191
fiqh təlimi
QIRXINCI DƏRS
YOVMĠYYƏ NAMAZLARI (6)
Namazın vacib əməlləri «3»
4 . Qiraət
1 ) Qiraət zamanı oxunanlar:
1. Günün vacib namazlarının birinci və ikinci rəkətində Təkbirətul-
ehramdan sonra Fatihə surəsi və ondan sonra Qurani-Kərimin surələ-
rindən biri vacib ehtiyata görə kamil surətdə oxunmalıdır. Surədən bir
və ya bir neçə ayə oxumaq kifayət etmir.
1
2. Yovmiyyə namazlarının üçüncü və dördüncü rəkətində ya təkcə
Fatihə surəsini, ya da Təsbihati-ərbəəni, yəni “Subhanəllahi vəl-həm-
du lillahi və la ilahə illəllahu vallahu əkbər”, oxumaq olar.
2
2 ) Birinci və ikinci rəkətdə qiraətin əhkamı:
1. “Fil” və “Ġlaf” surələinin ikisi bir surə hökmündədirlər və Həmddən
sonra onlardan təkcə birini oxumaq kifayət etmir. Həmçinin “Vəz-
zuha” və “Ələm nəĢrəh” surələri də belədir.
1
1
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 242-ci məsələ
2
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 262-ci məsələ
Günün vacib
namazlarında qiraət
Birinci və ikinci rəkətdə: Həmd və vacib ehtiyata
görə, kamil bir surə.
Üçüncü və dördüncü rəkətdə: Təkcə Həmd, ya
bir dəfə Təsbihati-ərbəə. Lakin müstəhəb
ehtiyata görə, üç dəfə Təsbihati-ərbəəni oxumaq.
191
fiqh təlimi
Diqqət:
Hər kim bu hökmü bilmədən “Fil” və “ĠnĢirah” surələrini Həmddən
sonra təklikdə oxusa, əgər hökmü öyrənməkdə səhlənkarlıq göstərmə-
yibsə, qıdığı namazlar düzdür.
2
2. Vacib yovmiyyə namazlarında Həmd və Surəni oxuduqdan sonra
Quran oxumaq niyyətilə bir sıra ayələri oxumağın eybi yoxdur.
3
3. Əgər namaz vaxtı dar olsa, yaxud namazqılan qorxsa ki, surəni
oxuyacağı təqdirdə oğrunun, yırtıcı bir heyvanın və ya baĢqa bir Ģeyin
ona ziyanı dəyəcəkdir, surəni oxumamalıdır.
4
4. Əgər namazqılan Ģəxs səhvən Surəni Həmddən qabaq oxusa və
rükuya getməmiĢdən öncə səhvini baĢa düĢsə, Həmddən sonra yeni-
dən bir surə oxumalıdır. Əgər surəni oxuyarkən öz səhvini baĢa düĢsə,
surəni kəsib Həmdi oxumalı və sonra surəni oxumalıdır.
5
5. Əgər Həmd və Surəni oxumaq, yaxud onlardan birini oxumaq
unudulsa və rükuda yada düĢsə, namaz düzdür.
6
6. Əgər namazqılan Ģəxs rükuya getməzdən öncə Həmd və Surəni,
yaxud təkcə Surəni oxumadığını xatırlasa, onu oxumalı, sonra rükuya
getməlidir.
Əgər Həmdi oxumayıbdırsa, Həmdi oxumalı və yenidən Surəni
oxumalıdır. Həmçinin əgər əyilib rükuya çatmazdan öncə Həmd və
1
Şəri suallara cavab, 461-cu sual
2
Şəri suallara cavab, 461-cu sual
3
Şəri suallara cavab, 425-ci sual
4
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 243-cü məsələ
5
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 244-cü məsələ
6
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 245-ci məsələ
192
fiqh təlimi
Surəni, ya onların hər ikisini oxumadığını xatırlasa, qalxmalı və onları
oxumalıdır.
1
2. Vacib namazlarda vacib səcdəsi olan surələri oxumaq olmaz.
Əgər bilərəkdən və ya səhvən bu surələrdən biri oxunsa, səcdə ayəsini
oxuduqda səcdəyə getmək, sonra ayağa qalxıb surəni tamamlamaq və
namazı qılmaq lazımdır.
Amma əgər namazqılan Ģəxs səcdə ayəsini oxumamıĢdan qabaq səhvi-
ni baĢa düĢsə, vacib ehtiyata görə surəni kəsməli, digər bir surəni
oxumalı və namazı qılıb qurtardıqdan sonra yenidən qılmalıdır.
2
8. Əgər insan, namaz əsnasında səcdə ayəsini eĢitsə, namazı düzdür və
ayəni eĢitdikdən sonra səcdəyə getmək əvəzinə səcdəni iĢarə ilə gös-
tərməlidir.
3
1. Əgər namazqılan Ģəxs Həmddən sonra Ġxlas və ya Kafirun surəsini
oxumağa baĢlasa, onu kəsib baĢqa bir surə oxuya bilməz. Lakin əgər
Cümə namazında unudaraq Cümə və Munafiqun surələrinin yerinə
Ġxlas və ya Kafirun surələrindən birini oxusa, onları kəsib Cümə və
Munafiqun surəsini oxuya bilər.
4
11. Əgər namazda Ġxlas və Kafirun surələrindən qeyri bir surə oxunsa,
yarıdan çoxu oxunmadığı halda bu surəni kəsib digər bir surəni oxu-
maq olar.
5
1
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 246-cı məsələ
2
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 242-ci məsələ
3
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 248-ci məsələ
4
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 251-ci məsələ
5
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 251-ci məsələ
193
fiqh təlimi
11. Əgər namazqılan Ģəxs oxudğu surənin bir hissəsini untsa, yaxud
vaxt darlığına və ya baĢqa bir səbəbə görə əlacsız qalıb onun
tamamlaya bilməsə, o surəni kəsməli və baĢqa bir surə oxumalıdır. Bu
halda surənin yarısının oxunub-oxunmamasının, yaxud Ġxlas və ya
Kafirun surələri olub-olmamasının fərqi yoxdur.
1
12. Müstəhəb namazlarda surəni oxumaq lazım deyildir. Hətta bu
müstəhəb namaz nəzr vasitəsilə vacib olsa da. Lakin əgər müstəhəb
bir namazda müəyyən bir surəni oxunmaq qeyd olunubsa, məsələn,
valideyn üçün qılınan namaz, o namazın qaydasına əməl etmək
istəyən Ģəxs həmin surəni oxumalıdır.
2
3) Üçüncü və dördüncü rəkətdə qiraətin əhkamı:
1. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbəəni bir dəfə
demək kifayətdir. Ehtiyati-müstəhəbə görə üç dəfə deyilə bilər.
3
2. Təsbihati-ərbəəni üç dəfə, yaxud üç dəfədən az və ya çox dediyinə
tərəddüd edən Ģəxsə heç nə vacib olmur. Lakin əgər rükuya getməyib-
dirsə, tərəddüd etdiyi sayların ən azını götürə və Təsbihati-ərbəəni
təkrarlaya bilər, ta ki, bu zikri üç dəfə dediyinə əmin olsun.
4
3. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbəəni oxumağa
adət edən Ģəxs, Həmdi oxumağı qərara alsa, lakin qərarını unudub
adəti üzrə Təsbihati-ərbəəni oxusa, namazı düzdür. Eynilə Həmdi
1
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 252-ci məsələ
2
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 241-cu məsələ
3
Şəri suallara cavab, 483-cü sual
4
Şəri suallara cavab, 485-ci sual
Dostları ilə paylaş: |