Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə134/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   191

460

məktəbdə təlim prosesində uşaqlara xüsusi şəkildə mnemik

tərzlər öyrədildikdə məntiqi hafizənin məhsuldarlığı xeyli

yüksəlir.

Məktəbə təzə gələn uşaqlar ən çox parlaq,  emosional

təəssürat yaradan materialı yaxşı yadda saxlamağa daha çox

meylli olurlar.  Sonrakı siniflərdə,  xüsusilə IV sinifdə bu hal

əsasən aradan qalxmış olur. 

Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və

biliyinin artması nəticəsində onda təxəyyülün inkişafı üçün

əlverişli şərait yaranır.  Bununla belə kiçik məktəb yaşının

əvvəllərindən uşaqların təxəyyül surətləri hələ də az davamlı

olub, qavrayışa əsaslanmaqda davam edir. 

Bərpaedici

təxəyyül

kiçik


yaşlı

məktəblinin

fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materialını

mənimsəməsini asanlaşdırır.

Ə.Əlizadənin tədqiqatları göstərmişdir ki,  kiçik mək-

təblilərin təxəyyülü,  hər şeydən əvvəl,  emosional xarakter

daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq

təxəyyül surətləri yaranır.  Kiçik məktəblinin təxəyyülü

müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha-

disəni aydın təsəvvür edə bilmir.  Kiçik məktəblilər baharda

baharı, qışda qışı təsvir edən mətnləri daha yaxşı mənimsəyir. 

Çünki bu zaman təxəyyül şagirdin xarici aləmdən aldığı yeni, 

parlaq və canlı təəssüratdan daha səmərəli şəkildə istifadə edir. 

Kiçik məktəb yaşı dövründə təfəkkür də özünəməxsus

xüsusiyyətlərə malik olur.  İlk dövrlər əyani-əməli təfəkkür

özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü

məntiqi təfəkkürün inkişafı üçün müvafiq şərait yaranır.

Kiçik


məktəb

yaşının


əvvəllərində

hələ


ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük

verilir.  Getdikcə mühüm əlamətlər üzrə ümumiləşdirmə və

müqayisəyə

meyl

artır. 


Kiçik

yaşlı


məktəblilərdə

mücərrədləşdirmənin perseptual və konseptual səviyyəsi

inkişaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır. 



461

(Ə.Qədirov).

Kiçik məktəb yaşı dövründə uşaqlarda təfəkkürün

keyfiyyətləri

inkişaf

edir.  Ə.Bayramovun



tədqiqatları

göstərmişdir ki,  əlverişli şərait yaradıldıqda,  hətta I-II sinif

şagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir,  oradan

müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, 

onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə

qabil olurlar. Bununla belə kiçik məktəb yaşlı uşaqların hamısı

eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.

Bu sahədə şagirdlər arasında bir sıra fərdi fərqlər özünü

göstərir. 

Professor

Ə.Bayramovun

tədqiqatları

kiçik

məktəbliləri təfəkkürün tənqidiliyinin inkişaf xüsusiyyətlərinə



görə aşağıdakı qruplara ayırmağa imkan vermişdir:

1)  heç bir təhrik olmadan tənqidi düşünən şagirdlər.  Bu

cür şagirdlər heç bir təhrik olmadan, müstəqil şəkildə öz idrak

obyektlərinə

tənqidi

yanaşır


buradakı


qüsurları, 

uyğunsuzluqları görə bilirlər.

2)  qismən təhriklə tənqidi düşünən şagirdlər.  Bu cür

şagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya çatışmazlıq

olduğunu dedikdə onu asanlıqla müəyyənləşdirə və düzəldə bi-

lir.


3)  tam təhriklə tənqidi düşünən şagirdlər.  Bu cür

şagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə

qüsurları müəyyənləşdirə və aradan qaldıra bilirlər.

4)  heç cür təhriklə belə tənqidi düşünə bilməyən şa-

girdlər.  Bu cür şagirdlərdə təfəkkürün ümumi inkişafı aşağı

səviyyədə olur.

Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri

üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq

oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. 

Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası

məhz bu dövrdən başlanır. Psixoloji tədqiqatlar göstərmişdir ki, 

kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən

ilk dövrlər yalnız təsadüfi,  zahiri formal əlamətə görə



462

ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generaliza-

siya hadisəsi ilə nəticələnir.  Təlim prosesində müqayisəli işə

geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına im-

kan verir (M.Ə.Həmzəyev).

Şagirdlər qrammatik və orfoqrafik qaydalara yiyələn-

dikdə onlarda həm şifahi,  həm də yazılı nitq inkişaf edib

zənginləşir. 



VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarak-

terin inkişafı

Məktəbə daxil olmaqla əlaqədar uşaqda bir sıra yeni, 

mürəkkəb və ziddiyyətli hisslər özünü göstərməyə başlayır. Bu

hisslər uşağın yeni vəziyyəti ilə bağlı olur.  Məktəbə yenicə

gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar

fəxr edirlər ki,  artıq məktəblidirlər,  “böyük”  olmuşlar.  Eyni

zamanda məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar da

keçirməyə başlayırlar:  “Görəsən məktəbdə necə olacaq? 

Tapşırıqları yerinə yetirə biləcəkmi?  Yoldaşları, müəllim necə

olacaq? və s.

Bütün bunlarla yanaşı olaraq mühitin,  təlim və

tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər

yaranmağa başlayır. Təlimdə qazandığı ilk müvəffəqiyyət uşa-

ğı sevindirir.

Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və

keçici olur.  Onların hissləri asanlıqla bir-birini əvəz edir.  Bu

dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər.

Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri

nisbətən davamlı xarakter daşımağa başlayır.

Bu dövrdə uşaqlarda zehni,  əxlaqi və estetik hisslər də

özünəməxsus şəkildə inkişaf edir.  Uşaqda hər şeyi bilməyə, 

öyrənməyə həvəs,  təlim zamanı rast gəldiyi çətinliyi aradan




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə