ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi. Onun ardınca 1567-ci ildə İtaliya (Florensiya) taciri Lyudoviko
Qviccardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı capdan cıxdı.
Əsərin birinci hissəsində Niderlandın butovlukdə təbiətindən, əhalisindən və təsərrufatından danışılır. Muəllif
coğrafi movqeyin, cayların və dənizlərin olkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmcinin olkədə movcud
olan sənətkarlıq və ticarətin vəziyyəti, olkənin idarə olunması haqqında geniş məlumat vermişdir. İkinci hissədə
Niderlandın 17 əyalətinin hər biri haqqında ayrı-ayrılıqda sohbət acılır. Qviccardini bu hissədə şəhərlərin
coğrafiyasına daha cox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və muxtəlif proseslərin səbəblərini daha geniş
gostərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcumə edilmişdir.
XVII-XVIII əsrlərdə təbiiyyat elmində metafizika (mexaniki) materializm hokm sururdu ki, bunun da əsasını
Bekonun və Dekartın fəlsəfi sistemi təşkil edirdi. Empirik təbiətşunaslıq təbiət və sosial hadisələrin oyrənilməsi
proseslərini bir-birindən ayırırdı. Bu dunyagoruşun mərkəzində təbiətin dəyişməzliyi haqqında muddəa dururdu:
madam ki, təbiət movcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan
gundən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayıran
empirik təbiətşunaslıq coğrafiya elminə də neqativ təsir gostərdi.
Təbiətşunaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatcılardan biri olan Hollandiya
coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci ildə «Umumi coğrafiya» adlı elmi əsəri nəşr
olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu
əsərdə iqtisadi coğrafiya ilə bağlı coxlu fikirlər var.
Varenius ilk dəfə olaraq coğrafiyanı butunluklə (umumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kicik sahələr
uzrə (topoqrafiya) oyrənən təbiiyyat elmi kimi muəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır,
cunki tədqiqat olunan obyektlərin miqyasına gorə bolunməsi onların oyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə,
muəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən umumi coğrafiyanı və xususi (regional) coğrafiyanı
ayırırdı.
Vareniusa gorə, coğrafiya riyazi elm olub, Yer kurəsinin xususiyyətləri, forması, olculəri, onda baş verən
hərəkətlər, hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq
dairəsini təyin edir. «Umumi coğrafiya» xəritədə məsafəni olcmək, xəritədən və kompasdan istifadə qaydaları,
gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir.
Xususi coğrafiyanı (muasir mənada, diyarşunaslığı) alim uc yerə bolur:
1. Gunəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;
2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);
3. İnsanlara, yaxud olkənin sakinlərinə xas olan əlamət;
Muəllif ucuncu qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu
məsələlərin oyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cur
munasibəti onun metafizik materializm movqeyində durması ilə izah olunur.
Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və umumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar coxlu
xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir cox antik coğrafi yazılara xas olan tarixilik
burada, demək olar ki, yox dərəcəsindədir. Muəllif oz dovrunə gorə oxucularına xeyli yeni məlumatlar – yerin quru
və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim muxtəlifliyini,
başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan
məsələlərinə hec toxunulmamış, yaxud da cox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri
və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan sonra yeni
elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Butun olkələrdə, o cumlədən Rusiyada onun təsiri ilə coğrafiya
məktəbləri meydana gəlir.
3.5 Yeni Dovrun başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)
Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dovrunun başlanmasından xəbər verdi.
İngiltərə sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və sonralar isə muəyyən muddətə Fransanı
satış bazarlarından sıxışdırıb cıxarır. İngiltərə iri mustəmləkəci dovlətə cevrilir. Lakin buna baxmayaraq məhz
Fransa bu dovrdə coğrafiya və xəritəşunaslıq sahəsində gorkəmli işlər gorur.
Avropa olkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək,
ticarəti nizama salmaq, fabrik, zavod muəssisələrini yaratmaq və onları xammalla təmin etmək və s. ucun coğrafi
məlumatlar tələb olunurdu. Boyuk kəşflərin surəti XVII əsrin ortalarına zəifləyir. Bu muddətdən sonra materiklərin
daxili hissələri və onların təbii sərvətlərinin oyrənilməsinə daha cox diqqət yetirilir. Materiklərin təbii zonalarının
bitki, heyvan aləmi, faydalı mineralları oyrənilir və əhalinin demoqrafik vəziyyəti uzərində muşahidələr aparılır.
Gostərilən dovrdə ən cox coğrafi tədqiqat işlərini Rusiya təşkil edirdi və bu tədqiqatlar – Sibiri, Uzaq Şərqi və
Şimali Amerikanın şimali-qərb sahillərini əhatə edirdi.
Rusiyanı boyuk dəniz olkəsinə cevirmək haqqında I Pyotrun cəhdlərilə bağlı olaraq olkədə coğrafi
ekspedisiyaların sayı artırılır. Onun təkidi ilə 1717-1720-ci illərdə Qotlib Şober Volqaboyuna, Xəzər sahilinə və
Qafqaza səyahətlər edir və buraların iqlimini, heyvanlar aləmini və əhalisini oyrənir. I Pyotr Xəzərə və Xəzərsahili
vilayətlərə boyuk maraq gostərirdi. Buradan Cinə və Hindistana qısa yollar axtarışına və səpinti qızıl yataqlarına
xususilə əhəmiyyət verilirdi. 1703-1726-cı illərdə bu boyuk gol-dənizin artıq xəritəsi cəkilir və Amu-Dərya cayının
Xəzərə tokulmədiyi muəyyənləşdirilir.