53
- Ata!
O biri tənəyə qalxdı və qışqırdı:
- Ata!
Lakin səs çıxmadı. Onda qız bir ağaca qalxdı və acı-acı
ağladı.
Bu vaxt buradan canavarlar keçirdi. Onlar qızdan soruş-
dular:
- Ay qız, niyə ağlayırsan?
- Ona görə ağlayıram ki, siz məni yeyə bilərsiniz.
- Biz sənə toxunmarıq, odur, ayı sürüsü gəlir, görürsən?
Onlar səni yeyə bilərlər.
Bura ayılar gəldi.
- Ay qız sən niyə ağlayırsan?
- Ağlayıram ki, siz məni yeyə bilərsiniz.
- Biz sənə toxunmarıq. Odur, tülkü dəstəsi gəlir. Bax, on-
lar səni yeyə bilərlər, - deyə ayılar bildirdilər.
Tülkülər gəldilər və dedilər:
- Biz səni yemərik. Odur, bax ağ inək Zaza gəlir. O bir buy-
nuzu ilə göyü qazır, o birisi ilə yeri. Bax, qoy o səni yeməsin.
Budur, ağ inək Zaza gəldi və ağacın altında oturub dedi:
- Oh, mən möhkəm yorulmuşam.
Birdən onun üstünə damcı düşdü. O yuxarı baxdı və dedi:
- Yağış yoxdur, damcılar hardan gəlir?
Sonra o yenə də yuxarıya baxdı və nəhayət, ağlayan qızı
gördü.
- Sən kimsən, mənim balam? – deyə Zaza soruşdu.
- Qorxuram ki, sən məni yeyərsən, - deyə qız cavab verdi.
- Yox, yox, qorxma. Gəl mənimlə gedək.
Onlar çox getdilər, az getdilər, gəlib zirzəmiyə çıxdılar.
Burada Zaza bir neçə bardaq göstərib dedi:
- Qızım, nə qədər istəyirsən, ye iç, ancaq bardaqlara
toxunma.
Lakin bir gün ağ inək Zaza evdən harasa getdiyi vaxt qız
barmağını bir bardağa soxdu, elə o anda barmaq gümüşü
54
rəng aldı. Qız qorxdu, daşı götürüb barmağını əzdi, sonra da
ona sarğı qoydu. Ağ inək Zaza evə gəldi.
- Sənin əlinə nə olub, qızım?
- Heç nə, - deyə qız cavab verdi.
- Göstər görək, mənim balam?
Görəndə ki, barmaq əzikdir, ağ inək Zaza dedi:
- Soyun, qızım mənim, bu bardaqda çim.
Qız soyundu, bardaqda çimdi və o, bütünlüklə gümüşü
rəngdə oldu.
- İndi isə o biri bardaqda çim.
Qız çimdi və qızılı rəngdə oldu.
- İndi isə əlini mənim sağ qulağıma sal. Qız oradan mis
və çini bardaqlar, padnoslar, fincanlar, böyük qazanlar, şüşə
qrafinlər çıxartdı.
- İndi isə sən əlini o biri qulağıma sal.
Qız oradan mirvari, mərcan, ipək paltarlar, şallar, sarı
ayaqqabılar, yasəmən çıxartdı.
Sonra ağ inək Zaza qıza qırmızı paltar geyindirdi. Ona
qənd-şəkər yedizdirdi və qızı xanın oğluna ərə verdi.
O toyda məndə rəqs etdim, yedim, içdim, sonra isə sizin
yanınıza gəldim.
55
çoBanın Dostları
(Kumık xalq nağılı)
Bu əhvalat olub, ya olmayıb, bilinmir ancaq nəql edirlər
ki, bir şəhərdə kasıb çoban yaşayırdı. Ata ilə oğul çobanlıq
edir və şəhərdəki mal-qaranı otarırdılar.
Günlərin birində gənc inəkləri çəməndə otararkən, də-
nizin kənarında, qumun üstündə böyük bir balıq gördü.
Çoban yolla gedən bir adamla atasına xəbər göndərdi
ki, o, qəniməti aparmaq üçün araba ilə dəniz sahilinə gəlsin.
Özü isə xəncərini çıxarıb balığın üzərinə atıldı. Balıq quyru-
ğunu bulayaraq insan dili ilə rəhm etməyi xahiş etdi, çobana
yalvardı ki, onu öldürməsin.
-Məni dənizə at. Çətin məqamda mən sənin köməyinə
gələrəm.
-Mən çətinliyə düşəndə səni neçə köməyə çağıra
bilərəm? –deyə gənc soruşdu.
Mənim üzgəçimi götür. Lazım olanda dənizin sahilinə
gəl və üzgəci oda at. O, yanıb qurtarmamış mən sənin yanına
gələrəm.
Gəncin balığa yazığı gəldi, üzgəci götürüb, onu dənizə
itələdi.
-Hanı o böyük balıq, oğul, deyə ata uzaqdan qışqırdı.
O, sevincək araba ilə qənimət dalınca gəlirdi.
-Balıq çox istəyirdi ki, dənizə qayıtsın. O, məndən kömək
istədi. Mən ona yardım etdim, -deyə oğul bildirdi.
Ata oğlunu danladı, söydü, hətta onu döymək istədi.
Çoban əsəbiləşmiş atasının yanından qaçdı və meşəyə
gəldi. Burada gəzərkən o, şikayət edici inilti eşitdi. İrəli getdi
və gördü ki, maralın buynuzu ağacın budaqlarına ilişib. Gənc
xəncərə əl atanda maral insan kimi dil açıb, dedi:
- Məni öldürmə, ey insan məni burdan xilas et! Sonra yu-
numdan bir az çək və özündə saxla! Çətinliyə düşsən həmin
56
yunu oda at və mən qarşında olacaq və xidmətində dayana-
cağam.
Gəncin marala yazığı gəldi. O, heyvanı budaqlardan xilas
etdi, ondan bir az yun qoparıb, yazığı azadlığa buraxdı.
Çoban meşədə çox gəzdi, nəhayət talaya gəlib çıxdı. Bu
vaxt o, gördü ki, tülkü qaçır, onu bir neçə ev iti təqib edir.
Tülkü bərk yorulmuşdu. O, gəncin ayaqlarına qısıldı:
- Məni öldürmə, xeyirxah insan! - deyə tülkü ağlamağa
başladı. Məni bu ov itlərindən xilas elə və quyruğumdan tük
qopart, lazım olanda mən sənin köməyinə gələrəm.
Çoban ov itlərini qovdu və tülküdən tük qoparıb, onu
meşəyə buraxdı.
O, yoluna davam etdi və böyük bir şəhərə gəlib çatdı.
- Qonaq qəbul eləməzsiniz? - deyə o, şəhər darvazasının
yanındakı bir kasıb evin qapısını döydü.
- Niyə də qəbul etməyək? – deyə qoca ev sahibəsi cavab
verdi.
O, çobanı masa arxasına oturtdu, onu yedirtdi, içirtdi.
Sonra çoban şəhərə baxmağa çıxdı.
Bu şəhər həm varlı, həm də geniş idi. Burada çoxlu
qəşəng binalar, həm də çox möhtəşəm xan sarayı vardı. Qo-
naq geri qayıdıb, qarıdan xan sarayında kimlərin yaşadıqla-
rını soruşdu:
- Oh, yaxşı olar ki, soruşmayasan, oğul! – deyə qarı dərin-
dən köks ötürdü. – Bizim xanın gözünün ağı-qarası bir qızı
var. Onun şöhrəti bütün əcnəbi ölkələrə yayılıb. Xanın qızı
çox ağıllı və gözəl, qürurlu və qəddardır. Çoxlu mərd insanlar
onu nişanlamaq istəyib. Hər birinə o, əmr edir ki, gizlənsin.
Əgər qız o, adamı tapa bilməsə həmin şəxsə ərə gedəcəkdir.
-Mən axı qorxaqlardan deyiləm? - Mən də gedim, gözələ
tamaşa edim!
-Getmə, oğul, - deyə qarı onu yola gətirməyə çalışdı. –Axı
sən məni axıra kimi dinləmədin. - Həyatda elə bir adam tapıl-
mayıb ki, ondan gizlənə bilsin. Suyun dibində də olsa, yerin
Dostları ilə paylaş: |