Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə129/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   191

443

Nəticədə zahiri perseptiv işlər əqli işlərə çevrilməyə başlayır. 

Psixoloqlar belə qənaətə gəlmişlər ki, (L.A.Venqer) qavrayışla

bağlı olan qabiliyyətlərin əsasını perseptiv işlər təşkil edir. Bu

cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi perseptiv etalon

sistemini mənimsəməsindən asılıdır.  Qavrayış zamanı bu cür

etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər.

Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin

qavranılması genişlənir və dərinləşir.  Bu dövrdə qavrayış

uşaqlara yaşlıların həyatına qoşulmağa,  nüfuz etməyə imkan

verir.  Bununla bərabər böyüklərlə ünsiyyət qavrayışın

məzmununu zənginləşdirir.

Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf

edir,  müşahidə və müşahidəçilik özünü göstərməyə başlayır. 

Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qoyur, onları

ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, on-

lara müşahidə etməyi öyrədirlər.  Məhz buna görə də böyük

bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə

edə bilirlər.

Bağça yaşı dövründə uşaqlarda qavrayışın,  müşahi-

dəçiliyin inkişafında oyun aparıcı fəaliyyət növü kimi xüsusi

əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyun-

lar xüsusi yer tutur.

Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yapma, 

quraşdırma da mühüm rol oynayır.  Uşaq nəyisə çəkmək, 

nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə

müşahidə etməli,  onun konturunu,  rəngini müəyyənləşdirməli

olur. Bütün bunlar uşağı müşahidə etməyə təhrik edir, ixtiyari

qavrayışın inkişafına təkan verir. 

Bağça yaşı    dövründə qavrayışla yanaşı olaraq diqqətin

təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində

uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir.  Bu

dövrdə hələ uşaqda qavradığı obyektə maraq üstünlük təşkil

edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daşıyır.

Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək



444

səviyyəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı

yeni

maraqların



meydana

gəlməsi, 

dünyagörüşünün

genişlənməsi,  uşağın ailə həyatında və bağçada yeni şəraitə

daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi ilə sıx bağlı

olur.  Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb

etməyən cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət

sahəsinin genişlənməsi,  marağının zənginləşməsi ilk növbədə

qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə

qalxmasına səbəb olur.

Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari

diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Burada qeyri-

ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə

etmək vasitələri mühüm rol oynayır.  Ona görə də uşağa onu

əhatə

edən


cisim

hadisələrin



xassələrini,  fərqli

xüsusiyyətlərini,  əsas əlamətlərini görməyi öyrətmək lazım

gəlir.  Qavrayışda olduğu kimi,  bağça yaşlı uşaqlarda ixtiyari

diqqətin inkişafında da oyun mühüm əhəmiyyət kəsb edir. 

Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini

mərkəzləşdirməyi tələb edir.  Bu yaş dövründə diqqətin ən

yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət

növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə

bilməz.  İxtiyari diqqətin meydana gəlməsində nitq də mühüm

rol oynamağa başlayır. 

Psixoloji tədqiqatlar göstərmişdir ki,  uşaqlarda ixtiyari

diqqətin inkişafına öz-özünə hündürdən fikirləşmək xeyli

kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan

daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ix-

tiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir

obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.

Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz

diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil

təşkil etmək bacarığı özünü göstərir.

Bağça    yaşı dövründə uşaqların hafizələri də tədricən

qeyri-ixtiyari

yaddasaxlamadan

ixtiyari

yaddasaxlamaya




445

keçidlə səciyyələnir.

Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, 

xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanma-

dıqda,  başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı

uşaqlarda yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter

daşıyır.  Böyük bağça yaşı dövründə eyni şəraitdə tədricən

materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixti-

yariyə keçid baş verir.  Beləliklə bağça yaşının sonunda

uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari xarak-

ter daşımağa başlayır.  Bağça yaşının əvvəlində qeyri-ixtiyari

görmə-emosional hafizə üstünlük təşkil edir. 

İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasax-

lama və yadasalma ilə bağlı xüsusi mnemik məqsədlərin

qoyulması ilə sıx bağlı olur.  Bunun üçün oyun fəaliyyətindən

istifadə daha səmərəli nəticə verir. 

Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri

sayəsində inkişaf edir.  Əvvəlcə yaşlılar uşağın qarşısında

nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu

cür məqsədi uşaq özü öz qarşısına qoyur.

İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter

daşımır. Uşaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir. 

Lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə yad-

dasaxlama və yadasalma priyomlarından istifadə etməyə

başlayır.  Məsələn,  uşaq materialı diqqətlə qavrayır,  onu

anlamağa,  başa düşməyə çalışır,  bir neçə dəfə təkrar edir, 

mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir

ki,  böyük bağça yaşlı uşaqlar anladıqları,  başa düşdükləri

sözləri daha yaxşı yadda saxlayırlar.

Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça

yaşının sonunda əyani-obrazlı hafizə ilə yanaşı,  sözlü-məntiqi

hafizə də inkişaf edir.  Belə ki,  uşaq təkcə konkret,  emosional

cəhətdən zəngin,  əyani materialları deyil,  sözün özünü,  sözlə

ifadə olunan materialları da yaxşı yadda saxlayır.  Bağça

yaşının sonunda hafizənin möhkəmliyi,  davamlılığı artır. 



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə