394
general-mayor Savelyevin komandanlığı altında piyada batalyonu hərəkət etdi. Ağa
Məhəmməd xanın Azərbaycanı tərk etməsinin baĢlıca səbəblərindən biri də bu oldu.
Rus qoĢunları Cənuba doğru hərəkət etdikləri vaxt 11 Yekaterina general
Qudoviçə sərəncam göndərərək ondan bütün Cənubi Qafqazı, habelə Xəzər dənizi
sahillərini Ġran təcavüzündən qorumağı tələb etdi. Bu dövrdə II Yekaterina
hökumətin in məqsədi Qara dənizlə Xəzər dənizin i Rusiyanın rəqibləri üçün
mübarizə meydanına çevirməkdən ibarət idi.
Xəzər dənizi eyni zamanda Rusiyanın Orta Asiya ölkələrinə də nüfuz
etməsində böyük rol oynaya bilərdi. Odur ki, II Yekaterinanın əmrinə əsasən Ġran
qoĢunları silaha əl atdıq ları təqdirdə düĢmənə atəĢ açmaq və Ağa Məhəmməd xanın
qoĢunlarını ġama xı, Bakı və Xəzər dənizi sahillərinə buraxmamaq tapĢırılmıĢdı.
Sıro xnevin və Savelyevin qoĢunları Cənubi Qafqaza çatar-çatmaz Rusiyadan buraya
böyük bir hərbi qüvvə göndərilməsi qərarlaĢdırıldı. Rus qoĢunlarının Cənuba doğru
hərəkət etməsi xəbərini eĢidən Ağa Məhəmməd xan, yuxarıda qeyd edildiyi kimi,
Azərbaycanı tərk etməyə məcbur oldu.
1795-ci ildə Kartli-Ka xeti çarlığını, eləcə də Tiflis Ģəhərini darmadağın edən
Ġran qoĢunları ġuĢada qarabağlıların qəhrəmancasına müqavimətinə rast gəlib geri
çəkilməyə məcbur oldular.
1796-cı ildə Rusiya qoĢunlarının Azərbaycana yürüĢü ilə əlaqədar Ġran
tərəfındən təhlükə sovuĢdu. Lakin bunu Rusiya tərəfindən Ģimali Azərbaycanlılara
"kömək" adlandırmaq olmazdı. Çar hökuməti hələ I Pyotrun vaxtından Rusiyanın
müstəmləkəçilik siyasətini həyata keçirməyə ean atırdı. Rusiya strateji məqsədlərdən
baĢqa, Xəzər dənizində əlveriĢli liman olan Bakıda və Azərbaycan ərazisində, digər
dayaq məntəqələrində möhkəmlənməyi nəzərdə tuturdu ki, bu da Yaxın və Orta ġərq
ölkələrinin hamısı ilə ticarət üçün əlveriĢli zəmin yaratmalı idi. Bu barodə II Yekaterina
xüsusi "Manifest" də vermiĢdi. Nəzərdə tutulmuĢ bütün bu tədbirlər 1797-ci ildə
həyata keçirilməli idi.
Cənubi Qafqaza hazırlanan yürüĢə rəhbərliyi II Yekaterina özünün
sevimlilərindən biri olan V.Zubova həvalə etdi. Rus ordusu Cənubi Qafqaza, daha
doğrusu Azərbaycana iki istiqamətdə irəliləməli idi: karvan yolu ilə gedərək, ilk
növbədə böyük strateji əhəmiyyətə malik Dərbənd qalasını ələ keçirməli, sonra isə
dəniz yolu ilə Dərbəndə doğru bir neçə hərbi gəmi hərəkət etməli idi. V.Zubov
Dərbənd və Bakını almalı, burada piyadalarla gəmiləri birləĢdirib vahid ordu ilə
qarĢıda duran tədbirləri həyata keçirməli idi. Bakı Ģəhərində V.Zubova rus qoĢunları
üçün hərbi ləvazimat və ərzaq anbarı yaratmaq da tapĢırılmıĢdı.
395
1796-cı il aprelin 18-də V.Zubovun baĢçılığı ilə rus qoĢunlarının
Azərbaycana yürüĢü baĢlandı. Rus qoĢunları Savelyevin mühasirəyə aldığı Dərbənd
qalasına yaxınlaĢdı.
Ağa Məhəmnıəd xan Azərbaycanı tərk edəndən sonra meydanda tək qalmıĢ
qubalı ġeyxəli xan Rusiya tərəfindən yaxınlaĢan təhlükənin qarĢısını almaq üçün digər
Azərbaycan xanlıqlarından kömək istədi. Lakin ġey xəli xanın çağırıĢına cavab olaraq
yalnız bakılı Hüseynqulu xan Dərbəndə iki ədəd top göndərməklə kifayətləndi.
Rus qoĢunlarının yaxınlaĢması ilə əlaqədar olaraq Dərbənddə böyük iğtiĢaĢ
baĢ verdi. ġəhərdə bir-b irinin əksinə iki cəbhə yarandı: rus qoĢunlarının gəlməsini
alqıĢlayanlar və bunu istəməyənlər. Məsələdən xəbər tutan V.Zubov Dərbənd
istiqamətindəki yürüĢünü sürətləndirdi. Həmin il mayın 2-də rus qoĢunu Ģəhərin lap
yaxınlığında düĢərgə saldı. Dərbənd qala divarlarına böyük ümid bəsləyən ġeyxəli
xan müqavimət göstərməyi qərara aldı. Lakin rus ordusunun toplarından atılan atəĢlə
qala divarlarının zədələnməsi ġeyxəli xanı təslim olmağa vadar etdi. Tarixi mənbələrə
görə Ģəhərdəki ermənilərin satqınlığı da bu iĢdə az rol oynamamıĢdı. Dərbənd
qalasında iki həftə qaldıqdan sonra V.Zubov Dərbənd xanlığının idarəsini ġeyxəli xanın
Rusiyaya meyil edən bacısı Pəricə xanıma tapĢıraraq, Bakı istiqamətində hərəkət etdi.
Bakılı Hüseynqulu xanın rus qoĢunlarının AbĢeron yarımadasına
yaxın laĢmasına mənfi münasibət bəslədiyindən xəbər tutan V.Zubov təcili olaraq ona
məktub göndərdi və yürüĢün əsl mahiyyətini ört-basdır edərək xoĢ niyyətlə gəldiyini
bildirdi. Hüseynqulu xan V.Zubovun səmimiyyətinə inanmasa da, Rusiyanın hərbi
texnikasından ehtiyat edərək onu xoĢ məramla qarĢılamağı daha üstün tutdu. 1796-cı
il iyun ayının 13-də Hüseynqulu xan V.Zubovun düĢərgəsinə yollandı.
Ġki gündən sonra rus qoĢunları general-mayor Raxmanovun baĢçılığı və
ġeyxəli xanın müĢayiəti ilə Bakı qalasına, təqribən eyni vaxtda Qubaya daxil oldular.
V.Zubovun əmrinə əsasən Qubada Dərbənd xanlığından asılı olmayan müstəqil xanlıq
yarandı. Bakıda və Qubada müəyyən miqdarda rus qoĢunları saxlayan V.Zubov
ġamaxıya doğru irəlilədi. Diplomatiya yolu ilə hərəkət edən Zubov çapar vasitəsilə
Ģamaxılı Mustafa xana hədiyyələr və məktub yolladı. Hədiyyələri və məktubu alan
Mustafa xan Zubova xəbər göndərdi ki, onun piĢvazına özü çıxacaq. Rus qoĢunları
ġamaxıya tərəf hərəkət etdikdə ġəki xan lığ ının hakimi Səlim xan Zubovun
düĢərgəsinə gəldi. Həm Ģamaxılı Mustafa xan, həm də Ģəkili Səlim xan Zubovla yaxĢı
münasibətdə olmaqla, hər Ģeydən əvvəl, Rusiyadan Ağa Məhəmməd xanın əleyhinə
hərbi kö mək almaq məqsədini güdürdülər.
Rus qoĢunlarının Azərbaycanda, Dərbənd istisna olmaqla, heç bir
müqavimət görülmədən hərəkət etməsinə Ağa Məhəmməd xan biganə qala bilməzdi.
Odur ki, Ġran hökmdan öz adamlarını, o cümlədən qardaĢı oğlu Əsgər xanı Azərbaycana