20
sığorta fəaliyyəti ifə məşğul olmalarına açıq icazə verir. Buna baxmayaraq bankla-
rın çoxu qanunvericilikdə (ilk növbədə ştatalar səviyyəsində) lazımi boşluqlar tapa
bilmişlər və hazırda onlar sığorta məhsullarının bütöv bir dəstini fəal təklif edirlər.
Rieltor firmaları. Rieltor firmaları ilə kommersiya bankiarının münasibət-
lərində də bir növ buna oxşar mənzərə müşahidə edilir: bir tərəfdən, peşəkar
rieltorların vasitəçiliyi sayəsində daşınmaz əmlaka investisiyalar qoyulması bank
əmanətiəri də daxil olmaqla investisiyaların başqa növlərinə substitlər hesab edilə
bilər. Digər tərəfdən, banklar özləri də daşınmaz əmlak bazarına nüfuz edə bilərlər.
Rusiyalı ekspertlər qeyd ediriər ki, Moskvanın daşınmaz əmlak bazarında get-gedə
daha çox nəzərə çarpan hadisələrdən biri həmin bazarda həyata keçirilən əməliy-
yatlarda iri kommersiya banklarının fəal iştirak etməsidir. (Halbuki əvvəllər bank-
ların bu bazarda iştirakı demək olar ki, müstəsna olaraq bir dəfəük həyata keçirilən
tədbirlərlə, məsələn, ofıs, öz əməkdaşları üçün mənzillər alınarkən) bu, təbiidir,
çünki bankların çoxu sərfəli əməliyyatlara sərmaya qoyulması tələb edilən həcmdə
sərbəst pul kütləsinə malikdirlər, daşınmaz əmlak isə, ənənəyə görə vəsaitin
yerləşdirilməsi üçün ən cəlbedici obyektdir. Bank kapitalının daşınmaz əmlak
bazarına geniş miqyaslı «müdaxiləsi» xüsusən iri kreditorlar tərəfindən etibarlı
rieltorlar ayrılmasında təzahür edir.
İnvestisiya xidmətfəri bazarında banklaria rəqabət aparan qeyri-bank maliy-
yə təsisatlarının ən çoxsaylı qrupu fond bazarının müxtəlif təsisatları -emitentlər,
investorlar və investisiya təsisatlarıdır.
Qiymətli kağızlarm emitentləri. Nəzəri cəhətdən, kağızların istənilən emi-
tenti hüquqi və fiziki şəxslərin vəsaitlərini cəlb etməkdə kommersiya banklarının
rəqibi qiymətli ola bilər, çünki bu emitent bizim bank bazarı dediyimiz bazarda
investisiya imkanları təkiifini artırır. Lakin bu söztər əsasən borc öhdəliklərinin
(istiqrazlar, veksellər və s.) emitentlərinə aiddir, müəssisə və təşkilatlar tərəfindən
21
səhmlər emissiya edilməsi isə bank bazarında həm təklifi, həm də tələbi, konkret
olaraq bankların emissiya xidmətlərinə tələbi artır (emissiyanın təşkil edilməsi və
kənar emitentlərin qiymətli kağızlarının ilkin bazarda yerləşdirilməsi). Bundan
əlavə, səhm emitentlərinin sayının çox olması bankların müştərilərə fond dəyərlə-
rinin əldə edilməsi və satışı ilə bağlı vasitəçilik xidmətləri göstərməsi üçün zəruri
ilkin şərtdir.
Bununla əlaqədar, qiymətli kağızlar bazarında kommersiya banklarının əsas
rəqibləri emitentlərdən daha çox institusional investorlar və investisiya təsisatları-
dır. Mütəxəssislərin fikrincə Rusiyada qiymətli kağızlar bazarı kəskin rəqabət
bazarıdır. Burada yaxın və üuzaq perspektivlərdə banklar və qeyri-bank investisiya
təsisatları arasında çox kəskin rəqabət gözlənilir.
Rusiyada investisiya təsisatı qismində qanunla yol verüən istənilən formada
yaradılmış və qiymətli kağızlar bazarında vasitəçi (maliyyə brokeri), investisiya
məsləhətçisi, investisiya şirkəti və ya investisiya fondu qismində fəaliyyət göstərən
hər bir fiziki şəxs ola bilər.
Maiiyyə brokerləri və investisiya məsləhətçiləri. Maliyyə brokerləri
komission müqavilə və ya tapşırıq əsasında müştərinin vəsaiti hesabına və onun
tapşırığı ilə qiymətli kağızların alqı-satqısı zamanı vasitəçi (agent) funksiyalarını
yerinə yetirirlər. Dövlət mülkiyyətinin genişmiqyaslı özəlləşdirilməsi dövründə
maliyyə brokerlərinin çoxu ən geniş əhatəli investorlarla fond mağazaları prinsipi
üzrə işləyirdilər. İnvestisiya məsləhətçisinin fəaliyyəti qiymətli kağızların bura-
xılışı və dövriyyəsi barədə məsləhət xidmətləri göstərilməsi ilə məhdudlaşır.
Qanunvericiliyə görə, investisiya təsisatları qiymətli kağızlarla bağlı fəaliy-
yətini yalnız müstəsna hal kimi həyata keçirməlidirlər. Buna görə də investisiya
təsisatiarının yuxarıda adları çəkilən iki tipinin hər biri yalnız bir xidmət növü
22
sahəsində - qiymətli kağızların buraxılışı və dövriyyəsi sahəsində kommersiya
bankları ilə rəqabət aparır.
Investisiya Ģirkətləri. İnvestisiya şirkətlərinin fəaliyyət dairəsi və onların
bank rəqabətinə cəlb edilmə dərəcəsi bir qədər genişdir. Bu sahəyə qiymətli
kağızlar buraxılmasının təşkil edilməsi və onların üçüncü şəxslərin xeyrinə
yerləşdirilməsinə dair zəmanətlər verilməsi; qiymətli kağızlara sərmayə qoyulması,
öz adından və öz hesabına, o cümlədən qiymətli kağızların kotirovkası yolu ilə
(qiymətli kağızlar üçün «satıcı qiymətinin» və «alıcı qiymətinin» eian edilməsi,
investisiya şirkətləri həmin qiymətli kağızları bu qiymətlər üzrə satmağı və almağı
öhdəyə götürür) alqı-satqısı daxildir.
Ġnvestisiya fondları öz səhmlərinin emissiyası yoiu ilə xırda investorların
vəsaitlərini akkumliyasiya edən və onları öz adından başqa emitentlərin qiymətli
kağızlarına, eləcə də bank hesablarına və əmanətiərə sərmayə qoyulmasını təmin
edən maliyyə təsisatıdır.
Qərbdə qarşılıqlı sərmayə qoyma fondları və ya qarşılıqlı fondlar adlanan
analoci təsisatlar 1924-cü ildə ABŞ-da yaradılmışdır. İkinci dünya müharibəsi başa
çatandan sonra investisiya fondları ən dinamik şəkildə inkişaf edən maliyyə təsisat-
larına çevrilmişlər. Hazırda onlan ABŞ-ın instituosional investorları arasında öz
aktivlərinin cəminə görə korporasiyalann pensiya fondiarından və sığorta şirkət-
lərindən sonra üçüncü yeri tutur, lakin bankların trast departamentlərini qabaq-
layırlar.
Eyni zamanda qeyd etmək lazımdır ki, sənaye cəhətdən inkişaf etmiş ölkə-
lərdə «investisiya fondu» və «investisiya şirkəti» anlayışları əsasən sinonimlər
kimi işlədilir. Fərq yalnız bundan ibarətdir ki, investisiya şirkətlərinin qiymətli ka-
ğız topluları («İnvestisiya portfelləıi») kimi başa düşülən bir neçə investisiya fondu
ola bilər. Həmin fondlar menecerlərin ayrı-ayrı komandaları tərəfindən idarə edilir.
Dostları ilə paylaş: |