UOT 316.324:338.24
Həsənov R.T., Həsənli A.R.
Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan
rhasanov@rambler.ru
, amalhasanli88@gmail.com
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İQTİSADİYYATIN İDARƏ EDİLMƏSİNDƏ
İ
NFORMASİYANIN ROLU VƏ İNFORMASİYA İQTİSADİYYATININ
XÜSUSİYYƏTLƏRİ
Məqalədə qlobal iqtisadiyyatın mahiyyəti və onun idarə edilməsində informasiyanın rolu
araşdırılır. İqtisadi informasiyanı və informasiya iqtisadiyyatını (xüsusilə, tranzitiv
ölkələrdə) xarakterizə edən amillər göstərilir. Tədqiq edilən sahədə mövcud olan elmi
nəzəriyyələr analiz edilir.
Açar sözlər: qlobal iqtisadiyyat, tranzitiv iqtisadiyyat, iqtisadi informasiya, informasiya
iqtisadiyyatı, simmetrik informasiya, asimmetrik informasiya.
Ötən əsrin sonlarından etibarən xüsusi ilə intensivləşən qloballaşmanın doğurduğu
şəraiti, iqtisadi idarəetmə və təsərrüfatçılıq mexanizminə olan tələblərin təkamülü
baxımından qiymətləndirdikdə ilk mühüm nəticə, liberal təsərrüfatçılıq mexanizminin
yüksək səmərəliliyə malik olmasının hamılıqla qəbul edilməsidir. Bu mexanizmin
səmərəliliyini şərtləndirən amillərə:
- idarəetmənin bütün səviyyələrində, geniş mənada anlaşılan iqtisadi resursların
istifadəsində “qarşılıqlı əvəzləmənin” prioritetliyinin təsbit olunması;
- istehsalın beynəlmiləlləşməsinin (bütün müsbət və mənfi çalarları ilə birlikdə) və
iqtisadi fəaliyyətin bütövlükdə virtuallaşmasının dərinləşməsi və adiləşməsi;
- iqtisadi inkişafın “avtonomluğunun” kəskin aşağı düşməsi, yəni səmərəli inkişafın
kənar təsirlər olmadan mümkünsüzlüyünün və ya çətinliyinin, inkarolunmaz fakta
çevrilməsi və s. kimi amillər aid edilir.
Dünyanın
müasir
inkişaf
mərhələsinin
yuxarıda
ifadə
olunan
qiymətləndirmələrinin hər birinin geniş özünütəzahür spektri vardır. Lakin bu
spektrlərin genişliyinə rəğmən, indi hətta olduqca müxtəlif sosial-ictimai strukturlu
cəmiyyətə, resurs potensialına və inkişaf səviyyəsinə malik ölkələrin daha yüksək
inkişafa nail olunması uğrunda birgə fəaliyyət istiqamətləri mövcuddur. Belə
istiqamətlər dünyanın ümumi inkişaf səviyyəsi ilə paralel olaraq çoxalmaqdadır. Lakin
ekoloji tarazlığın qorunması, yoxsulluqla mübarizə, hərbi-siyasi münaqişələrin həlli və
s. kimi birgə fəaliyyət istiqamətləri ilə yanaşı, mühüm məsələlərdən biri cəmiyyətin
informasiyaya olan tələbatının dolğun və adekvat təmin edilməsidir. Sonuncunun
zəruriliyi və mümkünlüyü bir sıra amillərlə, o cümlədən iqtisadi inkişaf səviyyəsinin
düzgün qiymətləndirilməsi və bu baxımdan, əhalinin hökumətdən və sahibkarlardan
gözləntilərinin xarakterinin müəyyənləşdirilməsi, milli iqtisadi qanunvericilikdə
şəffaflığın və hesabatlılığın zəruri səviyyəsinin təmin edilməsi və s. ilə şərtlənir.
Fikrimizin daha dəqiq anlaşılması üçün sonuncu amilin daha ətraflı şərh olunmasını
məqsədəuyğun hesab edirik. Məsələn, qanunvericilikdə bir sıra müvafiq hüquqi
anlayışların verilməməsi və ya dolaşıq verilməsi, müxtəlif hüquqi normaların
formalaşmış və digər qanunvericilik aktlarında təsbit olunmuş anlamlardan fərqli
mənalarda təkrarlanması və s. kimi xüsusiyyətlər iqtisadi fəaliyyətin nəticələrində
ədalətli rəqabət şəraitinin pozulmasına səbəb olur.
Dünya təcrübəsi sübut edir ki, iqtisadi qanunvericilikdə və ona müvafiq
idarəetmədə hüquqi normaların diskresionluluğu (yəni tənzimlənən prosesin
müəyyən məqamlarında icraçıların fəaliyyətində geniş diapozonda seçim sərbəst-liyinə
malik olmaları); yönəldici normaların çoxluğu (bu və ya başqa normanın, xüsusilə
qayda və müddətlərin müəyyənləşdirilməsinin digər qanunvericilik aktlarının öhdəsinə
buraxılması); koolliziyalı (ziddiyyətli) normaların tətbiqi (eyni halda, müxtəlif
mahiyyətli normaların istifadə olunması), mahiyyət etibarı ilə, digər fəsadlarla yanaşı,
müxtəlif idarəetmə səviyyələrində ayrı–ayrı iqtisadi proseslər haqqında asimmetrik
informasiyaların yaranmasına səbəb olur.
Azərbaycan Respublikasında isə yuxarıda qeyd olunanlarla yanaşı, iqtisadi
qanunvericilik aktlarını xarakterizə edən ən mühüm cəhətlərdən biri, belə demək
mümkünsə, iqtisadiyyatımızın tranzitivliyinin yaratdığı şəraitdir. Ümumiyyətlə,
iqtisadiyyatın keçid xarakteri, son dövrlərdə bir çox hallarda “əsas günahkar” kimi qəbul
edilərək, iqtisadi idarəetmədə məqsədli və ya “dərk edilmədən” buraxılan səhvlərin
bəraətləndirici qalxanına çevrilmişdir. Tranzitivlik xüsusiyyətinin təsirlərinə iqtisadi
idarəetmənin və təsərrüfatçılıq mexanizminin, demək olar ki, əksər həlqələrində rast
gəlinir və qeyd etmək lazımdır ki, bir sıra hallarda belə xüsusiyyətlər özlüyündə
obyektiv xarakter daşıyır. Məsələn, iqtisadiyyatın sektorial strukturunun təkamülünün
dinamikliyi, iqtisadiyyatın sahə quruluşunun dayanıq-lılığının zəifliyi, iqtisadi fəaliyyət
sahələrində mənfəətliliyin dəyişməsinin və ona müvafiq olaraq vəsaitlərin və digər
iqtisadi resursların sahələrarası axınının sürətlənməsi və s. kimi meyilləri dinamik
dəyişmələrin yaratdığı obyektiv meyillər hesab etmək mümkündür. Lakin beynəlxalq
və milli təcrübə göstərir ki, tranzi-tivliyin yaratdığı şərait qanunvericilikdə və
təsərrüfatçılıq fəaliyyətində arzuolunan şəffaflıq və hesabatlılığın yaradılmasına ciddi
əngəllər doğura bilir. Məsələn, Azərbaycanın müstəqilliyi dövründə qəbul edilmiş,
demək olar ki, bütün iqtisadi qanunlarda “keçid müddəaları” və ya “keçid dövrü”
anlayışları təsbit olunmaqla bu normativ aktların, xüsusilə prinsipial müddəaların
tətbiqində “yumşaq eniş” üçün şərait yaradılmışdır. Bu, özünü qanunvericilik aktlarına,
onların qəbulunun ertəsi günündən başlayaraq “zəruri düzəlişlər” tələb olunmasında
göstərir.
Azərbaycanda şərti olaraq, iqtisadiyyatın tranzitivlik xarakterinin xüsusiy-yətlərinə
aid edilə biləcək və ölkəmizdə iqtisadiyyatın dövlət idarəetməsi təcrübəsində şəffaflıq
və hesabatlılığa çox ciddi zərər vuran mühüm məqamlardan biri də, bütövlükdə,
iqtisadi proseslərin monitorinqi, uçotu və qiymətləndi-rilməsinin metodologiyası və
statistikasının aparılması üzrə mövcud yanaşmalar hesab olunmalıdır. Qeyd olunan
şərtiliyin mahiyyəti ondadır ki, müvafiq metodologiya və statistik yanaşma bir növ
planlı idarəetmə dövründən qalan miras kimi də dəyərləndirilə bilər.
Ölkəmizdə iqtisadi uçotun çağdaş durumu iqtisadi proseslərin “bircinsli”
ölçülməsinə və qiymətləndirilməsinə əsas maneələrdən biridir. Bir çox hallarda mərkəzi
idarəetmə orqanlarının, ayrı-ayrı ekspert və mütəxəssislərin iqtisadiyyatda baş verən
proseslər haqqında fərqli şərhlərinin (bəzi hallarda isə bir – birini inkar edən şərhlərin)
əsas səbəblərindən biri, məhz onların “geniş” mənada reprezentativ olmayan, qeyri-
adekvat informasiya tutumlu iqtisadi parametrlərə istinad etməsi hesab olunmalıdır.
Lakin qeyd etmək lazımdır ki, idarəetmə üzrə partnyorların yuxarıdakı səbəblərdən
nəticə etibarı ilə fərqli informasiyalarla işləməsinin, liberal bazar təsərrüfatçılıq
modelinə xas – “informasiyanın asimmetrikliyi” kimi xarakterizə olunan “bazar
fiaskosu” ilə ciddi əlaqəsi yoxdur. Bununla belə, məşhur “İnformasiyanın dörd
qanunu”nu nəzərə aldıqda yaranmış şəraitin zəruri informasiyanın obyektivliyinin ciddi
şəkildə pozulmasına səbəb ola biləcəyi real görünür.
Tranzitiv iqtisadiyyatlı ölkələrdə sosial-iqtisadi proseslərin idarə olunması, son
dövrlərdə, sanki yeni bir paradiqma almışdır: iqtisadi açıqlığın artması, bir tərəfdən
hökumətin iqtisadi proseslərə təsir imkanlarını azaldır, digər tərəfdən isə iqtisadiyyatın
ictimailəşməsi və beynəlmiləlləşməsi inkişafın idarə olunmasında ictimai nəzarətin
rolunu və demək olar ki, müvafiq informasiyanın rolunu hədsiz artırır. Son 1-2 il ərzində
dünya iqtisadiyyatını bürümüş və getdikcə dərinləşən iqtisadi böhranın cari dərsləri
sübut edir ki, iqtisadi idarəetmədə formalaşmış ifrat liberal dəyərlərə əsaslanan
tənzimləmə konsepsiyalarına yenidən baxmağa böyük ehtiyac vardır. Belə vəziyyətdə
isə iqtisadi sistemdə yaranan şərait və xüsusiyyətlərin, meydana gəlmiş və həllini tələb
edən problemlərin aktuarial şərhi olduqca vacib hesab olunmalıdır.
Beynəlxalq iqtisadi böhranın ilk dərsləri sırasında yeni və ya nisbətən yeni nəzəri
ideyalarla yanaşı, əhəmiyyətlilik baxımından isə bəlkə də ön cərgələrdə, A.Smitin
“bazarın gözəgörünməz əli” ideyası və “dövlətin gecə qoruqçusu olması” təklifinə yeni
münasibət dayanır. Məsələn, məşhur C.Soros iddia edir ki, “Müasir böhranın səbəbləri
kənarda deyil. Onun yaranmasını sistemin özü şərtləndirmişdir”. 2008-ci ildə dünya
ölkələrinin, ilk növbədə, iqtisadi cəhətdən güclü ölkələrin böhrana qarşı mübarizəsinə
rəğmən, riskləri bölüşdürmək əvəzinə, dünya maliyyə sistemi onları daha da artırır.
Neoliberal ideyanın “görünməz əli” işləmir. Bu baxımdan, artıq bir çoxları C.Stiqlisin
“bazarda görünməz əlin görünməməyinin səbəbi ondadır ki, belə əl burada yoxdur”
fikrini dəstəkləyirlər. Doğrudur, əslində, liberal iqtisadi münasibətlərdə dövlətin
tamamilə iştirak etmədiyini söyləmək olmaz. İqtisadçıların bir qismi “bazarın
boşluqları” ilə “dövlət tənzimləməsinin boşluqlarının” eyni tərtibli olması kimi
qiymətləndirməni daima müdafiə etməmişlər və biz də hesab edirik ki, bu doğru
qiymətləndirmədir. Akademik L.Abalkinin fikrincə isə, “...Prinsip etibarı ilə, dövlətin
iqtisadiyyatda iştirakının zəruriliyinin əksi heç vaxt aktual olmayıb, həmişə belə
iştirakın obyekt və subyektləri, əhatə dairəsi və sərhədləri, forma və üsulları, sosial
dəyəri, meyilliyi və istiqamətləndirilməsi müzakirə predmeti olmuşdur”. Lakin nəzərə
almaq vacibdir ki, iqtisadi idarəetmədə mühüm məsələlərdən biri məqsəd funksiyasının
formalaşdırılmasıdır. Bu məsələnin universal həlli indiyədək yoxdur və təcrübədə ən
çox istifadə olunan yanaşma Tinberqen bərabərsizliyinə və “prioritetlərin seçiminə”
əsaslanan yanaşmadır.
Eyni zamanda müasir dövlət tənzimləməsi nəzəriyyəsinin əsasını qoymuş
C.M Keynsin “Hadisələr və faktlar arasında müəyyən əlaqə var, lakin bu əlaqəni heç də
həmişə ölçmək olmur” fikrinin doğruluğunu qəbul etmək olmaz. Təcrübə göstərir ki,
iqtisadi informasiyanın keyfiyyətini artırmaqla, onun dolğunluğu, doğruluğu və
şəffaflığını təmin etməklə yuxarıda qeyd edilən ölçməni təmin etmək olar.
İnformasiyanın dolğunluğu iqtisadi siyasətin bu hissəsində təsiri olan, ölçülən bütün
parametrlərin analitik sintezi vasitəsi ilə təmin edilir. Doğrudur, burada əsas məqam
məqsədin seçimindən və müvafiq analitiklərin bacarığından asılıdır. Faktiki olaraq, bu
mərhələdə sintetik göstəricilərin üstünlük təşkil etdiyi yeni sistem formalaşdırılır.
İnformasiyanın doğruluğunu onun formalaşdırılması və ölçmə mənbələrinə görə
qiymətləndirmək olar. Bu zaman ən vacibi müvafiq göstəricilərin qarşılıqlı uyğunluğu
və bir-birini təsdiqləməsidir.
İnformasiyanın şəffaflığı onun dolğunluğunu və doğruluğunu ifadə edən
xüsusiyyətlərin mövcudluğu və informasiyanın bütün maraqlı tərəflər üçün əlçatanlığı
ilə müəyyənləşir.
Fikrimizcə, yuxarıda qeyd olunan xüsusiyyətlərə malik olan informasiyanın
formalaşdırılması üçün aşağıdakıların həyata keçirilməsi vacibdir:
1.
İqtisadiyyatın idarə edilməsi terminlərinin eyniliklə qəbul edilən qlossarisinin
yaradılması;
2.
İqtisadi informasiyanın standartlarının yaradılması;
3.
İqtisadi qanunvericiliyin yeni informasiya standartları və qlossari ilə
uyğunlaşdırılmasının təmin edilməsi.
Dünya iqtisadiyyatını bürümüş və özünün xarakteri və miqyasına görə “Böyük
tənəzzül”lə müqayisə edilən müasir qlobal maliyyə-iqtisadi böhranının səbəblərini
araşdıran çoxsaylı tədqiqat mərkəzləri, beynəlxalq iqtisadi qurumlar və ayrı-ayrı
analitiklər böhranın baş verməsi səbəbləri sırasına iqtisadi proseslərin uzun müddət
ərzində gedişi haqqında düzgün və dolğun məlumatların ortada olmaması və bu tip
məlumatlara adekvat reaksiyaların vaxtında baş verməməsini aid edirlər. Ona görə də
indi, dünya iqtisadiyyatının böhrandan sonrakı dövrdə idarə edilməsində aparılmalı olan
ən zəruri tədbirlər sırasında iqtisadi inkişafın yeni statistik və analitik informasiya
bazasının yaradılması aktual məsələ hesab edilir. Bu baxımdan, yeni informasiya
standartlarının yaradılması, o cümlədən Beynəlxalq Valyuta Fondunun keçən əsrin 90-cı
illərində Meksikada baş vermiş böhrandan sonra tətbiq etməyə başladığı “Məlumatların
xüsusi yayılma standartları” və “Məlumatların ümumi yayılma standartları” təcrübəsinin
genişləndirilməsi nəzərdə tutulur. İnformasiya standartlarının yaradılması yalnız
mövcud göstəricilər sistemi üzrə məlumatların vaxtında, düzgün və tam toplanması ilə
məhdudlaşmır, burada daha vacib məsələ iqtisadi inkişafın hər bir mərhələsində baş
verənlərlə onların doğura biləcəyi nəticələrin əlaqələndirilməsi hesab olunur. Başqa
sözlə, iqtisadi inkişafın qiymətləndirilməsində iqtisadi informasiyaya olan münasibətin
köklü dəyişikliyi baş verir. Artıq bir çox tanınmış iqtisadçılar bu baxımdan iqtisadi
proseslərdə, hətta atılan addımların nəticələrinin qeyri-müəyyənliyinin böyük olduğunu
nəzərə
alaraq
belə
proseslərin
qiymətləndirilməsində,
o
cümlədən
proqnozlaşdırılmasında
hadisələrin
ehtimallığına
deyil,
onların
mümkünlüyü
dərəcələrinə
əsaslanmağı
düzgün
sayırlar.
Başqa
sözlə,
iqtisadi
inkişafın
qiymətləndirilməsində qeyri-səlis məntiqə əsaslanan yanaşmaların, o cümlədən
modelləşdirmənin tətbiqi getdikcə aktuallaşmaqdadır.
Beləliklə, çağdaş dünya iqtisadiyyatının inkişafında və o cümlədən iqtisadi
nəzəriyyədə yeni iqtisadi paradiqmanın konturları artıq görünməkdədir. Yeni paradiqma
“yeni iqtisadiyyat”, “informasiya iqtisadiyyatı” və s. kimi müxtəlif anlayışlarla, bir çox
hallarda müxtəlif, ziddiyyətli və fikrimizcə, yanlış izah edilir. Belə yanlış izahların ən
çox yayılmış nümunələrinə görə “yeni iqtisadiyyat” – “İnternet iqtisadiyyatdır”. Digər
tərəfdən bəziləri hesab edir ki, yeni iqtisadiyyat iqtisadi nəzəriyyənin əsas və
fundamental prinsip və kateqoriyalarını gərəksiz edir, digərləri isə hesab edir ki, yeni
iqtisadiyyat əslində heç bir yeni prinsip və ya qanunauyğunluq yaratmır, yalnız mövcud
texnoloji yanaşmalarda informasiya texnologiyaları üstünlük təşkil edir, başqa sözlə,
sadəcə olaraq, indi bir texnoloji ukladın digəri ilə əvəzlənməsi baş verir. Lakin bu
mövqeləri düzgün hesab etmək olmaz. Dünya Bankının yeni iqtisadiyyat haqqındakı
konsepsiyasına görə, Yeni İqtisadiyyat elə iqtisadiyyatdır ki, burada innovasiya prosesi
sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir.
Kompyuter texnikasının və informasiya texnologiyalarının inkişafı nəinki
insanların yeni fəaliyyət sahəsinin yaranmasına səbəb olmuşdur, bu, eyni zamanda,
onların yaşayış imkanlarının, şəraitinin bütövlükdə dəyişməsinə gətirmişdir. Baş verən
proseslərin qlobal xarakteri onların təhlili və qiymətləndirilməsinə yeni yanaşmalar tələb
edir. Belə yeni yanaşma, fikrimizcə, informasiya paradiqmalı iqtisadi inkişaf modelinin
qəbul edilməsi anlamına gətirilməlidir.
Məlum olduğu kimi, iqtisadi paradiqma dedikdə, sosial dəyərlər; o cümlədən
istehsal, bölgü, maddi nemətlərin mənimsənilməsi və istehlakının xarakteri və strukturu
da daxil olmaqla, cəmiyyətin iqtisadi sisteminin fəaliyyət qanunları və kateqoriyaları;
ictimai və iqtisadi institutlar; iqtisadi proseslərin idarə olunmasının təsərrüfat
mexanizmini əhatə edən əsas prinsiplər başa düşülür.
Bu baxımdan, informasiya paradiqması sosial dəyərlər sırasında təhsil və biliklərə
malik olmanı ön cərgəyə çıxarır və bununla, Frensis Bekonun məşhur “Kim
informasiyaya malikdirsə, dünyaya malikdir” fikri bir daha təsdiqlənir. İqtisadi
nəzəriyyədə informasiya paradiqmasının yaranması, intellektual xidmətin yaranması
hesabına iqtisadi fəaliyyətin yeni sahəsinin yaranmasına və bununla, iqtisadiyyatda
struktur dəyişmələrinə səbəb olur. Yeni iqtisadi paradiqmada, təbii ki, əsas rol oynayan
kateqoriya – informasiya kateqoriyasıdır. İqtisadiyyatın informasiyalaşması onun
kompyuter texnikası və informasiya texnologiyaları əsasında texniki cəhətdən
yeniləşməsi ilə yanaşı, informasiyanın mühüm əhəmiyyətli iqtisadi resursa çevrilməsi
deməkdir.
İnformasiya iqtisadi resurs kimi aşağıdakı formalarda çıxış edir:
bazarın vəziyyətini xarakterizə edən (əmtəə və xidmətlərin qiymət səviyyələri və
onların dəyişməsi dinamikası, qiymətli kağızların kursları, bank faizləri, birja
kotirovkaları) konyuktura məlumatları/informasiyaları; əmtəə və xidmətlərin tələb və
təklifi haqqında, onların xarakteri, rəqabət qabiliyyətliliyi, bazarın agentləri, idxal və
ixrac, daxili və xarici bazarların qarşılıqlı təsirini əhatə edən məlumat toplusundan ibarət
kommersiya informasiyaları; tərəfdaşların və bazardakı rəqiblərin tədiyyə və kredit
qabiliyyətliliyi haqqında maliyyə informasiyaları; innovasiyalara şərait yaradan elmi-
texniki informasiyalar; statistik informasiyalar; istehlakçıların prioritetlərinə və
bazarlardakı şəraitə təsir edən kütləvi informasiyalar (qəzetlər, teleradio, İnternet və s.).
İnformasiya əmtəə kimi bir sıra özəl xüsusiyyətlərə malikdir: onun istehsalı şəbəkə
xarakterlidir, yəni hər bir iştirakçı bu məhsula yeni məlumat əlavə etməklə onun yeni
məhsula çevrilməsinə, daima zənginləşməsinə, daxilən ziddiyyətli olmayan tam və
doğru informasiyanın yaranmasına səbəb olur, bu məhsulu, tələb olarsa, dəfələrlə
satmaq olar, digər məhsullarla müqayisədə informasiya məhsulu üçün “limit
faydalılığının azalması” qanunu işləmir, informasiya məhsulunun qiyməti onun
hazırlanmasının maya dəyəri ilə müəyyənləşmir və s.
İnformasiya kateqoriya kimi, əhəmiyyətinə görə heç də zəif olmayan başqa bir
kateqoriyanın – biliklərin əsasını təşkil edir. Bilik dərk olunmuş informasiyadır. Yəni
bilik zaman və təcrübə ilə sınaqdan çıxmış əsaslı informasiya olaraq elmi dünyagörüşün
əsasını təşkil edir, elmi-texniki tərəqqinin inkişafını təmin edir və istehsal innovasiyaları
formasında maddiləşir.
Biliyin unikallığını qiymətləndirən müasir menecmentin aparıcı nəzəriyyəçisi
P.Drukerin fikrincə, “bir biznesi digərlərindən fərqləndirən əsas məqam müxtəlif
sahələrə aid olan biliklərin iqtisadiyyat və menecmentin ayrı-ayrı sahələrində istifadə
olunmasıdır.” Onun qənaətinə görə, pul və avadanlıqlar, əslində, heç nə ilə fərqlənmir,
yalnız informasiya və ya bilik həlledici resurs ola bilər. Bir sıra mütəxəssislər isə yeni
iqtisadiyyatın ən mühüm nailiyyətləri sırasına biznesin informasiya və fiziki tərkib
hissələrinə ayrılmasını aid edir. Hesab olunur ki, əslində, belə yanaşma ənənəvi
biznesdə də faydalıdır. Məsələn, məşhur Bill Qeyts hesab edir ki, “biznesin bir çox
problemləri, əslində, informasiya problemidir, lakin heç kəs bu problemə layiqincə
yanaşmır”.
İnformasiya paradiqmasını müasir sosial-iqtisadi sistemə tətbiq etməklə, bu sistemi
cəmiyyətlə münasibətdə olduğu kimi, informasiya iqtisadiyyatı adlandırmaq olar.
İnformasiya iqtisadiyyatını xarakterizə edən xüsusiyyətlərə: qlobal xarakter; biliklərə
istiqamətlənmə; innovasiya təbiəti; “istehlakçı – istehsalçı” münasibətlərinin dəyişməsi;
əməyin yaradıcı, intellektual xarakteri aid edilir.
Mahiyyət etibarı ilə informasiya iqtisadiyyatı bazar iqtisadiyyatı xüsusiyyət-lərinə
malikdir. Yəni burada istehlakçının müstəsna səlahiyyətləri təmin edilir, bazarda
rəqabət mövcuddur, ”görünməz əl” prinsipi işləyir və dövlət bazarın fəaliyyətinə
müdaxilə etmir. Lakin sadalanan xüsusiyyətlərin reallaşdırılması özəlliklərə malikdir.
Bu baxımdan, ən vacibi istehlakçının sərbəstliyinin təmin olunması hesab edilməlidir.
Müvafiq bazarın xüsusiyyətləri baxımından isteh-lakçının sərbəstliyinin təmin
olunmasında əsas məqam onun məhsul və bazar, həmçinin firmaların davranışı
haqqında məlumatlılığıdır. Hesab olunur ki, burada mühüm problem informasiyanın
asimmetrikliyi potensialı ilə bağlıdır. Asimmetrik informasiya nəzəriyyəsinə görə,
istehlakçılar məlumatlılıq baxımından iki qismə ayrılır: simmetrik informasiyaya malik
olan güclü istehlakçılar və asimmetrik informasiya şəraitində bazara uyğunlaşmağa
çalışan digər istehlakçılar.
“Təmiz” mübadilə iqtisadiyyatında istehlakçı və onun davranışı “simmetrik
informasiya” şəraitində qiymətləndirilir. Bu zaman hesab olunur ki, istehlakçı aşağıdakı
4 xüsusiyyətə malikdir:
1) onun istehlak çoxluğu əmtəə çoxluğunun alt çoxluğudur;
2) onun seçimi zövqü və istəyi ilə müəyyənləşir;
3) o əvvəlcədən müəyyən təminata malikdir və bu təminat mövcud qiymətlər
şəraitində onun rifahını tənzimləyir;
4) faydalılığın maksimumlaşdırılmasına istiqamətlənmiş rasional istehlakçı istəyi
onun təmin olunma səviyyəsi ilə məhdudlaşır.
İnformasiya o zaman simmetrik olur ki, qərar qəbulu zamanı bütün agentlərin
qeyri-əminlik səviyyəsi eyni olsun. Həm obyektiv, həm də subyektiv informasiyanın
ehtimallığı eynidir, sanki simmetriya təşkil edir. Obyektiv informasiya, adətən, bazarın
bütün agentləri üçün simmetriya təşkil edir, ancaq subyektiv informasiya asimmetriya
yaradır. Həmişə bazara uyğunlaşmağa çalışan istehlakçılar satıcılarla nisbətdə daha çox
informasiyaya
malik
olur.
Asimmetrik
informasiya
problemi
XX əsrin 70-ci illərindən iqtisadi nəzəriyyədə müxtəlif praktiki nümunələrlə izah edilir.
Əsas nəticə ondan ibarətdir ki, asimmetrik informasiya şəraitində tərəfdaşlardan biri
daha əlverişli imkanlara malikdir.
Asimmetrik informasiya konsepsiyası aşağıdakı nəticələrlə ifadə olunur:
1) əgər bazarda asimmetriya varsa, onda firmaya yalnız əmtəə və xidmətlərin
satıcısı kimi, istehlakçıya isə əməyin və əmtəələrin alıcısı kimi baxmaq – düzgün deyil,
bu halda bazar agentlərinin qarşılıqlı fəaliyyəti üçün yeni faktordan-onların
məlumatlılığı faktorundan istifadə olunmalıdır;
2) simmetrik informasiya şəraitində istehlakçının davranışı kifayət qədər sadə
aksiomlar toplusu ilə izah edilirsə, asimmetrik informasiya şəraitində istehlakçının
davranışını onun müxtəlifliyi, çoxcəhətliliyi səbəbindən proqnozlaşdırmaq və
tənzimləmək praktiki olaraq mümkün deyil, çünki bu zaman o, öz risklərini azaltmaq
və maraqlarını müdafiə etmək üçün çox ehtiyatlı və düşünülmüş hərəkətlər edir;
3) simmetrik informasiya şəraitində istehlakçının davranışında özünə əminlik
olduğundan “istehlakçı – bazar” vektoru fərddən bazara doğru istiqamətlənmiş olur,
asimmetrik informasiya şəraitində isə agentlərin optimal davranışı onların qeyri-
əminliyi ilə müəyyənləşir və münasibətlər vektoru bazardan istehlakçıya doğru
istiqamətlənir;
4) istehlakçı mübadilə zamanı az və ya daha çox məlumatlıdırsa, kəmiyyət və
qiymətlər kifayət qədər aşkar deyilsə, onda güclü istehlakçı haqqında danışmaq olmaz:
belə ki, istehlakçı özünün əmin olmaması səbəbindən və digər agentlərin reaksiyaları
baxımından şəraitə uyğunlaşmağa məhkumdur.
Asimmetrik informasiyanın bütün hallarının nəzərə alınması praktiki olaraq
mümkün olmadığından onları aşağıdakı 4 qrupda birləşdirirlər:
1)
tarazlığın rasional gözlənilməsi;
2)
mənəvi risklər;
3)
passiv seçim;
4)
axtarış.
Birinci qrupa insanların proqnoz modellərinə əsasən davranış halları aid edilir. Bu
halda modellərin rolu ikilidir: bir tərəfdən onlar davranışın proqnozlaşdırılmasına
xidmət edir; digər tərəfdən isə bu davranışı əvvəlcədən müəyyənləşdirir və onu
tənzimləyir. Belə yanaşma tərəfdarları hesab edir ki, həm hökumət, həm də fərdlər
səviyyəsində bütün mümkün informasiyaların istifadə olunması rasional gözləmələri
daha böyük ehtimallı edir. Lakin bu yanaşmanın əleyhdarları hesab edir ki, əvvəla, belə
informasiyanın əldə edilməsi kifayət qədər baha başa gəlir, ikincisi, çəkilmiş zəhmət itə
bilər, çünki informasiya onun əldə edildiyi məqamda öz aktuallığını itirir.
Mənəvi risklər müəyyən şərtlər daxilində ödəmələrin alınması zamanı yarana bilir,
çünki həmin şərtlər bilərəkdən və ya təsadüfən dəyişə bilər. Passiv seçim isə ondan
ibarətdir ki, böyük qrup insanların eyni şərtlərdən yararlanması fərqli ola bilər. Axtarış
modelində isə bazar qiymətləri müqayisə edilir və ilk növbədə keyfiyyət meyarları
nəzərə alınır. Adətən, hesab olunur ki, keyfiyyət, ilk növbədə qiymətdə əks olunur.
İqtisadi nəzəriyyənin informasiya paradiqması əsas iqtisadi kateqoriyaların
dinamikası və məzmununun dəyişmələrini tədqiq etməyə, iqtisadi indikatorların böyük
qrupunun proqnoz əhəmiyyətini və mühümlüyünün dəyişməsini qiymətlən-dirməyə
imkan yaradır. İnformasiya iqtisadiyyatında ənənəvi mahiyyəti daha tez dəyişən iqtisadi
kateqoriyalar aşağıdakılar hesab olunur: dəyər, faydalılıq, kapital, istehlak, istehsal və
mülkiyyət münasibətləri.
Bir sıra tədqiqatçıların fikrincə, informasiya iqtisadiyyatında istehsalın maddi
elementlərinin yığımı yox, bilik və müxtəlif informasiyaların yığımı baş verir. Ənənəvi
olaraq iqtisadiyyatın əsas birləşdirici ideyası olan yığım prosesi öz yerini
kommunikasiyalara verir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, elmi-texniki tərəqqi
inkişaf etdikcə kapitalın da sürəti artır. Ona görə də investisiyaların müxtəlif
istiqamətlərə paylanması baş verir və pulun yeni texnologiyalara qoyulması imkan-ları
artır.
Beləliklə, deyilənləri ümumiləşdirərək, qeyd etmək olar ki:
1)
müasir qloballaşma şəraitində iqtisadiyyatın idarə edilməsində informasiyanın
rolu sürətlə artır və onun xarakterinə olan tələb dəyişir;
2)
informasiya iqtisadiyyatı iqtisadi resurs kimi çıxış edən informasiya
kateqoriyasını ön sıraya çıxarır;
3)
iqtisadi sistemin bütün həlqələrində baş verən dəyişikliklər yeni informasiya
paradiqmasına əsaslanan informasiya iqtisadiyyatının yaranmasını təsdiqləyir;
4)
informasiya paradiqması bazarın fəaliyyətinin bütün prinsiplərinin, xüsusilə
istehlakçıların əmtəə və xidmətlər bazarında davranışı prinsiplərində olan
dəyişmələri əks etdirir və istehlakçının məlumatlılığını ilk sıraya çıxarır.
Hesab olunur ki, informasiya paradiqmasının tətbiqi, fundamental iqtisadi
kateqoriyaların indiyədək məlum olmayan cəhətlərini aşkar etməklə, yeni şəraitdə
iqtisadi sistemin inkişaf qanunlarını müəyyənləşdirməyə və bütövlükdə, iqtisadiyyatın
və dövlətin idarə olunması prinsiplərini müəyyənləşdirməyə imkan verər.
Ə
dəbiyyat
1.
Абалкин Л.И. Курс переходной экономики, Москва, 1997
2.
Апатова И.В. Информационная парадигма экономической теории, Ученые
записки Университета им. В.Вернадского, серия «Экономики» , том 19 (58),
2006
3.
Гасанов Р. Управленческие особенности транзитивных экономик (на примере
Азербайджанской Республики)
“
Кавказ и глобализация”
,
том 3, выпуск 1,
2009, CA& CC Press, Швеция
4.
Государственное регулирование рыночной экономики. Под ред. Столярова
И.И. М. 2001
5.
Друкер П. Задачи менеджмента в 21-ом веке, М. 2006
6.
Родрик Д. Многочисленные рецепты экономического роста, ИА АКИпресс,
2008 (http://
www.akipress.orq
).
7.
Товстых Л.Е. Новая информационная экономика,
“
Креативная экономика”,
№ 4. 2007
УДК
316.324:338.24
Гасанов
Р.Т., Гасанли А.Р.
Азербайджанский Государственный Экономический Университет,
Баку, Азербайджан
rhasanov@rambler.ru
, amalhasanli88@gmail.com
Роль
информации в управлении экономикой в условиях глобализации
и
особенности информационной экономики
В данной статье исследуются суть глобальной экономики и роль информации в ее
управлении.
Рассматриваются
факторы,
характеризующие
экономическую
информацию и информационную экономику. Анализируются существующие
научные теории в исследуемой области.
Ключевые
слова: глобальная экономика, транзитивная экономика, экономическая
информация,
информационная
экономика,
симметрическая
информация,
ассиметрическая информация.
Hasanov R.T., Hasanli A.R.
Azerbaijan State Economic University, Baku, Azerbaijan
rhasanov@rambler.ru
, amalhasanli88@gmail.com
Information role in the management of economy in a globalization condition
and information economy features
The essence of global economy and information role in the management of economy are
investigated in the article. Factors characterizing economic information and information
economy are looked though. Scientific theories existing in investigating sphere are
analyzed.
Key words: global economy, transitive economy, economic information, information
economy, symmetric information, asymmetric information.
Dostları ilə paylaş: |