Az
ərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən
Dövl
ət Qeydiyyatına alınmışdır
Qeydiyyat № 2825
29 aprel 2002-ci il
Nazir
F.F.MƏMMƏDOV
Az
ərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
10 aprel 2002-ci il tarixli q
ərarı ilə
t
əsdiq edilmişdir
(Protokol № 7)
İdarə Heyətinin sədri
E.S.RÜSTƏMOV
Az
ərbaycan Respublikasının kredit təşkilatlarında kassa
əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının
t
əşkili Qaydaları
1. Ümumi müdd
ə
alar
1.1. Bu Qaydalar «Az
ərbaycan Respublikasının Milli Bankı haqqında, «Banklar haqqında»
Az
ərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və kredit təşkilatlarında kassa
əməliyyatlarının aparılması qaydasını müəyyənləşdirir.
1.2. Qiym
ətlilərin saxlanması üçün məsul olan şəxslər (Kredit təşkilatının rəhbəri, baş
mühasibi v
ə kassa müdiri) kredit təşkilatlarının pul və digər qiymətlilərinin tam salamatlığı
üçün müvafiq qanunvericilikl
ə məsuliyyət daşıyırlar.
1.3. Kredit t
əşkilatlarının baş mühasibi və ya uçot işlərinə məsul olan şəxs kassa
əməliyyatlarının mühasibat balansında (uçotunda) düzgün əks olunmasına məsuliyyət
daşıyır.
2. Anlayışlar
2.1. Kassa
əməliyyatları — nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması
v
ə qorunması üzrə əməliyyatların məcmusudur.
2.2.
Kassa qovşağı — kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş,
texniki
t
ələblərə cavab verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər qiymətlilərin
saxlanması üçün anbar; anbarqabağı sahə; axşam kassası; əməliyyat kassasında mədaxil və
m
əxaric əməliyyatları aparılması üçün otaq; pul və qiymətlilərin yenidən sayılması və
bağlanması üçün otaq; müştərinin aldığı pulun sayılması üçün sahə).
2.3. Gündüz m
ədaxil kassası — əməliyyat günü ərzində nağd
pul və digər qiymətlilərin
q
əbulunu həyata keçirən mədaxil kassasıdır.
2.4.
Axşam mədaxil kassası — əməliyyat günündən sonra nağd pul və digər qiymətlilərin
q
əbulunu həyata keçirən mədaxil kassasıdır.
2.5.
M
əxaric kassası — əməliyyat günü ərzində nağd pul və digər qiymətlilərin verilməsini
h
əyata keçirən kassadır.
2.6.
M
ədaxil-məxaric kassası — həm mədaxil, həm də məxaric kassalarının funksiyalarını
h
əyata keçirən kassadır.
2.7.
Yenid
ənsayma kassası — müştərilərdən qəbul edilmiş nağd pul və digər qiymətlilərin
yenid
ən sayılmasını və formalaşdırılmasını həyata keçirən kassadır.
2.8. Kassir — kassa
əməliyyatlarını həyata keçirən şəxsdir.
2.9. Kassa s
ənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan sənədləridir.
2.10.
Pul anbarı — qiymətlilərin saxlanması, qorunması və mühafizəsi üçün sahədir (otaq,
anbar, yer).
2.11.
Formalaşdırma — əskinasların və sikkələrin nominal dəyərləri, dövriyyəyə yararlı və
yararsızlığı üzrə çeşidlənməsi və bağlanmasıdır.
2.12. Banderol — pul d
əstləri bağlamaq üçün Milli Bank tərəfindən təsdiq edilmiş vahid
normalı kağız lentdir.
2.13. D
əst — eyni nominal dəyərdən olan 100 (yüz) vərəqdən ibarət əskinasların banderol ilə
bağlanmasıdır.
2.14.
Bağlama — eyni nominal dəyərdən olan 10 (on) ədəd dəstdən (1000 vərəq) ibarət
əskinasların bağlanmasıdır.
2.15.
Əməliyyat günü — kredit təşkilatlarının daxili qaydaları ilə müəyyən edilmiş iş günü
ərzində müştərilərə xidmət göstərilən müddətdir.
2.16. Bankomat —
kassirin iştirakı olmadan nağd pulun verilməsi və qəbul edilməsi üçün
istifad
ə olunan avtomat qurğudur.
2.17. Qiym
ətlilər — nağd pul, qiymətli kağızlar, qiymətli metallar və daş-qaşlar, zinət
əşyaları.
2.18. İnkassasiya — nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması.
2.19. İnkassator — nağd pulun və digər qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs.
3. Kassa işinin təşkili
3.1. Kredit t
əşkilatlarının təşkilati strukturunda kassa əməliyyatlarına məsul inzibati bölmə
(kassa) yaradılmalıdır.
Kredit t
əşkilatlarında kassa qovşaqları bu qaydalarla müəyyən edilmiş texniki tələblərə
uyğun olaraq və kredit təşkilatlarının daxili prosedurları əsasında təşkil edilməlidir.
3.2. Nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi üçün zəruri hallarda aşağıdakı
kassalar t
əşkil edilə bilər: mədaxil (gündüz və axşam), məxaric, mədaxil-məxaric,
yenid
ənsayma, valyuta mübadilə məntəqələrinin kassaları və bankomatlar.
3.3. Nağd pul və digər qiymətlilərlə işləyən işçilərlə tam maddi məsuliyyət haqqında
müqavil
ə (əlavə 16) bağlanmalıdır.
3.4. Kredit t
əşkilatlarının rəhbərliyi kassaların mühafizəsini təmin etmək üçün lazımi şərait
yaratmalıdırlar.
3.5. Nağd pul və digər qiymətlilərin qorunması üçün məsul olan və qiymətlilərlə işləyən
şəxslər müvafiq möhürlər, plombirlər və adlı ştamplar ilə təchiz olunmalıdırlar.
3.6. Kredit t
əşkilatlarında olan möhürlər, nağd pul və digər qiymətlilər saxlanılan anbarların
açarları, plombirlər, klişelər, ştamplar kitabda (əlavə 1) qeydiyyata alınmalıdır.
3.7. H
əmin kitabı kredit təşkilatının rəhbəri və yaxud onun yazılı sərəncamı ilə nağd
pul və
dig
ər qiymətlilərlə əməliyyatlar aparmayan şəxs tərtib etməlidir.
3.8. Möhürl
ər, açarlar, plombirlər, klişelər və adlı ştamplar kitabda imza etdirməklə işçilərə
verilir v
ə geri alınır.
3.9. Pul saxlanan yerin açarı itdikdə və ya sıradan çıxdıqda akt (əlavə 2) tərtib etməklə
kilidin özü v
ə ya kodu dəyişdirilir. Açarların itirilməsində təqsiri olan şəxslər intizam
m
əsuliyyətinə cəlb edilirlər.
3.10. İş yerini müvəqqəti tərk edərkən kassirlərin nağd
pulu və digər qiymətliləri, açarları,
möhürl
əri, plomirləri, klişeləri, ştampları açıqda, seyfləri və metal şkafları isə açıq şəkildə
qoyması qəti qadağandır.
3.11. Kassirl
ərin şəxsi nağd pulunun və saxlanılan qiymətlilər qismindən olan əşyalarının
kassa otağında saxlanılması qadağandır.
3.12. Kassirl
ər kassa sənədlərini imzalamaq səlahiyyəti olan işçilərin imza nümunələri ilə
t
əmin olunmalıdır.
3.13. İmza nümunələrinin vaxtında verilməsinə, dəyişdirilməsinə və ləğv olunmasına kredit
t
əşkilatının daxili proseduraları əsasında nəzərdə tutulmuş vəzifəli şəxs tərəfindən nəzarət
olunur.
3.14. Qiym
ətlilərlə işin təşkilinin digər şərtləri kredit təşkilatının daxili prosedur
qaydalarına və kredit təşkilatı ilə müştəri arasında bağlanmış müqaviləyə əsasən
t
ənzimlənir.