F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Otuz illik həyatın ömür tablosu.
Bəhruz Kəngərlinin 125
illik yubileyi münasibətilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,
kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı - 2017
Tərtibçilər: Nərgiz Məcidova
Sevil Əhmədova
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
“Otuz illik həyatın ömür tablosu”
metodik vəsait /
tərt.ed.N.Məcidova; ix. red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-26s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
Tərtibçi
Azərbaycanın professional rəssamlıq sənətinin banisi,
istedadlı fırça ustası, əsl ziyalı Bəhruz Şirəlibəy oğlu Kəngərli
çox qısa lakin mənalı bir ömür yolu yaşamış, həyatını sənətə həsr
etmişdir. O, yaratdığı əsərləri ilə Azərbaycan təsviri sənətində
tamamilə yeni məktəb yaratmışdır. Qısa ömür sürməsinə
baxmayaraq, sənətdə onun özünə məxsus dəst xətti, müstəsna
yeri olmuşdur. Onun ömür payı şair Mikayıl Müşfiqin, bəstəkar
Asəf Zeynallının, Ərtoğrul Cavidin ömür yolu ilə müqayisə
edilə biləcək dərəcədə dəyərli olmuşdur. Yaşadığı dövrdən fərqli
olaraq müstəqillik illərində Bəhruz Kəngərli irsinə maraq daha
da artmış, yaradıcılığına daha yüksək qiymət verilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda
onun ev muzeyi açılmışdır. Bəhruz Kəngərlinin 125 illik
yubileyi münasibətilə yaradıcılığını təbliğ etmək məqsədilə
F.Köçərli adına Respublika uşaq kitabxanası bir sıra tədbirlər
həyata keçirəcək.
Sənətkarın yubileyi münasibətilə mədəniyyət müəssisəsi
olaraq hazırladığımız vəsaitdə həmin tədbir haqqında məlumat
verəcəyik. İki hissədən ibarət olan vəsaitin I hissəsində rəssamın
həyat və yaradıcılığından bəhs edirlir. II hissədə isə yubiley
münasibəti ilə keçiriləcək tədbirlərdən söhbət açılır.
Həyat və yaradıcılığı
Qısa lakin mənalı bir ömüryolu keçmiş
parlaq istedada
malik olan Bəhruz Kəngərli 1892-ci il yanvarın 10-da
Naxçıvanda ziyalı ailəsində anadan olmuşdur. Bəhruz Kəngərli
1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda
törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından
zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu
silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”,
“Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın
qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq
səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret
ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb
göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər
birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının
həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş
qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Bəhruz
Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri
yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti
sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi.
1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin
500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan
Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və
şəxsi kolleksiyalarda saxlanılır. Kəngərli həm də milli teatr
rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan
teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara”
(M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalarına
bədii tərtibat və geyim eskizləri vermişdir. A.Babayevin
“Yarımçıq şəkil” pyesi Kəngərliyə həsr olunmuşdur.
Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin
adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may)
əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü
abidəsi ucaldılmışdır.
Ulu öndər Heydər Əliyev: Bəhruz Kəngərlinin əsərləri
Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli
nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik
ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları
olubdur. Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz
Kəngərli təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk
edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur.
Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda
yaratmışdır. Beləliklə də, mədəniyyətimizdə milli rəssamlığın
inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə
realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin
müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı
ilə bağlıdır. Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa,
ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-
cu ilində bu dünyanı tərk edən gənc rəssamımız Bəhruz
Kəngərlinin ömrü kimi... Həyatda çox qısa ömür sürmüş Bəhruz
Kəngərli dərin təfəkkürlü və qızıl fırçalı rəssam kimi ədəbi
ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Bu görkəmli
rəssamın həyatı təzadlarla, qəribəliklərlə dolu idi. Tale heç də
ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi
xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu.
Ancaq yaşadığı bu çətinlik onun rəssamlığa olan bağlılığını
qətiyyən azaltmamış, həyat eşqinin alovlanmasına əngəl ola
bilməmişdi. Bəhruz Kəngərlinin sənətə olan sevgisini rəssamın
analığı Şirin xanım belə xatırlayırdı: “Əvvəllər nə mən, nə də
atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz
heyifsilənirdik ki, o, vaxtının çoxunu şəkil çəkməyə sərf edir.
Amma sonralar atası onun istedadına inanmağa başladı, onun
üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi”.
Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-
acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən
yaşlarında rəssamlığa meyil göstərmişdir. Onun rəssam kimi
püxtələşməsində
Cəlil
Məmmədquluzadənin,
“Molla
Nəsrəddin” jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk
dövründə karikatura və satirik rəsmlər, eləcə də məişət
səhnələrini çəkən Bəhruz Kəngərli öz rəsmləri ilə müasirlərinin
diqqətini çəkmişdir.
1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük
fərdi sərgisi təşkil olunmuş, burada nümayiş olunan rəsm
əsərləri hər kəsi heyran etmişdi. 1914-cü ildə “İqbal” qəzeti
Bəhruz Kəngərli haqqında yazırdı: “Cavan rəssamımız
gələcəkdə iftixarımız olacaqdır”.
Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli
yaradıcılığına daim böyük qayğı göstərmişdir. Ulu öndərimizin
təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi
yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. 2002-ci ilin
yayında muzeyin açılış mərasimində xalqımızın böyük oğlu
Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığını yüksək
qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri
Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli
nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik
ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları
olubdur”.
Bu müdrik fikirlərin işığında bir daha illərin dizini
qatlaya-qatlaya zamanın güzgüsündə öz aydın ziyası ilə
könülləri riqqətə gətirən Bəhruz Kəngərli xəzinəsinin
boyalardan qalxan sənət dünyasına üz tutduq. O əbədiyaşar
dühadan bizə əmanət və yadigar qalan “Atabəy məqbərəsi”,
“İmamzadə”, “Nuhun qəbri”, “İlanlıdağ”, “Qızlar bulağı”,
“Qoca kişi”, “Toy”, “Elçilik” kimi əsərlər ifadəliliyi, bədii-
estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə
doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu
yaradıcılığında öz mükəmməlliyi ilə əks etdirən vətəndaş
qeyrətli bir şəxsiyyət olmuşdur.
Sənətkarın təbiət mövzusunda yaratdığı əsərlərdə
yurdumuzun zəngin florası və füsunkarlığı, təbiiliyi minbir
gözəlliyi ilə əks olunmuşdur. “Şəlalə”, “Günəş batarkən”,
“Dağlıq mənzərə”, “Ağrı dağı”, “Ay işığında” adlı əsərləri
təbiətin poeziyasını fırçanın qüdrəti ilə göz yaddaşımıza
köçürmüşdür. Uzun müddət bu mənzərələrin təsirindən ayrıla
bilmirsən. Qəribədir ki, Bəhruz Kəngərli sanki az yaşayacağını
duyurmuş. Bu səbəbdən də müxtəlif mövzularda öz fırçasını
sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə
bağlı olmuşdur. O bir tərəfdən ilin fəsillərini kətana köçürür,
digər tərəfdən mədəniyyət abidələrimizin rəsmlərini çəkirdi.
Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir,
karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət
səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri
yaradırdı.
Onun yaradıcılığında bir sıra əsərlər də var ki,
bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks
etdirir. Bəhruz Kəngərli 1918-1920-ci illərdə mənfur erməni
daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz
ana torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş
azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də
yaratmışdır. Bu silsilədən, incə rəssam barmaqlarının möcüzəli
toxunuşundan yaranmış “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın
oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın
oğlan” və sair kimi onlarla portretə baxarkən orada təsvir olunan
insanların gözlərindəki kədər, Vətən həsrəti insanın qəlbinin
dərinliklərinə nüfuz edir. Tarixi reallıqları özündə əks etdirən bu
rəsm
əsərləri
daşnakların
törətdikləri
qırğınların,
deportasiyaların, ümumən, millətimizin üzləşdiyi dərdlərin
gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir. Yuxarıda
adları çəkilən əsərlər təkcə portret kimi sənətkarlıq səviyyəsinə
görə deyil, həm də tarixi sənəd kimi də dəyərlidir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun dediyi kimi: “Bəhruz Kəngərli əsərlərində xalqımızın
tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən
bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına
gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan
zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən
“Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin,
xalqımızın dəyərli nümunələridir”.
Bu rəssamın əsərlərinə diqqət yetirdikdə duyursan ki,
Bəhruz Kəngərli hərtərəfli rəssam olmuşdur. Onun müraciət
etmədiyi mövzu yoxdur. Maraqlısı da budur ki, rəssamın
fırçasından doğulan bütün əsərlər qiymətlidir. Bəhruz Kəngərli
həm də milli teatr rəssamlığının banilərindən sayılır. 1910-cu
illərdə Naxçıvan teatrında tamaşaya qoyulan “Ölülər”
(C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-
cadu” (Ə.Haqverdiyev) əsərlərinin bədii tərtibatını və geyim
eskizlərini də məhz Bəhruz Kəngərli vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz
Kəngərli müntəzəm işləyərək boyakarlıq və qrafik əsərləri
yaratmışdır. O həm də rəssamlıq sənətini gənclərə öyrətmək və
sevdirmək üçün xüsusi dərnək açaraq fərdi sərgilərini də təşkil
edirdi.
Tədqiqatçıların fikrincə, Bəhruz Kəngərlinin 2 minə
yaxın portret, mənzərə və rəsm əsərləri əldən-ələ düşərək
itmişdir. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində
Bəhruz Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı
muzeydə də 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva
Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda da əsərləri
saxlanılır. Bəhruz Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli
fikirləri vaxtı ilə ümummilli lider Heydər Əliyev söyləmişdir:
“Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir.
Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun
yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm.
Xüsusən, o, ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin
dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz
əsərlərində əks etdiribdir”. Bu, elə bir qiymətdir ki, bizim hər
birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu,
Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı
tamamilə aydınlaşır. Görkəmli sənətkarın sənət dünyası,
əbədiyaşar yaradıcılığı muxtar respublikamızda yüksək
qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Görkəmli
rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi
haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncam bunun bariz
ifadəsidir. Naxçıvan şəhərində yaradılmış Bəhruz Kəngərli
Muzeyi binasının 2013-cü il iyun ayının 24-də əsaslı
yenidənqurmadan sonra açılışı olmuşdur. Bəhruz Kəngərlinin
əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Bu gün
muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat
mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur.
Bu rəsm əsərlərindən 58-i orijinaldır. Azərbaycan incəsənətinin
tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli
kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Bir qərinəlik
ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin
unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə
müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır. Cəmi 7
il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz
Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist
ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu
portret, mənzərə, natürmort çəkmişdir. Dövrünün qabaqcıl
ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü”
və s.) mövzu aktuallığına və ideya məzmununa görə bu günün
ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil
olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə
fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer
tutur. Onun mənzərələrində təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq
mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı
dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana
kəndinə gedən yol” və s. əsərlərində, mədəniyyət abidələri isə
“Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”
əsərlərində əks edilmişdir. İlin fəsillərinə aid tablolarından
rəssamın “Payız”, “Bahar”- ı göstərmək olar.
Bəhruz Kəngərli cəmiyyətə faydalı olmaq, xalqının,
mədəni həyatına müsbət təsir etmək, gənclərin zövqünü düzgün
istiqamətləndirmək naminə öz əsərlərini gənclərə əyani təqdim
etmişdir. Özü əsərlərindən ibarət ilk dəfə Naxçıvanda kiçik
sərgilərini təşkil etmişdir. Onu sevdirmək, yaradıcılığını gənc
nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi
keçirilməsi lazımdır. Sərgidə Bəhruz Kəngərli haqqında
yazılmış kitablardan istifadə edərək sərgiyə - “Azərbaycan
incəsənətində Bəhruz Kəngərli zirvəsi”; “Təsviri sənətdə tarixə
dönən rəssam”; “Qısa ömrün mənalı cizgiləri”; “Həyatını
sənətə bağlayan sənətkar və s. başlıq verə bilərik”.:
Görkəmli şəxsiyyətlərin Bəhruz Kəngərli haqqında
söylədikləri:
Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir.
Birincisi onun rəssamlıq ustalığına görə,ikincisi onun yaratdığı
obrazlara görə. Mən insan obrazlarını deyirəm. Xüsusən o ağır
dövrün 1918,1919,1920-ci illərin çətin dövründə xalqımızın ağır
vəziyyətdə olmasını az da olsa öz əsərlərində əks etdirib.
Heydər Əliyev,
Ulu öndər
“Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.
“İqbal” qəzeti
Mənim rəssamlıq təhsili almağıma Bəhruz səbəb oldu.
Adil Qazıyev,
Rəssam
Rəssamın yaradıcılığında doğma Vətənin gözəlliklərinin
tərənnümü xüsusi yer tutur. “Ağrı dağı”, “Gecə mənzərəsi”,
“Qoyun sürüsü”, “İlan dağı” ,”Atabəy məqbərəsi” və s. əsərləri
belə əsərlərdən olub, bir-birindən maraqlı və təsirlidir.
Onun
mənzərələrində təbiət gözəllikləri (“Şəlalə”, “Dağlıq mənzərə”,
“İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə
qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən
yol” və s.) mədəniyyət abidələri (“Möminə xatın türbəsi”,
“Əshabi-kəhf dağı”, “Nuhun qəbri”), ilin fəsilləri (“Payız”,
“Bahar”) əks olunmuşdur. Bu mövzuyla, ümumiyyətlə təbiətlə
bağlı əsərlərnin çoxluğunu nəzərə alaraq bundan başqa bu
rəsmlərdən ibarət “Fırçasıyla təbiətə bağlı rəssam”, “Qızıl
fırçalı rəssam” başlığı ilə sərgi təşkil edə bilərik.
Xalqımız tarixin müxtəlif dövrlərində düşmənlərin
amansızlıqları ilə də üzləşmişdir. 1914-1921-ci illərdə də
bədnam erməni daşnaklarının törətdiyi vəhşiliklər, xalqımızın
başına gələn faciəli hadisələr gənc rəssamı sarsıtmış, onun
yaradıcılığında dərin iz buraxmışdır. B. Kəngərli böyük
uzaqgörənliklə o dövrdə sadə insanların, dinc əhalinin başına
gətirilən bu müsibətləri olduğu kimi, real boyalarla təsvir
etmişdir. Həmin əsərlərdə o, bizi bu faciəni heç vaxt
unutmamağa səsləyir, xain erməni daşnaklarının əsl simasını
açıb göstərirdi. Onun “Qaçqınlar” silsiləsindən olan əsərlərinə
həyat həqiqəti kimi baxmaq çətin olur. “Tərk edilmiş ev”,
“Yurdsuz ailə”, “ Papaqlı oğlan”, “Naxçıvanda xaraba qalmış
evlər”, “Qaçqın qadın”, “Qaçqın oğlan” və s. belə təsirli
əsərlərdəndir.
O, bu əsərlərdə portret ustası kimi yaratdığı bu
personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir.
Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında
didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri
hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri
özünəməxsus ustalıqla əks etdirmişdir. Bu günümüzlə səsləşən,
bu əsərlərin təbliği kitabxanada vətənpərvərlik hisslərinin
aşılanması üçün tədbirlərin keçirilməsində gözəl vasitələrdən
biri olar.
Parlaq istedada, yaradıcılıq qabiliyyətinə malik olan
B.Kəngərli 1922-ci il fevralın 7-də dünyasını dəyişmişdir.
Xalqımız Vətəninə, elinə qəlbən bağlı olan bu gözəl sənətkarını
heç zaman unutmayacaq, onun xatirəsini həmişə əziz tutacaqdır.
Bu vəsait də sənətkarın yaradıcılığının təbliği işinə kömək üçün
bir vasitə olacaqdır.
Bəhruz Kəngərli yaradıcılığnın təbliğində rəssam haqqında
hazırlanmış sualların da əhəmiyyəti vardır. Bu sualları sizə
təqdim edirik.
1)
Bəhruz Kəngərli neçənci ildə anadan olmuşdur?
a) 1887
b) 1892
c) 1874
2)
Onu rəssamlığa kim həvəsləndirmişdir?
a)
Atası Şirəlibəy
b)
Cəlil Məmmədquluzadə
c)
Şirin xanım
3)
İlk təhsilini Naxçıvanda alan rəssam təhsilini harada
davam etdirmişdir?
a)
Bakıda
b)
Turkiyədə
c)
Tiflisdə
4)
Bəhruz Kəngərlinin rəssam kimi incəsənətin hansı
sahəsində rolu olmuşdur?
a)
Kino
b)
Teatr
c)
Musiqi
5)
Teatrda hansı tamaşaların tərtibatında iştirak
etmişdir?
a) Qaçaqlar
b) İblis
c) Ölülər, Pəri Cadu
6)
C.Məmmədquluzadənin yaradıcısı olduğu hansı
jurnal ilə rəssam əməkdaşlıq etmişdir?
a)
Hophopnamə
b)
Molla Nəsrəddin
c)
İqbal qəzeti
7)
O yaradıcılığında real həyatdan götürdüyü hansı
mövzunu
ürəkağrısı
ilə
silsilsilə
şəklində
yaratmışdır?
a)
Təbiət
b)
Vətən
c)
Qaçqınlar
8)
Ədəbiyyatımızda hansı yazıçı Bəhruz Kəngərlinin
həyatından bəhs edən povest yazmışdır?
a)
İlyas Əfəndiyev
b)
Qılman İlkin
c)
Tofiq Mahmud
9)
Povest necə adlanır?
a)
Uzaqda ucalan dağlar
b)
Bəhruz Kəngərli
c)
Sənət dünyası
10)
Bəhruz Kəngərlinin ev muzeyi Heydər Əliyev
tərəfindən harada açılmışdır?
