Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə45/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

 
 
191
 
 
 fiqh təlimi 
QIRXINCI DƏRS 
YOVMĠYYƏ NAMAZLARI (6) 
Namazın vacib əməlləri «3» 
4. Qiraət 
1) Qiraət zamanı oxunanlar: 
         
      
                
                         
                                                  
                               
 
1.  Günün  vacib  namazlarının  birinci  və  ikinci  rəkətində  Təkbirətul-
ehramdan sonra Fatihə surəsi və ondan sonra Qurani-Kərimin surələ-
rindən biri vacib ehtiyata görə kamil surətdə oxunmalıdır. Surədən bir 
və ya bir neçə ayə oxumaq kifayət etmir.
1
  
2.  Yovmiyyə  namazlarının  üçüncü  və  dördüncü  rəkətində  ya  təkcə 
Fatihə surəsini, ya da Təsbihati-ərbəəni, yəni “Subhanəllahi vəl-həm-
du lillahi və la ilahə illəllahu vallahu əkbər”, oxumaq olar.
2
   
2) Birinci və ikinci rəkətdə qiraətin əhkamı: 
1. “Fil” və “Ġlaf” surələinin ikisi bir surə hökmündədirlər və Həmddən 
sonra  onlardan  təkcə  birini  oxumaq  kifayət  etmir.  Həmçinin  “Vəz-
zuha” və “Ələm nəĢrəh” surələri də belədir.
1
  
 
                                         
1
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 242-ci məsələ 
2
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 262-ci məsələ 
Günün vacib 
namazlarında qiraət
 
Birinci və ikinci rəkətdə: Həmd və vacib ehtiyata 
görə, kamil bir surə.
 
Üçüncü və dördüncü rəkətdə: Təkcə Həmd, ya 
bir dəfə Təsbihati-ərbəə. Lakin müstəhəb 
ehtiyata görə, üç dəfə Təsbihati-ərbəəni oxumaq.
 


 
 
191
 
 
 fiqh təlimi 
Diqqət: 

 
Hər kim bu hökmü bilmədən “Fil” və “ĠnĢirah” surələrini Həmddən 
sonra təklikdə oxusa, əgər hökmü öyrənməkdə səhlənkarlıq göstərmə-
yibsə, qıdığı namazlar düzdür.
2
 
2.  Vacib  yovmiyyə  namazlarında  Həmd  və  Surəni  oxuduqdan  sonra 
Quran oxumaq niyyətilə bir sıra ayələri oxumağın eybi yoxdur.
3
 
3.  Əgər  namaz  vaxtı  dar  olsa,  yaxud  namazqılan  qorxsa  ki,  surəni 
oxuyacağı təqdirdə oğrunun, yırtıcı bir heyvanın və ya baĢqa bir Ģeyin 
ona ziyanı dəyəcəkdir, surəni oxumamalıdır.
4
 
4.  Əgər  namazqılan  Ģəxs  səhvən  Surəni  Həmddən  qabaq  oxusa  və 
rükuya getməmiĢdən öncə səhvini baĢa düĢsə, Həmddən  sonra yeni-
dən bir surə oxumalıdır. Əgər surəni oxuyarkən öz səhvini baĢa düĢsə, 
surəni kəsib Həmdi oxumalı və sonra surəni oxumalıdır.
5
 
5.  Əgər  Həmd  və  Surəni  oxumaq,  yaxud  onlardan  birini  oxumaq 
unudulsa və rükuda yada düĢsə, namaz düzdür.
6
 
6.  Əgər  namazqılan  Ģəxs  rükuya  getməzdən  öncə  Həmd  və  Surəni, 
yaxud təkcə Surəni oxumadığını xatırlasa, onu oxumalı, sonra rükuya 
getməlidir.  
Əgər  Həmdi  oxumayıbdırsa,  Həmdi  oxumalı  və  yenidən  Surəni 
oxumalıdır.  Həmçinin  əgər  əyilib  rükuya  çatmazdan  öncə  Həmd  və 
                                                                                                
1
 Şəri suallara cavab, 461-cu sual 
2
 Şəri suallara cavab, 461-cu sual 
3
 Şəri suallara cavab, 425-ci sual 
4
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 243-cü məsələ 
5
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 244-cü  məsələ 
6
 Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 245-ci məsələ 


 
 
192
 
 
 fiqh təlimi 
Surəni, ya onların hər ikisini oxumadığını xatırlasa, qalxmalı və onları 
oxumalıdır.
1
 
2. Vacib namazlarda vacib səcdəsi olan surələri oxumaq olmaz. 
Əgər bilərəkdən və ya səhvən bu surələrdən biri oxunsa, səcdə ayəsini 
oxuduqda səcdəyə getmək, sonra ayağa qalxıb surəni tamamlamaq və 
namazı qılmaq lazımdır. 
Amma əgər namazqılan Ģəxs səcdə ayəsini oxumamıĢdan qabaq səhvi-
ni  baĢa  düĢsə,  vacib  ehtiyata  görə  surəni  kəsməli,  digər  bir  surəni 
oxumalı və namazı qılıb qurtardıqdan sonra yenidən qılmalıdır.
2
 
8. Əgər insan, namaz əsnasında səcdə ayəsini eĢitsə, namazı düzdür və 
ayəni eĢitdikdən sonra səcdəyə getmək əvəzinə səcdəni iĢarə ilə gös-
tərməlidir.
3
 
1. Əgər namazqılan Ģəxs Həmddən sonra Ġxlas və ya Kafirun surəsini 
oxumağa baĢlasa, onu kəsib baĢqa bir surə oxuya bilməz.  Lakin əgər 
Cümə  namazında  unudaraq  Cümə  və  Munafiqun  surələrinin  yerinə 
Ġxlas  və  ya  Kafirun  surələrindən  birini  oxusa,  onları  kəsib  Cümə  və 
Munafiqun surəsini oxuya bilər.
4
 
11. Əgər namazda Ġxlas və Kafirun surələrindən qeyri bir surə oxunsa, 
yarıdan çoxu oxunmadığı halda bu surəni kəsib digər bir surəni oxu-
maq olar.
5
 
                                         
1
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 246-cı məsələ 
2
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 242-ci məsələ 
3
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 248-ci məsələ 
4
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 251-ci məsələ 
5
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 251-ci məsələ 


 
 
193
 
 
 fiqh təlimi 
11.  Əgər  namazqılan  Ģəxs  oxudğu  surənin  bir  hissəsini  untsa,  yaxud 
vaxt  darlığına  və  ya  baĢqa  bir  səbəbə  görə  əlacsız  qalıb  onun 
tamamlaya bilməsə, o surəni kəsməli və baĢqa bir surə oxumalıdır. Bu 
halda  surənin  yarısının  oxunub-oxunmamasının,  yaxud  Ġxlas  və  ya 
Kafirun surələri olub-olmamasının fərqi yoxdur.
1
 
12.  Müstəhəb  namazlarda  surəni  oxumaq  lazım  deyildir.  Hətta  bu 
müstəhəb  namaz  nəzr  vasitəsilə  vacib  olsa  da.  Lakin  əgər  müstəhəb 
bir  namazda  müəyyən  bir  surəni  oxunmaq  qeyd  olunubsa,  məsələn, 
valideyn  üçün  qılınan  namaz,  o  namazın  qaydasına  əməl  etmək 
istəyən Ģəxs həmin surəni oxumalıdır.
2
 
3) Üçüncü və dördüncü rəkətdə qiraətin əhkamı: 
1. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbəəni bir dəfə 
demək kifayətdir. Ehtiyati-müstəhəbə görə üç dəfə deyilə bilər.
3
 
2. Təsbihati-ərbəəni üç dəfə, yaxud üç dəfədən az və ya çox dediyinə 
tərəddüd edən Ģəxsə heç nə vacib olmur. Lakin əgər rükuya getməyib-
dirsə,  tərəddüd  etdiyi  sayların  ən  azını  götürə  və  Təsbihati-ərbəəni 
təkrarlaya bilər, ta ki, bu zikri üç dəfə dediyinə əmin olsun.
4
 
3. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbəəni oxumağa 
adət  edən  Ģəxs,  Həmdi  oxumağı  qərara  alsa,  lakin  qərarını  unudub 
adəti  üzrə  Təsbihati-ərbəəni  oxusa,  namazı  düzdür.  Eynilə  Həmdi 
                                         
1
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 252-ci məsələ 
2
  Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 241-cu məsələ 
3
  Şəri suallara cavab, 483-cü sual 
4
  Şəri suallara cavab, 485-ci sual 


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə