383
yə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaşma
qabiliyyəti olmayan insanlar; orta səviyyə - ətraf mühitdə öz
yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən
insanlar; ali səviyyə - yaradıcı səviyyədir. O ətraf mühiti
dəyişdirməyə çalışan insandır.
Bu üç uyğunlaşma və üstünlük səviyyələrini nəzərə alma
əsasında Lazurski xarakterin aşağıdakı təsnifatını təklif
etmişdir:
Aşağı səviyyə: 1) ağıllı tip; 2) affektiv tip (hərəkətli,
hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar,
fəal, inadkar).
Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər
(alimlər, rəssamlar, dini xəyalpərəstlər); 2) praktiklər –
realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.
Ali səviyyə: Bu insanlara şüurluluq, ruhi duyğuların
uzlaşması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-
terin daha dəqiq anlaşılmasına gətirib çıxardı.
Fərdi xarakterlərin tipologiyasını təhlil edən Z.Freyd
xarakterin strukturu ideyasını əsas götürərək sübut edir ki,
“müəyyən əlamətlərdən əsas xarakterin formalaşdırılması
formulunu çıxartmaq olar, həm də nəzərə almaq lazımdır ki,
daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların
sublimasiyasını və ya onların yaratdığı reaktiv törəmələrini
təmsil edir”.
Erkən uşaqlığın xüsusiyyətləri, psixoseksual mərhələnin
inkişaf etməsinin spesifikası, müəyyən psixoseksual mərhə-
lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini şərt-
ləndirir. Freyd xarakteri oral-passiv, oral-təcavüzkar, anal-
xarakterə, genital xarakterə ayırırdı.
Müasir psixoanalitiklər xüsusilə A.Louenin tipoloji
modelində xarakterin aşağıdakı tiplərini ayırırlar: aral, mazo-
xist, əsəbi, fallik-narsis, şizoid.
. A.Louen xarakter anlayışını yalnız pataloji hallarla
məhdudlaşdırmağı təklif edirdi. İnsan - əgər onun tipik
384
davranış vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o
deməkdir ki, o real həyatda şəraitin müəyyən tələblərinə
uyğunlaşaraq özünü çox gözlənilməz aparır. Müasir amerika
psixologiyasında xarakterin iki alternativ tərifindən istifadə
olunur: “Xarakter – şəxsiyyətin əxlaqi və mənəvi baxışıdır”;
“Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.
R.Kettel şəxsiyyətin əsas amilləri arasında güc və
zəifliyi qeyd edirdi. Onun funksiyası“Ali-mən”in gücü sərt və
prinsipial hərəkət edən insanın iradəsinin gücünü, “Ali-mən”in
zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin
zəifliyini bildirməkdən ibarətdir.
Kettelə görə xarakter – insanın müəyyən münasibətlərdə
davranışında özünü biruzə verən, şəxsiyyətin əldə etdiyi daha
sabit zəruri xüsusiyyətlərinin fərdi uyğunluğudur. Bunlar
aşağıdakılardır:
1. Özünə münasibət (tələbkarlığın, tənqidin, özünəqiy-
mətləndirmənin dərəcəsi).
2. Başqalarına münasibət (fərdilik və ya kollektivçilik,
eqoizm və ya alturizm, qəddarlıq və ya xeyirxahlıq,
laqeydlik və ya həssaslıq, kobudluq və ya nəzakət, ya-
lançılıq və ya düzgünlük və s.).
3. Tapşırılan işə münasibət (tənbəllik və ya işgüzarlıq,
səliqəlilik və ya pintilik, təşəbbüskarlıq və ya passivlik,
səbirlilik və ya səbirsizlik, məsuliyyət və ya məs-
uliyyətsizlik, təşkilarçılıq və s.).
4. Xarakterdə iradi keyfiyyətlər də öz əksini tapır: çə-
tinlikləri, mənəvi və fiziki ağrıları dəf etməyə hazır
olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi.
Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və
bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri)
dedikdə insan şəxsiyyətinin bu və ya başqa xüsusiyyətləri başa
düşülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində
sistemli şəkildə özünü biruzə verir və bunlara görə müəyyən
şəraitdə şəxsiyyətin etdiyi hərəkətləri qiymətləndirmək olar.
385
Əlamətlərin birinci qrupuna şəxsiyyətin istiqamətini (meylini)
ifadə edən xüsusiyyətlər (sabit ehtiyaclar, maraqlar, meyllər,
ideallar, məqsədlər), ətraf mühitə münasibətlər və bu mü-
nasibətləri həyata keçirmənin fərdi-özünə məxsus vasitələrini
təmsil edən sistem daxildir. İkinci qrupa xarakterin intelektual,
iradi və emosional xüsusiyyətləri daxildir.
Xarakterin tiplərinin başqa təsnifatları da var. Məsələn,
insanın həyata, cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsa-
sında qurulmuş xarakter tipologiyası çox məşhurdur. Onun
müəllifi bu tipologiyanı xarakterin sosial tipologiyası ad-
landıran E.Frommdur. E.Fromm adamları bir şəxsiyyət kimi
dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.
E.Fromun fikrincə mazoxist tipə malik olan adam uğur-
suzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özü-
nü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil,
başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı
düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir.
Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə
onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O,
həmişə mövcüd şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır,
situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K.Yunq tərəfindən irəli sürülmüş ekstravert və introvert
tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə
coşqunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır.
İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi
maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl,
uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin
xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və
anarxist tiplərə də ayırmaq olar.
Psixoloq S.Məcidovanın işləyib hazırladığı tipologiya
“69” adlanan xarakterin tipologiyası da maraq doğurur. Bu
Dostları ilə paylaş: |