Aida İmanquliyeva yaradıcılığının izi ilə
– 29 –
Siyasət seli elmi də, mədə-
niyyəti də, şeiri də yuyub
aparır.
Ə
bu Turxan
məsinə və bundan doğan mənəvi boşluğa reaksiyadır.
Qərb intellekt qanadlarında çox uzaqlara uçmuş, həyatın təməl
prinsiplərindən, fəlsəfi bazisdən ayrı düşmüşdür. Həm də artıq elə
uzaqlara getmişdir ki, geri qayıtmaq bir o qədər də asan məsələ deyil.
«Qayıdış zamanı geridə olan qabağa düşür» hikmətini yada salsaq, sıra
Şərqindir. Təməl prinsipləri harada, hansı yol ayrıcında itirmişdiksə,
yenidən həmin nöqtədən başlayaraq axtarsaq və bu zaman yeni dövrün
intellektual imkanlarından istifadə edə bilsək, ola bilsin ki, fəlsəfi fikrə
ikinci nəfəs gətirə bilərik.
Bu gün islam dünyasında ilk dəfə milli-demokratik dövlət qur-
muş Azərbaycanda yeni fəlsəfi axtarışlar yeni ideologiya axtarışları ilə
əlaqəli olsa da, müəyyən nisbi müstəqilliyə və məxsusi ənənəyə malik-
dir. Özümüzə qayıtmaq və öz milli fi-
kir potensialımız zəminində müasir
fəlsəfi sistemlər qurmaq və milli ideo-
logiyanı da bu yeni və qədim fəlsəfə-
nin ruhuna uyğun kökləmək yönün-
də axtarışlar gedir. Bu axtarışların
təməlində Zərdüşt, Dədə Qorqud, Bəhmənyar, Şeyx əl-İşraq durur.
Həm də bu axtarışlar bütün Şərqdən, İslam dünyasından təcrid olun-
muş şəkildə deyil, qarşılıqlı əlaqə və zənginləşmə şəraitində aparılma-
lıdır. Bu baxımdan, yeni dövr ərəb mütəfəkkirlərinin mövqeyi də bö-
yük önəm kəsb edir. Şərq ruhunu qoruyub saxlamaqla bərabər, Qərb
təhsili almış Reyhani, Cübran və Nüaymə kimi simaların timsalı çox
önəmlidir. Aida İmanquliyevanın tədqiqatı məhz bu baxımdan böyük
aktuallığa malikdir və bu tədqiqatlar davam etdirilməli, Şərq ilə Qərb
arasında yeni vəhdət məqamları üzə çıxarılmalıdır.
Biz milli-mənəvi köklərimizə, milli-fəlsəfi fikir tariximizə Qərb
fəlsəfəsi prizmasından baxmaq məcburiyyətində qalsaq da, müəyyən
məqamlarda bu qaynaqlarla birbaşa təmas qurmağa, qəlbimizin dərin-
liyində onları heç bir vasitəçi olmadan duymağa, zaman uçurumunun
yaratdığı ögeylik sindromunu aradan götürməyə qadir olduğumuzu sü-
but etməliyik.
Şə
rq ruhunun Qərb həyatı
– 30 –
Mən iki dünyanın (Qərb
və Şərq dünyasının) vətənda-
şıyam – Dünyanın vətəndaşı-
yam.
Reyhani
Hər şeydən əvvəl qeyd edək ki, biz «Şərq» və «Qərb» anlayışla-
rını heç də coğrafi terminlər kimi işlətmirik. Baxmayaraq ki, bu anla-
yışlar əvvəlcə ölkələrin məhz coğrafi yerləşməsinə uyğun olaraq işlə-
dilmişdir, lakin sonralar onların simvolik mənaları formalaşmışdır.
Belə ki, əvvəla, Şərq – ənənəviliyin, Qərb isə müasirliyin simvo-
lu kimi başa düşülür. Bu baxımdan, Şərqdə və Qərbdə elmin, mədəniy-
yətin, təhsilin xüsusiyyətləri də məkandan daha çox, zaman göstərici-
ləri ilə səciyyələnir.
İkincisi, Şərq və Qərb bölgüsü mədəni-mənəvi bölgü kimi, habe-
lə sivilizasiyaların tipləri və düşüncə tərzləri arasındakı fərqə görə get-
diyindən, biz kitabda bu anlayışlardan məhz həmin mənada istifadə
edəcəyik. Həm də ona görə ki, bu cür yanaşma A.İmanquliyeva üçün
də səciyyəvi idi.
Üçüncüsü, və ən başlıcası,
Şərq və Qərbi fərqləndirən ən mü-
hüm amil münasibətlərin şəxsi, yox-
sa ictimai miqyasda qurulmasıdır.
Belə ki, Şərq düşüncəsində məqsəd
insanın kamilləşməsi, Qərb düşüncə-
sində isə – cəmiyyətin təkmilləşdirilməsidir.
Bəli, Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsü-
dür. Qədimlik və ənənəvilik müasirliklə, modernləşdirmə ilə qarşılaşır.
Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən
mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə et-
miş olduğu intellektual və texnoloji uğurlar yada düşür. Bu cür başa
düşüldükdə, Yeni Dövrə qədər hər hansı bir Qərb sivilizasiyasından
danışmaq mümkün deyil. Roma imperiyasının süqutundan ta Renes-
sans dövrünə qədər Avropa da Şərq sivilizasiyasının bir hissəsi idi.
Həm də ucqar hissəsi, əyalət idi. Dünyada baş verən əsas proseslər, si-
vilizasiyanın ağırlıq mərkəzi, geopolitik situasiyanı müəyyən edən bö-
yük hadisələr məhz Şərqdə baş verirdi. Avropa ölkələri ancaq bu bö-
yük mədəniyyət mərkəzləri ilə bağlı olmaq dərəcəsinə görə sivilizasi-
yaya qatıla bilirdi. Təsadüfi deyildir ki, Orta əsrlərdə müsəlman dün-
yasının təsir dairəsində olan İspaniya elmi-fəlsəfi fikrin inkişafında oy-
Aida İmanquliyeva yaradıcılığının izi ilə
– 31 –
Ruh və bədən arasında
mübarizə yalnız o kəslərin
əqllərində gedir ki, onların
ruhları mürgüləyir, bədənlə-
ri isə solub.
Cübran
nadığı rola görə bütün digər Avropa ölkələrindən öndə gedirdi. Vati-
kan isə sivilizasiyanın, tərəqqinin yox, sxolastikanın və inkvizisiyanın
ideya mərkəzi idi.
Varlığın iki böyük əsasının, maddi və mənəvi bölgüsünə uyğun
olaraq, hissi-empirik və hissi-estetik başlanğıcın bu və ya digər dövr-
dəki prioritetliyi bəşər sivilizasiyasının müxtəlif zaman kəsiklərində
formalaşan müxtəlif keyfiyyətli, xarakterli qatlarının fərqləndirilməsi
də coğrafi bölgüyə əsaslanmır. Sadəcə olaraq müasir Avropa «Qərb si-
vilizasiyası»nın daşıyıcısına çevrildikdən sonra onun keçmiş zamana
ekstrapolyasiyası subyektiv mülahizələrlə həyata keçirilir ki, bu da av-
ropasentrizimin daha bir təzahürüdür.
Onların əsas arqumenti, əlbəttə, antik
sivilizasiyadır. Lakin obyektiv təhlil
göstərir ki, antik dövrdə yaradılan də-
yərlər sistemi müasir Şərq və Qərb
bölgüsü baxımından heç bir tərəfə uy-
ğun gəlmir və daha çox dərəcədə sin-
kretik hadisədir.
Şərq təfəkküründə ona görə hissi-estetik və metaforik məqam ön
plana çıxır ki, insan-dünya münasibətlərində bütövlüyün qorunub-sax-
lanması üçün onlar hissi-empirik və rasional məqamlara nisbətən daha
əlverişlidir. Bizim Qərb düşüncəsi kimi səciyyələndirdiyimiz hissi-em-
pirik metod hadisələrin hissələrə ayrılmasını, parçalanmasını tələb
edir. Və Qərbin bütün sonrakı uğurlarının təməlində dünyanın məhz
hissə-hissə, konkret hissi təcrübə aktları sayəsində öyrənilməsi və bu
hissələrin sintezindən onun yeni, bütöv mənzərəsinin hasil olması da-
yanır. Bu, əslində dünyanın elmi təhlilidir. Təsadüfi deyildir ki, bir çox
tədqiqatçıların fikrinə görə, «Elm – Qərbin yeni dinidir».
1
Daha doğru-
su, Qərbin təməlində din yox, elm dayanır.
Şərqin elmə münasibətində isə bəzən nihilizm meylləri hökm sü-
rür. Əmin ər-Reyhani yazır: “Şərq modern elmlə yanaşı gedə bilməz.
Riyakarlıqla əhatə olunmuş, ənənə ilə doldurulmuş, mücərrədləşdiril-
1
Г.Байнфилд, Е.Корнголд. Между небом и землей. М., 1997, стр. 27.
Dostları ilə paylaş: |