Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə141/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   191

485

VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı

İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı

dövrü üçün ən yüksək səviyyəyə qalxır.  Bu dövrdə həqiqi

yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək

səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli

inkişafı mühüm rol oynayır.  Böyük məktəblilərin ünsiyyət

fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, 

valideynlərin rolu artır.  Bu dövrdə ünsiyyət fəaliyyətində kol-

lektivin ictimai rəyi xüsusi yer tutur.  Böyük məktəblilər sinif

və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə

həssas yanaşır,  öz fəaliyyətlərində onları nəzərə alırlar.  Bu

dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir.  Ailə

tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin

valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar

bu ünsiyyətə can atırlar.  Burada valideynlərin öz övladlarını

başa


düşmələri, 

onlarla


ünsiyyətdə

avtokratiklikdən

uzaqlaşmaları,  demokratik mövqe tutmaları lazımi nəticə verə

bilir. 


İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki

emosionallıq aydın təzahür edir.  Onlar ünsiyyətin gedişinə

özlərinin

münasibətlərini

emosional

cizgilərlə

təzahür

etdirirlər.



Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında

yoldaşlıq münasibəti mühüm rol oynayır.  Gənclər öz

yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını

arzulayırlar.  Bu dövrdə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi

də inkişaf edir,  mürəkkəbləşir və davamlılığı ilə fərqlənir.  Bu

dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə

dostluq hissi yeni motivlərə malik olur.  Dostlar bir-birinə

yüksək tələblər verməyə başlayırlar.  Psixoloqlar bu cür

tələblərə aşağıdakıları aid edirlər.  Gənclərin fikrincə dost,  bi-

rinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dos-




486

tunun köməyinə çatmalıdır;  ikincisi,  dostluq onların həyat və

fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir;  üçüncüsü, 

onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun

sevinc və kədərini onunla bölüşdürməlidir. 

İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı

qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik baş verir. 

Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar

arasındakı qarşılıqlı münasibətlər xeyli fəallaşır.  Yoldaşlıq

münasibətlərinin sahəsi genişlənir.  Xüsusilə qızlarda qarışıq

dostluğa tələbat güclənir.  İlk gənclik yaşının əvvəllərindən

başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə

başlayır.  Ona görə də cinslərarası qarşılıqlı münasibətlər

tərbiyə işinin əsas problemlərindən birinə çevrilir.



Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə

məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin ar-

tan imkanlarını dərk etməyə başlayırlar.  Bütün bunlar həmin

dövrdə özünüdərketmə meylinin daha sürətlə inkişaf etdiyini

göstərir.  Bu dövrdə gənclər özlərini,  öz şəxsiyyətlərini yaxşı

anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri

dəyişir.  Onlar bir növ öz mənlərini dərk edirlər.  bu dövrdə

məktəblilərdə özünüdərketmənin inkişafı ilə yanaşı mənlik

şüurunun məzmunu da dəyişir,  özləri haqqında təsəvvürləri

artır.  Oğlan və qızlar özlərinin xarici görkəmini,  simalarını

tamamilə

yeni


şəkildə

qavramağa

başlayırlar.  Zahiri

görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə nara-

hat

edir. 


İlk

gənclik


dövründə

gənclər


özlərini

qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir,  özləri

haqqında müəyyən mühakimələr yürüdürlər.  Yeniyetmələrdən

fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə

onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil

etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə

özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar özünü göstərə

bilir.


Yuxarıda qeyd edilənlərdən göründüyü kimi,  ilk gənclik


487

dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz

«mən»inin,  öz şəxsiyyətinin davamlı obrazının yaranmasıdır. 

Bu dövrdə özünüdərketmənin,  mənlik şüurunun inkişafı bir

neçə istiqamətdə baş verir.

Birinci növbədə gənclərin öz daxili aləmləri açılır.  Gənc

oğlan və qızlar öz emosiyalarını ətrafda baş verən hadisələrin

doğurduğu hal kimi deyil,  öz «mən»inin vəziyyəti kimi

qavramağa başlayırlar.  Öz xüsusiyyətlərini,  başqalarına

oxşamamalarını hiss etmək baş verir, eyni zamanda təklik hissi

özünü göstərir.

Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt

həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və ya

çox real fəaliyyət planlarını hazırlamağa başlayır və bunlardan

birini seçməli olurlar.  Gənclərin həmin həyati planları onların

bütün özünütəyin sahələrini:  mənəvi simalarını,  həyat

tərzlərini,  iddia səviyyələrini,  peşə və həyatda öz yerlərini

seçmələrini əhatə edir.  Öz məqsədlərini,  həyati niyyətlərini, 

həyati planlar qurmalarını dərk etmələri onların özlərini dərk

etmələrinin, mənlik şüurlarının mühüm elementini təşkil edir.

Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haq-

qında tam təsəvvür formalaşır.  İnsanın özünə münasibəti,  bi-

rinci növbədə onun öz bədəninin xüsusiyyətlərini,  xarici

görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-

psixoloji,  əqli,  iradi keyfiyyətlərini dərk etməsi əsasında

yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli

olur.

Müxtəlif fəaliyyət növlərində əldə edilmiş nəticələrin



təhlili,  onun

haqqında


başqa

adamların

fikirləri

özünümüşahidə,  özünün keyfiyyət və qabiliyyətlərini təhlil



etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləşmiş

münasibət yaranır.

İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi

özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.



Əxlaqi şüurun inkişafı. İlk gənclik dövründə mənlik


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə