20
Hər bir insan ömür müddətində müəyyən fiziki və zehni imkanlar əldə edir. Hər
bir insan h
əm də əvvəlcədən qeyri-müəyyən olan ömür müddətinə malikdir.
Mümkün olan
təbii resurslardan rasional istifadə imkanları insan ömrünün orta
uzunlu
ğundan asılıdır. Ölkəmizdə orta ömür müddətinin 74 il olduğunu və onun
üç
də birini biz yuxuda keçirdiyimizi nəzərə alsaq, yerdə qalandan da uşaqlıq və
qocalıq illərini çıxsaq, onda bizim imkanlarımızı reallaşdırmaq üçün 24-25 ilimiz
qalır. Bu illər ərzində görəcəyimiz işlərə özünün dolanışıüının, ailənin rifahının
təmin edilməsi, bir sözlə, həyatdan alınacaq zövqlərin təminatı da daxildir.
T
əqdim olunmuş sxem üzrə cəmiyyətin iqtisadi mexanizminin əsas elementlərini
aşaüıdakı formada təsvir etmək mümkündür.
G
əlin, bu sxemə nəzər salmaqla bu suala cavab axtaraq. Görəsən, sərvət hansı
mərhələdə yaranır. Bəlkə "İstehsalın təşkili" və ya "Kooperasiyalaşma"
mərhələsində . Bu suala cavab vermək üçün, əvvəlcə onu aydınlaşdıraq ki, əməyin
bölgüsü
və ixtisaslaşması əsasında hazırlanan hər bir məhsul sərvət yaradırmı?
S
ualı daha asanlıqla dərk etmək üçün misallara müraciət edək. Fərz edək ki,
zavod
əməyin ixtisaslaşmasından, istehsalın konveynerləşməsindən, xammalın ən
keyfiyyətlisindən istifadə etməklə minik avtomobilləri üçün kvadrat formada təkər
h
azırlayır.
Çox ehtimal ki, bu
təkərləri heç kim almayacaq. Beləliklə də bu məhsuldan
sərvət də qazanmaq mümkün olmayacaq. Əksinə, tezliklə istehsalçılar müflisləşəcək
və başa düşəcəklər ki, resursları, enerjini, insanların fiziki və zehni əməyini nahaq
yerə sərf ediblər.
Тялябатын юдянилмяси
Истяйирям!
Истещсалын тяшкили
Эялирляр
Ямяк бюлэцсц
Тиъарят
К
й
21
B
əs onda, sərvət harada yaranır?
Cavab
sadədir: satışdan sonra. Təəcüblənməyin. Biz ticarəti məhsulun bir
sahibkardan
digərinə keçdiyi şəraitdə müşahidə etməyə vərdiş etmişik. Lakin,
istehsal
və ticarət anlayışının birini digərindən ayırmaq olmaz. Belə ki,
iqtisadiyyatın bu iki ayrılmaz elementi birlikdə sərvətin əmələ gəlməsini təmin
edir.
Hamıya məlumdur ki, insanlar mal satanda adətən hər hansı bir səviyyədə fayda
güdürlər. Bu onların ya maddi rifahını yüksəldir, ya da hansısa tələbatını ödəyir. Biz
bunları başa düşməklə daha irəlidə gündəlik iqtisadi həyatın real mexanizmini və
motivlərini aydınlaşdıracaüıq.
İ q t i s a d i f i k i r t a r i x i n d ə n
Pol Samuelson (15 may 1915)
Orta
məktəblər üçün 1948-ci ildə yazılmış ilk
dərsliyin müəllifidir. «İqtisadiyyat: giriş kursu»
adlanan bu
dərslik 20-dən çox dilə tərcümə olunaraq,
15
nəşriyyat tərəfindən çap olunub.
Pol Samuelson 1915–ci
ildə doğulub. Orta
məktəbi əla qiymətlərlə bitirən Samuelson bakalavr
təhsilini məşhur Çikaqo Universitetində, sonrakı
təhsilini isə məşhurluqda ondan heç də geridə
qalmayan
Harvard
Universitetində alıb və
Massaçusets Texnologiya
İnstitutunda dərs deyib.
O, etiraf edib ki, iqt
isadçı olmağı sırf təsadüf ucbatından baş tutub, belə ki,
Pol
həmişə riyaziyyat və fizika ilə maraqlanıb və elmin bu sahələrinə daha çox
aludə olub. Samuelson müəyyən edib ki, riyaziyyatın köməyi ilə iqtisadiyyatı,
iqtisadi
prosesləri daha rahat izah etmək olur, nəinki fizikanı.
22
Pol Samuelson müasir iqtisad elminin
riyaziyyatlaşdırılmasına böyük
töhfə verib və özünü müxtəlif spektrli elmi tədqiqatları ilə şöhrətləndirib.
O, 1970- ci
ildə Nobel mükafatına layiq görülüb.
Xülasə
1.
İqtisadiyyat nadir resurslardan istifadə zamanı cəmiyyətin necə seçim
etdiyini
öyrənən elmdir.
2.
Əhaliyə həddindən artıq lazım olan, iqtisadiyyatın istehsal edə biləcəyi
bütün
nemətlər (əmtəələr, xidmətlər) nadirdir.
3.
İqtisadi resursları material (təbii və kapital) və əmək (iş qüvvəsi və
sah
ibkarlıq qabiliyyəti) resursları kimi təsnifləşdirmək olar.
4. R
esursların məhdudluüu hamını daimi olaraq seçim aparmaq
məcburiyyətində qoyur.
M
üzakirə üçün suallar
1.
İqtisadiyyat bizim sonsuz istəklərimizlə məhdud imkanları daha yaxşı
necə birləşdirmək haqqında elmdir. İzah edək ki, nəyə görə “iqtisadiyyat”
elminin predmetinin bir h
issəsini resursların məhdudluüu problemi təşkil edir.
2. “M
ən onunla razı deyiləm ki, tələbatları ödəmək mümkün deyildir”.
Misal
göstərək: “Mən hər gün nə qədər istəyirəmsə, o qədər də çay içirəm”.
Bu fikri
tənqidi təhlil edin. İzah edin ki, “əmtəə və xidmətlər ona görə
ç
atışmır ki, resurslar məhduddur”.
3.
İqtisadi resurslar nəyə deyilir? Onları sadalayın.
4.
İstehsal amillərinin sahiblərinin qazandıüı gəlirlərin bütün növlərini
sadalayın.
5.
Ələkbər bütün ay ərzində pul toplayır ki, özünə fotoaparat alsın. Amma
nə vaxt ki, o maüazaya gəlir, onda görür ki, onun almaq istədiyi fotoaparat
artıq satılıb. Başqa modellər isə onun xoşuna gəlmir. Demək olarmı ki,
Ələkbər heç nə itirməyib, belə ki, yıüdıüı pulları saxlamaqdadır?
TEST
1.1.
İqtisadiyyat — elm olaraq öyrənir:
a) Hök
umət biznesi necə tənzimləməlidir.
b) Hök
umət milli gəlirdən necə istifadə etməlidir.
c)
İşgüzar təşkilatların müxtəlif tipləri necə işləyir.
d) Qeyri-
məhdud istəklə məhdud imkanları daha yaxşı necə birləşdirmək olar.
1.2. Bütün iqtisadi sisteml
ərin qarşısında duran problem:
a)
İstehsalat imkanlarıdır.
b) Resurslar
ın məhdudluğudur.
c)
İstehsal amilləridir.
d) Texnolo
giyadır.
?
? !
Dostları ilə paylaş: |