«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ
VƏ QAYDALARI
1
MÜNDƏRİCAT
«E-BANK» sisteminin istifadə şərtləri və qaydaları ................................................................................. 2
Anlayışlar .................................................................................................................................................................. 2
1. «E-BANK» sistemi vasitəsilə göstərilən xidmətlər və görülə bilən əməliyyatlar ............ 8
2. Mobil Bankçılıq ......................................................................................................................................... 8
3. Təhlükəsizlik qeydləri ............................................................................................................................ 8
4. Sistemdə maliyyə əməliyyatlarının aparılması şərtləri ......................................................... 10
5. Xidmət haqqı ........................................................................................................................................... 10
6. İdarə olunan hesablar/idarə olunmayan hesablar .................................................................. 10
7. Sistemə giriş ............................................................................................................................................ 11
8. Sistemdə internet bank tapşırıqlarının verilməsi .................................................................... 11
9. Əməliyyatın təsdiqlənməsi ................................................................................................................ 11
10.
İdentefikasiya aləti ........................................................................................................................... 11
11.
Sistemdə olma müddəti (cut offtime, sessiya vaxtı) ............................................................ 12
12.
3-cü şəxsin istifadəsi ........................................................................................................................ 13
13.
Hesab üzrə əməliyyatların məhdudlaşdırılması ................................................................... 13
14.
Sistemdə əməliyyat məhdudiyyəti(bank günü, gündəlik əməliyyat limiti) ............... 13
15.
Əməliyyatların bank tərəfindən dayandırılması .................................................................. 13
16.
Əməliyyatların ləğv edilməsi/dəyişdirilməsi ........................................................................ 13
17.
Çirkli pulların yuyulması haqqında bildiriş ............................................................................ 14
18.
Bildirişlər ............................................................................................................................................. 14
19.
Hesabatlar/çıxarışlar ...................................................................................................................... 14
20.
Məxfilik ................................................................................................................................................. 15
21.
İş günləri ............................................................................................................................................... 15
22.
Xidmətlərə xitam verilməsi ........................................................................................................... 15
23.
Məsuliyyət ........................................................................................................................................... 16
24.
Təzminat ............................................................................................................................................... 16
25.
Digər səhifələrə keçid linkləri ...................................................................................................... 16
26.
Əqli mülkiyyət hüquqları ............................................................................................................... 17
27.
Xidmətlərə əlavələr və dəyişikliklər .......................................................................................... 17
2
«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI
Hazırki sənəd “Azər-Türk Bank” ASC tərəfindən bankın müştərisinə(bundan sonra “istifadəçi”)
göstərdiyi «E-BANK» internet və mobil bankçılıq xidmətinin istifadə şərtlərini və qaydalarını
müəyyən edir. «E-BANK» sistem istifadəçisi internet bankçılıq xidmətlərindən istifadə etməklə
hazırki şərtlərə və qaydalara əməl etməyi öz öhdəsinə götürür. Bu sənəd çap edilə bilər və ya
istifadəçinin tələbi ilə onun poçt ünvana göndərilə bilər. Bu sənədlə bağlı yaranan hər hansı sual
“Azər-Türk Bank” ASC-nin “Zəng Mərkəzi” ilə əlaqə saxlanılmaqla və ya banka rəsmi müraciət
etməklə cavablandırıla bilər.
ANLAYIŞLAR
Bu sənəddə istifadə olunan anlayışlar:
“Bank”
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC)
baş ofisi, filialları və şöbələri
“E-BANK”
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC)
tərəfindən yaradılmış və bankın müştərilərinə internet
və mobil bankçılıq xidmətini kompüter və ya mobil
cihazın internetə qoşulması vasitəsilə göstərilməsini
mümkün edən distansion kanal
İnternet bankçılıq
İnternet və ya onlayn bankçılıq bankın müştərilərinə
təhlükəsiz internet qoşulma üsulu ilə öz bank hesabı
üzrə maliyyə əməliyyatlarının izlənməsini və
aparılmasını təmin edən proqram təminatıdır
Mobil bankçılıq
Mobil bankçılıq bankın müştərilərinə təhlükəsiz mobil
internet qoşulma üsulu ilə öz bank hesabı üzrə maliyyə
əməliyyatlarının izlənməsini və aparılmasını təmin
edən xüsusi proqram təminatıdır
“Zəng Mərkəzi”
“Azər-Türk Bank” ASC-də müştərinin suallarını
cavablandıran, bankın göstərdiyi xidmətlər ilə bağlı rəy
və təkliflərin, eləcə də şikayətlərin müvafiq qaydada
baxılmasını təmin etmək üçün yaradılan xidmət
3
İnternet brauzer (internet
browser)
Dünya internet şəbəkəsində (WWW) məlumatların
qəbulunu, təqdim olunmasını və ötürülməsini mümkün
edən proqram təminatı
Mobil əlavə
Dünya internet şəbəkəsində (WWW) mobil cihaz
vasitəsilə məlumatların qəbulunu, təqdim olunmasını
və ötürülməsini mümkün edən proqram təminatı
Bank xidmətləri
Bankın müştəriyə göstərdiyi xidmətlər və onun
tərəfindən müştəriyə təqdim olunan bank məhsulları
Bank hesabı
Müştəri ilə bank arasında bağlanan müqaviləyə əsasən
maliyyə əməliyyatlarının aparılması üçün açılan hesab
Əmanət (depozit) hesabı
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ,
müştəri ilə bank arasında bağlanmış bank əmanəti
(depozit) müqaviləsinin şərtlərinə uyğun olaraq
müştərinin tərəfindən yerləşdirilən vəsait üçün açılan
hesab
Ssuda (kredit) hesabı
Bankın müştərilərə verdiyi kreditlərin uçotunun
aparılması, kredit müqaviləsində nəzərdə tutulduğu
hallarda isə, həmçinin kredit vəsaitlərinin istifadəsi və
ödənilməsi ilə bağlı bank əməliyyatlarının həyata
keçirilməsinin təmini məqsədilə açılan hesab
Cari hesab
Dövlət və bələdiyyə orqanlarının, hüquqi şəxslərin,
onların filial, nümayəndəlik və digər ayrıca
bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
maliyyə-təsərrüfat
fəaliyyəti
ilə
bağlı
bank
əməliyyatlarının aparılmasının təmini məqsədilə açılan
hesab
Cari sub hesab
Cari subhesablar hüquqi şəxslərə onların regional
fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu
daşımayan yerli qurumlarına açıla bilər.
4
Müxbir bank
Bir maliyyə institutu (Bank) adından, ona bərabər və ya
bərabər olmayan xidmət göstərən digər maliyyə
institutu (Bank)
Müxbir hesab
Müxbir hesablar bankların özlərinin və müştərilərinin
bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və
xarici banklarda acılan hesablardır
SSL mühafizə
İstifadəçinin brauzeri ilə E-BANK sistemi arasında
mübadilə olunan məlumatların şifrlənməsini və
bütövlüyünü yoxlayan və təmin edən məlumatın
kriptoqrafik mühafizəsi sistemi
SSL Bank sertifikatı
“Azər-Türk Bank” ASC-yə “Symantec” şirkəti tərəfindən
verilmiş SSL mühafizənin elektron ictimai açar
sertifikatı
Bank əməliyyatı
Bankın
maliyyənin
cəlb
olunmasını
və
yerləşdirilməsini, hesablaşmaların və ödənişlərin
aparılmasını mümkün edən əməliyyatlar məcmusu
Bankdaxili əməliyyat
Bankın daxilində maliyyənin hərəkət etməsini təmin
edən əməliyyatlar məcmusu (Bankdaxili köçürmələrdə
vəsaiti göndərən və alan müştəri “Azər-Türk Bank”
ASC-nin müştərisidir)
Respublika daxili əməliyyat
Azərbaycan Respublikası daxilində maliyyənin hərəkət
etməsini təmin edən əməliyyatlar məcmusu
Xarici əməliyyat
Azərbaycan Respublikasından xaricə və xaricdən
Azərbaycan Respublikasına maliyyənin hərəkət
etməsini təmin edən əməliyyatlar məcmusu
Əməliyyat saatı
Müştəriyə bank xidmətlərinin göstərilməsinə və
Bankın ödəniş sistemləri ilə və müxbir banklarla
imzaladığı müqavilə şərtlərinə riayət olunması
məqsədilə, Bank tərəfindən əməliyyat növündən asılı
olaraq əməliyyatın aparıldığı vaxt limitini müəyyən
edən amil
5
Əməliyyat statusu
Bank əməliyyatının uğurla yekunlaşmasını göstərən
status. Əməliyyat statusu “E-BANK” sistemində bildiriş
formasında və ya xüsusi qeyd formasında yerləşdirilir
Valyuta mübadiləsi
Ödəniş əməliyyatı
Bankın müəyyən etdiyi mübadilə kursuna uyğun
olaraq, bir valyutanın hesabına digər valyutanın satın
alınması
Ödəyici və vəsait alan arasında hər hansı bir öhdəliyin
mövcud olmasından asılı olmayaraq hər hası birinin
təşəbbüsü ilə pul vəsaitinin bank hesabına mədaxil
edilməsi, köçürülməsi və ya bank hesabından məxaric
edilməsi
Nağdsız ödəniş
Pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir
bank hesabından digər bank hesabına köçürülməsi
vasitəsilə həyata keçirilən hesablaşmadır
Pul köçürməsi
Ödəyici və ya vəsait alanın adına bank hesabı
açılmadan nağd pulun vəsait alanın hesabına
köçürülməsi əməliyyatı
Balans qalıq
Hesab üzrə maliyyənin gündəlik hərəkətini nəzərə
almaqla müştərinin hesabında olan maliyyə qalığı
Bildiriş
Bank tərəfdən müştərinin məlumatlandırması növü
Hesabat
Hesab üzrə aparılan əməliyyatların məcmusu
Çıxarış
Konkret bank əməliyyatının aparılmasının nəticəsi
haqqında müştərinin məlumatlandırılması növü
Giriş adı/Login
Müştərinin sistem tərəfindən tanınması məqsədilə
sistemdə müştərinin qeydə alındığı ad
Şifrə
İstifadəçinin sistemdə identifikasiyasının keçirilməsi
məqsədilə sistemə daxil olan xüsusi kod. Bu kod özündə
hərflər, rəqəmlər, simvollar ehtiva edə bilər.
Avtomatik birdəfəlik kod
Əməliyyatın təsdiqləməsi kodu. Bu xüsusi kod
vasitəsilə İstifadəçinin sistemdə autentifikasiyası
6
keçirilir. Hər hansı maliyyə əməliyyatları və sistemə
giriş yalnız autentifikasiyanın keçirilməsindən sonra
həyata keçirilə bilər.
Anti-virus proqramı
Kompüter
viruslarının
aşkarlanması,
müəyyən
edilməsi, zərərsizləşdirilməsi, kompüter və mobil
cihazlarının
sistemlərinin
bərpası
və
virus
proqramlarının profilaktikası üçün yaradılan proqram
təminatı
Proqram təminatı
Hər hansı kompüter və ya mobil cihaz üçün yaradılan
və kompüter və ya mobil cihazın məlumatı emal etmək
imkanını təmin edən xüsusi proqram və ya proqram
toplusu (ISO/IEC 2382-1: 1993)
İnternet provayder
Internet
şəbəkəsinə
çıxış/girişi
və
İnternet
xidmətlərindən yararlanmanı təmin edən təşkilat
Vebsessiya/ Sessiya
Hər hansı istifadəçinin öz İP ünvanından internet
səhifəsinə daxil olandan sonra müəyyən vaxt ərzində
fəaliyyəti
Səhifə
Kompüter və ya mobil cihaz proqramının yaratdığı,
daxil olunan və əldə olunan məlumatların müştəri
tərəfindən izlənilməsini mümkün edən xüsusi vizual
çərçivə
İnternetbank tapşırığı
Nağdsız
hesablaşmalarının
internet
bankçılıq
sistemində aparılmasını mümkün edən və istifadəçi
tərəfindən sistemə elektron şəkildə yerləşdirilən
elektron ödəniş tapşırığı.
