www.vivo-book.com
159
Hamıdan əvvəl Qırxayağı gəmiyə mindirdik, polis
nəfəri əlini qandallayanda etiraz etməyə başlasa da, həvəslə
qabağa düşdü. Sonra suda çox qalmaqdan fağırlaşıb lap
itaətkar olan Berçini dartıb gəmiyə saldılar. On nəfəri qayığa
mindirib uzaqlaşdıq, dəniz quldurları ikinci şlyupkaya
dırmaşmağa başladılar. Üçüncü şlyupkaya ancaq doqquz
əsir düşdü, bütün qənimətimiz iyirmi doqquz adamdan ibarət
idi.
Qırxayaq sevincək dilləndi:
– Delfini ki tuta bilmədiniz.
Guya Delfinin qaçıb aradan çıxması bizim
müvəffəqiyyətimizi heçə endirirdi.
Çarli güldü:
– Arxayın ol, gördük. Donquldanırdı, sahilə üzürdü,
axtalanmış donuz kimi xortuldayırdı.
Soyuqdan tir-tir titrəyən fağırlaşmış quldur dəstəsini
sahildən istridyə anbarına gətirdik. Çarli qapını döyən kimi
qapı taybatay açıldı, içəridən ürəklərə yayılan isti gəldi.
Hamımız evə doluşanda Çarli dedi:
– Üst-başınızı burda qurudub, isti qəhvə içə bilərsiniz.
www.vivo-book.com
160
Əlində buğlanan qəhvə ilə dolu parç olan Delfin ocağın
qırağında sakitcə oturmuşdu, Nikolasla mən Çarliyə nəzər
saldıq.
O şən-şən gülüb dedi:
– Buna da fərasət lazımdır. Bir şeyə baxanda gərək hər
tərəfdən nəzər salasan. Yoxsa xeyri olmaz. Mən sahilə
baxdım, ona görə də orda iki polis nəfəri qoydum ki, qoy
nəzarət eləsinlər. Vəssalam, şüd tamam.
www.vivo-book.com
161
“LANKAŞİR KRALİÇASI”NIN MÜHASİRƏYƏ
ALINMASI
Çarli Le Qrantla mənim balıqçı patrul dəstəsində
xidməti dövrümüzdə iri dörddorlu ingilis gəmisini
mühasirədə saxlamağımız ən çətin iş idi. Axırdan-axıra bu
bizim üçün həlli çətin məsələyə çevrildi, ancaq quru təsadüf
bizə bu məsələnin də həllini tapmaqda kömək etdi.
İstridyə ovlayan dəniz quldurlarının dərisini verəndən
sonra biz Oklendə qayıtdıq, ancaq Neyl Partinqtonun xəstə
arvadı təhlükədən xilas olunca iki həftə də keçdi. Beləliklə,
bizim “Şimal maralı”mız ancaq bir aydan sonra Benişyada
göründü. Atlar öləndə itlərin bayramıdır; bu bir ay ərzində
balıqçılar lap cızıqlarından çıxmışdılar, qanunu çəkinmədən
pozurdular. Biz Pedro burnunun yanından ötəndə istridyə
ovlayanlar içərisində canlanma hiss etdik. San-Pablo körfəzi
boyunca Yuxarı körfəzdən üzüb gəlmiş, bizi görəndə sudan
torlarını çəkib çıxaran, yelkənləri qaldıran balıqçı barkasları
üzüb keçdilər.
www.vivo-book.com
162
Bütün bunlar bizi şübhəyə salmaya bilməzdi. Biz
ordaca təhqiqata başladıq, ələ keçirdiyimiz yeganə qayıqda
siyənək balığı ovlamaq üçün qadağan olunmuş tor gördük.
Qanuna görə torun ilgəkləri arasındakı məsafə yeddi yarım
düymdən az olmamalı idi. Halbuki bizim ələ keçirdiyimiz
torun ilgəkləri arasındakı məsafə üç düym idi. Bu, qanunun
islahedilməz pozulması idi, biz qayıqdakı iki balıqçını həbs
etdik. Onlardan birini Neyl Partinqton “Şimal maralı”nın
göyərtəsinə götürdü ki, o bizim patrul dəstəsinin rəisinə
gəmini sürməkdə kömək etsin, Çarli ilə mən ikincini
özümüzlə tutduğumuz barkasda irəli apardıq.
Bu ara siyənək balığı ovlayan qayıqlar var gücləri ilə
San-Pablo körfəzindən keçib Petaluma sahillərinə yol aldı
və biz daha bir də balıqçı görmədik. Bizim əsirimiz –
gündən qaralmış, saqqallı yunan qaşqabağını sallayaraq,
torunun üstündə oturmuşdu, biz isə onun gəmisini sürürdük.
Bu, qızıl balıq ovlamaq üçün qayırılmış Kolumbiya çayı
barkası idi, görünür, ilk dəfə idi səfərə çıxmışdı, bu gəmini
idarə etmək adama ləzzət verirdi. Bizim əsirimiz ağzını açıb
bir söz demədi. Çarli onun barkasını tərifləyəndə belə, sanki
www.vivo-book.com
163
bizi görmədi, tezliklə biz onunla daha maraqlanmadıq, belə
qərara gəldik ki, o həddindən artıq qaradinməz adamdır.
Biz Karkinez boğazını keçdik, dənizin sakit olduğu
Terner tərsanəsi yanındakı körfəzə girdik. Orada, Böyük
Alekin tutulduğu həmin yerdə qəflətən nərə balığı tutmaq
üçün Çin tilovu və içərisində iki italiyalı olan bir yalik və
yeni məhsulun buğdasını gözləyən bir neçə dəmir korpuslu
ingilis yelkən gəmisi dayanmışdı. Bu tamamilə bizim üçün
də, onlar üçün də gözlənilməz oldu: onlar heç özlərinə
gəlməmişdilər ki, biz başlarının üstünü kəsdirdik. Çarliyə
qayığı küləyə tərəf döndərmək, onların dalına keçmək nəsib
oldu. Mən irəli qaçıb burazı atdım, əmr etdim ki,
ləngitmədən onu bərkitsin. İtaliyalılardan biri burazı taxta
mıxa sarımağa başladı, mən də tələsik yelkəni yığdım.
Barkas yaliki ardınca dartaraq geriyə can atdı.
Çarli gəminin burun tərəfinə keçdi ki, əsir tutduğumuz
gəmiyə atılsın, ancaq mən yaliki yaxına çəkmək üçün
burazdan yapışanda italiyalılar qaçmağa üz qoydular. Su bizi
külək tutan yerə atdı, bu ara onlar bir cüt avar tapıb özlərinin
yüngül gəmilərini düz küləyə qarşı sürdülər. Bu hərəkət
www.vivo-book.com
164
əvvəl bizi çaşdırdı, çünki biz özümüzün iri, ağır yüklənmiş
qayığımızda onlara çata bilməzdik. Birdən əsirimiz
dadımıza çatdı. Onun qara gözləri parıldadı, özünü ələ
almağa çalışsa da sifəti pörtmüşdü. O siyirtmə gili
50
aşağı
saldı, bir sıçrayışla özünü gəminin burnuna verib yelkəni
dikəltdi.
Çarli gülə-gülə dedi:
– Nahaq demirlər ki, yunanların italiyalıları görən gözü
yoxdur! – belə deyib özünü gəminin dal tərəfindəki rumpelə
tərəf atdı.
Əvvəllər ömrümdə görməmişdim ki, bir nəfər belə
bizim əsir kimi bu təqib vaxtı başqasını tutmaq istəsin. O elə
coşmuşdu ki, sanki gözləri hədəqəsindən çıxacaqdı, burun
pərələri isə qəribə bir tərzdə açılıb örtülürdü. Çarli sükanı, o
isə yelkəni idarə edirdi. Çarli pişik kimi əldən iti, çevik olsa
da, yunan öz hövsələsizliyinin qarşısını çətinliklə alırdı.
İtaliyalılar sahilə çıxa bilməzdilər, ən azı bir miləcən yolları
qalmışdı. Əgər onlar birbaşa sahilə üz tutsaydılar, biz də
50
Gil – gəmi gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan
tir (Tərc. qeydi).
Dostları ilə paylaş: |