396
- ġəki, ġa ma xı və Gəncə xanlıqlarına göndərərək onların ruslar əleyhinə çıxmasını tələb
etdi.
Ağa Məhəmməd xanın sərbazlarının Azərbaycanda törətdikləri vəhĢiliklərin
Ģahidi olan xanlar Ġran hökmdarının təbliğatına uymadılar. Gəncəli Cavad xan da Ağa
Məhəmməd xanın müraciətini cavabsız qoydu.
Cənubi Qafqazda mövqeyini möhkəmlədən Zubov II Yekaterinanın
"Manifest‖ inə əsasən Azərbaycanda yuxarıda qeyd edilən tədbirləri həyata
keçirməli id i. Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın gözlənilməz ölü mü
Rusiya dövlətinin nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsini bir müddət təxirə
saldı. Sankt-Peterburqda taxta çıxan I Pavel Rusiya qoĢunlarının tezliklə Cənubi
Qafqazdan geri dönməsi barədə əmr verdi. Rus qoĢunları Azərbaycandan çıxıb
getdikdən sonra Ağa Məhəmməd Ģah 1797-ci ildə ona müqavimət göstərənlərə divan
tutmaq məqsədilə Qafqaza, xüsusilə Azərbaycana ikinci yürüĢə baĢlamağı qərara
aldı.
Azərbaycanlıların itaətsizliy indən hiddətlənən Ağa Məhəmməd Ģah bu dəfə
onlar üçün daha ağır aqibət hazırlayırdı. Yerli əhalinin mübarizliy inə əmin olan Ģah öz
sələflərin in təcrübəsindən istifadə edərək, Azərbaycanda I ġah Abbasın əhalini
doğma torpaqlarından zorla qürbət yerlərə köçürülməsi siyasətini tətbiq etməyi və
beləliklə, xalqın müqavimətin i qırmağı qərara ald ı. Bu barədə dövrün müasirlərindən
P.Q.Butkov yazırdı: "Onun məqsədi ĢuĢah Ġbrahim xan ı əzdikdən sonra əsas qüvvəsi
ilə Gü rcüstana tərəf hərəkət etmək, sonra isə vaxtilə böyük ġah Abbasın etdiyi kimi,
Ģamaxılıları, talıĢları, gürcüləri və baĢqalarını öz vilayətlərinə -Mazandaran və
Astrabada köçürmək idi".
Lakin Ağa Məhəmməd Ģah Cənubi Azərbaycan xanlıqlarını tamamilə özünə
tabe etməmiĢ Ģimala doğru hücumdan çəkindi. Bu məqsədlə o, ilk növbədə qardaĢı
Əliqulu xan baĢda olmaqla böyük bir sərbaz dəstəsini Təbriz xanlığına göndərdi.
Tezliklə Ağa Məhəmməd Ģahın özü də Ərdəbilə gəldi. O, burada birin ci yürüĢü
ərəfəsində olduğu kimi, Azərbaycanın bütün xanlıqlarına və Kartli-Kaxeti çarlığına
fərmanlar göndərib onlardan tabe olmağı tələb etdi. Əks təqdirdə, yurdlarını darmadağın
edəcəyi ilə hədələdi. ġah cavab gözləmədən yerli əhali arasında çaxnaĢma salmaq
məqsədilə öz dəstələrini yaxın xanlıq lara yola sald ı.
Naxçıvana göndərdiyi süvari dəstəsinə Ģah konkret əmr vermiĢdi: xanlığı
darmadağın edib, əhalisini Ġranın ucqarlarına köçürsün. Bu dəfə Ağa Məhəmməd Ģahın
daha hazırlıqlı qoĢunlarına müqavimət göstərə bilməyəcəyinə əmin olan Naxçıvan
xanlığının hakimi Kəlbəli xan yurdunu, özünü və əhalisini gözlənilən cəzadan
qurtarmaq üçün qiymətli hədiyyələrlə Ərdəbilə gəlib Ģahdan imdad dilədi. Ağa
Məhəmməd Ģah hədiyyələri alandan sonra 1796-cı ildə rus qoĢunları Azərbaycanda
397
olarkən onlarla əlaqə saxladığına görə xanın gözlərini çıxartdırıb həbs etdi və Tehrana
göndərdi.
Ağa Məhəmməd Ģah Xoy xanlığının hakimi Hüseyn xanla da belə
xa incəsinə rəftar etdi. Xanı danıĢıqlar aparmaq üçün öz düĢərgəsinə dəvət etdi və
oradaca həbsə alıb Tehrana yolladı.
ġah hələ də 4000 sərbazla Ġrəvanda qalmaqda olan Təvəkkül xana kö mək
məqsədilə Zəfər xanı oraya göndərdi. Ġrəvanlı Məhəmməd xan da rus qoĢunlarının
komandanı V.Zubovla məktublaĢmıĢdı. Məhəmməd xan "günahını" yumaq
məqsədilə, habelə Qacar nəslindən olduğuna görə qiymətli hədiyyələrlə Ģahın
düĢərgəsinə gəldi. Hədiyyələrdən imtina etməyən Ağa Məhəmməd Ģah ondan 500000
tümən dəxi tələb etdi. Əks təqdirdə, xanı dar ağacı ilə hədələdi. Məhəmməd xan
200000 tümən nağd pul verdikdən sonra əmlakını satıb daha 300000 tümən verəeəyinə
and içdi. Bütün bunlara baxmayaraq, Məhəmməd xan, arvadı və uĢaqları həbs edilib
Qəzvinə göndərildi.
Ağa Məhəmməd Ģah TalıĢ xanlığını zəbt etməyi Süleyman xana tapĢırdı.
DüĢmənin yaxınlaĢdığını eĢidən Mir Mustafa xan 200 ailə ilə Sarı adasına köçdü.
Lənkəranın yerdə qalan əhalisi əlçatmaz dağlara çəkild i.
Ġran Ģahının yürüĢünün əsas istiqaməti yenə də Qarabağ idi. Buna görə də
Süleyman xan Lənkərandan qayıdan kimi Ģah onu Sadıq xan ġəqaqi və 10 min
sərbazla kəĢfiyyat məqsədilə Ģahm qoĢunlarının keçəeəyi yolların əmin-amanlığını
təmin etməyə göndərdi.
Ġran ordusunun ön dəstəsi Qarabağa hərəkət edən kimi Ağa Məhəmməd Ģah
Sadıq xan ġəqqaqinin vətəni Sərab xanlığ mı zəbt etdi. Bu hadisədən sonra Ağa
Məhəmməd Ģah Qarabağa doğru hərəkət edib, Araz çaymın kənarında öz
sərkərdələrinə çatdı. Sərab xanlığının Ağa Məhəmməd Ģah tərəfindən zəbt olunması
xəbərini eĢidən Sadıq xan bundan qeyzlənsə də, Ģaha hiss etdirmədi.
Qarabağlı Ġbrahimxəlil xanın əmri ilə Araz üzərindəki Xudafərin körpüsü
uçurulduğuna görə Ġran qoĢunları Araz çayını çox çətinliklə keçə bildilər. Qayıqlardan
bəzisi sürətlə axan çay sularına tab gətirməyib çevrild i. Nəticədə b ir ço x sərbaz həlak
oldu.
DüĢmənin çayı keçdiyin i görən qarabağlı Ġbrah imxəlil xan ın əmri ilə onun
döyüĢçüləri külli miqdarda qayığı arabalarla çayın yuxarı baĢına daĢıyıb düĢmən
düĢərgəsindən bir qədər aralıda boĢaltdılar. Qarabağlılar qayıqları ağır daĢlarla
doldurub qaranlıq düĢən kimi çaya buraxdılar. Ağır yüklü qayıqlar suda çox üzə
bilməy ib bir-birinin ard mea sahildən uzaqlaĢ madan batdı. Beləliklə, daĢla dolu
qayıqlar Arazm məerasını dəyiĢdi. Çay sahildən çıxıb düĢmən düĢərgəsinə tərəf güclü
sel kimi axd ı. Gecə axan bu sel sərbazları o qədər çaĢdırdı ki, təlaĢ içərisində hərə bir