Cut-off-time
Bank əməliyyatlarının bankın müvafiq bölməsi
tərəfindən təsdiqlənməsinə ayrılan vaxt çərçivəsi
Bank günü
Bankın iş saatları ərzində bank əməliyyatlarının həyata
keçirildiyi saat intervalı
7
Xəzinədarlıq
Maliyyənin
buraxılışı
və
qəbulu,
mübadilə
əməliyyatlarının təsdiqini həyata keçirən bankın xüsusi
bölməsi
Çirkli pullar
Qeyri-qanuni və cinayət yolları ilə əldə edilmiş pul
vəsaitləri və ya mülkiyyət
Keçid linki (hyperlink)
Bir proqramdan proqram daxili və ya proqram xarici
resurs və ya mənbələrə birbaşa keçidi təmin edən link
Əqli mülkiyyət
Müəlliflik hüququnun obyekti olan əsərlərə, inteqral
sxem topologiyalarına, məlumat toplularına, ixtiralara,
faydalı modellərə, sənaye nümunələrinə, əmtəə
nişanlarına, coğrafi göstəricilərə olan mülkiyyət
hüquqları
Əmtəə nişanı
Hüquqi cəhətdən qorunan firma adı, firma nişanı,
əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir,
başqa sözlə müəyyən firmanın əmtəələrinin digər
firmanın məlumatlarından fərqləndirmək üçün xidmət
göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan
keçən nişandır (logo, işarə, əlamət)
Müəllif hüququ
Müəllifin öz əsərindən istifadə etmək hüququnun 3-cü
şəxslərə vermək hüququ. Müəllif hüququ təyinatından,
dəyərindən
və
məzmunundan,
habelə
ifadə
formasından və üsulundan asılı olmayaraq yaradıcılıq
fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də
açıqlanmamış, obyektiv formada mövcud olan elm,
ədəbiyyat əsərləri, kompüter proqramları və əməliyyat
sistemlərinə şamil edilir.
Logo /Logotip
Şirkətin firma adının xüsusi rəqəm, hərf və ya digər
təsvir formada və ideoqram vasitəsilə təsvir edilməsi
8
«E-BANK» SİSTEMİ VASİTƏSİLƏ GÖSTƏRİLƏN XİDMƏTLƏR VƏ GÖRÜLƏ BİLƏN ƏMƏLİYYATLAR
«E-BANK» sistemi (bundan sonra sistem) vasitəsilə əməliyyatların aparılması Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının
normativ aktları, “Azər-Türk Bank”ASC-nin qayda və prosedurları ilə tənzimlənir.
Sistem vasitəsilə istifadəçi bankın xidmətləri və xidmət haqları, əməliyyatların aparılması qaydası
və əməliyyat saatları, valyuta mübadiləsi kursları, hesablar üzrə qalıqlar və s. barədə məlumatlar
əldə edə bilər.
Sistemə giriş və əməliyyatların aparılması xüsusi təsdiqləmə prosedurlarına əsasən həyata
keçirilir, hansılar ki “Elektron imza və elektron sənəd” haqqında qanunvericiliyə uyğun olaraq
istifadəçinin elektron imzası vasitəsilə həyata keçirilir.
Sistem vasitəsilə aşağıdakı əməliyyatlar aparıla bilər:
-
Hesabların eyni vaxtda idarə olunması;
-
Hesablar üzrə balans qalıqlar haqqında məlumatın əldə edilməsi və çıxarışların çap
edilməsi;
-
Nağdsız valyuta mübadiləsi əməliyyatlarının aparılması;
-
Bank daxili, Azərbaycan Respublikası daxili və Xaricə pul köçürmələrinin aparılması;
-
Əməliyyatların statusu haqqında məlumatın əldə edilməsi;
-
Banka müraciət sorğuların göndərilməsi və s.
MOBİL BANKÇILIQ
Sistem internet bankçılıq əməliyyatlarının mobil cihazla aparılmasını nəzərdə tutur. İstifadəçi
Mobil brauzer əsaslı və Mobil əlavələr, “Android”, “iOS”və s. bu tipli və gələcəkdə yaranacaq
platformalı mobil cihazlardan istifadə etməklə sistemdə əməliyyat apara və sistemdən
məlumat əldə edə bilər.
İstifadəçi razılaşır ki, mobil bankçılıq sistemində aparılan bütün əməliyyatlar “E-BANK”
sistemində aparılan əməliyyatlara bərabərdir.
İstifadəçi özünün internet bankçılıq səhifəsində dəyişiklik etməklə və ya banka müraciət
etməklə mobil bankçılığın istifadəsinə məhdudiyyətlər tətbiq edə bilər.
TƏHLÜKƏSİZLİK QEYDLƏRİ
İstifadəçi razılaşır ki, sistemə giriş adı və şifrə, mobil telefon nömrəsi haqqında məlumatları
gizli saxlayacaq və 3-cü şəxslərlə paylaşmayacaqdır. İstifadəçi razılaşır ki, təhlükəsizliyin
təmin edilməsi üçün istifadə etdiyi giriş şifrəsini mütəmadi olaraq dəyişəcəkdir.
