“Azərbaycan Ədəbiyyatı” ixtisası üzrə
MA-204 qrup magistrantı Şükürova Aytən Kamal qızının
Elmi-tədqiqat təcrübəsi zamanı görülmüş işlərin
HESABATI
16.02.2022-ci il tarixdən 16.03.2022 tarixinədək magistratura pilləsinin tədris planına uyğun olaraq Bakı Slavyan Universitetində elmi-tədqiqat təcrübəsi keçdik. Təcrübənin ilk günü, yəni 16.02.2022-ci il tarixində elmi-tədqiqat təcrübəsinin başlaması ilə əlaqədar olaraq universitetin konfrans zalında Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin müdiri dos. S.Ə.Abışova, şöbə əməkdaşlarının iştirakı ilə II kurs magistrantların elmi-tədqiqat təcrübəsi ilə əlaqədar iclas keçirildi. İclasda magistratura şöbəsinin müdiri dos. S.Ə.Abışova magiatrantlara təcrübənin məqsəd və vəzifələri və görüləcək işlərlə bağlı geniş məlumat verdi. Mən təcrübəmi “Azərbaycan Ədəbiyyatı” kafedrasının professoru Nizami Tağısoyun rəhbərliyi altında keçdim.
Təcrübə müddətində tez-tez “Azərbaycan Ədəbiyyatı” kafedrasına gedib, orada müəllim heyəti ilə görüşüb, dissertasiyanın akademik qaydalara uyğun şəkildə yazılması ilə bağlı tapşırıqlar aldım.Bir çox mühazirə, təhlillərdə iştirak etdim. Nizami Tağısoyun rəhbərliyi ilə dissertasiya ilə bağlı yeni ədəbiyyat siyahısı müəyyənləşdirdim və elmi-təcrübə müddətimdə həmin kitabları araşdırdım.Mənə lazım olan qeydləri götürdüm.Ümumiyyətlə isə təcrübə müddətində bir sıra suallara aydınlıq gətirdik.
Elmi-tədqiqat təcrübəsinin nəticəsi olaraq bir ay ərzində “XX əsrin əvvəlləri Azərbaycan poeziyasında marş janrının özünütəsdiq və inkişafı” adlı elmi məqalənin, “Qarabağ savaşında ilk əsgər marşının yaranma tarixi və invariantı” adlı tezisin müəllifi oldum. Elmi-təqdiqat fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif elmi bacarıqların tətbiqinə dair bacarıqlara yiyələndim.
Magistrant: Şükürova Aytən
Dostları ilə paylaş: |