49509
ssgss
__ r
1
: r "
•hliı,iı*ı
jm
M Zä
itliu
?.oS
cCL
Firidun bəy Köçərli
BALALARA
HƏDİYYƏ
r
<
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi
Firidun bəy Köçərli
BALALARA
HƏ DİYYƏ
Kitab "Firidun bəy Köçərlinin 150 illik yubileyi
haqqmda" Azərbaycon Respublikası Prezidentinin
14 fevral 2013-cü il tarixli 2720 nömrəli Sərənca-
mına əsasən nəşr olunur.
1986-cı ildən
since 1986
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və
"Şərq-Qərb"Nəşriyyat Evi təqdim olunmuş materiallara və
kitabın hazırlanmasında göstərilən dəstəyə görə F.Köçərli adına
Respublika Uşaq Kitabxanasma dərin təşəkkürünü bildirir.
Firidun bəy Köçərli
Balalara hədiyyə
Bakı,
"Şərq-Qərb"
Nəşriyyat Evi, 2013, 172 səh., 19 illüstrasiya
ISBN 978-9952-40-449-4
Rəssam: Arif Hüseynov,
xalq rəssamı
Redaktor:
Samirə Bektaşi
Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərli geniş
xalq kütləsinin savadlanması yolunda çox iş görmüşdür. 1912-ci ildə çap
olunan "Balalara hədiyyə" kitabı da belə ali məqsəd daşıyırdı.
"Balalara hədiyyə" kitabında müəllif Azərbaycan folkloruna aid topla-
dığı materialları oxuculara çatdırmışdır.
Kitabda uşaqların çox sevdiyi "Göyçək Fatmanın nağılı", "Pıspısa xanım
və Siçan bəy" kimi məşhur xalq nağılları, sayaçı sözlər və düzgülər yer
almışdır.
Kitab "Gənclik" nəşriyyatının 1967-ci il və 1987-ci il nəşrləri əsasında
hazırlanmışdır.
© Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, 2013
© "Şərq-Qərb' Nəşriyyat Evi, 2013
q t d s t r m
ı w w w .e a s tw e s t.a z
' İ S n m * I M
I w w w .fb .c o m / e a s tw e s t.a z
MÜHƏRRİRİN İFADEYİ-MƏRAMI
Kiçik ixtisarla
Keçmişdə şan və qüvvət sahibi olan türk (azərbaycanlı-red.)
milləti öz məişətinə, ayin və adətinə dair yaratdığı qısım-qısım
nağıl və hekayələr, gözəl mənzumə və əbyatlar, hikmətamiz mə-
səllər, atalar sözləri, nazik (incə red.) mənalı müəmma və tapma-
calar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat
qisminə məxsus sayaçı sözləri mürur ilə xatirələrdən çıxıbdır və
bu halda unudulmaqdadır. O millət ki öz tarixini, dolanacağını,
Vətənini və dilini sevir, bu qism əsərləri kəmali şövq və diqqətlə
cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim
və tərbiyəsi onları öyrətməklə başlayır.
Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayə-
lərdən, məsəl və tapmacalardan və bir çox mənzumələrdən bu
məcmuəni tərtib qıldıq ki, onlar unudulub xatirələrdən çıxmasın.
Məcmuəyə daxil olan ancaq "Tülkü və üzüm"təmsili ruscadan
tərcümə olunubdur. Mütərcim Eynəlibəy Sultanov öz dilimizin
şivəsini itirməyibdir. Möhtərəm şairimiz Abbasağa Nazirin və mər-
hum Mustafa ağa Arifin və Mehdiqulu xan Vəfanın bir neçə əsərləri
dəxi məcmuədə dərc olunubdur ki, onların məna cəhətcə bala-
ların ruhuna gözəl təsiri ola bilər. Qasım bəy Zakirin təmsilat
mənzuməsi millətimizin məişətindən götürülmüş və onun dili ilə
söylənmiş əsərlərdir...
Zənnimizcə, bu məcmuəni hər kəs oxusa - böyük, ya kiçik -
onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə
ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındadır.
Böyük adamların ürəklərinin açılmağına səbəb bu olacaqdır ki,
onlar mütaliə əsnasında öz uşaqlıq vaxtlarını ixtiyarsız xatırlarına
götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir.
F.Köçərli
İTVƏ PİŞİK
İt dedi:
- Mən heç qocalmazdım, amma məni pişiyin dərdi
qocaltdı.
Dedilər:
- Niyə bəs?
Dedi:
- Çöllərdə qalıb, dalını ayaza verən mən oluram,
gecələr sabaha kimi yatmayan, evi-eşiyi qoruyan mən
oluram, amma elə ki istəyirəm, başımı qapıdan içəri
uzadam, bu pişikciyəz əlini uzadıb üzümü-gözümü cır-
maqlayır.
M ə s ə 11 ə r:
İt it ilə dalaşdı, yolçunun işi avanda düşdü.
İtin axmağı qaysabadan1 pay umar.
İtin ayağını köçdən kim əsirgər?
İt hürər, karvan keçər.
T a p m a c a l a r :
1. Atdan uca, itdən alçaq.
2. Bizdə bir kişi var,
Xor-xor yatışı var.
' Q a y s a b a - xörək növü
XORUZ VƏ PADŞAH
Biri var imiş, biri yox imiş, Allahdan başqa heç kəs yox
imiş. Bir də bir xoruz var imiş.
Bir gün xoruz peyinlikdə eşələnib özünə yem axta-
randa bir qaraca pul tapdı, şad olub başladı oxumağa:
- Quqquluqu! Bircə şahı tapmışam.
Padşah xoruzun səsini eşidib buyurdu ki, gedib onun
pulunu əlindən alsınlar. Şahını xoruzun əlindən alandan
sonra başladı oxumağa:
- Quqquluqu! Padşah mənə möhtac imiş!
Padşah buyurdu ki, şahısını aparıb özünə versinlər.
Xoruz oxudu:
- Quqquluqu! Padşah da məndən qorxar imiş!
Padşah bunu eşidəndə xoruza acıqlanıb buyurdu ki,
onu tutub öldürsünlər. Xoruzun başını kəsəndə oxudu:
- Quqquluqu! Nə iti bıçaq imiş!
Xoruzun başını kəscək onu basdılar qaynar suya ki,
tükünü yolsunlar. Qaynar qazanın içində xoruz oxudu:
- Quqquluqu! Nə isti hamam imiş!
Xoruzu qazanın içindən çıxarıb tükünü yoldular və
bişirib qoydular plovun başına. Burada xoruz oxudu:
- Quqquluqu! Nə ağca təpə imiş!
Plovu gətirdilər padşahın qabağına. Padşah plovu
yeyəndə xoruz onun boğazında yenə oxudu:
- Quqquluqu! Nə darca küçə imiş!
Ondan sonra xoruz getdi qaranlıq yerə, orada oxu-
dusa da, kimsə səsini eşitmədi.
Dostları ilə paylaş: |