Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə133/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   191

457

daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi funk-

siyalara çevrilməlidir.  Buna uşağın həmin yaş dövründə

məktəbdə və ailədə məşğul olduğu əsas fəaliyyət növləri: təlim, 

ünsiyyət, oyun və əmək fəaliyyətləri imkan yaradır.

Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ reproduktiv

xarakter

daşıyır.  I-II

sinif

şagirdlərinin



qavrayışları

azfərqləndirici,  səthi,  nisbətən az məqsədəyönəlmiş olur.  Bu

dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I

- II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün

əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə

də bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin

yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirir. Bu zaman

xarici, bilavasitə nəzərə çarpan əlamətlərə görə qavramaya da-

ha çox üstünlük verilir.  Cisimlərin mahiyyətinin dərindən

təhlili və dərk olunması uşaq üçün hələ çətindir.  Ona görə də

kiçik məktəb yaşının əvvəllərində şagirdlərin qavrayış prosesi

qavranılan obyekti yalnız tanımaq və sonra onu adlandırmaqla

məhdudlaşır. 

Bu dövrdə şagirdlərin qavrayışı üçün xarakterik

cəhətlərdən biri də oxşar obyektləri qavramalarındakı qeyri

dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması

şagirdlərin oxşar cisim və hadisələrə eyni əhəmiyyət

vermələrinə və onları eyni cür qavramalarına səbəb olur.  Buna

görə də bu dövrdə müəllimin müvafiq iş aparmasına böyük eh-

tiyac hiss olunur.

III-IV siniflərdə qavrayış produktiv xarakter daşımaqla, 

təlim fəaliyyətinin təsiri altında daha məqsədəyönəlmiş, ixtiya-

ri olmağa başlayır. İxtiyari qavrayış olan müşahidə inkişaf edir. 

Müşahidənin təsiri altında qavrayış prosesi məqsədəmüvafiq, 

planlı və adekvat xarakter daşımağa başlayır. 

Təcrübə göstərir ki,  kiçik yaşlı məktəblilərdə təlim və

tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir. 

Lakin bu zaman qavrayışın həmin növlərinin inkişafı bir sıra

çətinliklərlə müşayət olunur.  Kiçik məktəblilərin, xüsusilə I-II



458

sinif şagirdlərinin zaman haqqında təsəvvürləri olduqca konk-

ret xarakter daşıyır.  Uşaqlar yalnız öz həyatlarında rast

gəldikləri zaman münasibətlərini bilirlər.  Onlar yalnız saatın, 

gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə

saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər. 

Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf

prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının

təkmilləşməsi baş verir. 

Kiçik məktəb yaşı dövründə uşaqlarda diqqətin

inkişafında da özünəməxsus dəyişiklik baş verir.  Psixoloji

tədqiqatlar göstərmişdir ki,  kiçik məktəblilərin diqqəti ilk

gündən seçici xarakter daşımağa başlayır,  daha doğrusu, 

uşaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim

və hadisələrə yönəlir.  Bu baxımdan birinci-ikinci sinif

şagirdləri üçün müəllimin onların diqqətini yönəltdiyi sahə

əhəmiyyətlilik kəsb edir.

Məktəb təcrübəsi göstərir ki,  yeknəsək xarakterli işin

yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna,  bu da öz

növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci

sinif şagirdlərinin diqqəti yüksək emosional təəssürata malik

olmaları ilə bağlı olur. Ona görə də bu yaşda uşaqların diqqəti

onlar üçün çox maraqsız,  cansıxıcı görünən işlərdən asanlıqla

yayınır. Ona görə də bu dövrdə şagirdlərin diqqətini əsas detal-

lara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir.

Kiçik məktəb yaşı dövründə qeyri ixtiyari diqqət hələ

nisbətən üstünlük təşkil etsə də ixtiyari diqqət əsaslı şəkildə

inkişaf etməyə başlayır.  Kiçik məktəb yaşının sonunda - IV

sinifdə diqqətin həcmi və davamlılığı,  keçirilməsi və

mərkəzləşməsi demək olar ki,  əsasən böyüklərdə olan

səviyyəyə çatır.  Diqqətin keçirilməsi bu dövrdə hətta orta he-

sabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. Bu, 

orqanizmin cavanlığından və uşağın mərkəzi sinir sistemində

proseslərin mütəhərrikliyindən asılıdır. 

Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir



459

fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ də

“uşaqlıq”  əlamətləri qalır.  Belə ki,  uşaqların diqqətini ən çox

onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan cisim və

hadisələr cəlb edir.

Kiçik məktəb yaşı dövründə hafizə də öz inkişafını da-

vam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təşkil edir. Bu

dövrdə uşaqlar hər cür materialı asanlıqla əzbər öyrənə bilirlər, 

ona görə də əzbər öyrənməyə meylli olurlar.  Bunun müəyyən

əhəmiyyəti olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz. 

Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən

bilmək yaxşıdır.  Lakin təcrübəli müəllim vurma cədvəlini

əzbərdən öyrənməyi tapşırmazdan əvvəl cədvəlin strukturunu

ətraflı izah edir,  onun hansı prinsip üzrə tərtib olunduğunu

uşaqlara başa salır. Öyrənmə bu şəkildə təşkil olunduqda əgər

şagird,  məsələn,  yeddi dəfə səkkiz neçə etdiyini yaddan

çıxarıbsa,  özünü itirmir.  O,  yeddi dəfə yeddinin neçə etdiyini

yada salır və buna yeddi əlavə edir.

  Çox vaxt birinci-ikinci sinif şagirdləri materialı hərfən

yadda saxlamağa çalışırlar.  Bu,  həmin yaşda şagirdlərin

oxuduqlarını və eşitdiklərini öz sözləri ilə ifadə edə

bilməmələri ilə izah oluna bilər.  Burada nitqin lazımi

səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrən-

diyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya

bilər.

  Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə birin-



ci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstünlük

təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda

saxlayırlar.

  Kiçik məktəb yaşlı uşaqlarda məntiqi hafizə nisbətən

zəif inkişaf etmiş olur. Birinci-ikinci sinif şagirdlərindən fərqli

olaraq üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa

çalışırlar ki,  sonradan onu öz sözləri ilə danışa bilsinlər. 

Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan

məntiqi hafizə inkişaf edir.  Birinci sinifdən başlayaraq





Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə