37
QONAĞIMIN SƏYAHƏTNAMƏSİ
(Hekayədən bir parça)
Sözün başını siz itirməyin...
“Belə rəvayət edirlər ki, bir gün Şah oğlu Şah
Abbas qızıl taxtın üzərində əyləşmişdi. Çox dərin
xəyala getmişdi. Birdən fərraşa əmr etdi ki, bu saat
vəzir Allahverdixanı hüzuruma çağır. Fərraş
“bəçeşm” deyib yeri öpdü və yola düzəldi. Çəkmədi
bir saat, vəzir Allahverdi xan hazır olub ərz etdi ki: –
Sənə fəda olum! Nə buyurursan?
Padşah əmr etdi ki:
– Ey mənim vəzirim! Səfər tədarükü gör, könlüm
səyahət arzu edir.
Vəzir soruşdu:
– Qurbanət şəvəm! Süvarəmi, piyadəmi?
Padşah dedi:
– Vəzir! Piyadə səyahət eləyəcəyik, özü də dərviş
paltarında. İki dəmir əsa, iki dəmir çarıq, iki dəmir
sərpuş hazır elə. Sabah gün çıxmamış yola düşəcəyik.
Vəzir Allahverdi xan çox ağıllı bir vəzir idi,
dünyaya onun kimi ağıllı adam gəlməyib və gəlməz.
Padşah əmr etdiyi şeyləri hazır edib sübh tezdən
gətirdi. Şah oğlu Şah Abbas ilə vəzir Allahverdi xan
paltarlarını çıxarıb dərviş paltarı geydilər, əldə dəmir
əsa, ayaqda dəmir çarıq, başda dəmir sərpuş, gün
yerindən çıxmamış yola rəvanə oldular. Az getdilər,
çox getdilər, mənzil kəsib, yol getdilər. Gün günorta
38
yerinə çatanda bir şəhərin qapısına yetişdilər. Şah
soruşdu:
– Vəzir, hansı şəhərdir?
Dedi:
– Qurbanın olum, bu şəhərdən mənim xəbərim
yoxdur. Gedək şəhərin darvazasına, soruşaq, görək
hansı padşahın şəhəridir...
Mən bu nağılı axıra qədər yazmayacağam. Elə
burada kəsirəm.
Şöhrət və fərasəti ilə İranın axır zaman tarixini
dolduran bu Şah oğlu Şah Abbaslar, onların ağıllı
vəzirləri, allahverdixanlar bir günorta yol gedir,
məsələn, Bakı şəhərindən Maştağaya qədər. Rast olan
şəhəri nə padşah tanıyır, nə də vəzir. İndi işlər çox
dəyişib deyə adam bu sualı öz-özünə verir. Keçmiş
zamanda belə nağıllar sual-cavabsız bitər, həqiqət
olaraq qəbul edilərdi...
39
TAĞI ŞAHBAZİ SİMURĞ
(1892-1937)
Tağı Şahbazi Simurğ (Yazı-
çı-publisist, həkim, ictimai xadim)
1892-ci il iyulun 2-də Bakıda ana-
dan olub. İbtidai təhsilini molla-
xanada alıb. 1902-1905-ci illərdə 9
saylı məktəbdə, sonra rus-tatar
məktəbində təhsilini davam et-
dirib. 1913-cü ildə Xarkov Darülfü-
nunun fizika və riyaziyyat fakültəsinin tibb şöbəsinə
daxil olub.
Azərbaycan xalq maarif komissarının müavini
(1922-1923), “Maarif və mədəniyyət” jurnalının re-
daktoru, Azərbaycan MİK-in katibi (1923-1926),
ADU-nun rektoru (1926-1929), Azərbaycan xalq
səhiyyə komissarının müavini(1930-1937) vəzifələrin-
də çalışıb.
“Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”,
“Aclar” və s. hekayələrində istismar dünyası, dini fa-
natizm, xalqa yad “ziyalılar” tənqid olunub. Sovet
dövrü əsərlərində yeni həyat quruculuğu, qadın
azadlığı mövzuları əsas yer tutub. Bunlar “Haqsızlıq
dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi
Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”,
“Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz
əksini tapıb. 1932-ci ildə yazdığı “Düşmənlər” povesti
40
kollektivləşmə dövründə kənddə gedən sinfi mü-
barizədən bəhs edir.
Tağı Şahbazi Simurğ 1937-ci ildə repressiya qur-
banı olub.
QAYÇI
(Hekayədən bir hissə)
Məhəmməd Zəngəzurun qaçqın yetimlərindən
idi...
Səkkiz yaşında Məhəmməd və yeddi yaşında
bacısı Zeynəb yaşadıqları evlərdə səhərdən axşama-
dək çalışır, ev sahiblərinin bütün əmrlərini icra edir-
dilər. İndi də Gülcahan Məhəmmədi meşəyə gön-
dərmişdi...
***
...Odun şələsinin altında ikiqat bükülmüş Mə-
həmməd Məşədi Salmanın sorğularına cavab verərək
yalvarıcı bir baxışla qayçıdan xəbəri olmadığını bil-
dirdi. Məhəmmədin bu cavabı, Məşədi Salmanın
əsəblərini daha da qaldırdı: “Aha, inkar edir, məni
aldatmaq istəyir”, – deyə fikir edərək, Məşədi Salman
çocuğa yaxın gəlib, yenə qayçını sordu.
– Vallah ki, bilməyirəm, əmi!
Bu cavabı eşidər-eşitməz Məşədi Salman odun
41
qarışıq Məhəmmədə bir təpik vurdu. Çocuq şələ ilə
bərabər yerə yıxıldı və yıxıldığı vaxt odun parçası
üzünü cırdı, bir dəqiqədə Məhəmmədin üzünü al qan
bəzədi. Məşədi Salman Məhəmmədin başı üzərində
durub:
– İt oğlu, de görüm, qayçı haradadır? Bax, demə-
sən, bil ki, səni öldürəcəyəm... – deyə çığırdı.
Məşədi Salmanın gözləri həlqəsindən çıxmış,
üzü o qədər qabarmışdı ki, tanınmaz bir hala gəlmiş-
di.
Məhəmməd üzünün yeni yarasından axan qanı
çirkli əlləri ilə silərək ağladı.
– Vallah ki, xəbərim yoxdur, – deyə yalvarmağa
başladı. – Mən oduna getmişdim; bilməyirəm, sən al-
lah, əmi, məni döymə, qayçını görməmişəm. Gülca-
han bu əhvalatı görüb yaxın gəldi.
– Ay kişi, yetimdir, elə vurmaq olmaz; doğrudan
da, xəbəri yoxdur, – dedi.
– Danışma, vallah səni də ona qataram!..
Gülcahan Məşədi Salmanı yaxşı tanıyırdı. Belə
hallarda ona yaxın durmaq mümkün deyildi. Heç bir
vasitə ilə onu sakit etmək olmazdı. Məhəmməd Gül-
cahanı gördükdə, kömək dilər kimi:
– Ay xala, vallah ki, xəbərim yoxdur; qayçını gör-
məmişəm, – dedi. Lakin qayçının itməsinə Məşədi
Salman şərik ola bilməyirdi.
– Hara itəcək? Yəqin ki, oğurlayıb, indi də
boynuna almaq istəməyir. – Məşədi Salman Məhəm-
Dostları ilə paylaş: |