Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Humanitar fənlər” kafedrasının professoru Paşayeva M.T.
pashayeva.m@gmail.com
Fənn: “Azərbaycan tarixi”
Mövzu:
XIV ƏSRİN SONU-XV ƏSRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ.
PLAN
1.
XIV əsrin I yarısında Azərbaycanda ictimai-siyasi vəziyyət. Şirvanşahlar dövlətinin daxili
və xarici siyasəti.
2.
Qaraqoyunlu
dövləti
3.
Ağqoyunlu dövləti. Uzun Həsənin
daxili və xarici siyasəti
4.
XV əsrdə Azərbaycanın iqtisadi həyatı və mədəniyyəti
Mühazirə mətni mənimsənildikdən sonra tələbələr XIV-XV əsrlərdə Azərbaycanda
Azərbaycanda siyasi vəziyyət, xalqımızın təşəkkülündə iştirak etmiş Qaraqoyunlu və
agqoyunlu tayfa birlikləri,nin mənşəyi, tarixə xalqımızın müstəqil dövlətçilik ənənələrinin
bərpası dövrü kimi daxil olmuş, Azərbaycanda Teymuri ağalığına son qoyulması və yerli
dövlətcilik ənənəsinin bərpasında Qaraqoyunlu tayfalarının əvəzsiz xidməti, XV əsrdə
Azərbaycan tarixində mühüm dönüş dövrü olmuş qaraqoyunlu və ağqoyunlu tayfalarının
dövlət təsis etməsi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və fəaliyyəti
nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha fəal cəlb olunması,
onun Qərbi Avropa və Şərq ölkələrilə qarsılıqlı əlaqələri, həmçinin XIII-XV əsrdə
Azərbaycanın sosial-iqtisadi həyatı -kənd təsərrüfatı, ticarət, şəhərlər, torpaq mülkiyyət
formaları, vergilər və mükəlləfiyyətlər. Dövlət quruluşu, XIII – XV əsrlərdə Azərbaycanda elm
və mədəniyyət haqqında ətraflı məlimat əldə edəcəklər.
XIV-XV əsrlər Azərbaycanda qaraqoyunlu və ağqoyunlu tayfalarının dövlət təssi etmələri
ilə səciyyəvidir. Qaraqoyunlular xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən
biridir. Qaraqoyunlu tayfasının mənşəyi ilə baglı tarixi qaynaqlardan mə"lum olur ki, bu tayfa
birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi. Azərbaycan xalqının təşəkkülü prosesində
iştirak etmiş qədim tayfa birliklərindən biri də Ağqoyunlulardır. Ağqoyunlular da "türkman"
adlanan etnik qrupa daxil olmuşdur.
Xüsusilə XV əsr Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın
müstəqil dövlətçilik ənənələrinin bərpası kimi tarixə daxil olmuşdur. Azərbaycanda Teymuri
ağalığına son qoyulması və yerli dövlətcilik ənənəsinin bərpasında Qaraqoyunlu tayfalarının
əvəzsiz xidməti olmuşdu. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və
onların fəaliyyəti nəticəsində beynəlxalq münasibətlər sisteminə daha fəal cəlb olunmuş, onun
Qərbi Avropa və Şərq ölkələrilə qarsılıqlı əlaqələri daha da güclənmişdir.