münbitliyi, bağ, otlaq, faydalı
qazıntıları, ixrac və idxal malları, yolları, bazar, rabat və
karvansaraları, sikkə, vergi və rüsumları və s. haqda da danışılır.
İbn Hövqəl əhalinin məişəti: yeməyi, geyimi, qonaqpərvərliyi,
adamların xarakteri, Azərbaycanın şəhər və kəndləri haqqında da
geniş məlumat verir. Əl-lstəxri kimi, İbn Hövqəl də Azərbaycan və
Arranın və onların sərhədlərinin müfəssəl təsvirini, paytaxtlar və
digər şəhərlər haqqında tarixi-coğrafi məlumat verir. "Mən
Azərbaycanın, onun dağlarını, yollarını, Araz və Kür kimi şirin
sulu çaylarını Xilat və Kabuzən göllərinin təsvirinə qədər
göstərərək, xəritəsini verirəm. Bu iki gölün isə heç bir dənizlə
əlaqəsi yoxdur".
Gördüyümüz kimi, İbn Hövqəlin Azərbaycan haqqında verdiyi
məlumat çox müfəssəl və dürüstdür; bu məlumata etibar etmək
olar. Buna görə də iqtisadi məsələlərin tədqiqində İbn Hövqəl və
əl-İstəxrinin əsərləri həmişə başlıca mənbə olacaqdır.
Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn Əhməd ibn Əbu
Bəkr əl-Müqəddəsi (946/47-1000-ci illər)^® özünün "Əhsən
ət-təqasim fi mərifət əl-əqalim” ("İqlimləri dərk etmək üçün ən
yaxşı bölgü") əsərində el-İstəxri və İbn Hövqəlin materiallarına
əlavə olaraq Azərbaycan tarixinə dair bir çox qiymətli məlumatlar
verir.
İ.Y.Kraçkovskinin fikrincə, əl-Müqəddəsi "dərin düşüncə və
metodik işi ilə fərqlənirƏl-Müqəddəsi oxucuya müraciətlə yazır:
"Bil ki, mən bu kitabı möhkəm bünövrə üzərində qurub, ona
davamlı dayaqlar vermişəm. İmkanım daxilində mən həqiqəti
yazmağa çalışmış, ağıllı adamların anlaqında kömək axtarmış və
Allahdan, onun adı uca olsun, məni səhv və xətadan saxlamağını,
ümid və mərama çatdırmağını diləyib istəmişəm. Bu kitabın şah
dayağı və ən sanballı əsası mənim görüb dərk etdiklərim və öyrənib
yazdıqlarımdır".^®
Əl-Müqəddəsidə rustak və şəhərlərin sayı haqqında məlumata
rast gəlirik ki, başqa coğrafiyaşünasların əsərlərində belə məlumat
yoxdur. Əl-Müqəddəsi Azərbaycanı təsvir edərkən şəhərlərin
topoqrafiyası, salınma tarixi, əhalisi, dili, dini, mədəniyyəti,
məişəti, adətləri, sənətkarlığı, ixracat və idxalat malları, suvarma,
kənd təsərrüfatı bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər və
nəhayət, yol marşrutları haqqında məlumat verir. Beləliklə, X əsr
ərəb coğrafiyaşünashğının klassik
24
Dostları ilə paylaş: |