18
Çexiya
Çexiya Respublikası “Avast”, “AVG” və “Social Backers” kimi
beynəlxalq startapların və böyük şirkətlərin evi hesab olunur. Lakin hökumət
sahibkarlar üçün dəstək tədbirlərin həyata keçirilməsində bir o qədər də maraqlı
deyil.
Çexiyada əhəmiyyətli qrant proqramları və ya fondları yoxdur. Ölkədə
Praqadan 100 km məsafədə yerləşən innovasiya və sənaye mərkəzi olan
“Paraducie”də texnopark istifadəyə verilmişdir. Texnoparkın inşasına Çexiya
hökuməti və Avropa İttifaqının dəstəyi ilə 25 milyon ABŞ dolları həcmində
sərmayə ayrılmışdır.
Lakin bir neçə il əvvəl Çexiya hökuməti tərəfindən maliyyələşdirilən
Parducie Texnoparkı müflis olduğunu elan etdi.
Polşa
Polşada texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar üçün
Müəssisələrin İnkişafı üçün Polşa Agentliyi (Polish Agency for Enterprise
Development) tərəfindən dəstək göstərilir. Ümumi büdcəsi 2007-2013-cü illərdə
7 milyard avro olmuşdur. Maliyyə vəsaiti Avropa Birliyi fondlarından gəlir və
geniş təşəbbüslər üçün istifadə olunur. Sahibkarlar qrantlarla təmin olunmaları
üçün 40-dan çox biznes inkubatorla təsis olunmuşdur.
Polşada həmiçinin startap araşdırma mərkəzi də mövcuddur və əsasən
yerli hökumət tərəfindən deyil Avropa İttifaqı genişlənmə proqramları
tərəfindən maliyyələşdirilir. Onuda qeyd edək ki, Avropa Regional İnkişaf
Fondu (European Regional Development Fund) tərəfindən 2008-2013-cü illər
ərzində 5.938 layihəyə 786,5 milyon avro investisiya qoyulmuşdur.
“Staypoland”, “ktotomowi.pl” və “Audioteka” kimi startaplar sözügedən fond
tərəfindən maliyyələşdirilmişdir.
Polşada güclü iqtisadiyyatın və resusların mövcudluğu startapların
yaradılması üçün əlavə stimuldur. 2013-cü ildə aparılan araşdırmalara görə
Polşa əhalisinin 70% öz şirkətlərinin qurmaqda olduqca maraqlıdır və ölkənin
böyük hissəsi mühəndis istedadına malikdirlər. Polşalı mühəndislər Almaniya,
ABŞ, Böyük Britaniya və Mərkəzi Asiya ölkələri üçün hədəfdirlər.
Sloveniya
Sloveniya 2 milyon insanın yaşadığı və dünyada ən yüksək vergi dərəcəsi
olan ölkədir. Son bir neçə ildə startap birliklərin inkişafı istiqamətində işlər
görülmüşdür. Dövlətin vençur maliyyələşdirmə sxemi və 72.000 avro qədər
19
qrantları vardır. 2011-ci ildə Sloveniya bu sahəyə 35 milyon avro sərf edilib.
Həmçinin ölkədə Avropa Birliyi genişlənmə proqramı da mövcuddur.
2014-cü ildə qoyulan investisiyanın 93%-i vençur maliyyələşdirmə
fondlarının, 4%-i özəl sektorun, 2%-i akseleratorların və 1%-i isə dövlətin
payına düşür. Həçinin startapların 23,3%-i tibb, 16,7%-i mediyanın payına
düşmüşdür.
Macarıstan
Macarıstan vençur kapitala yatırılan investisiyalara görə Avropa ölkələri
arasında ilk beşlikdə qərarlaşıb. Macarıstanda startaplar Litva və digər Avropa
İttifaqı ölkələrində olduğu kimi “JEREMIE” (Joint European Resources for
Micro to Medium Enterprises) proqramından faydalanırlar. “JEREMIE”
proqramında 8 müəssisənin birgə kapital vəsaiti vardır və 2010-cu ilin ikinci
rübündən investisiya yatırılmağa başlanılmışdır. Startaplar və yerli kiçik və orta
müəssisələrə 128 milyon avro investisiya yatırılmışdır.
Proqramın ikinci hissəsində ölkədəki sahibkarlıq fəaliyyətinin inkişaf
etdirilməsi üçün daha 14 milyon avro həcmində investisiyanın yatarılması
nəzərdə tutulur. Yerli hökumət tərəfindən “Runway Start-up Budapest Creda
2.020” adlı iqtisadi konsepsiya formalaşdırılmışdır. Bu konsepsiyada startaplar
birbaşa və dolayı yolla müxtəlif dəstək tədbirlərindən yararlanırlar.
On illiyin sonuna qədər Budapeşt Mərkəzi və Şərqi Avropanın startap
paytaxtına çevrilməyi qarşıya məqsəd olaraq qoymuşdur.
Cənub Şərqi Avropa
Cənub Şərqi Avropada startap infrastrukturunda hökumətin iştirakı qeyri-
bərabərdir. Qərbi Balkan ölkəri – Albaniya, Bosniya və Hersoqovina,
Makedoniya və Çernoqoriya kimi ölkələrdə dövlət dəstəyi təşəbbüsləri demək
olar ki, mövcud deyil. Eyni zamanda bu ərazidə “Western Balkans Investment
Framework” adlı təşkilat fəaliyyət göstərir.
Bu təşkilatın gələcəkdə regionun Vençur maliyyələşdirmə fonduna
çevrilməsi nəzərdə tutulur və yerli layihələr üçün 40 milyon avro pul
ayrılmışdır.
Digər iki Qərbi Balkan ölkəsi Xarvatiya və Serbiyada vəziyyət daha
yaxşıdır. Hər iki ölkə startapların dəstəklənməsində olduqca maraqlıdır, xüsusilə
də texnologiyalar sahəsində.
20
Serbiya
Serbiyada İT Sənayesində Dəstək Proqramı mövcuddur. Bu proqram
çərçivəsində özəl investorla birgə başlanğıc maliyyə təşəbbüsü mövcuddur.
(25.000-30.000 avro). Dövlət tərəfindən maliyyələşdirilən inkubatorlar,
texnoparklar və vergi kreditləri mövcuddur.
Texnoloji park, İnkubator və Klasterlər
Yaxın illər ərzində üç yeni texnoloji parkın açılması nəzərdə tutulur-
Budapeşt, Novi-Sad və Nis. Hökumət yeni İT şirkətlərin yaradılması və sürətli
inkişafına dəstək məqsədi ilə texnoloji klasterlər və biznes inkubatorlar
yaratmaq fikrindədir. Bu isə gənc isdedadların İT sahəsində təlim keçmələrinə
kömək edəcəkdir.
Vergi güzəştləri
Serbiya şirkətləri araşdırma və inkişafı üçün vergi kreditlərindən istifadə
edə biləcəklər. Ümumi investisiya dəyərinin vergi öhdəliyi 20% azalacaq (40%
kiçik şirkətlər üçün), vergi dövrü üçün ümumi vergi öhdəliyi 33%-ə qədər
olacaqdır. Üçüncü dövrdən başlayaraq İT şirkətlərinin tam ştat işçilərinin əmək
haqqı xərclərində azalmalar olacaqdır. Azalmaların 80%-i böyük şirkətlərin (50-
dən çox işçisi olanlar üçün) və 90%-i isə kiçik şirkətlərin işçiləri üçün tətbiq
olunacaq (50-də az işçisi olanlar üçün).
Hüquqi çərçivə
Yeni qanunların qəbulu artıq reallaşmaq üzrədir. Bu qanunlarda e-
hökumət, e-ödəniş və e-faktura əməliyyatlar üçün hüquqi əsaslar nəzərdə
tutulur.
İnvestisiya təşviqi
Avropada ən aşağı korporativ vergi dərəcəsi 15% müəyyən olunmuşdur.
Serbiya investorlar üçün maliyyə dəstəyi təklif edir. Beynəlxalq bazar
xidmətləri göstərən İT şirkətləri tərəfindən üç il ərzində ən az 10 yeni iş yeri
yaradılıb və 500.000 avro qədər investisiya yatırılmışdır.
Yaradılmış yeni iş üçün 4.000 avro və 10.000 avro investisiya
subsidiyaları təklif edilir. Böyük investisiya layihələri (50 milyon avro) üçün
xüsusi maliyyə paketləri də mövcuddur. Maliyyə paketində hökumət tərəfindən
ümumi investisiyaların dəyərinin 10-20% arasında mükafat verilir.
Təşkilati dəstək
Serbiya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi Serbiya şirkətlərinin
xaricdə iş və Serbiyada biznes əlaqələrin qurulması istiqamətində peşəkar
xidmətlər təklif edir. Serbiya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi ümumi
Dostları ilə paylaş: |