13
Fakültə ixtisasları və tədris planları
Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil
(ingilis), xarici dil (fransız) müəllimliyi ixtisasları vardır. Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi ixtisasında əyani və qiyabi şöbələrdə Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi ixtisası üzrə kadrlar hazırlanır. Əyani şöbənin I, II, III tədris
ilində 2014-cü ildə hazırlanmış tədris planından, IV tədris ilində 2009-cu ildə
hazırlanmış tədris planından istifadə olunur. Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi ixtisasının qiyabi şöbəsində III tədris ilinin tələbələri 2014-cü ildə
hazırlanmış tədris planı ilə, IV və V tədris ilinin tələbələri isə 2009-cu ildə
hazırlanmış tədris planı ilə təhsil alırlar.
Xarici dil (ingilis) müəllimliyi və xarici dil (fransız) müəllimliyi ixtisasına
tədris planları 2014-cü ildə təkmilləşdirilmiş və yenidən hazırlanmışdır.
Tədris planları müxtəlif elmlər arasındakı əlaqələri nəzərə alaraq, həm də
elmlərin sintezini, elmi və praktik tərəflərini əsas götürərək müxtəlif fənn
qruplarını əhatə edir. Tədris planları tələbələrimizin hərtərəfli düşünməsinə,
filologiya məsələləri ilə bağlı doğru qərar vermə bacarıqlarına, elmi-nəzəri və
təcrübəli bilikləri əlaqələndirmələrinə imkan yaradır.
Tədris planlarında fənlərin (humanitar fənlərin, seçmə fənlərin,
ixtisaslaşmanın peşə hazırlığı fənlərinin) əlaqələri, bağlılığı elə qurulmuşdur ki,
məzunlarımız ixtisas fənləri ilə yanaşı, beynəlxalq dillərdən birini, müasir təlim
texnologiyalarını, yenilikləri, təlim metodlarını və s.-ni öyrənirlər. Bu da
tələbələrimizin hərtərəfli formalaşmasında mühüm rol oynayır.
14
Fakültə ixtisasları və tədris planları
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi əyani təhsil forması üzrə
15
Fakültə ixtisasları və tədris planları
16
Xarici dil (İngilis) müəllimliyi
18
Xarici dil (Fransız) müəllimliyi
20
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi qiyabi təhsil forması üzrə
22
Fakültənin idarəetmə strukturu
Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Fakültəsinə ümümi
rəhbərlik dekanın başçılıq etdiyi seçkili orqan olan Fakültə Elmi Şurası tərəfindən
həyata keçirilir.
Filologiya Fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris,
elm və inzibati bölməsi olub, Filologiya istiqamətində Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi, Xarici dil (Fransız, İngilis) müəllimliyi ixtisasları üzrə
bakalavr hazırlanması işini həyata keçirir, eləcə də fakültədə elmi-tədqiqat və
tərbiyə işlərinə rəhbərlik edir.
Filologiya Fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil
(Fransız, İngilis) müəllimliyi ixtisaslarının əsas ixtisas kafedraları olan Müasir
Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan və dünya ədəbiyyatı,
Azərbaycan dili və onun tədrisi metodikası, Ədəbiyyatın tədrisi metodikası, İngilis
dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi metodikası, İngilis
dili kafedralarını həmçinin fakültəyə xidmət göstərən digər ümumuniversitet
kafedralarını, elmi-tədqiqat laborotoriyalarını və s. özündə birləşdirir.
Dekan.
Buludxan Əziz oğlu Xəlilov
1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun
Ellərkənd kəndində anadan olmuşdur. 1990-cı ildə
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki ADPU-nun) Filologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Tələbəlik illərində «C.Cabbarlı» adına olan yüksək təqaüdlə oxumuşdur. Biliyini,
bacarığını, həm də elmə olan böyük marağını nəzərə alaraq Müasir Azərbaycan dili
kafedrasının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektorluğunun
təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi
23
Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında laborant kimi
saxlanılmışdır.
1985-1987-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur.
1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə
etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili
kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından
professor vəzifəsində çalışır. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin
dekanı seçilmişdir. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə
təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.
B.Ə.Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji
Universitetində yeni yaranmış «Dədə Qorqud» elmi-tədqiqat laboratoriyası»na
rəhbərlik etmişdir.
Prof.B.Ə.Xəlilov 1990-cı ildən indiyə kimi məzunu olduğu Azərbaycan
Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir. Bu müddət ərzində o,
laborantlıqdan professorluğa qədər ucalmışdır. Hal-hazırda filologiya fakültəsinin
dekanıdır.
1992-ci il dekabr ayının 7-də Naxçıvan Muxtar Respublikasına qarşı
təcavüzə, Respublikanın Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevə qarşı
böhtan və hədələrə qəti şəkildə son qoymaq məqsədilə xüsusi qurum – Naxçıvan
MR dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu
Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılarkən B.Ə.Xəlilov
Müdafiə Komitəsinin fəal üzvlərindən biri olmuşdur.
B.Ə.Xəlilov 2000-ci ilin dekabr ayından Yeni Azərbaycan Partiyasının
üzvüdür.
B.Ə.Xəlilova 2013-cü il fevral ayının 21-də Yeni Azərbaycan Partiyası
Səbail rayon təşkilatının veteran vəsiqəsi verilmişdir.
Prof.B.Xəlilov fəal ictimaiyyətçidir. Respublikanın televiziya kanallarında
və radio verilişlərində, mətbuat orqanlarında dilimiz, ədəbiyyatımız,
mədəniyyətimiz, dövlətimiz, dövlətçiliyimiz və milli maraqlarımızla bağlı
müntəzəm çıxışlar edir.
Dostları ilə paylaş: |