8
ildə isə seminariyanın Azərbaycan şöbəsi Firudin bəy
Köçərlinin rəhbərliyi ilə Qazaxa köçürülmüşdür.
Seminariyanın Nəriman Nərimanov, Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə, Məmmədəli
Sidqi Səfərov, S.S.Axundov, Firudin bəy Köçərli, Rəşid bəy
Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə,
Səfərəlibəy Vəlibəyov, Soltan Məcid Qənizadə
,
Bədəl bəy
Bədəlbəyli, Mirzə Əliməmməd Xəlilov, Xəlil Hacılarov
Ələkbər Qərib, Əli Səbri Qasımov,
Şıxlınskilər, Minasazov
qardaşları kimi məzunları olmuşdur ki, onlar bütün
həyatlarını xalqın maarif və mədəniyyətinin inkişafına həsr
etmişlər. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Bu
təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla
adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”.
- 1881-ci ildə isə İrəvan şəhərində İrəvan Müəllimlər
Seminariyası açılmışdır. 37 il fəaliyyət göstərən bu təhsil
ocağı 1918-ci ilin 6 avqustunda Uluxanlı məktəbi ilə eyni
vaxtda bağlanmışdır. Bu seminariyanın ilk açılış zamanı 69
şagirdi olmuşdur.
1881-ci ildə yaranan və 34 il davam edən İrəvan
Müəllimlər Seminariyasının ilk müəllimlərindən biri Firudin
Bəy Köçərli olmuşdur ki, o burada 10 il dərs demiş, mədəni-
maarif işləri aparmışdır. Seminariyanın 1885-ci ildə ilk
buraxılışı olmuşdur. Məzunlar içərisində 25 nəfər
azərbaycanlı var idi ki, bu məzunlar İrəvan qəza
məktəblərində, Naxçıvanda, Uluxanlıda dərs deməyə
başlamışlar. Məzunlar sırasında
Həbib bəy Səlimov, Nəcəf
bəy
Vəzirov,
Haşım bəy Vəzirov, Mirzə Abbas
Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy
Muğanlinski, Vahid Musabəyov, Həmid bəy Şahtaxtinski,
Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Mirzə Cəlil
Şürbi, Eynəli bəy Sultanov, Sadıq Xəlilov, Vahid
Musabəyov və başqaları olmuşdur.
9
-Tələbələr bunu da xüsusilə bilməlidirlər ki, XIX əsrdə və
XX əsrin əvvəllərində Azərbaycanın maarif, təhsil və elm
sahələrində nəzərəçarpacaq hadisələr baş vermiş, milli
məktəb, milli dərslik, milli tərbiyə problemlərini həll etməyə
qadir ziyalılar yetişmişdir. Abbasqulu ağa Bakıxanov, Mirzə
Fətəli Axundzadə, Mirzə Kazım bəy, Nəriman Nərimanov,
Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,
Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi və başqaları
demokratik ictimai-pedaqoji fikrin özülünü qoymuş, çox
faydalı işlər görmüşlər. Onlar Azərbaycanda maarifçi mühit
yaratmış, maarif və mədəniyyəti inkişaf etdirmişlər.
- Tələbələr məlumatlı olmalıdırlar ki, bu dövrdə ana dili
təlimi ideyasının həyata keçirilməsi proritet məsələ
səviyyəsinə yüksəldilmiş və onun real hadisəyə çevrilməsi
üçün Mirzə İsmayıl Qasir, Sultan Məcid Qənizadə, Mir
Möhsün Nəvvab, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi,
Məhəmməd ağa Şahtaxtlı, Həbib bəy Mahmudbəyov,
Mahmud bəy Mahmudbəyov, Firidun bəy Köçərli, Səfərli
bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Seyid Əzim Şirvani,
Məhəmməd Tağı Sidqi və digər maarifpərvər şəxsiyyətlər
ana dilli məktəblər açmış, ana dilli dərsliklər yazmış, milli
təhsil və mədəniyyəti inkişaf etdirərək böyük xidmətlər
göstərmişlər;
- Tələbələr məlumatlı olmalıdır ki, XIX əsrin sonu, XX
əsrin əvvəllərində bu dövrdə yetişən milli burjuaziya
nümayəndələri
və
yerli
sahibkarlar
da
millətin
maariflənməsi, savadlanması, mədəni və intellektual
səviyyəsinin
yüksəlməsi yolunda əllərindən gələni
əsirgəməmişlər.
Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza
Muxtarov, Musa Nağıyev, İsa bəy Hacınski kimi sahibkarlar
milli ziyalı nəslinin yetişməsində, təhsil sisteminin
inkişafında
müstəsna
rol
oynamışdır;
görkəmli
maarifçilərimizin qadınların dünyəvi təhsili ilə bağlı istək və
10
arzularının reallaşmasında Hacı Zeynalabdin Tağıyevin
əvəzsiz xidmətləri olmuş, qızların təhsil almasına, onlar
üçün xüsusi məktəblər açılmasına, qadın milli kadrların
hazırlanmasına çalışmış, bu sahəyə böyük məbləğdə vəsait
yönəltmişdir;
- XX əsrin əvvəllərində Azərbaycanda ibtidai təhsilin
inkişafında maarifçilik-xeyriyyəçilik istiqamətində fəaliyyət
göstərən “Nicat”, “Nəşri-maarif”, “Səadət”, “Səfa”
cəmiyyətlərinin işlərinə , xalqın savadlanmasında, maarifin
inkişafında Gəncə, Quba, Şamaxı, Lənkəran, Əmircan və b.
şəhər
və
kəndlərdə
fəaliyyət
göstərən
xeyriyyə
cəmiyyətlərinin xidmətlərinə, Azərbaycanda xeyriyyə
cəmiyyətlərini təkcə azərbaycanlılar deyil, həm də burada
yaşayan qeyri-müsəlmanların da yaratmalarına dəyər
verməyi bacarmalıdır;
-Tələbələr arqumentləşdirməyi bacarmalıdır ki, Şərqdə
ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq
Cümhuriyyəti xalq maarifinin, elm və mədəniyyətin
inkişafını milli dövlət siyasətinin təməl prinsiplərindən biri
kimi ön plana çəkmiş və mövcudluğunun ilk aylarından
təhsil sahəsində köklü islahatlara, təhsilin yeni əsaslar
üzərində qurulmasına diqqət yönəltmişlər;
-Tələbələr bilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin maarif, təhsil, elm və mədəniyyət sahəsində
apardığı siyasətin reallaşdırdığı təxirəsalınmaz tədbirlərin və
keçirilməsi nəzərdə tutulan islahatların istiqamətləri
hansılardır və bu istiqamətlərin məziyyətləri ilə bağlı
təhlillər verməyi bacarmalıdırlar;
- Azərbaycan tarixinin ən maraqlı və ən mürəkkəb
mərhələlərindən biri 1918-1920-ci illərdir ki, bu dövrdə
Azərbaycan ilk dəfə olaraq müstəqillik qazanmış və özünün
müstəqil daxili və xarici siyasəti olmuşdur. Məhz bu
dövrdən başlayaraq Azərbaycanda milli pedaqoji kadrların
hazırlanmasına başlanmışdır. Bu illər dünyada, o cümlədən
Dostları ilə paylaş: |