Brest-Litovsk müqaviləsinə əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci
maddəsində
deyilirdi ki, Rusiya türk ordusunun qeyd edilən ərazilərə qayıtmasınadək qarət və cinayətlərə yol
verilməsinin qarşısını
1
Документы и материалы..., səh. 41-45.
2
История Азербайджана по документам и публикациям, B., 1990, səh.167.
3
Документы и материалы.., səh. 83-84.
4
Gokdemir Ahmet, Cenubi Garli Kafkaz Hukumeyi, Ankara, 1989, səh.15.
alacaq, erməni “çətə”lərini tərxis və tərksilah edib buraxacaq.
1
Zaqafqaziya hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin imzalanmasına etiraz
etmişdisə də rus qoşunlarının yerini tutmuş erməni silahlı qüvvələrinin türk ordusunun qarşısında
duruş gətirmədiyini yəqin etdikdən sonra, aprelin 10-da Trabzondakı Zaqafqaziya
nümayəndələri
bu müqaviləni qəbul etdiklərini bildirmişdilər.
Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyaları aprelin 15-də Qars vilayətindəki
hadisələr haqqında məsələ müzakirə edir. Müzakirənin protokolunda yazılır: Qaçqın yunanlar
xəbər verirlər ki, hücum edən türk qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və
silahlı fərariləri yollarda rast gəldikləri müsəlman
kəndlərini tam məhv edir, hər şeyi yandırır,
əhalini qılıncdan keçirir, təsvir ediləsi mümkün olmayan vəhşiliklər törədirlər. Onlar qadınları
lüt-üryan edir, süngülərə keçirilmiş südəmər körpələri hərbi qənimət kimi aparan “qalib” erməni
qoşunlarının keçməli olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər: “Gərək
qeyri-insani əsəblərin ola ki, bu cəhənnəm əzabını, dəlilik dərəcəsinə çatdırılmış qadınların və
uşaqların qəlbi dağlayan naləsini, köməksiz qocaların iniltilərini eşidə və dözə biləsən... Təxmini
hesablamalara görə 82 kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti
kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində indi təəssüf ki,
1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars
vilayəti törədilmiş qəddar
vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş ermənilərin riyakarlığından, vəhşiliyindən və
alçaqlığından xəbər verən nəhəng qəbiristanlığa çevrilib.”
2
1
Документы внешней политики СССР, M. 1957, 1-ci cild, səh. 199-200.
2
ARDA, F.970, siy. 1, İş 1, v. 28-29.
Erməni qırğınları martın 12-də türk qoşunlarının Ərzurumu azad etməsi zamanı daha da
şiddətlənmişdi. Həmin hadisələri 15-ci Qafqaz Kolordusu komandanı Kazım Qarabəkir paşa
Amerika nümayəndə heyətinin başçısı general Harborda verdiyi raportda belə izah etmişdir:”
Ərzurumda elə acı mənzərələr gördük ki, insanı insanlıqdan iyrəndirirdi. Xalq gözü yaşlı ora-
bura qaçaraq kimi oğlunu, kimi atasını, kimi arvadını süngülənmiş və ya yandırılmış tapır,
saçlarını yolurdular. Bir çox küçələrdə həyat yox idi.
Yerlərdə cocuq, qadın, qoca qanlar
içində yatırdılar. Yalnız son gecə (11-12 mart 1918-ci ildə) üç min müsəlman kəsdiklərini
ermənilər öyünərək ruslara bildirmişdilər, bunu polkovnik Tverdoxlebov raportunda
(xatirələrində) yazmışdır. Dəmiryolu stansiyasında sanki bir məzarlıq ölülərini kənara tullamışdı.
Cənazələr arasından keçərək, bu dəhşətləri gördük. Hələ içərisinə insanları doldurub
birlikdə
yandırdıqları binalar insanı titrədirdi.”