Giriş məlumatları, mobil telefon və identifikasiya üçün alət və məlumatlar itdikdə və ya 3-cü
şəxslərin istifadəsində olduqda, istifadəçi bu barədə bankı dərhal məlumatlandırır. Bank
istifadəçi tərəfindən məxfiliyin pozulması nəticəsində 3-cü şəxs tərəfindən sistemə giriş və
9
sistemdə aparılan əməliyyatın nəticələri ilə bağlı istifadəçiyə dəyən ziyana görə hər hansı
məsuliyyət daşımır.
İstifadəçi razılaşır ki, mobil telefon və ya mobil cihaz identifikasiya üçün istifadə edildikdə,
həmin cihazın işlək vəziyyətdə saxlanılması və mobil xidmət şirkəti tərəfindən bağlanmaması,
eyni zamanda Azərbaycan Respublikasında və xaricdə məlumatların qəbulunun təmin
olunması üçün lazımi tədbirlər görəcəkdir.
İstifadəçi razılaşır ki, identifikasiya üçün nəzərdə tutulmuş mobil telefon və ya mobil cihaz
üçün kodun 3-cü şəxs tərəfindən qəbul edilməsi və İstifadəçinin adından sistemdə istifadə
edilməsinə görə Bank məsuliyyət daşımır.
İstifadəçi razılaşır ki, sistemə özünə məxsus kompüter və ya mobil cihazdan və ya özünün
etibar etdiyi təhlükəsiz vasitədən/cihazdan daxil olacaqdır və sistemə daxil olmanı və
əməliyyatları etibarlı yerlərdən və etibarlı şəkildə həyata keçirəcəkdir.
İstifadəçi razılaşır ki, sistemdə əməliyyatların aparılması məqsədilə sistemə qoşulma
vasitəsində (kompüter və ya mobil cihaz) müasir internet brauzerdən, daimi yenilənən anti-
virus proqramından istifadə edəcəkdir. Təhlükəsizlik nöqteyi nəzərdən, “Google Chrome”
internet brauzerindən istifadə edilməsi tövsiyyə olunur.
İstifadəçi razılaşır ki, sistemə qoşulma vasitəsində qeyri-qanuni və lisenziya müddəti bitmiş
(və ya pozulmuş) proqram təminatından istifadə etmə halları sistemdən istifadənin
təhlükəsizliyinə təsir göstərə bilər. İstifadəçi gələcəkdə bu cür halların qarşısın alınmasına
yönəlmiş səylərini əsirgəməyəcəkdir.
İstifadəçi sistemə qoşulmaq üçün etibarlı internet provayderdən istifadə edəcəkdir. İstifadəçi
sistemə qoşulması üçün özünün seçdiyi internet qoşulmanın davamlılığına və etibarlılığına
görə məsuliyyət daşıyır.
İstifadəçi sistemdə əməliyyatların aparılmasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə
ictimai yerlərdə sistemə daxilolma hallarını minimuma salacaqdır.
İstifadəçi razılaşır ki, eyni vaxtda üç və ya daha çox mobil cihaz və kompüterdən istifadə
etməklə eyni hesaba daxil olma hallarına yol verməyəcəkdir. Sistemdə vebsessiyası keçdikdə
sistemə mobil cihazdan girişə icazə verilmir.
İstifadəçi razılaşır ki, sistemdə fəaliyyətsiz olma müddəti tətbiq edilir və istifadəçi sistemdə
olduqda və bankın müəyyən etdiyi müddət ərzində sistemdə fəaliyyət göstərmədikdə o,
avtomatik olaraq sistemdən çıxarılır.
İstifadəçi razılaşır ki, sistemdə öz işini bitirdikdən sonra o sistemdə daxil olduğu pəncərəni,
proqramı və s. bağlamalı və sistemdən çıxış prosedurunu tamamlamaqla sistemdən
çıxmalıdır.
İstifadəçi razılaşır ki, sistemdə SSL mühafizə sistemi tətbiq edilir, və Bankın SSL Bank
sertifikatı mütəmadi olaraq yenilənir. İstifadəçi bu cür sertifikatın qüvvədə olmasını sistemdə
10
mütəmadi olaraq yoxlayır və sertifikatın qüvvədən düşməsi və ya sistemdə mövcud olmaması
müəyyən olunduqda bu barədə dərhal Bankı məlumatlandırır.
İstifadəçi razılaşır ki, o, sistemə daxil olduğu və sistemdə olduğu vaxt ərzində bütün
təhlükəsizlik tədbirlərinə riayət edəcək.
SİSTEMDƏ MALİYYƏ ƏMƏLİYYATLARININ APARILMASI ŞƏRTLƏRİ
İstifadəçi razılaşır ki, sistemdə maliyyə əməliyyatları benefisiarın rekvizitlərinin dəqiq
göstərilməsi şərti ilə istifadəçinin hesabında ödəniş və bankın xidmət haqqının ödənilməsi
üçün kifayət qədər vəsait olduqda və aparılan ödənişlər eyni valyutada aparıldıqda, həyata
keçirilə bilər.
İstifadəçi razılaşır ki, qanunvericilikdə müəyyən edilmiş hallarda hesab üzərində həbs
qoyulmuşdursa və ya hesab dondurulmuşdursa, bank tərəfindən hesab üzrə maliyyə
əməliyyatları aparılmayacaqdır.
İstifadəçi razılaşır ki, sistemdə maliyyə əməliyyatlarının aparılması məhkəmə qətnaməsi ilə
və ya digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada
dayandırıla bilər.
XİDMƏT HAQQI
Sistemdə aparılan bütün əməliyyatlara görə əməliyyat aparılarkən Bank tərəfindən xidmət
haqqı tutulur. Xidmət haqqı bank əməliyyatlarının növündən asılı olaraq müəyyən edilir.
İstifadəçinin apardığı əməliyyata dair xidmət haqqı əməliyyat apardığı hesabından tutulur.
Xidmət haqqının tutulması üçün istifadəçinin hesabında kifayət qədər vəsait olmadıqda,
əməliyyatın aparılması sistem tərəfindən dayandırılır. Bu halda istifadəçi hesaba əlavə pul
mədaxil edə və ya əməliyyatın aparılmasından imtina edə bilər.
İDARƏ OLUNAN HESABLAR/İDARƏ OLUNMAYAN HESABLAR
Sistemdə milli və xarici valyutada aşağıdakı hesabların idarəedilməsi mümkündür:
-
Cari hesab;
-
Cari subhesab;
-
Əmanət hesabı;
-
Ssuda (kredit) hesabı;
-
Qanunvericilikdə nəzərdə tutulmuş digər növ hesab.
Sistem üzrə aşağıdakı hesabların idarəedilməsi mümkün deyil:
-
Vergi hesabları;
11
-
Sosial fond hesabları;
-
Qanunvericilikdə nəzərdə tutulmuş digər hesablar.
SİSTEMƏ GİRİŞ
Sistemə giriş iki mərhələli təsdiqləmə üsulu ilə həyata keçirilir:
-
istifadəçinin adı və şifrəsi daxil edilir;
- istifadəçiyə məxsus “ASAN İmza” elektron sertifikat ilə imzalanma prosesi və mobil cihaz
vasitəsilə gizli PİN şifrə daxil edilir və təsdiqlənir.
SİSTEMDƏ İNTERNET BANKÇILIQ TAPŞIRIQLARININ VERİLMƏSİ
İstifadəçi maliyyə əməliyyatlarının aparılması (valyuta mübadiləsi, ödəniş və köçürmə)
məqsədilə öz profilində internet bank tapşırığını yaratmalı və müvafiq məlumatları daxil
etməlidir.
İstifadəçi internet bankçılıq tapşırığının düzgün tərtib edilməsini yoxlamalı, düzəlişər tələb
edildiyi halda tapşırıqda düzəlişlər etməli, internet bankçılıq tapşırığını təsdiqləməli və
əməliyyatın təsdiqlənməsi prosedurunu həyata keçirməlidir.
Sistemdə yaradılan və yerləşdirilən internet bankçılıq tapşırığı Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ
xarakterli aktlarına, Bankın daxili qayda və prosedurlarına uyğun olmaqla maliyyə
əməliyyatlarının aparılması üçün əsasdır.
ƏMƏLİYYATIN TƏSDİQLƏNMƏSİ
Sistemdə əməliyyatların təsdiqlənməsi sistem tərəfindən tanınan və istifadəçi tərəfindən əldə
olunaraq təqdim edilən rəqəmsal imzalama aləti vasitəsilə göndərilən sorğular sayəsində
həyata keçirilir.
İstifadəçi razılaşır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun və
istifadəçi ilə bank arasında imzalanan müqavilənin şərtlərinə müvafiq olaraq İnternet
bankçılıq istifadəçisi internet bankçılıq sistemində aparılan bütün əməliyyatlara və
əməliyyatların nəticələrinə görə məsuliyyət daşıyır.
İDENTİFİKASİYA ALƏTİ
Bank İstifadəçinin “E-BANK” internet bankçılıq sistemə daxil olmasında və əməliyyatların
həyata keçirməsində “Asan İmza” identifikasiya üsulundan istifadə edir.
12
İdentifikasiya İstifadəçi tərəfindən əldə olunan, imza sahibini identikləşdirmək üçün nəzərdə
tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin verdiyi
elektron sertifikat vasitəsilə həyata keçirilir.
Asan İmza (Mobil imza) – elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman
istifadəçinin kimliyini təsdiqləmək üçün nəzərdə tutulmuş mobil identifikasıyasıdır.
İstifadəçinin elektron autentifikasiyası üçün istifadə olunan və elektron imzanın qoyulmasına
imkan verən sertifikatlar onun şəxsi məlumatları ilə əlaqəlidir və PİN kodlar vasitəsilə
nəzarətdə saxlanılır.
Asan İmza (Mobil imza) elektron sertifikatının istifadə müddəti 3 (üç) il kimi müəyyən edilib.
Bu müddət bitdikdə, istifadəçi tərəfindən yeni sertifikat əldə olunmalıdır.
Asan İmza (Mobil imza) identifikasiya üsulu üçün Bank heç bir komisyon haqqı tətbiq etmir,
bütün komisyonlar mobil operatoru tərəfindən tutulur. Asan İmza (Mobil imza) identifikasiya
üsulu üzrə tarifləri Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi müəyyən edir.
İstifadəçi istifadə müddəti ərzində Asan İmza (Mobil imza) identifikasiya cihazını təyinatı üzrə
və səliqəli istifadə etməli, onu 3-cü şəxsin istifadəsinə verməməlidir. İstifadəçi cihazda
yaranan hər hansı nasazlıqlarla bağlı Bankı və müvafiq əlaqəli qurumları
məlumatlandırmalıdır.
İstifadəçi razılaşır ki, identifikasiya cihazının hər hansı 3-cü şəxsin istifadəsinə verilməsi
nəticəsində, sistemdə keçirilmiş əməliyyatlara dair məsuliyyəti özü daşıyır və aparılmış
əməliyyatlara dair Banka qarşı heç bir iddia irəli sürə bilməz.
SİSTEMDƏ OLMA MÜDDƏTİ (CUT-OFF-TİME, SESSİYA VAXTI)
İstifadəçi razılaşır ki, sistemdə əməliyyata ayrılan vaxt Bank tərəfindən müəyyən edilir və
təhlükəsizlik məqsədləri ilə məhdudlaşdırıla bilər. İstifadəçi razılaşır ki, Bank tərəfindən
sistemdə fəaliyyətsiz olma müddəti 15 (on beş) dəqiqə müəyyən edilmişdir. Bu müddət
ərzində sistemdə fəaliyyət olmazsa, istifadəçi avtomatik olaraq sistemdən çıxarılır. İstifadəçi
sistemdə işini davam etmək üçün sistemə yenidən daxil olmalıdır.
Sistemdə fəaliyyət aparılarkən, istifadəçiyə fəaliyyətsiz olma müddəti tətbiq edilmir; sistem
üzrə aparılan əməliyyatlara dair ümumi fəaliyyət müddəti 30 dəqiqə müəyyən edilmişdir.
İstifadəçi razılaşır ki, sistemdə olduğu müddət ərzində sistemdə olmasını səmərəli istifadə
edəcək və sistemə təhlükə törədə bilən hər hansı hərəkətləri etməyəcəkdir.
13
3-CÜ ŞƏXSİN İSTİFADƏSİ
İstifadəçi sistemdən yalnız özü istifadə etməli və öz adından 3-cü şəxslərin istifadəsinə yol
verməməlidir. İstifadəçi 3-cü şəxsə öz adından sistemə daxilolmanı və əməliyyatların
aparılmasını həvalə etdikdə, 3-cü şəxs «E-BANK» sisteminin istifadə şərtlərini və qaydalarını
avtomatik olaraq qəbul etmiş hesab edilir.
İstifadəçi razılaşır ki, onun adından 3-cü şəxslərin apardığı hər hansı əməliyyatlara və
əməliyyatların nəticələrinə görə istifadəçi məsuliyyət daşıyır.
HESAB ÜZRƏ ƏMƏLİYYATLARIN MƏHDUDLAŞDIRILMASI
İstifadəçi öz hesabları üzrə əməliyyatların tam və ya məhdud şəkildə aparılmasını müəyyən
edə bilər.
İstifadəçi öz internet bankçılıq səhifəsinə hər hansı qeyri-qanuni və ya arzuolunmaz
müdaxilənin qarşısının alınması məqsədilə öz internet bankçılıq səhifəsini dondura və ya ona
istifadə məhdudiyyəti tətbiq edə bilər.
SİSTEMDƏ ƏMƏLİYYAT MƏHDUDİYYƏTİ (BANK GÜNÜ, GÜNDƏLİK ƏMƏLİYYAT LİMİTİ)
İstifadəçi xəbərdardır ki, «E-BANK» sistemi 24/7 prinsipində fəaliyyət göstərsə də,
qanunvericiliyin tələblərinə əsasən əməliyyatlar bank gününün anlayışına (bankın iş saatları
və bankın xəzinədarlığının iş saatları) uyğun olaraq aparılır.
İstifadəçi xəbərdardır ki, xarici valyuta mübadiləsi və pul köçürmə əməliyyatları bankın
xəzinədarlığının iş vaxtından asılıdır və internet bank tapşırığının sistemdə
yerləşdirilməsindən asılı olaraq növbəti bank günündə aparıla bilər. İstifadəçi razılaşır ki,
xarici valyuta mübadiləsi kursları Bankın mülahizəsi ilə gün ərzində dəyişdirilə bilər.
İstifadəçi xəbərdardır ki, «E-BANK» sistemində gündəlik (bir bank iş günü) əməliyyatlar
maliyyə limiti və say ilə məhdudlaşdırılır və Bank tərəfindən müəyyən olunmuş limitlərdən
artıq aparılan əməliyyatlar həyata keçirilmir.
ƏMƏLİYYATLARIN BANK TƏRƏFİNDƏN DAYANDIRILMASI
İstifadəçi razılaşır ki, qanunvericilikdə müəyyən edilmiş hallarda istifadəçinin internet
bankçılıq sistemində apardığı əməliyyatlar bank tərəfindən dayandırıla bilər.
ƏMƏLİYYATLARIN LƏĞV EDİLMƏSİ/DƏYİŞDİRİLMƏSİ
İstifadəçi razılaşır ki, «E-BANK» sistemində aparılan arzuolunmaz və ya səhv əməliyyatlar 10
iş günü ərzində və istifadəçinin müvafiq müraciəti əsasında geriyə çağırıla, ləğv edilə və ya
dəyişdirilə bilər. Belə əməliyyatlara valyuta mübadiləsi əməliyyatları, daxili və xarici pul
14
köçürmə əməliyyatları aiddir. Bu hal baş verdikdə İstifadəçi bu əməliyyata aid olan bütün bank
xərclərini ödəyir.
ÇİRKLİ PULLARIN YUYULMASI HAQQINDA BİLDİRİŞ
İstifadəçi razılaşır ki, aşağıdakı hallarda sistemdə aparılan əməliyyat barədə Bankın şübhəsi
yarandıqda, Bank istədiyi vaxt həmin ödəniş tapşırığını dayandıra, təxirə sala və ya onu icra
etməkdən imtina edə bilər:
-
əməliyyatın aparılması milli və ya xarici qanunvericiliyin tələblərinə zidd olduqda;
-
əməliyyat birbaşa və ya dolayı yolla qeyri-qanuni davranışın maliyyələşməsinə xidmət
etdikdə və ya onu əhatə edirsə.
İstifadəçi razılaşır ki, Bankın tələbi ilə çirkli pulların yuyulması və ya terrorizmin
maliyyələşdirilməsi risklərinin idarə olunması və ya milli və ya xarici qanunvericiliyə riayət
olunması məqsədilə bütün lazımi məlumatları Banka təqdim edəcəkdir;
İstifadəçi razılaşır və qəbul edir ki, Bank istifadəçinin hesabı ilə bağlı olan bütün məlumatları
aşağıdakı şəxslərə təqdim edə bilər:
-
qanunvericilikdə müəyyən edilmiş qaydada, hər hansı hüquq-mühafizə orqanına, dövlət
orqanına və ya məhkəməyə;
-
aparılan ödənişlərə dair məlumatları qanunvericiliyin tələblərinə riayət olunması
məqsədilə müxbir banka;
İstifadəçi, 3-cü şəxsin adından və ya etibarnamə əsasında fəaliyyət göstərməsi barədə bildirişi
Banka təqdim edən anadək, öz adından bu müddəalara riayət etməsinə zəmanət verir.
İstifadəçi razılaşır, bəyan edir və Bankın qarşısında öhdəçilik götürür ki, İstifadəçinin internet
bank tapşırığı ilə Sistemdə aparılan əməliyyatlar çirkli pulların yuyulmasını aid
qanunvericilik aktları ilə müəyyən edilmiş tələbləri pozmayacaq.
BİLDİRİŞLƏR
Aparılan hər bir bank əməliyyatının sonunda sistem avtomatik bildirişlər hazırlayır və
istifadəçinin şəxsi səhifəsində yerləşdirir.
İstifadəçi razılaşır ki, aparılan əməliyyatların statusunu sistemdə yoxlayacaq.
HESABATLAR/ÇIXARIŞLAR
İstifadəçi sistemdə aparılan bütün əməliyyatlar üzrə çıxarışları və hesabatları 24/7 prinsipi
ilə sistemdən əldə edə bilər. Sistem hesabatları və çıxarışları hesablar üzrə və dövrlər üzrə
təqdim edilə bilər. İstifadəçi, hesabatları və çıxarışları elektron poçt ünvanına yönəldə və ya
sistemdən birbaşa çap edə bilər.
15
İstifadəçinin müraciəti ilə hesabatlar və çıxarışlar poçt vasitəsilə kağız daşıyıcılarda onun
rəsmi poçt ünvanına göndərilə bilər.
MƏXFİLİK
İstifadəçi təsdiqləyir ki, o özü barədə Banka təqdim etdiyi məlumat tam, dəqiq və düzgündür.
İstifadəçi razılaşır ki, Banka təqdim edilmiş şəxsi məlumatlar sistemdə əməliyyatların
aparılması üçün zəruridir və həmin məlumatlar sistemdə əməliyyatların aparılması üçün
qanunvericiliklə müəyyən olunmuş hallarda 3-cü şəxslərə açıqlana bilər.
Bank təsdiqləyir ki, İstifadəçinin sistemə daxil etdiyi məlumatlar, sistemdə aparılan
əməliyyatlar, istifadəçinin Bankda olan hesabları barədə məlumat Bank sirrinə aiddir. Buna
baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada İstifadəçinin şəxsi
məlumatları, Bankda olan hesabları və sistemdə aparılan əməliyyatları haqqında məlumatlar
qanunvericiliklə müəyyən olunmuş hallarda 3-cü şəxslərə təqdim edilə bilər.
İstifadəçi razılaşır ki, o Bankın ağlabatan tələbi ilə sistemdə aparılan əməliyyatlarla bağlı
açıqlama verməyə və Bankla belə tələblər çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
İŞ GÜNLƏRİ
İstifadəçi razılaşır ki, sistem Azərbaycan Respublikasının rəsmi iş günlərində fəaliyyət
göstərir. Bayram günlərində və qeyri-iş günlərində sistemdə əməliyyatların aparılmasına
məhdudiyyət tətbiq edilə bilər. Sistemə daxil edilən ödəniş tapşırıqları ilə bağlı əməliyyatların
aparılması ödəniş tapşırıqları daxil edilən tarixdən növbəti iş günündə aparılacaqdır.
XİDMƏTLƏRƏ XİTAM VERİLMƏSİ
Bank istifadəçiyə göstərdiyi internet bankçılıq xidmətlərinə istənilən səbəbə görə və
istifadəçini xəbərdar etməklə və ya etməməklə xitam verə bilər. Bank həmçinin İnternet
bankçılıq xidmətlərinin göstərilməsini sistemdə yeniliklərin tətbiq edilməsi və ya proqram
təminatının yenilənməsi ilə əlaqədar dayandıra bilər. Bank istifadəçini xəbərdar etməməklə
göstərdiyi internet bankçılıq xidmətlərinə xitam verdiyi halda ictimai informasiya vasitələri
ilə öz qərarı ilə bağlı məlumat verməlidir. Belə halda, xidmətlərə xitam verilməsi rəsmi
məlumatın yerləşdirilməsi günündən başlayır.
İnternet bankçılıq xidmətlərinə istifadəçi tərəfindən Bankı 1 ay qabaqcadan xəbərdar etməklə
xitam verilə bilər. İstifadəçinin təşəbbüsü ilə internet bankçılıq xidmətinə xitam verildikdə,
istifadəçi Bankda olan öz hesabları üzrə əməliyyatları Banka gəlməklə apara bilər.
16
MƏSULİYYƏT
Bank İstifadəçinin və ya 3-cü şəxslərin sistemdə apardıqları əməliyyatların nəticəsində
İstifadəçiyə dəymiş ziyana və ya zərərə görə (Bankın səhvi nəticəsində dəymiş ziyan istisna
olmaqla) hər hansı məsuliyyət daşımır.
Bank aşağıdakı hallarda İstifadəçinin sistemdə apardığı əməliyyatlar ilə əlaqədar yaranan hər
hansı itkilərə, ziyan və zərərə, gecikmələrə görə məsuliyyət daşımır:
-
əməliyyatın aparılması qanunvericiliyin, Mərkəzi Bankın normativ-hüquqi sənədlərinin,
Bankın daxili qaydalarının tələblərinə zidd olduqda;
-
əməliyyatla bağlı məlumat natamam və ya məlumatın düzgünlüyü şübhə doğurduğu halda
və istifadəçi bu barədə məlumatlı (və ya məlumatlı olmalı idi) olduğu halda;
-
istifadəçiyə sistemdə maliyyə əməliyyatının aparılması ilə əlaqədar qanunvericiliyin
tələblərinə əsasən 3-cü tərəfdən qadağa qoyulduğu halda;
-
sistemdə əməliyyatların aparılması internet provayderin texniki problemlərinin
mövcudluğu ucbatından mümkün olmadığı halda;
-
fors major halının baş verməsi ilə əlaqədar əməliyyatın aparılması mümkün olmadığı
halda.
