7
Əhli Sünnə vəl Cəmaat imamlarının cumhuru avamın və avamın dəlili
anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə
və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan
hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili
və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət
göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə – rahmətullahi
aleyhi - deyir ki: «Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də
caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə
haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə
haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə
ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid
caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir
kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu
acizlik ya dəlilin eyniliyindən və ya ictihad üçün yetərli vaxtın olmamasından,
ya da dəlilə açıq çatmamasından ola bilər…»
13
.
Bu mövzuda söyləniləcək son söz budur: Bir müsəlmana açıq bir şəkildə,
haqqında naslar və hüccət sabit olmadıqca, xüsusəndə içində olduğu cəhalət
və ya təvildən faydalanırsa, kafir – deyilməz. Lakin hüccət sabit olub, şübhə,
təvil və cəhalətə yer qalmadıqda yenə də israr edərsə, haqqında şirk və ya küfr
hökmü qalxar. Heç kəs bu sözlərlə bizim Muvahhid olanları təkfir etdiyimizi
zənn etməsin. Şirk və küfr yalnız şəriətdəki şərtlər və qaydalar içərisində
istifadə edilir. Müsəlmanın haqsız yerə təkfir edilməsi isə caiz deyildir. İbn
Teymiyyə – rahmətullahi aleyhi – sözlərinə davam edərək deyir: «Muhəmmədin
ümmətindən ictihad edib xəta edən və bu ictihadında haqqı tapmağı qəsd edib
və xəta edərək səhv edən kimsə təkfir edilməz. Çünki xətası bağışlanır.
Rəsuldan gələn məlum olduqdan sonra, Rəsulun gətirdiyi hidayətə zidd
davranan və möminlərin yolundan başqasına uyan kafirdir. Kim də həvasına
uyaraq haqqı öyrənmək xüsusunda qüsur edər və elmi olmadan danışarsa asi
və günahkardır»
14
.
Kitabın adı barəsində çox düşündüm: Düşündüm ki, adını Əhli Sünnə vəl
Cəmaatın təkfir məsələsində mövqeyi, bu məsələdə mənhəci və s. adlarla
adlandırım. Lakin sonda qərara gəldim ki, bu kitabın adını «Təkfir Fitnəsi»
qoyum. Artıq kitabın bu adı özündə həm Əhli Sünnənin bu məsələdə
mövqeyini, minhəcini, yolunu və bidətçi təkfirçilərə qarşı sərt ismarıcını əhatə
etmişdir. Çalışdım ki, Qurana, Sünnəyə, səhabələrin və alimlərin dəlillərinə
əsaslanaraq bu kitabı toplayım. Allahın yardımı, zəfəri və köməkliyi ilə
bacardığım bu oldu. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Ümidvaram ki,
13
Məcmuu Fətava 10/203.
14
Məcmuul Fətava 12/180, 446.
8
kitabda olan dəlillər bu məsələdə doğru yolu tapmaq istəyənlərə, ağıllı və
dərrakəli müsəlmanlara kifayət edəcəkdir. Bu kitabı topladığımız zaman
məqsədimiz yalnız və yalnız Allahın rizasını qazanmaq, doğru yolda olanların
doğruluğunun daha da yəqinləşməsinə, şübhədə olanların şübhələrinin
qaldırılmasına və azmışların da doğru yola hidayət olunmaları üçün bir səbəb
olacağıdır.
Uca və Böyük olan, Əl-Vəhhəb olan Allahdan bu kitabı İslam ümməti,
Muhəmməd ümməti üçün xeyirli və bərəkətli olmasını diləyirəm. Amin! Ya
Rəbbim! İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə yazıb başa
çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını və
sünnəyə uyğun olaraq məndən qəbul edib onunla müsəlmanları
faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və
şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə
öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm. Güvəndiyim
Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət
yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni
yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də
Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra
dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də
Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra
gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin
varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və
səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə
gedən saleh möminlərin üzərinə olsun.
Bitirdim: Miladi 10 İyul 2013-Ci İl
Hicri: 1 Ramazan 1434-Cü İl
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha (Yunus 10)