“Azərbaycan məktəbi” 2018/1
İRƏVAN MAARİFÇİLİYİ
Rüfət Hüseynzadə,
pedaqogika üzrə elmlər doktoru, professor,
əməkdar müəllim
Açar sözlər: İrəvan Müəllimlər Seminariyası, pedaqoji kadrlar, müəllimlər,
məzunlar.
Ключевые слова: Иреванская
Учительская Семинария,
педагогические
кадры, преподавателей, студентов.
Keywords: Irevan teachers' seminary, teachers personnel, teachers, students.
Qədim
Azərbaycan
torpağı
olan
İrəvanın maarifçilik mühiti ilə tanış olan
müasir oxucu, xüsusilə gənclərimiz bizim
qədim, ulu torpaqalrımızın Qərbi Azərbay
can dediyimiz məkanda, əzəli Azərbaycan
torpaqlarında xalqımızın necə zəngin maa
rif və mədəniyyətə sahib olduğunun, necə
dəyərli məktəblər, texnikumlar, ali məktəb
lər
yaratdıqlarının, bu təhsil ocaqlarında
necə fədakar, səriştəli, peşəkar pedaqoji
kadrların, elm xadimlərinin yetişməsini
öyrəndikcə milli iftixar hissi keçirir və
qürur duyurlar.
Ölkə Prezidenti cənab İlham Əliyev
YAP-ın VI qurultayındakı nitqində demiş
dir: "Onu da qeyd etməliyəm ki, biz tarixi
torpaqlarımızı da unutmamalıyıq və unut
muruq. Bu da gələcək fəaliyyətimiz üçün
istiqamət olmalıdır, necə ki, biz bu gün də bu
istiqamətdə iş görürük. Bizim tarixi torpaq
larımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə
mahallarıdır. Bunu gənc nəsil də, dünya da
bilməlidir. Mən şadam ki, bu məsələ ilə
bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə
bağlı indi sanballı elmi əsərlər yaradılır,
filmlər çəkilir, sərgilər təşkil olunur. Biz
növbəti illərdə bu istiqamətdə daha fəal
olmalıyıq və dünyanın müxtəlif yerlərində
sərgilər, təqdimatlar keçirilməlidir. Çünki
İrəvan bizim tarixi torpağımızdır və biz
azərbaycanlılar bu tarixi torpaqlara qayıtma
lıyıq.
Bu,
bizim
siyasi və
strateji
hədəfimizdir və biz tədricən bu hədəfə
yaxınlaşmalıyıq" (1).
Mənbələrdən məlum olur ki, İrəvanda
dünyəvi məktəblər açılana qədər hələ XIII,
XIV əsrlərdə Novruzəli bəy məscidi, Abbas
Mirzə məscidi, Şah Abbas məscidi və digər
adlarla məscidlər inşa edilmişdir ki, bu
məscidlərin
nəzdində
mollaxana
və
mədrəsələr fəaliyyət göstərmişdir. XVIII
əsrdə İrəvan xanı Hüseyn Əli xanın əmriylə
1766-cı ildə burada möhtəşəm Göy Məscid
inşa edilmişdir ki, bu İrəvan şəhərində o
dövrdə inşa edilən məscidlərin ən böyüyü
hesab edilmiş və onun nəzdinə məktəb və
mədrəsələr fəaliyyət göstərmişdir (3 səh,
14).
Daha
sonralar
xanlıqlar
Rusiya
61
Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən işğal olunduqdan sonra İrəvanda
Qəza məktəbləri, progimnaziyalar, gimnazi
yalar, realni məktəblər
və s. məktəblər
yaranmışdır.
XIX əsrin sonlarında pedaqoji kadr
hazırlığında Qori Müəllimlər Seminariya
sının və İrəvan Müəllimlər Seminariyasının
azərbaycanlı məzunlar yetişdirməsində
böyük rolu olmuşdur. 1879-cu ildə Qori
Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsi yaradıldı ki, burada 40 il müddətində
300-ə qədər azərbaycanlı məzun
təhsil
almışdır.
