40
Motor yağları avtomobil, traktor və motosiklet mühərriklərinin yağlanması
üçün işlədilir, distillat və qalıq yağlarının turşu və seçici həlledicilərlə təmizlən-
məsindən alınır.
İstismar sahələrinə görə motor yağları qış və yay yağlarına bölünür.
Sənaye yağları. Prokat dəzgahlarının radikal diyircəkli yastıqlarını, metal
kəsən və taxta emal edən dəzgahları, presentləri, eləcə də dişli və vintli ötürmələri
yağlamaq üçün sənaye yağlarından istifadə edilir. Avadanlığın normal və etibarlı
işini təmin etmək üçün sənaye yağlarının yaxşı yağlama, antikorroziya,
antioksidləşmə, qoruyucu və köpük əleyhinə xassələri olmalıdır.
Bu yağların keyfiyyət göstəricilərinə bir sıra tələblər qoyulur. Bu tələblər yağ
növlərindən asılı olaraq müxtəlifdir, məsələn, bəzi yağları tərkibinə 0,01-0,015%
para oksidifenilamin aşqarı əlavə edildiyinə görə oksidləşməyə davamlı olmalıdır.
Kompressor yağları isə oksidləşməyə davam gətirməklə yanaşı, həm də
alçaq temperaturda olmalıdır.
Elektroizolyasiya yağları elektriki keçirməyən maddə və mühitin istiliyini
azaltmaq üçün işlədilir. Bu yağlara verilən əsas tələblər onların kimyəvi cəhətdən
yüksək dərəcədə sabit və antikorroziya xassəsinə malik olması və aşağı
temperaturda donmasıdır.
Qeyd etmək lazımdır ki, bu yağların oksidləşməyə davamlılığını artırmaq
üçün bu yağlarla oksidləşmə əleyhinə paraoksidifenilamin ional və başqa aşqarlar
əlavə edilir.
Qeyd etmək lazımdır ki, elə yağ növləri vardır ki, onlardan gündəlik həya-
tımızda istifadə olunan əşyaların hazırlanmasında istifadə olunur. Məsələn, ağ
yağları (ətriyyat və təbabət yağları), məlhəm (maz), krem, dodaq pomadası və s.
hazırlamaq üçün işlədilir. Bunlara verilən əsas tələblərdən biri rəngsiz, dadsız və
iysiz olmalarıdır.
Yağların rəngini ağartmaq üçün onları tüstülənən H
2
SO
4
və ağardıcı gillərlə
təmizləyirlər. Ağ yağların kimyəvi tərkibi parafin-naften karbohidrogenlərindən
ibarətdir (aromatik karbohidrogenlər və qatran olmur). Qeyd etmək lazımdır ki,
41
təbabət yağlarının özlüyü 50
0
C-də 28-36 mm
2
/san, ətriyyat yağlarınınkı isə 16-24
mm
2
/san olur.
Ümumiyyətlə, sənaye miqyasında istehsal olunan sürtkü yağlarının keyfiy-
yəti çox vaxt müasir tələbatı ödəmir. Buna görə də yağların motor keyfiyyətini
yüksəltmək üçün bunlarla az miqdar aşqarlar əlavə edilir. Bu aşqarlarla bir sıra
tələblər qoyulur. Bunlar da yağlarda yaxşı həll olmalı, uzun müddət saxlandıqda
temperaturun təsirindən çöküntü əmələ gətirməli, su ilə yuyulmamalı və yağlara
zərərli təsir göstərməməlidir.
Maşın və mühərriklərdə işlədilən yağlar metalların katolitik təsiri nəticəsində
oksidləşərək müxtəlif turşular əmələ gətirilir. Bu turşular da metala korroziyaedici
təsir göstərir. Ona görə də oksidləşmə və korroziyanın qarşısını almaq üçün
yağlara antioksidləşdirici və korroziya əleyhinə aşqarlar əlavə edilir.
