neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin
tikilməsi, yenidən qurulması
və modernləşdirilməsi;
elm və texnikanın nailiyyətlərindən və qabaqcıl
təcrübədən geniş istifadə edilməsi.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
«Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərin
hissəsinin işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri
ilə müqavilənin bağlanmasından ötən illər ərzində neft və
qaz yataqlarının kəşfiyyatına və işlənməsinə dair daha 23
saziş imzalanmış və bu günə kimi ölkənin neft-qaz
sənayesinin inkişafına 13 milyard ABŞ dollarından artıq
xarici sərmayə qoyulmuşdur.
Hazırda Azərbaycan Respublikasının neft-qaz sektoru
üzrə 4 mühüm layihə həyata keçirilir:
«Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yatağının dərin
hissəsinin tammiqyaslı işlənməsi;
«Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin
birinci mərhələsi;
Bakı—Tbilisi—Ceyhan (BTC) Əsas İxrac Boru
Kəmərinin
tikintisi;
Bakı—Tbilisi—Ərzurum (BTƏ) Cənubi Qafqaz Boru
Kəmərinin tikintisi.
AÇG üzrə ilkin neft layihəsi çərçivəsində «Çıraq-1»
platforması, ümumi uzunluğu 200 km-ə yaxın olan sualtı neft