Onların
arasında
Nəriman
Nərimanov, Firudin Bəy
Köçərli, Rəşid
Bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov,
Səfərəli bəy Vəlibəyov, Mirzə Əliməmməd
Xəliov, Məmmədəli Sidqi Səfərov, Əlirza
Rasizadə, Əli Səbri Qasımov, Fərhad
Ağazadə və başqaları olmuşdur (4, səh. 45).
1880-ci illərin əvvəllərində İrəvanda
kadr hazırlayan üç böyük tədris müəssisəsi
yaranıb fəaliyyət göstərmişdir. Onlardan biri
1881 -ci
ildə
açılmış
İrəvan
Kişi
Gimnaziyası, ikincisi yenə həmin il - 1881-
ci
ildə yaranmış İrəvan Müəllimlər
Seminariyası və üçüncüsü 1884-cü ildə
yaranmış İrəvan qız
progimnaziyasıdır.
İrəvan Müəllimlər Seminariyası 1881 -ci ilin
8 noyabrında fəaliyyətə başlayan və 37 il
fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci il
avqustun 6-da İrəvan gimnaziyası və
Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmış
dır.
Qori Müəllimlər Seminariyasını bitirən
məzunların bir
çoxu
İrəvan Müəlimlər
Seminariyasında da dərs demişlər ki, onlar
dan Firudin Bəy Köçərlini, Cəlil Məm
mədquluzadəni, İsmayıl bəy Şəfıbəyovu və
başqalarını
göstərə bilərik. Ümumiyyətlə
İrəvan
Müəllimlər
Seminariyasının
müəllimlərindən aşağıdakıların adlarını çəkə
bilərik: Axund Məmmədbağır Qazızadə
1883-cü ildən Seminariyada Azərbaycan
dili və şəriət
dərslərini tədris
etmişdir.
Mirzə
Məmmədvəli
Qəmərli,
Rəhim
Xəlilov, Məmməd Axundov, K.Şulgin,
Mixail Klopov,
Mirzə
Abbas Məhəm-
mədzadə, İsmayıl bəy Şəfıbəyov, Cabbar
Məmmədzadə və başqalarını göstərmək olar
(5, səh. 35).
F.Köçərli dərs deyərkən İrəvan mədəni
mühitinin köhnə ənənələrdən uzaqlaşması,
yeni müasir elmi dünyagörüşünün formalaş
ması uğrunda mübarizə aparırdı. Yeni dün
yagörüşünün yayılması qarşısında xüsusilə
cəhalətpərəst din xadimləri dururdular.
İrəvana gəldikdə mühitlə yaxından tanış
olan F.Köçərli öz təəssüratlarını belə bölü
şürdü: “İrəvan 202 üləmaları çox geridə qal
mış, onlar o dərəcədə cəhalətə qapılıblar ki,
hətta
“Tərcüman”
qəzetini
oxumağı,
mühəriri sünni olduğu üçün qadağan edirlər.
Bunlar başa düşmürlər ki, inkişaf üçün
nəinki Şərqdən, hətta xristian Qərbindən də
kitab, qəzet gətirmək vacibdir”.
İrəvan Müəllimlər Seminariyasının
məzunlarından isə aşağıdakıların adlarını
çəkə bilərik: Həbib bəy Səlimov, Nəcəf bəy
Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas
Məhəmmədzadə, Cabbar Məhəmmədzadə,
İbadulla bəy Muğanlinski, Vahid Musa-
bəyov, Həmid bəy Şahtaxtinski, Hüseynəli
bəy
Rüstəmbəyov,
İbadulla
bəy
Muğanlinski, Tağı bəy Şəfiyev, Mirzə Cəlil
Şürbi, Eynəli bəy Sultanov, Sadıq Xəlilov,
Vahid Musabəyov, Fərrux Ağakişibəyov və
başqaları (5).
İrəvan Kişi Gimnaziyasının məzunları
sırasında isə Mustafa bəy Topçubaşov,
Abbasqulu bəy Şadlinski, Yusif Məm
mədəliyev, Hüseyn Şahtaxtinski, Miryusif
Mirbabayev, Əsədulla bəy Kəngərlinski,
62
“Azərbaycan məktəbi” 2018/1
Teymur Makinski, Hüseynağa Şahtaxtinski,
Məmməd bəy Qazıyev, F.Ordubadski və
başqaları olmuş, Əziz Əliyev isə 1917-ci
ildə İrəvan Kişi Gimnaziyasını qızıl medalla
bitirərək
Sankt Peterburq Hərbi Tibb
Akademiyasına qəbul olunmuşdur (5).
XIX əsrin əvvəllərindən başlayaraq
1920-ci ilə qədər İrəvan sürətlə inkişaf etmiş
və
bu
bölgə
böyük
mədəniyyət
mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri
Bakı, Təbriz, Naxçıvan, Xoy və başqa
şəhərlər kimi Azərbaycanın aparıcı elm və
mədəniyyət mərkəzi olmuşdur. Buna görə
də Şərq elmi tarixində xeyli “İrəvani”
təxəllüslü məşhur şəxslərə rast gəlmək olur.
Məsələn, Mirzə Qədim İrəvani (1825-1875)
məşhur rəssam və nəqqaş olmuşdur. Hacı
Süleyman ibn Salman Qacar İrəvani - XVIII
əsrdə yaşamış görkəmli Azərbaycan həkimi
və alimi olmuş, 600-dən çox dərman bitkisi
haqqında məlumat vermişdir. İrəvanın ruha
ni ziyalıları içərisində dövrün məşhur
ülamələrindən olmuş, eyni zamanda incə
ruhlu şeirlərin müəllifi kimi tanınmış Fazil
İrəvaninin xüsusi yeri olmuşdur. 1782-ci
ildə İrəvan şəhərində anadan olmuş Fazil
İrəvani
ilk
təhsilini
ənənəvi
molla
məktəbində almış, 20 yaşında Qahirəyə
gedərək buradakı məşhur “Əl-Əzhər”
mədrəsəsində təhsil almışdır. İsfahan və
Təbriz şəhərlərində axundluq edən Fazil
İrəvani doğma şəhərinə qayıtdıqdan sonra
Göy məscidin axundu olmuş və bu illərdə
müctəhid rütbəsi almışdır. 1843-cü ildə
Qafqaz müsəlmanları Şiə Ruhani idarəsi
sədrinin müavini, 1846-cı ildə isə şeyxülis
lam olmuşdur.
ADPU -nun filologiya fakültəsinin
dekanı, professor Buludxan Xəlilov yazır:
"Təsadüfi deyil ki, pedaqoji kadrlara olan
ehtiyacı ödəmək üçün XX əsrin 20-ci
illərindən başlayaraq İrəvanda hazırlıq kurs
ları təşkil olunmuşdur. 1923-cü ilin sonların
da təşkil olunmuş bu hazırlıq kurslarında
1926-cı ilin sonlarına qədər 143 müəllim
hazırlanmışdı. İrəvanda hazırlıq kurslarının
təşkilində
Bala
Əfəndiyevin,
Mehdi
Kazımovun, Mustafa Hüseynovun və
digərlərinin xidmətləri böyük olmuşdur. Bu
texnikum müəllim kadrlarına olan ehtiyacı
ödəmək
üçün
xeyli
iş
görmüşdür.
Texnikumun direktoru Mehdi Kazımov,
ictimaiyyət müəllimi Bala Əfəndiyev, ana
dili müəllimi Əsgər Əsgərzadə, təbiət
müəllimi Cəmil Əliyev olmuşdur" (6).
Bu dəyərli məlumatlardan məlum olur
ki, 1924-cü il, 15 oktyabrda İrəvan Türk
Pedaqoji Texnikumu açılmış və texnikum
1949-cu ilə qədər fəaliyyət göstərmişdir. Bu
texnikumun yaradılmasının ilk təşəbbüskarı
Mehdi Kazımov (1890-1954) olmuş və özü
də buranın ilk direktoru olmuşdur. O İrəvan
Kişi Gimnaziyasını bitirmişdi. Bu qocaman
pedaqoq ömrünün 50 ilini İrəvanda
Azərbaycan maarifinin, mədəniyyətinin
inkişafına sərf etmişdi. Kitabda İrəvan Türk
Pedaqoji Texnikumunda fəaliyyətə başlayan
Yusif Məmmədəliyev, Ələşrəf Bayramov,
Əsgər Əsgərzadə,
Bülbül
Kazımova,
Miryusif
Mirbabayev,
Məhəmməd
Əzimzadə, İsmayıl Babayev və digər ziyalı
lardan bəhs olunur. Pedaqoji Texnikumda
“Mədəniyyət ocağı”, “Mədəni hücum”,
“İrəli” adlı divar qəzetlərinin çap olunmasın
dan, texnikumun ilk məzunlarından (Əmir
Abasquliyev, Adil Axundov, Nəriman
Əliyev, Rübabə Bağırbəyova, Nəsir Əliyev,
Nəzər Paşayev və s.) söhbət açılır. Orada,
həmçinin 1936-cı ildə Pedaqoji Texnikumun
Pedaqoji Məktəb adlanmasından və s.