Yağların keyfiyyətini xarakterizə edən əsas göstəricisindən biri onların özlü-
lüyünün temperaturdan asılı olaraq dəyişməsidir.
Müasir texnoloji proseslərlə özlülük indeksi yüksək olan yağlar almaq qeyri-
mümkündür. Ona görə də yağların özlülük indeksini yüksəltmək məqsədi ilə
onlara bir qədər aşqar qatılır. Aşqar kimi özlülüyü yüksək olan sintetik
polimerlərdən, yəni polizobutilen, volton, polivinil efirləri, polimetakrilatlar və s.
istifadə edilir.
Yağların əsas keyfiyyət göstəricilərindən biri də onların donma temperaturu-
dur. Qeyd etmək lazımdır ki, yağlarda müəyyən qədər sülb parafinlər var. Bunlar
da yağın donma temperaturunu yüksəldir. Donma temperaturunu aşağı salmaq
üçün yağları parafinsizləşdirirlər. Parafinsizləşdirmə prosesi baha başa gəlir və
bunun nəticəsi olaraq yağın miqdarı azalır. Ona görə də yağlara aşqar əlavə
etməklə onların donma temperaturunu aşağı salmaq olar.
42
2.3. Respublikamızda istehsal olunan avtomobil benzinlərinin keyfiyyət
göstəricilərinin ekspertizası
Karbohidrogenlər, o cümlədən benzol saxlayan etilləşmiş benzinlərlə işləyən
avtomobil nəqliyyatlarında zəhərli maddələrin tullantısının qarşısını almağa ya
effektli qaztəmizləyici qurğuların və sistemlərin ya da ekoloji təmiz neft
məhsullarının istifadə edilməsi yolu ilə nail olmaq olar. İkinci yol problemin daha
tam həllini təmin edir. Belə ki, bu halda ənənəvi tullantıların əmələ gəlməsi səbəbi
kənarlaşdırılır və məhsullardan istifadə edilməsi üsulları mənimsənilir. Avtomo-
billərin tullantı qalıqları havanı qurğuşunla, CO-lə dəm qazı və üzvi maddələrlə
çirkləndirilir. Yüngül üzvi birləşmələr havada azot oksidləri ilə qarşılıqlı təsirdə
olur və günəş şüalarının təsirindən kimyəvi çevrilmələrə məruz qalaraq atmosferin
yuxarıdakı qatında 40%-ə qədər ozon əmələ gətirir, hansı ki, ağ ciyərləri qıcıq-
landırır və tənəffusu çətinləşdirir, ona görə də bu tullantılara və azot oksidlərinin
tullantılarına hədd müəyyənləşdirilir.
Avtomobil nəqliyyatlarının ənənəvi tullantılarının ixtisar edilməsinin vacib-
liyi ekoloji təmiz benzinlərin işlənib hazırlanmasını və bütün İEÖ-lə benzinin
tərkibində qurğuşunun qatılığının azaldılması proqramını və etilləşmiş benzinlərin
buraxılmasını müəyyən edir.
Benzinin tərkibində olan yüksək toksikoloji aromatik karbohidrogenlər,
benzol kanserogen maddələr qrupuna aiddir. O, insan orqanizmində toplanır və
xəstəlik əmələ gətirir. Onun havada qatılığı 0,1 mq/1-dən çox olmalıdır.
Benzolun atmosferlə tullantısının əsas mənbələri aşağıdakılardır: avtomobil-
lərin tullantı qalıqları (kütləcə 70%-ə yaxın) və yanacaqdoldurma stansiyalarında
doldurma zamanı olan itkilər (kütləcə 10%).
Avropa direktivi 1999-cu ilin yanvarında etilləşmiş benzinin tərkibində ben-
zolun miqdarını həcmcə 5%-ə qədər məhdudlaşdırır, həmçinin bu həddin həcmcə
1%-ə qədər azalması nəzərdə tutulur və Avropa Şurası ölkələrində benzolun
miqdarı üçün hədd 5%-dən 1%-ə endirilmişdir.
Dostları ilə paylaş: |