Bank İstifadəçi tərəfindən sistemdən hər hansı sənədlərin yüklənməsi nəticəsində
İstifadəçinin kompüterində yaranan zədələr, makroslar və s. viruslar və ya texniki qüsurlara
görə hər hansı məsuliyyət daşımır.
İstifadəçi razılaşır ki, Bank sistem vasitəsilə göstərdiyi elektron əməliyyatların və xidmətlərin
nəticələrinə hər hansı zəmanət vermir.
İstifadəçi razılaşır ki, Bank istifadəçi tərəfindən sistem, mobil cihaz və ya e-poçt vasitəsilə
ötürülən və ya əldə olunan hər hansı məlumatın təhlükəsizliyinə zəmanət vermir; İstifadəçi
sistem, mobil cihaz və ya e-poçt vasitəsilə ötürülən və ya əldə olunan hər hansı məlumatın
icazəsiz olaraq üçüncü şəxslərin əlinə keçirilməsi, itirilməsi, dəyişdirilməsi və ya düzgün
istifadə olunmaması riskini qəbul edir və təsdiqləyir.
TƏZMİNAT
İstifadəçi Bankı sistem vasitəsilə əldə olunan hər hansı nəticələrə görə hər hansı
məsuliyyətdən, itkilərdən, ziyan və zərərdən, o cümlədən 3-cü şəxslərin hər hansı iddiasından
qorumalıdır.
DİGƏR SƏHİFƏLƏRƏ KEÇİD LİNKLƏRİ
İstifadəçinin rahatlığı üçün sistemdə 3-cü şəxslərə məxsus və ya 3-cü şəxslər tərəfindən
idarə olunan digər internet səhifələrinə, İnternet səhifələrində olan məzmunlara keçid
linkləri yerləşdirilə bilər və ya mümkün ola bilər. Bu cür səhifələr və ya məzmunlar
17
Bankın nəzarəti altında deyil və Bank belə məzmunlara və ya belə səhifələrə daxil
olmanın nəticələrinə və ya belə internet səhifələri vasitəsilə təqdim edilən mallar və
xidmətlərə görə hər hansı məsuliyyət daşımır.
Hər hansı digər səhifələrə və ya məzmunlara keçid linklərinin sistemdə yerləşdirilməsi
belə səhifələrə və ya məzmunlara keçidin etibarlı və ya münasib olduğunun təsdiqi deyil,
bununla da istifadəçi razılaşır ki belə səhifələrə və ya məzmunlara istifadəçinin daxil
olması tamamilə onun öz öhdəsindədir.
ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
İstifadəçi razılaşır ki, sistemə və sistemin məzmununa bütün əqli mülkiyyət hüquqları
Banka məxsusdur.
Sistemin məzmununda olan hər hansı hissə və ya hissələr Bankın yazılı razılığı olmadan
təkrar istifadə üçün 3-cü şəxslərə ötürülə, göstərilə, yayımlana, keçid linki ilə yönəldilə,
göndərilə, uyğunlaşdırıla və ya törəmə işinin yaradılması məqsədilə yenilənə və ya
digər kommersiya məqsədli istifadə üçün hər hansı vasitənin köməyi ilə və ya üslubda,
və ya yazılmış məlumatın əldə olunmasını mümkün edən cihaza gələcəkdə istifadə
edilməsi məqsədilə köçürülə bilməz. İstifadəçi yalnız öz şəxsi və qeyri-kommersiya
məqsədləri üçün Sistemin məzmunu ilə tanış ola bilər, məzmunu çap və ya istifadə edə
bilər, o şərtlə ki istifadəçi məzmunda hər hansı dəyişmələr etməyəcək və bütün əqli
mülkiyyət və müəllif hüququna dair nişanları saxlayacaqdır.
Sistemdə istifadə olunan və yerləşdirilən əmtəə nişanı və logo (“TradeMark”) Bankın
qeydə alınmış Əmtəə nişanıdır.
Sistemdə yerləşdirilən hər hansı məzmun, lisenziya və ya Əmtəə nişanı birbaşa, dolayı
və ya isbat edilə bilinməyən digər formada Bankın yazılı icazəsi olmadan istifadə edilə
bilən kimi şərh edilə bilməz.
XİDMƏTLƏRƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR
Bankın «E-BANK» sistemində etdiyi hər hansı yeniliklər və dəyişikliklər «E-BANK» sisteminin
tərkib hissəsidir və istifadəçi yalnız onları qəbul etdikdə bankın elektron xidmətlərindən
istifadə edə bilər. Bank «E-BANK» sisteminə edilən dəyişikliklər, eləcə də sistemə yeni
xidmətlərin (bank məhsullarının) əlavə edilməsi ilə əlaqədar İstifadəçini məlumatlandırır.
İstifadəçi, hər hansı yeniliklərin sistemə daxil olması barədə məlumatı «E-BANK» sistemində
olan poçt qutusuna daxil olan bildiriş vasitəsilə əldə edir.
Qanunvericiliklə Bankın «E-BANK» sisteminin istifadə şərtləri və qaydalarının müddəaları
arasında hər hansı ziddiyyət yarandıqda, Bank ilə müştəri arasında olan müqaviləyə müvafiq
dəyişikliklər edilənə kimi qanunvericiliyin müddəaları tətbiq edilir.
18
“Azər-Türk Bank” ASC
Bakı şəhəri, AZ1078
C.Məmmədquluzadə küç. 85; 192/193
Tel: 945, (+994 12) 404 14 45-49, 51-54
Fax: (+994 12) 599 10 11
E-poçt:
atb@azerturkbank.az
URL:
www.azerturkbank.az
Dostları ilə paylaş: |