Skot Han:
ƏZİZ ANAM
Skot Han: Əziz Anam
original: Scot Hahn – Hail Holy Queen
2
Skot Han: Əziz Anam
ÖN SÖZ
MƏRYƏM ANA ÜÇÜN
Skot Hanın yazdığı “Rəbbin sözü ilə Rəbbin Anası olan
Əziz Anam (HAİL, HOLY QUEEN)” adlı kitabı təqdim
etmək mənim üçün böyük bir qürur və xoşbəxtlikdir.
İsanın sirrində Məryəmin sirrini, yazıçı sadə, açıq və
hörmətli bir şəkildə açıqlayıb; bunu edərkən də kilsənin
ənənəvi və mənəvi təlimləri işığında Müqəddəs Kitabı
şərh etmişdir.
Hamımızın ortaq arzusu, ümidi və duası budur:
"Bizimlə gəl, Məryəm,
yol boyunca bizimlə qal.
Atdığımız hər addıma nəzarət et.
Bizi sevimli Oğlun İsaya apar,
gəl, bizimlə, Məryəm, gəl."
Keşiş TARCY MATHIAS, OFM. Cap.
Efes - Məryəm Ana Kilsəsinin baş rahibi
ATA KİLİAN HEALY-NIN ÖN SÖZÜ
Ölümündən bir neçə ay əvvəl, Lisieuxlu müqəddəs Teresa
Müqəddəs Bakirə Məryəmlə bağlı düşündüyü hər şeyi
ilahilərlə ifadə etmə xəyalını reallaşdıra bildi. İyirmi beş
qitəlik uzun şeirinə "Səni niyə sevirəm Məryəm" adını
verdi. Arzusu Məryəmlə bağlı həqiqəti eşitdirməkdir və
Məryəmlə əlaqədar bütün məlumatları, həqiqətləri,
hadisələri Müqəddəs Kitabdan götürmüşdür. Müqəddəs
Teresa üçün Rəbbin anası Məryəm onun mənəvi anası,
cənnətin şahzadəsidir, amma adi bir şahzadədən qat-qat
3
Skot Han: Əziz Anam
üstündür. Sayı əllidən çox olan şeirləri arasında bu sevgi
ilahisi müqəddəs Teresanın bir çox oxucusu və
təqibçisinin ən çox bəyəndiyi əsər olaraq qəbul edilir.
Skot Han "ƏZİZ ANAM" deyə tərcümə olunan bu
kitabda bizlərə Bakirə Məryəmi niyə sevdiyini və hörmət
etdiyini şeirlə deyil, nəsrlə izah etmişdir. Eyni ilə
müqəddəs Teresa kimi o da Müqəddəs Kitabda açıqlanan
Məryəmin rolundan bəhs edərkən onun araşdırmaları
bizləri daha da irəliyə aparır.
O, müqəddəs Avqustinin "İncil Tövratda gizlənmiş,
Tövrat isə İncildə meydana çıxmışdır" fikri ilə razılaşır.
Onda Tövratın, xüsusilə də, bütün insanların anası, Əhd
sandığının və Padşahın anası olan Həvva, Davud
sülaləsinin şahzadə anası olan Məryəmdə gizləndiyini
söyləməsi təəccüblü deyil.
Üstəlik, Məryəm Vəhy Kitabındakı günəş geyən cənnətin
kraliçasıdır. Kilsənin ənənəvi təlimində, xüsusilə Kilsənin
qabaqcıl Kilsə Atalarının düşüncələri və təlimləri ilə kilsə
iman həqiqətlərində (doqmalarında) də Məryəmin xüsusi
bir yeri var.
Skot Han kitabında düşüncələrini şəxsi və təvazökar
şəkildə izah edərkən gənclik dövründə katoliklərə qarşı
olduğunu və Məryəmlə bağlı təlimə bəslədiyi şərhlərin
yanlış olduğunu hər zaman dərk edir. Bu kitabı yazmaqla
bəzi səhvləri düzəltmə imkanını tapmışdır. Bu kitabı
yazmaqda onun məqsədi onu dinləyən bütün məsihçilər
üçündür, xüsusilə öz həyatlarında Məryəmin yerinə
hörmət etməli olan katoliklərədir.
Bu, bizi bir suala yönəldir. Fərqli xristian inancına
sahib olan kəslər görəsən onu dinləyəcəklərmi? İnanıram
ki, hə!
Keçmişdə Məryəm birlik yolunda bir çoxları üçün bir
maneə vardı, amma son otuz ildir ki, II-ci Vatikan
4
Skot Han: Əziz Anam
məclisindən sonra birlik üçün çox böyük addımlar atıldı.
Həm katolik, həm protestant Müqəddəs Kitab
mütəxəssisləri, Rəbbin sözü üzərində iş görmək üçün bir
yerə toplaşdılar. 1967-ci ildə İngiltərədə "Müqəddəs
Bakirə Məryəm birliyi" işə başladı və Anqlikan, Katolik,
Metodist, Ortodoks kilsələrinin nümayəndələri iştirak etdi.
1976-cı ildə Birlik, Washingtonda da quruldu və hələ də
bu iki qrupun üzvləri nizamlı olaraq bir yerə toplaşaraq
məlumatlarını bölüşüb çap etməkdədirlər. Geniş miqyasda
məsələlər hələ də həll edilməmiş vəziyyətdə olsa da, bəzi
irəliləyişlər olmuş, birlik üçün çalışanlar gələcəyin ümidli
yollarında irəliləməyi davam etdirirlər. Bütün məsihçilərin
və birliyin anası olan Məryəm onların ürəyində
məqsədlərini daşımağa və Müqəddəs Ruha təqdim edərək
bütün məsihçilərin birliyə çatmasına köməkçi olsun.
Sonuncu sual isə budur: Bu kitaba necə
yanaşmalıyıq? Məncə, bu kitab bizi yatızdırmaq üçün
istifadə etdiyimiz bir kitab deyil. Kitabın zəngin
məzmununun
yaxşıca
düşünülüb
mənimsənilməsi
lazımdır. Məryəmlə bağlı aparılan tədqiqatlarda ideal bir
dərslik olacaq.
Müqəddəs Kitabı, bu kitabın işığı sayəsində daha dərin bir
maraq və istəklə oxuyan oxucular Kilsənin həqiqətləri və
Məryəm
haqqında
öyrəndiklərini
daha
yaxşı
mənimsəyəcəklər. Yalnız tədqiqat, düşüncə və dua
vasitəsilə aydınlanan bu həqiqətlər Ana və Kraliça olan
Məryəmə daha çox dəyər və sevgi verməyimizə kömək
edəcək və nəticədə onu bizlərə bağışlayan mərhəmətli
Rəbbin sevgisinə qovuşacağıq.
Müqəddəs Teresa tərif ilahisini yazanda səbəbini bu
şəkildə açıqlamışdı: "Qüdrətli Rəbb səndə möcüzələr
yaratdı. Mən bunları düşünüb Rəbbi ucaltmaq istəyirəm."
5
Skot Han: Əziz Anam
Skot Han Rəbbin Məryəmdə etdiyi möcüzələri
düşünərək bunları bizlərlə bölüşmək istəyir. Bizləri
Anamız və Kraliçamız olan Məryəmə sevgi ilə baxmağa
dəvət edir. O öz uşaqları üçün nümunədir. Bir gün
əlimizdən tutaraq bizi nəzakətli bir şəkildə Ataya, Oğula
və Müqəddəs Ruha aparacaq.
Sevgi ilə yazılmış olan bu kitab layiq olduğu qarşılığı
görsün deyə dua edirəm.
6
Dostları ilə paylaş: |