Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə138/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   191

474

mədən xeyli yüksək olur.  Halbuki valideynlərin real qiyməti

neqativ xarakter daşıyır.  Valideynləri tərəfindən real şəkildə

rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik şüurunda

valideyn münasibətlərini,  əgər o,  valideynlərinin sevimlisi

olsaydı onların münasibətlərinin necə ola biləcəyi formasında

dəyişdirir.

Yeniyetməlik yaşında əxlaqi şüurun inkişafı da baş ve-

rir.  bu dövrdə əxlaqi şüurun formalaşmasında yaşlılarla

müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol

oynayır. Yeniyetmələrdə əxlaqi şüurun formalaşmasında şagird

kollektivinin də müstəsna rolu vardır.

Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiyyət mey-

dana çıxır: 1) bu dövrdə ictimai davranışla bağlı norma və qay-

dalar,  insanların bir-birilə qarşılıqlı münasibətilə bağlı norma-

lar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən

asılı olmayaraq nisbətən sabit əxlaqi görüşlər,  hökmlər və

qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə

başlayır. 

Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyetməlik

yaşı dövründə özünəməxsus «əxlaq məcəlləsi»  əmələ gəlir

(Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq münasibətlərini

tənzim etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu

«məcəlləyə»  gorə yoldaş yoldaşının hörmətini saxlamalı, 

qayğısına qalmalı,  müdafiə etməlidir.  Professor Ə.Əlizadənin

qeyd etdiyi kimi,  hörmət,  qayğı,  müdafiə anlamlarının

yeniyetmələr üçün öz yozumu,  öz mənası,  öz təfsiri var.  Bu

yozuma görə dərs vaxtı,  imtahan zamanı yoldaş yoldaşa

şpalqalka ötürməlidir,  nəyin bahasına olur-olsun onun tərəfini

saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt «sanq-

siyalar» əsas yer tutur. 

Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır. 

Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə, 

öz qüsurlarını aradan qaldırmasına təkan verir.




475

VI.21.3. Yeniyetmələrdə yaşlılıq hissi və meylinin

  

formalaşması

Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən

biri də bu dövrdə yaşlılıq hissinin və meylinin formalaşmasıdır. 

Yeniyetmənin özünüdərketməsi nəticəsində onun şəxsiyyətində

keyfiyyətcə irəliləyiş baş verir. Ona görə də yeniyetmə özünü

artıq uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat əmələ

gəlir ki,  ətrafdakılar onlara uşaq kimi deyil,  yaşlı adam kimi

yanaşsınlar.  Bununla əlaqədar olaraq yeniyetmə müstəqilliyə

meyl edir.  Lakin bu dövrdə uşağın müstəqilliyə artan tələbatı

ilə bu müstəqilliyi həyata keçirmək imkanları arasında

ziddiyyət yaranır.  Bu cür ziddiyyətin yaranmasında çox vaxt

böyüklər xüsusi rol oynayır.  Belə ki,  böyüklər yeniyetməni

hələ də uşaq hesab edir və ona həmin tələblərlə yanaşır.  Belə

olduqda yeniyetmə bir növ böyüklərə öz etirazını bildirir.  Bu

zaman böyüklər yeniyetməyə qarşı öz münasibətini dəyişmə-

dikdə uşaq da müxtəlif yolla ona qarşı durur.  Bu cür ixtilaf

yeniyetmənin sözə baxmamasına,  böyüklərə qarşı durması

hallarına gətirib çıxarır.

Yeniyetməlik dövründə yaşlılıq hissi və meylinin

yaranması və formalaşması müxtəlif amillərin təsiri altında baş

verə bilər.

Yaşlılıq hissinin yaranması birinci növbədə uşağın fiziki

inkişafındakı dəyişikliklərlə bağlı olur.  Uşağın xarici görkəmi

böyüklərin xarici görkəminə oxşamağa başlayır.  Boyları, 

gücləri artır.  Bu dəyişikliyi görən və özünü böyüklərlə

müqayisə edən yeniyetmədə yaşlılıq meyli yaranmağa başlayır. 

Yaşlılıq hissinin öz mənşəinə görə sosial xarakter

daşıdığını da qeyd edirlər.  Yaşlı adamlarla birgə fəaliyyət, 

onların etimadını qazanmaq uşaqda obyektiv sosial yaşlılıq sta-

tusunun yaranmasına, bu da öz növbəsində onun özü haqqında

təsəvvürlərinin dəyişməsinə gətirib çıxarır.

Yeniyetmələrdə yaşlılıq hissinin yaranmasında onun




476

düşdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox

vaxt yaşca böyük uşaqların olması və onların yeniyetməni

qəbul etməsi yaşlılıq hissini bir daha gücləndirir.

Yaşlılıq hissinin inkişafında yeniyetmənin özü üçün

davranış


etalonu

kimi


seçdiyi nümunənin

əhəmiyyəti

böyükdür.  Oğlanların formalaşan kişi idealının məzmununda

“əsil kişayə” xas olan keyfiyyətlər yer tutmağa başlayır. Bu cür

keyfiyyətlərə bir tərəfdən qüvvət,  iradə,  digər tərəfdən

dostluğa,  yoldaşlığa sədaqət aid olur.  Yeniyetmə oğlanlar

başqa adamları və özünü qiymətləndirərkən məhz həmin key-

fiyyətləri əsas götürürlər.  Yeniyetməlik dövründə qızların da

sərvət meylləri əsaslı şəkildə dəyişir.  Onların davranış və

rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm

rol oynamağa başlayır. 

VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda  

idrak proseslərinin inkişafı

Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir

sıra xüsusiyyətlərinə görə fərqlənir.  Hər şeydən əvvəl,  onlarla

bir müəllim deyil,  bir neçə müəllim məşğul olmağa başlayır. 

Adətən,  çox vaxt həmin müəllimlər öz davranış,  ünsiyyət

üslublarına,  eləcə də dərsi aparma tərzlərinə görə bir-

birlərindən fərqlənirlər.  Ayrı-ayrı müəllimlər yeniyetmənin

qarşısına müxtəlif tələblər qoyurlar.  Bu isə yeniyetmələri hər

bir yeni müəllimə fərdi olaraq uyğunlaşmağa məcbur edir. Bu-

nunla yanaşı olaraq yeniyetməlik yaşı dövründə ayrı-ayrı

müəllimlərə

fərqləndirici

münasibət

özünü


göstərməyə

başlayır.  Yeniyetmələr bəzi müəllimləri sevir,  bəzilərindən

zəhlələri gedir, bəzilərinə qarşı isə laqeyd olurlar. 

Yeniyetmələr ciddi,  lakin ədalətli,  uşaqlara xoş müna-

sibət bəsləyən, materialı maraqlı və aydın izah edən, şagirdləri

düzgün qiymətləndirən,  hamıya eyni xeyirxah münasibət

bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan müəllimləri





Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə