474
mədən xeyli yüksək olur. Halbuki valideynlərin real qiyməti
neqativ xarakter daşıyır. Valideynləri tərəfindən real şəkildə
rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik şüurunda
valideyn münasibətlərini, əgər o, valideynlərinin sevimlisi
olsaydı onların münasibətlərinin necə ola biləcəyi formasında
dəyişdirir.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş ve-
rir. bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla
müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol
oynayır. Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird
kollektivinin də müstəsna rolu vardır.
Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiyyət mey-
dana çıxır: 1) bu dövrdə ictimai davranışla bağlı norma və qay-
dalar, insanların bir-birilə qarşılıqlı münasibətilə bağlı norma-
lar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən
asılı olmayaraq nisbətən sabit əxlaqi görüşlər, hökmlər və
qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə
başlayır.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik
yaşı dövründə özünəməxsus «əxlaq məcəlləsi» əmələ gəlir
(Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini
tənzim etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu
«məcəlləyə» gorə yoldaş yoldaşının hörmətini saxlamalı,
qayğısına qalmalı, müdafiə etməlidir. Professor Ə.Əlizadənin
qeyd etdiyi kimi, hörmət, qayğı, müdafiə anlamlarının
yeniyetmələr üçün öz yozumu, öz mənası, öz təfsiri var. Bu
yozuma görə dərs vaxtı, imtahan zamanı yoldaş yoldaşa
şpalqalka ötürməlidir, nəyin bahasına olur-olsun onun tərəfini
saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt «sanq-
siyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır.
Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə,
öz qüsurlarını aradan qaldırmasına təkan verir.
475
VI.21.3. Yeniyetmələrdə yaşlılıq hissi və meylinin
formalaşması
Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən
biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır.
Yeniyetmənin özünüdərketməsi nəticəsində onun şəxsiyyətində
keyfiyyətcə irəliləyiş baş verir. Ona görə də yeniyetmə özünü
artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ
gəlir ki, ətrafdakılar onlara uşaq kimi deyil, yaşlı adam kimi
yanaşsınlar. Bununla əlaqədar olaraq yeniyetmə müstəqilliyə
meyl edir. Lakin bu dövrdə uşağın müstəqilliyə artan tələbatı
ilə bu müstəqilliyi həyata keçirmək imkanları arasında
ziddiyyət yaranır. Bu cür ziddiyyətin yaranmasında çox vaxt
böyüklər xüsusi rol oynayır. Belə ki, böyüklər yeniyetməni
hələ də uşaq hesab edir və ona həmin tələblərlə yanaşır. Belə
olduqda yeniyetmə bir növ böyüklərə öz etirazını bildirir. Bu
zaman böyüklər yeniyetməyə qarşı öz münasibətini dəyişmə-
dikdə uşaq da müxtəlif yolla ona qarşı durur. Bu cür ixtilaf
yeniyetmənin sözə baxmamasına, böyüklərə qarşı durması
hallarına gətirib çıxarır.
Yeniyetməlik dövründə yaşlılıq hissi və meylinin
yaranması və formalaşması müxtəlif amillərin təsiri altında baş
verə bilər.
Yaşlılıq hissinin yaranması birinci növbədə uşağın fiziki
inkişafındakı dəyişikliklərlə bağlı olur. Uşağın xarici görkəmi
böyüklərin xarici görkəminə oxşamağa başlayır. Boyları,
gücləri artır. Bu dəyişikliyi görən və özünü böyüklərlə
müqayisə edən yeniyetmədə yaşlılıq meyli yaranmağa başlayır.
Yaşlılıq hissinin öz mənşəinə görə sosial xarakter
daşıdığını da qeyd edirlər. Yaşlı adamlarla birgə fəaliyyət,
onların etimadını qazanmaq uşaqda obyektiv sosial yaşlılıq sta-
tusunun yaranmasına, bu da öz növbəsində onun özü haqqında
təsəvvürlərinin dəyişməsinə gətirib çıxarır.
Yeniyetmələrdə yaşlılıq hissinin yaranmasında onun
476
düşdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox
vaxt yaşca böyük uşaqların olması və onların yeniyetməni
qəbul etməsi yaşlılıq hissini bir daha gücləndirir.
Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün
davranış
etalonu
kimi
seçdiyi nümunənin
əhəmiyyəti
böyükdür. Oğlanların formalaşan kişi idealının məzmununda
“əsil kişayə” xas olan keyfiyyətlər yer tutmağa başlayır. Bu cür
keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər tərəfdən
dostluğa, yoldaşlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar
başqa adamları və özünü qiymətləndirərkən məhz həmin key-
fiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların da
sərvət meylləri əsaslı şəkildə dəyişir. Onların davranış və
rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm
rol oynamağa başlayır.
VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda
idrak proseslərinin inkişafı
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir
sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər şeydən əvvəl, onlarla
bir müəllim deyil, bir neçə müəllim məşğul olmağa başlayır.
Adətən, çox vaxt həmin müəllimlər öz davranış, ünsiyyət
üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-
birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin
qarşısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər
bir yeni müəllimə fərdi olaraq uyğunlaşmağa məcbur edir. Bu-
nunla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı
müəllimlərə
fərqləndirici
münasibət
özünü
göstərməyə
başlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən
zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar.
Yeniyetmələr ciddi, lakin ədalətli, uşaqlara xoş müna-
sibət bəsləyən, materialı maraqlı və aydın izah edən, şagirdləri
düzgün qiymətləndirən, hamıya eyni xeyirxah münasibət
bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan müəllimləri
Dostları ilə paylaş: |