1
Kazım Qarabəkir paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda mühasirəyə almaq və
onları təqib etməkdən vaz keçməsinə baxmayaraq yenə də ermənilər razılığı pozub şəhərdə
qırğınlar törətmişdilər. “Aprelin 25-də axşam Qarsı geri aldıq. Şəhəri dolaşdım. Hər tərəf yanır,
stansiyada yüzə qədər əsir əsgərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı müdafiə Komandanlığı
dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-yə qədər müsəlmanın
cəsədini tapdıq.”
2
Bu arada, yəni aprelin 22-də Zaqafqaziya Seymi öz yığıncağında Zaqafqaziyanı müstəqil
Demokratik Federativ Respublika elan edir və bu respublika aprelin 28-də Türkiyə tərəfindən
tanınır.
Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunları Gümrüdə də dəhşətli qırğınlar
törətmişdilər. Həmin qırğınlar haqqında sənədli məlumatlar şəkillərlə birlikdə diviziya generalı
1
Kirzioğlu Fahrettin, Karsi1i və çevresinde, ermeni mezalimi, Ankara, 1970, səh. 84-85.
2
Yenə orada, səh. 87.
Əhməd Hulki Saralın “Erməni məsələsi” kitabında toplanmışdır. “İslam əhalinin uğradıqları
məzalim üzərinə bölgələrə dayanan bilgilər” adı ilə ilk nəşri
bütünlüklə köşklərdən və
kitabxanalardan yığışdırdığı üçün 1919-cu ildə həm türkcə, həm də fransızca yenidən nəşr
edilmişdi. Sənədlərdə deyilir:
“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə
qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir.
2) Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər (Duzluca) və İrəvan
bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və kişiləri qırmışlar.
3) 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki
Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini qırmışlar.
4) 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraça, Danqal, Mulanıs,
Murcahet, Padızka, havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdi.
Arpaçay üzərindəki Baçoğluilə İrəvanın şimali şərqindəki kəndlərin xalqı ermənilər
tərəfindən qırılmış, kəndlər yandırılıbdağıldılmışdır.”
1
İrəvan ətrafındakı müsəlmanları erməni qırğınlarından xilas etmək üçün Bakı (İslam)
Xeyriyyə Cəmiyyətinin 36-cı Qafqaz diviziyası komandanlığına etdiyi müraciətdə deyilirdi:
“İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə olduqları, otuzdan çox
müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrəvandan qaçaraq gələn yaralı və xəstə
köçkünlərin sayının gündən-günə çoxalmaqda və yoxsulluq ilə pərişanlıq içində
üzüldüklərindən, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
2
1
Kirzioğlu Fahrettin , Yenə orada, səh. 44-45.
2
Yenə orada, səh. 46.
Qeyd etdiyimiz kimi, Qars vilayətində türk qoşunlarının önündən geri çəkilməyə məcbur olan
erməni könüllü birlikləri qırğınları İrəvan quberniyasının ərazisində davam etdirmişdilər.
“Qarsdan sonra zorakılıq dalğası İrəvan quberniyasına keçdi. Qısa müddətdə Qars vilayətində
82, İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı, əhalinin bir hissəsi qırıldı, qalan
hissəsi isə didərgin düşdü. İrəvan quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi.”
1
Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində və İrəvan quberniyasında
törədilən qırqınlar haqqında iki dəfə məsələ müzakirə etmiş və Seym qarşısında məsələ
qaldırmışdı:
a) daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək
etmək üçün xüsusi
komissiya göndərilsin,
b) bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın,
v) ərazi nazirliyinə tapşırılsın ki, təcili yardım göstərsin,
q) azğınlıq edən erməni hərbi hissəsi buraxılsın,
d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə yardım göstərilsin.
Müsəlman fraksiyasının gərgin səyi nəticəsində Zaqafqaziya hökuməti bu məsələni
öyrənmək üçün komissiya yaratmış və qaçqınların ən zəruri ehtiyaclarını ödəmək
üçün bir
milyon manat vəsait buraxmışdı.2 1918-ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib
Gümrüyə daxil olmazdan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni
nümayəndələrinə:”Şəhərdəki türkləri gətirib təhvil verin və sonra da şəhəri təslim edin”-deyə
ultumatum göndərir. Dərhal ermənilər təlaşla arabalar