məsələlərdən bəhs olunur. İrəvan Pedaqoji
Məktəbinin 1948-ci ildə Azərbaycanın
Xanlar
(indiki
Göygöl)
rayonuna
köçürülməsi və 1972-ci ilə qədər “■orada
63
Azərbaycan Respublikası Təhsil Nazirliyi
fəaliyyət göstərməsi bir daha təsdiq edir ki,
bu təhsil müəssisəsi Azərbaycan təhsilinin
tarixində silinməz iz qoymuşdur.
Qeyd
edim ki,
İstiqalal" ordenli,
Əməkdar müəllim, dosent atam Lətif
Hüseynzadə 1930-cu illərdə bir müəllim,
pedaqoq olaraq Azərbaycan dili və
ədəbiyyatdan Azərbaycan Dövlət Univer
sitetinin 1930-cu il məzunu kimi təyinatla
İrəvan pedaqoji məktəbində və daha sonra-
lar
isə
İrəvan
Pedaqoji
İnstitunun
Azərbaycan şöbəsində dərs demiş, pedaqoji
kadrların hazırlığında dəyərli xidmətlər
göstərmiş və İrəvan yazıçı və şairlərinin
ədəbi orqanı olan "Ədəbi Ermənistan" alma
naxının redaktoru vəzifəsində də çalışmışdır.
İrəvan Pedaqoji Məktəbinin məzunları
olmuş sonralar yüksək elmi dərəcələrə nail
olmuş, uzun illər elm və təhsil sahəsində
çalışmış, akademik Budaq Budaqov, akade
mik Zərifə Budaqova, prof. Əli Fərəcov,
prof. Yusif Yusifov, prof. Cəfər Cəfərov,
prof. Süleyman Məmmədov, prof. Nəriman
Əliyev, prof. Fərhad Fərhadov, prof. Qasım
Mustafayev, prof. Tapdıq Əmiraslanov,
Əməkdar müəllim, filologiya üzrə fəlsəfə
doktoru, dosent Nəcəf Nəcəfov, ictimai
xadim Qəşəm Aslanov, dosent Zəhra
Əliyeva və ADPU-nun professoru olmuş
Kövsər Tarıverdieva və başqaları da bu
məktəbin fəal məzunları olmuş, xalqımızın
fədakar, peşəkar müəllimləri, elm adamları,
ictimai xadimləri kimi xalqa, vətənə
ləyaqətlə xidmət etmişlər. Azərbaycanın bir
çox
görkəmli
ziyalıları
-
Cəlil
Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal
Paşayev, Səməd Vurğun, Mikayıl Rəfıli,
Yusif Məmmədəliyev və başqaları bu peda
qoji məktəbdə olmuş, tələbələrlə görüşmüş,
müəyyən dövrlərdə dərs də demişlər (2,
səh. 25).
Məlumdur ki, 1936-cı ildə İrəvan Dövlət
Qiyabi Pedaqoji İnstitutu, 1937-ci ildə iki
illik Müəllimlər İnstitutu daha sonra isə
1945-1988-ci illərdə isə İrəvan
Pedaqoji
İnstitutunun Azərbaycan şöbəsi fəaliyyət
göstərmişdir. Burada dərs deyən müəllimlər
haqqında oranın tələbələri, məzunları haq
qında dəyərli məlumatların verilməsi bu gün
təhsilimizin tarixinin öyrənilməsində önəmli
yer tutur.
“İrəvanda milli maarifçilik mühiti”
kitabının müəllifləri
çalışmışlar ki, heç
kim, heç nə yaddan çıxmasın. Mən bu kitab
da öz adıma da rast gələndə sevindim. Mən
də İrəvan Pedaqoji İnstitutunda oxumuşam.
Kitabda bu institutun adlı şanlı məzunlarının
adları çəkilir: Akademik Zərifə Budaqova,
prof.
Mirəli
Seyidov, prof.
İbrahim
Bayramov, prof. Hüseyn Əmirov, Zəhra
Əliyeva, Aidə Salahova və başqaları.
Görkəmli təhsil işçisi, təhsil mətbuatı
mızın tanınmış nümayəndəsi, İrəvan təhsil
mühitinin yetişdirməsi, "Azərbaycan mək
təbi" jurnalının baş redaktoru, Əməkdar
müəllim, dosent Nəcəf Nəcəfov İrəvan maa
rifi haqqında dəyərli məqaləsində yazır:
"İrəvan Pedaqoji İnstitunda dərs demiş
Əkbər Yerevanlı, Lətif Hüseynzadə, Əli
Dalqılıcov, Adil Süleymanov, Sabir Əsədov,
İsrafil Məmmədov, Mehdixan Erivanski,
Fərrux
Rzayev,
Hüseyn
İsmayılov,
Məhərrəm Hüseynov, Arzuman Qəmbərov
kimi tanınmış
pedaqoq alimlər pedaqoji
fəaliyyətlə bərabər elmi-tədqiqat işləri apar
mış, yaradıcı işlər görmüşlər. Prof. Fərhad
Fərhadov
1942-43-cü
illərdə
İrəvan
Pedaqoji Texnikumnda və İrəvan Pedaqoji
İnstitutunda dərs demiş və 1945-ci ildə
İrəvanda "Qədim və orta əsrlər ədəbiyyatına
dair oçerklər" kitabını nəşr etdirməyə nail
olmuşdur (8). 1960-cı illərdə Amerika yaşa-
64
“Azərbaycan məktəbi” 2018/1
yan bir eməni 270 ədəd Şərq əlyazmalarını
İrəvan
Mətndaranma
bəxşiş
olaraq
göndərmişdir. Lətif Hüseynzadə İrəvanda
çalışdığı müddətdə XV əsr Qaraqoyunlu
dövlətinin başçısı Cahan Şah Həqiqinin 500
il itmiş hesab edilən, bir çox ölkələri
"gəzmiş" şeirlər Divanını Mətndarandan
əldə edərək, çətinliklə də olsa onun mikrofil-
mini çıxarmağa nail olmuş və ilk dəfə olaraq
"Həqiqi"
divanını İrəvanda 1966-cı ildə
12.500 tirajla
nəşr etdirərək Həqiqinin
həqiqi varislərinə çatdırmışdır(9). Daha
sonralar isə Həqiqinin farsca Divanını
tərcümə edərək Bakıda 2000-ci ildə nəşr
etdirmişdir. Filologiya elmləri doktoru, Nyu-
York Elmlər Akademiyasının üzvü, prof.
Əsgər Zeynalovun “İrəvan ziyalıları” kitabı
bakıda (1999), Sankt-Peterburqda (2011),
Moskvada (2013), ABŞ-da (2016) nəşr olun
muşdur. Kitabda çox dəyərli məlumatlar var
dır.
İrəvan elmi, mədəni və pedaqoji mühi
tinin
formalaşmasında,
inkişafında
Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o
cümlədənM.S. Ordubadinin, M.Müşfiqin,
Mehdi Hüseynin, Cəlil Məmmədquluza
dənin, Mir Cəlal Paşayevin, Əziz Əliyevin,
Yusif Vəzir Çəmənzəminlinin, Əziz Şərifin,
Hacı Kərim Samimin, Mirzə Ələkbər
Elxanovun və başqalarının böyük xidmətləri
olmuşdur ki, kitabda bunlar haqqında da
ətraflı yazılmışdır (10).
İrəvanda "Sovet Ermənistanı" qəzeti
nəşr olunurdu ki, bu mətbuat orqanı da
İrəvanda maarif və mədəniyyətin, əverişli
pedaqoji mühitin yaranmasında böyük rol
oynamışdır ki, bu qəzetin redaktoru o
zaman professor Teymur Əhmədov olmuş,
bu gün də o "Respublika" qəzetinin baş
redaktoru kimi peşəkarcasına
uğurla
fəaliyyət göstərir.
Kitabda İrəvan Pedaqoji mühitinin
yetişdirmələri olmuş, "Əməkdar müəllim"
və digər fəxri titullara layiq görülmüş
müəllim, ziyalıların, həmçinin 1930 -cu
illərdə
represiyaya
məruz
qalmış
azərbaycanlı ziyalılarının siayhısı verilmiş
dir ki, bu da kitabın məlumatlılıq baxımın
dan əhəmiyyətini xeyli artırmış və bir növ
ensiklopedik xarakter daşımasına səbəb
olmuşdur.
İrəvan pedaqoji İnstitutunda dərs
demək üçün müxtəlif illərdə Bakıdan da
müəllimlər dəvət olunmuşdur: Prof. İnayət
Bektaşi, prof. Firudin Hüseynov, prof.
Əkbər Bayramov, prof. Əhməd Seyidov,
prof. Hüseyn Əhmədov, prof. Xalid
Əlmirzəyev, prof. Cəfər Cəfərov, prof.
Abbas Zamanov, prof. Mürsəl Həkimov,
prof. Nizami Xudiyev, prof. Cəlil Nağıyev,
Bəxtiyar Vahabzadə və başqalarının xalqa,
millətə fədakar xidməti unudulmazdır.
Bu əsərdə verilən maraqlı xatirələr
xüsusi yaradıcılıq məharəti ilə işlənmişdir
ki, onların da tarixi əhəmiyyəti yüksəkdir.
Burada professor Cəfər Cəfərovun İrəvan
Pedaqoji məktəbində oxuyarkən tələbəlik
illərindən xatirələri, tanınmış elm xadimləri
professor Həsən Mirzəyevlə, professor
Mirabbas Heydərov, professor Qasım
Müstafayevlə, professor Budaq Budaqovla
bağlı xatirələri elmi ictimaiyyətimiz üçün
böyük maraq kəsb edir.
Həmçinin İrəvan pedaqoji mühitinin
yetişdirdiyi
görkəmli elm xadimlərinin,
tanınmış ziyalı alimlərimizdən ADPU -
nun filologiya fakültəsinin dekanı professor
Buludxan Xəlilov, tanınmış ictimai xadim
Mehdi bəy İsmayılov, tanınmış aktyor Rza
Şeyxzadə, Milli maarif və mədəniyyətimzin
inkişafında böyük xidmətləri olan Əkbər
Rzayevin və onun oğlu, sənətşünaslıq dok-
*5 “Azərbaycan məktəbi” №1
65
Azərbaycan Respublikası Təhsil Nazirliyi
toru, Sabir Rzayevin və başqalarının adları
indi hörmətlə çəkilir.
Bu kitabın dəyərli cəhətlərindən biri də
müxtəlif illər üzrə müəllim və tələbə kol
lektivinin vinetkaları, dərs deyən, pedaqoji
ictimayyətin nümayəndələrinin, İrəvan
pedaqoji mühiti ilə bağlı olan şəxslərin foto
şəkillərinin yer almasıdır.
"İrəvanda milli maarifçilik mühiti" adlı
kitab təhsil tariximiz, pedaqoji fikir tarixi
miz, maarif və mədəniyyətimiz inkişaf tari
xi üçün əhəmiyyətli əsərdir. Bu əsərin ma
arif və mədəniyyət tariximizin tədqiqində
davamlı öyrənilməsini, tədqiqat işlərinin
yazılmasını xeyli faydalı və əhəmiyyətli
hesab edirəm.
ADPU - nun professoru C.Cəfərov və
dosent C.Allahverdiyevin "İrəvanda Milli
maarifçilik mühiti" adlı kitabı nəşr edilmiş
dir. Bu dəyərli kitabın elmi redaktorları:
prof. Buludxan Xəlilov və tarix üzrə fəlsəfə
doktoru, Dövlət Mükafatı laureatı Nazim
Mustafadır. Rəyçiləri, prof. Əjdər Ağayev,
prof. Rüfət Hüseynzadə, prof.Mahirə Nağı
qızı və pedaqoji elmlər doktoru Həsən
Bayramoğludur.
ADPU-da bu əsərin təqdimat mərasimi
keçirildi. ADPU-nun rektoru professor Cəfər
Cəfərov bu kitabın maarifpərvər ziyalıları
mızın həyat və fəaliyyətinin öyrənilməsi,
tədqiq edilməsi üçün əhəmiyyətli mənbə
olduğunu dedi. O, İrəvan maarifçilik mühiti
nin təmsilçilərinin xalqımızın mənəvi
təkamülündə, ölkəmizin mədəni inkişafında
sanballı xidmətlər göstərdiyini diqqətə çat
dırdı.
Təqdimat mərasimini yüksək səviyyədə
aparan filologiya fakültəsinin dekanı, pro
fessor Buludxan Xəlilov bildirdi ki, “İrəvan
təhsili Azərbaycan təhsilinin bir parçasıdır.
Bu baxımdan “İrəvanda milli maarifçilik
mühiti” kitabı yeni axtarışlara, araşdırmala
ra, elmi-tədqiqatlara istiqamət verir. İrəvan
təhsil mühitinin yetirmələrinin bir çoxu
ADPU-da çalışaraq universitetimizin inkişa
fında mühüm rol oynamışlar.
Təqdimat mərasimində Professor Rüfət
Hüseynzadə, Bakı Dövlət Universitetinin
professoru Əyyub Əzizov, prof. Cəlil
Nağıyev,
Azərbaycan
Milli
Elmlər
Akademiyasının müxbir üzvü Vəli Əliyev,
prof. Fərrux Rüstəmov və başqaları
“İrəvanda milli maarifçilik mühiti” kitabının
müəlliflərinə uğurlar arzuladılar.
İrəvan maarifçilik mühitinin milli
təhsilimizin, maarif və mədəniyyətimizin
inkişafında xüsusi yeri və əhəmiyyəti vardır.
İrəvan maarifçilik mühitinin öyrənilməsi
pedaqoji fikir tariximizi, təhsil tariximizi
yeni bilik və məlumatlarla xeyli zəngin
ləşdirər və dəyərli ensiklopedik mənbəyə
çevrilər.
Ümummilli liderimiz Heydər Əliyev
haqlı olaraq deyirdi ki, gənc nəslimiz öz
milli-mənəvi dəyərlərini öyrəndikcə, öz
keçmişindən qürur duyur və onlarda öz
soyuna, kökünə, millətinə bağlılıq daha da
möhkəmlənir.
Rəyçi: prof. İ.İsayev
İstifadə edilmiş ədəbiyyat
1. İlham Əliyev. YAP-ın VI qurultayın
da
nitq. 08 fevral, w w w .yap.org.az/az/
view/news/25136/
2. Zeynalov Ə. İrəvan ziyalıları. Bakı:
Oğuz eli, 1999.
3. Zeynalov Ə. İrəvan məktəbləri. Bakı:
Mütərcim, 2011.
4. Hüseynzadə R. Zaqafqaziya Müəl
66
“Azərbaycan məktəbi” 2018/1
limlər Seminariyasının naxçıvanlı məzunla
rı. // Azərbaycan məktəbi. 2010 № 1.
5. Hüseynzadə R. Pedaqoji kadr hazırlı
ğında İrəvan Müəllimlər Seminariyasının
fəaliyyəti və onun azərbaycanlı məzunları.
"Təhsil sistemində gənc nəslin təlim-
tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdı
rılması istiqamətləri" Respublika elmi kon
fransının materaialları. Bakı: Mütərcim,
2012, s.247-248.
6. Xəlilov B. Təhsil
tariximizdən:
İrəvan pedaqoji məktəbi. /Xalq, 25 iyul,
2017.
7. Məhərrəmov Z. İrəvanda məktəbdar-
lıq
və maarifçilik (1800- 1920-ci illər).
Bakı: Nurlan, 2010, 320 s.
8. Nəcəfov N. İrəvan Pedaqoji İnsti
tutunun Azərbaycan bölməsinin acı taleyi.
//Azərbaycan müəllimi, 1 mart, 2013-cü il.
9. Hüseynzadə L.Həqiqi. Şeirlər. İrəvan,
1966.
10. Cəfərov C., Allahverdiyev C. İrə
vanda maarifçilik mühiti. Bakı: Şərq-Qərb,
2017,440 s.
Р.Гусейнзаде
Иреванские образавательные
среда
Резюме
До российского завоевания в начале
19-го века абсолютное большинство насе
ления Иреванского ханства составляли
азербайджанские тюрки.
Иреванское
ханство ничем не отличалось от прочих
азербайджанских ханств, существовав
ших в тот период. За все время его суще
ствования на территории Иреванского
ханства строились многочисленные азер
байджанские села и города, тысячами
возводились исторические памятники -
крепости, мечети, минареты, караван-
сараи, бани. Все названия мест - топони
мы - в этом регионе имели азербайджан
ское происхождение. В этих периодах
при мечетов существовали мусульман
ские мектепи и медресе.
При Эриванской ханство существова
ло мужская и женская гимназии и учи
тельский институт в Эривани, женская
прогимназия в Александрополе, город
ских училищ 5, городских начальных
общественных — 12, городских началь
ных казенных — 1, сельских казенных
нормальных — 4, сельских — 12, мини
стерства народного просвещения — 18,
начальных — 39 и частных — 8.
Учащихся в 1900 году было 6983. При
некоторых училищах ремесленные и
сельскохозяйственные отделения.
Захват Иреванского ханства, рас
положенного
на
границе
между
Османским государством и Каджарским
Ираном, также входил в завоевательные
планы Российской империи, и в этих
периодах организовано русские школы,
прогимназии,
гимназии,
реальные
школы, воскресные школы и т.д.
Делается экскурс в историю воз
никновения, развития и деятельности
Иреванский Учительской Семинарии,
анализируется прогрессивная деятель
ность Семинарии в подготовке педагоги
ческий кадров. Материал построен на
основе архивных документов, педагоги
ческих и литературных источников. В
работе перечисляются азербайджанские
выпускники Иреванской Учительской
Семинарии и их дальнейшая деятель
ность за её пределами.
После
возглавещения в Армении
Советской
Социалистической
67
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Республики в Иреване 1924 году органи
зовано Тюркские Педагогические учили
ще и другие образовательные предприя
тии, которые в этом статье говориться
R.Huseynzadeh
The Irevan imagery
Summary
Before the Russian conquest in the
beginning of the 19th century, the absolute
majority of the population of the Irevan
Khanate was Azerbaijani Turks. The Irevan
khanate was no different from the other
Azerbaijani khanates that existed at that
time. During its existence in the territory of
the Irevan Khanate, numerous Azerbaijani
villages and towns were built, thousands of
monuments were erected - fortresses, mos
ques, minarets, caravanserais, baths. All
names of places - place names - in this regi
on were of Azerbaijani origin. During these
periods Muslim mosques and madrassas
existed with mosques.
Under the Erivan Khanate, there were
male and female gymnasiums and a teacher's
institute in Erivan, a women's gymnasium in
Alexandropol, urban schools, 5 initial urban
public schools, 12 initial urban public insti
tutions, 1 official rural public institutions, 4
rural ones, 12 public education ministries,
18 , primary - 39 and private - 8. Students in
1900 were 6983. With some schools handic
raft and agricultural departments.
The article contains material on the
establishment and further development of
Irevan Teachers' Seminary. Make an excursi
on into the history of the origin, develop
ment and operation of Irevan Teachers'
Seminary, a progressive analysis of the acti
vities of the Seminary in the preparation of
teachers. The material is based on archival
documents, educational and literary sources.
The paper lists the Azerbaijani graduates
Irevan Teachers Seminary and their further
activities beyond its borders.
The seizure of the Irevan khanate loca
ted on the border between the Ottoman state
and the Kajar Iran was also part of the con
quest plans of the Russian Empire, and in
these periods Russian schools, progymnasi
ums, gymnasiums, real schools, Sunday
schools, etc. were organized.
After the leadership of the Soviet
Socialist Republic in Armenia in Irevan in
1924, the Turkic Pedagogical School and
other educational enterprises were organi
zed, which in this article are discussed.
68
Dostları ilə paylaş: |