a)
Bakıda
b)
Naxçıvanda
c)
Şəkidə
Bəhruz Kəngərli - Azərbaycanın ilk peşəkar teatr
rəssamı kimi
Peşəkar Azərbaycan teatrı təşəkkül tapandan sonra həm
ilkin həvəskarlıq dövründə, həm “müsəlman” artistləri
cəmiyyəti”ndə, sonralar “Nicat”, “Səfa”, və sair teatr
truppalarında tamaşalar hazırlananda tərtibat hazır şəklində
kirayəyə götürülürdü. Hətta müxtəlif tamaşalarda müəyyən
əşyalar dəyişilərək eyni otaqda tərtibat işləri gedirdi.1922-ci ilə
kimi heç vaxt teatr binası olmasa da, müəyyən vaxtlarda
Naxçıvana gələn Kəngərli teatr üçün dostu Rza Təhmasibin
xahişi ilə müəyyən mənzərələri əks etdirən asma pərdələri
həvəslə hazırlayırdı. Pərdələr meşə, dağ, çay rəsmlərindən ibarət
olurdu. Truppa onlardan müxtəlif tamaşalarda istifadə edirdi.
Bəhruz Kəngərli eyni zamanda 1917-ci ilə “Xeyriyyə
məktəbinin nəzdindəki “El güzgüsü” teatr cəmiyyəti tərəfindən
Naxçıvan klubunda səhnələşdirilən tamaşaların bədii
tərtibatında da yaxından iştirak etmişdir. 1917-ci ildə Cəlil
Məmmədquluzadənin
“Ölülər”,
1918-ci
ildə
M.F.
Axundzadənin “Hacı Qara”, Əbdürrəhimbəy Haqverdiyevin
“Pəri Cadu” əsərlərinə bədii tərtibat və hər personaja uyğun qrim
tərzini düşünmüş, geyim eskizləri hazırlamışdır. Beləliklə
Bəhruz Kəngərli Naxçıvanda da teatr sənətinin inkişafına
əlindən gələn köməkliyi göstərmişdir. Kitabxanada teatr günü
ilə bağlı keçirilən tədbirlərdə Bəhruz Kəngərlinin teatr
fəaliyyətinə də yer ayıra bilərik.
Bəhruz Kəngərli (1892-1922) : rəngkarlıq qrafika /
Bakı : Şərq-Qərb, 2013. - 104 s.. - (Sərvət). - Azərbaycan və
ingilis dillərində.
Son illər Azərbaycan incəsənətinə dövlət
tərəfindən verilən qiymətlə bağlı nəşr
edilən bu kitab Bəhruz Kəngərli haqqında
hazırlanmışdır.
Azərbaycan Respublikası Milli İncəsənət
Muzeyinin əməkdaşlarının iştirakı ilə
hazırlanan və “Şərq-Qərb” Nəşriyyat
Evində çap olunan bu kitabda Bəhruz
Kəngərlinin həyat yoluna nəzər salınmış,
yaradıcılığına təsir göstərmiş məşhur rəssamlar, mədəni mühit
haqqında məlumat verilmişdir.
Kitabda rəssamın “Molla Nəsrəddin” jurnalı və teatr sahəsindəki
fəaliyyəti də işıqlandırılmışdır. Eyni zamanda 1918-1920-ci
illərdə azərbaycanlılara qarşı törədilən amansızlığın Bəhruz
Kəngərli yaradıcılığında buraxdığı izlərdən də danışılmışdır.
Oxuculara Azərbaycan və ingilis dillərində təqdim olunan bu
kitab qrafika, rəngkarlıq və rəssamın yaradıcılığı ilə maraqlanan
hər kəs üçün nəzərdə tutulmuşdur. Kitabxanada rəssamın
yubileyi ilə bağlı həmin kitabın icmalını oxucularla keçirə
bilərik. Kitab hazırlanacaq sərgilərdə oxuculara müəllifi
tanıtmaq üçün yararlı vəsaitdir.
Kitab müzakirəsi
"Alça ağacı qurusa da Bəhruzun yaşadığı həyətdə illər
boyu qalmışdı. Onu bacısı Tahirə daha çox qoruyurdu. Onu
kökündən qoparıb atmaq istəmişdilər, amma Tahirə heç kəsi
yaxına buraxmamışdı. Ağac qəribə şəklə dönmüşdü. Qupquru
budaqlar bir-birinə dolaşıb kiminsə həsrətini çəkən adam kimi
sıxılmış, büzüşmüş, məhzun bir görkəm almış, təbiətin yaratdığı
etüdə çevrilmişdi. Deyirlər ki, bu ağac son illərə qədər həmin
həyətdə dururdu.Təəssüf etməyə dəyməz, çünki alça ağacı indi
olmasa da Bəhruzun rəsmlərindən birində əbədi yaşayır!" - Bu
cümlələr böyük Azərbaycan rəssamı Bəhruz Kəngərlinin
həyatından bəhs edən “Uzaqda ucalan dağlar" romanındandır.
Romanın müəllifi yazıçı Tofiq Mahmuddur. Müəllifin son
irihəcmli əsəri olan “Uzaqda ucalan dağlar” romanı rəssam
həyatından bəhs edən yeganə Azərbaycan romanıdır. Yubiley
münasibətilə kitabxanada “Uzaqda ucalan dağlar” povestinin
birgə təhlilini keçirə bilərik. Müzakirəni yuxarı sinif
məktəbliləri ilə məktəbin ədəbiyyat dərslərindən birində də
keçirmək olar. Bunun üçün son zamanlar həm bədii-estetik
baxımdan, həm də Bəhuz Kəngərlinin həyatının öyrənilməsi
baxımından önəmli olan bu gözəl əsərin yalnız arxivlərdə
qalmasını istəməyən "Kitabsevərlər" qrupu, bu əsəri köhnə kiril
əlifbasından yeni latın qrafikalı əlifbaya çevirərək nəşr
etdirmişdir. Povestdə Bəhruz Kəngərlinin uşaqlıq və gənclik
illəri qələmə alınmışdır.
Müasir
Azərbaycan
incəsənətinin
ekspozisiyası
Azərbaycan
Dövlət İncəsənət muzeyində yerləşir və
Azərbaycanın XX əsrin 30-90-cı illərinin rəssamlıq,
heykəltaraşlıq, qrafika, bədii-tətbiqi incəsənətini təmsil edir.
Azərbaycanın Milli incəsənət muzeyinin zəngin kolleksiyası
keçmişin bədii abidələrinə yeni gözlə baxmaq və müasir
incəsənətin xüsusiyyətlərini özü üçün yenidən açmaq imkanı
verir. Azərbaycan rəssamlarının müasir rəssamlıq əsərləri və
qrafikaları Bakı müasir incəsənət muzeyində, dünyanın bir çox
ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. A. və V.
Şəmsiyevlərin, İ. Məmmədovun, Z. Əliyevanın, D. Kərimovun,
O. və V. Ağababayevlərin, U. və E. Haqverdiyevlərin, E. və M.
Babayevlərin, R. və S. Verdiyevlərin, R. Kərimovun, E. və D.
Haşımovların, N. və A. İbrahimovların, R. Mehdiyevin, B.
Maratlının, A. və S. Səmədovların, A. Sadıqzadənin və digər
rəssamların əsərləri bizi yenidən sevindirir.
Bəhruz Kəngərli (22
yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan) – rəssam,
boyakar və qrafik. Azərbaycan təsviri sənətində realist dəzgah
boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının
formalaşması Kəngərlinin adı ilə bağlıdır.
Bəhruz Kəngərli muzeyi:
Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə və
Аzərbaycan Rеspublikаsı Nаzirlər Kаbinеtinin 2002-ci il 13 iyul
tаriхli qərаrı ilə Аzərbaycan rəssаmlıq sənətinin görkəmli
nümаyəndəsi Bəhruz Kəngərlinin хаtirəsini əbədiləşdirmək
məqsədilə
yаrаdılmışdır.
Аzərbaycan
Rеspublikаsının
prеzidеnti Hеydər Əliyеv 2002-ci il 18 iyun tаriхində bu
muzеyin аçılışındа iştirаk еtmişdir.
T
аriхi-mеmаrlıq аbidəsi olan
muzeyin binası 1897-ci ildə Nахçıvаn qızlаr məktəbi üçün
tikilmişdir. Ümumi sаhəsi 560 m²-dir. Şərq və qərb mеmаrlıq
еlеmеntlərinin sintеzindən tikilmiş ikimərtəbəli binаnın birinci
mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 оtаq yеrləşir. Binа
iqlim şərtlərinə uyğun оlаrаq çiy kərpicdən tikilmiş və fаsаdı
bişmiş kərpiclə üzlənmiş bina XX əsrdə binаdаn tədris
müəssisəsi kimi istifаdə оlunmuşdur. Burada əvəllcə pеdаqоji
tехnikum, sоnrа isə Hеyrаn хаnım аdınа tibb tехnikumu
yеrləşmişdir. Muzeydə 350-yə yахın mаddi-mədəniyyət
nümunəsi qоrunub sахlаnılır və nümаyiş еtdirilir ki, bunlаrın dа
56-sı rəssаmın əsərlərinin оrijinаlı, 300-ü isə fоtо surətlərindən,
hаbеlə аiləsi, həyаt və fəаliyyəti ilə bаğlı sənədlərdən, məişət
əşyаlаrındаn və digər mаtеriаllаrdаn ibаrətdir. 2012-ci ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi
haqqında imzalamış sərəncama əsasən, Naxçıvan Muxtar
Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata
keçirilmişdir. Tədbirlər Planına əsasən, Bəhruz Kəngərlinin
Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191
əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə
verilmişdir. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm
əsərlərindən 58-i orijinaldır. Həmin vaxtdan muzeydə Bəhruz
Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur.
1921- ci ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü
ilə B.Kəngərlinin 500 əsərdən ibarət böyük sərgisi təşkil
olunmuşdur. Daima ehtiyac içərisində yaşayan, heç bir qayğı
görməyən Bəhruz üçün həmin sərginin böyük əhəmiyyəti
olmuşdur. Həmişə yoxsul və kimsəsizlərin halına acıyan rəssam
sərgidən toplanan pulun üçdə birini şəhər uşaq evinə
bağışlayaraq onları sevindirmişdir.
Ədəbi – bədii gecə
Aparıcı: Naxçıvan qaçqınlarla, cır-cındır, ac-yalavac,
xəstə,yorğun, halsız, solmuş uşaqlarla, qızlarla, cavanlarla
dolmuşdur. Köhnə uçuq evlərin divarlarında sığınacaq tapan bu
qaçqınlar qapı-qapı gəzir dilənirdilər. Bəhruz onlara baxa-baxa
keçdikcə ürəyi ağrıyırdı. Səkkiz doqquz yaşındakı uşağın
ətəyindən tutmuş ondan balaca oğlanın vəziyyəti cox acınacaqlı
idi. Əynindəki cırıq, yamaqlı köynək bədənini tam örtməmiş,
çöp kimi arıq ayaqları çirkdən qartmaq bağlamışdır. Bəhruz
ürəyindəki bu ağrı ilə teatra gəlib onun divarına çəkdiyi “Ağrı
dağı” nı işləməyə başladı. Bütün ürəyini çəkdiyi Ağrı dağına
versə də o iki uşaq xəyalından çııxmırdı. Evə gəlib Pakizəyə
onlara səliqəli yer düzəltdirdi.
(Səhnədə Pakizə yır-yığış edir, silib-süpürür. Səhər həmin yerə
gedən Bəhruz uşaqları orda görmür. Qayıdarkən Əkbər bəylə
qarşılaşaraq)
Əkbərbəy: Salam, Bəhruz, niyə pəjmürdəsən?
Bəhruz: Dünən iki uşaq görmüşdüm, yazığım gəldi indi onları
axtarıram, tapa bilmirəm.
Əkbərbəy: Biri böyük, biri balaca...
Bəhruz: Bəli, bəli!
Əkbərbəy: Əgər onları görmək istəyirsənsə mənimlə gedək...
Onlar Əkbərbəyin evinə gəlirlər.Qapını açanda içəridə kəndli
paltarında bir qadın iyrimiyə qədər uşaqla məşğul olur. Zöhrə
xanım Bəhruzun salamını alıb onu içəri dəvət edir. Bəhruz
kənarda oynayan uşaqları ayaqlarından tanıyır. İndi onların
əynində göy rəngdə bədənlərinə yekə olan köynəkləri var idi.
Aparıcı: Bu xeyirxahlığı görən Bəhruz sevinə-sevinə gedir.
Aparıcı: Bir gün yenə teatrdan yorğun çıxan Bəhruz ağaca
söykənmiş çalmalı bir qaçqın görür. O, durub qızdan soruşur:
Bəhruz: Hardan gəlmisən?
Qaçqın qız : Qız qorxub üzünü yana çevirir.
Bəhruz: Qorxma, mən rəssamam, şəklini şəkmək istiyirəm.
Qaçqın qız: Mənə yemək verərsən?
(Bəhruzun ona çox yazığı gəlir, imkanı olsa burda indi ona
yemək verərdi)
Bəhruz: Uzaqdan gəlmisən?
Qaçqın qız: Dağ kəndindən.
Bəhruz: Şəhərdə kimin var?
Qaçqın Qız: Heç kimim.
Bəhruz: Bəs nə edəcəksən?
Qaçqın qız: Bilmirəm.
Bəhruz: Gedək mənimlə bizə evə... Anam var, bacım,
qardaşım... Gedək yemək verərlər sənə...
(Gedirlər )
Aparıcı: 1921 - ci ildə Naxçıvanda İnqilab Komitəsinin
təşəbbüsü ilə B.Kəngərlinin 500 əsərdən ibarət böyük sərgisi
təşkil olunmuşdur. Daima ehtiyac içərisində yaşayan, heç bir
qayğı görməyən Bəhruz üçün həmin sərginin böyük əhəmiyyəti
var idi. Həmişə yoxsul və kimsəsizlərin halına acıyan rəssam
sərgidən toplanan pulun üçdə birini şəhər uşaq evinə
bağışlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918–1920)
Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika
əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti
sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi.
Aparıcı: Müstəqillik illərində də Bəhruz Kəngərli yaradıcılığına
maraq artmış, rəssamın yaradıcılığı ən yüksək səviyyədə
qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Naxçıvanda Bəhruz Kəngərlinin ev muzeyi
açılaraq, Azərbaycan Milli İncəsənət Muzeyindən rəssamın
əlliyə yaxın əsəri oraya təhvil verilmişdir.
Aparıcı: O, həmişə xalqına bağlı olub. Xalqın keçdiyi əzablı
yolları mənən əsərlərində yaradıb. Lakin ömür vəfa
etməyib.1922-ci ilin fevralın 7-də Naxçıvanda vəfat edib.
Ədəbiyyat siyahısı:
Azərbaycan incəsənəti-təsviri sənət, dekorativ-tətbiqi sənət,
memarlıq // II-III cild (X-Ö). - Bakı : Letterpress, 2011. - 200 s.
- (Uşaqlar üçün ensiklopedik məlumat kitabı)
Quliyev Ə. M. XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər.
- Bakı : Təhsil, 2012. - 168 s.
Bəhruz Kəngərli (1892-1922) : rəngkarlıq qrafika . - Bakı : Şərq-
Qərb, 2013. - 104 s.
Kərimov K. Bəhruz Kəngərli. - Bakı : Azərb. SSR EA
nəşriyyatı, 1962. - 58, [24] s. : şək. ; 20 sm. - kiril əlifbası ilə
Haqqında: (kitab)
Mahmud T. Uzaqda ucalan dağlar. - B:. -Yazıçı, 1991. - 312 s.
Mətbuatda:
1. Cəfərov F. Kəngərli nəslinin rəssam oğlu : Bəhruz Kəngərli
- 120 // Xalq qəzeti. - 2012. - 31 avqust. - № 193. - S. 7.
2. Cəfərov F. Sənədlərin dili ilə... : Bəhruz Kəngərli -120 //
Respublika. - 2012. - 5 fevral. - № 28. - S. 3.
3. Qasımov R. Rəssamlığın Bəhruz Kəngərli zirvəsi //
Azərbaycan. - 2012. - 2 iyun. - № 120. - S. 7.
Qasımov R. Rəssamlığın Bəhruz Kəngərli zirvəsi // Təhsil
problemləri. - 2012. - 08 - 15 avqust. - № 59/60. - S. 15.
Xəlilzadə F. Qəzəi fırçalı rəssam : Bəhruz Kəngərli - 120 //
Azərbaycan. - 2012. - 22 yanvar. - № 16. - S. 6.
Əhmədalılar T. 2500 gündə 2000 iş : Günlər Bəhruzu, Bəhuz
günləri qovurmuş... // Mədəniyyət. - 2012. - 25. 01. - № 5. - S.
9.
Miriyev A. Bəhruz Kəngərli Muzeyi yeni eksponatlarla
zənginləşib // Palitra. - 2014. - 29 yanvar. - № 15. - S. 11
Əliyeva G. (Kəngərli). Şəcərənin rəssam oglu : Bəhruz Kəngərli
haqqında çox deyilib-danışılıb. Yüz dəfə, lap min dəfə, Neynək,
mənim bu yzım da olsun min birinci... // Qobustan. - 2015. - №
2. - S. 45-47.
Əliyev Z. Bədii güzgünün sərtliyi: Bəhruz bəy Kəngərlinin
"Qaçqınlar" silsiləsi haqqında // Kaspi. - 2016. - 11 iyun. - №
102. - S. 24.
Əliyev Z. Bəhruz bəy Kəngərli fenomeni // Ədəbiyyat qəzeti. -
2016. - 6 fevral. - № 5. - S. 29.
Əliyev Z. Bəhruz bəy Kəngərli fenomeni // Ədəbiyyat qəzeti. -
2016. - 6 fevral. - № 5. - S. 29.
Otuz illik həyatın ömür tablosu.
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 14
Çapa imzalanmışdır:08.04.2017
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |