İnfeksion x əstəlik lərin üm um i profilaktikası
Ümumi profılaktik-baytarlıq-sanitariya və təşkilat təsərrüfat
xarakterli tədbirlərdən ibarətdir. Burada aşağıdakı m əsələlər ye
rinə yetirilir:
1.
Quş və quş məhsullarının daşınmasında qoruyucu-məh-
dudlaşdırıcı tədbirlərin həyatı keçirilməsi və quşların təsərrüfat
daxilində qruplaşdırılması və yerinin dəyişdirilməsinə nəzarət.
2.
Respublika və təsərüfata gətirilmiş quş və qun məhsullarının
profilaktik karantinində saxlanılması və müayinəsinin aparılması.
3.
Quşların infeksion xəstəliklərə qarşı davamlılığının təmin
edilməsi üçün irsi davamlı quş cinslərinin seleksiya yolu ilə ə l
də edilməsi.
4.
Quşların tam keyfiyyətlə və rasional yemlənməsini və
uyğun zoogigiyenik şəraitdə saxlanmasını təşkil etmək.
5.
İnfeksiyalar zamanı xəstə quşların vaxtında ayrılması, izo-
lə edilməsi və müalicəsini təşkil etmək.
6.
Quş binaları, onun ətraf sahələrinin və qulluq əşyalarının
sistematik şəkildə dizenfeksiyanın aparılması.
7.
Peyin, yem qalıqları, quş cəsədləri, istehsalat və bioloji
müəsisələrinin tullantılarının toplanıb zərərsiləşdirilməsi.
8.Sistem şəklində quşçuluq təsərüfatiarında dezinfeksiya,
dezinseksiya və deratizasiyanın aparılması.
9.
Quşçuluq fabrikləri və təsərrüfatlarında çalışan işçilərin şəx
si gigiyenasının qorunması üçün xüsusi geyimlə təmin olunması.
10.
Quşçular obyektlərinin tikintisində texnoloji-layihə nor
malarına və baytarlıq- sanitariya təlabatlarına riayət edilməsi.
Respublikamızın sərhədlərinin infeksion xəstəliklərdən qo
runmasının çox böyük əhəmiyyəti vardır. Bu vəzifəni yerinə ye
tirmək üçün sərhəd boyunca sərhəd nəzarət baytarlıq m əntəqə
ləri yaradılmışdır. Xaricdən ölkəmizə daxil olmuş quşlar
I
ay profilaktiki karantində saxlanılmalı, şübhə doğüran hallarda
50
müvafiq müayinə üsulları ilə yoxlanılmalıdır. Sərhəd zonaların-
dakı təssərüfatlarda və yaşayış məntəqələrində quşlar ciddi bay
tarlıq nəzarətində olmalıdır.
Quş və quş məhsullarının ölkə daxilində daşınması zamanı
onların sağlamlığını baytarlıq şəhadətnaməsi təsdiq etməlidir.
Yalnız sağlam quşşların və onların yüksək keyfiyyətini və eko
loji cəhətdən təm iz məhsullarının daşınmasına icazə verilir.
Quş və quş məhsullarının daşınmasında istifadə olunan müx
təlif nəqliyyat vasitələri əvvəlcədən yuyulduqdan sonra dizen-
feksiya edilməlidir. Hava, su, dəmir və avtomobil yolları ilə quş
və quş məhsullarının daşınması zamanı ciddi baytarlıq nəzarəti
olmalı, yüklənən və boşaldılan məhsullar baytarlıq-sanitariya
müayinələrindən keçirilməlidir, müyəyyən infeksion xəstəlik
lərə şübhə yarandıqda xəstəliyin xarakterindən asıla olaraq, on
ların yaranması üçün müvafiq tədbirlər görülməli, hətta lazım
gəlsə, quşların hamısı kəsilməlidir.
Yüksək məhsuldar cinslərin və yumurtaların xarici ölkələr
dən gətirilməsi zamanı həmin ölkənin epizootoloji vəziyyəti bi
linməlidir. Xaricdən gətirilən hər partiya quş və yumurtalar eks
pert edən ölkənin dövlət baytarlıq xidməti quşların sağlamlığı
haqqında baytarlıq şəhadətnaməsi verilməlidir. Şəhadətnamə
də quş və yumurta götürülən təsərüffatda aşağıda göstərilən xəs
təliklərin olmaması haqqında qed olunmalıdır.
Respirator mikroplazmoz-18 ay ərzində 10 km radiusda:
Marek xəstəliyi - 18 ay ərzində 20 km radiusda:
İnfeksion ensefalomielit - 18 ay ərzində 10 km; leykoz - 1 ay,
vərəm - 12 ay, pulloroz - 12 ay, omitoz, infeksion larinqotraxeit,
infeksion bronxit, infeksion bursal xəstəliyi, viruslu hepatit - 6 ay
və 10 km: aspergillyoz - 3 ay, 10 km; çiçək - 1 ay 10 km radiusda.
Xaricdən alınmış quşlar karantində saxlanır, yumurtalar isə
ayrıca inkubatorda inkubasiya etdikdən sonra alınmış cücələr
yenə karantində saxlanır. Karantin şöbəsi quş yerləşdirilməzdən
51
3 ay qabaq boş saxlanmalı və bu dövrdə dəfələrlə dezinfeksiya
edilməlidir.
Karantin dövründə quşlar mütləq pulloroz, vərəm, respirator
mikoplazmoz, infeksion bronxit və digər infeksion xəstəliklərə
görə müayinə edilməlidir.
Quşçuluq təsərrüfatlarında epizootiyalar baş verdikdə mik-
rob əleyhinə rejim yaradılmalıdır. Bu məqsədlə binalarda quşlar
qapalı sistemdə yaş qrupları üzrə saxlanmalı, xəstə quşlar təcili
olaraq əsas qrupdan ayırmalı, cari dezinfeksiyadan vaxtaşırı isti
fadə edilməli, gəmirici və həşaratlarla mübarizə aparılmalı,
vəhşi quşların təsərrüfat ərazisində toplanmasına qarşı müvafiq
tədbirlər görülməli, baytarlıq qanunu əsasında müalicəsinə ica
zə verilən xəstəliklər və xəstələnmiş quşlarda müalicə aparıl
malı, immunoprofilaktika tədbirləri aparılmalı, müxtəlif stres
slər ləğv edilməli, mikroiqlim yaxşılaşdırılmalı, yüksək səviy
yədə zoogigiyenik şərait və optimal yemləmə təşkil edilməlidir.
İnfeksion xəstəliklərə görə quşçuluq təsərrüfatlarının sağ
lamlığının təmin edilməsi üçün kompleks təsərrüfat-təşkilat, zoogi
giyenik və baytarlıq-sanitariya tədbirləri yerinə yetirilməlidir.
Xaricdən xəstəlik törədicilərinin daxil olmasının qarşısını al
maq üçün quşçuluq təsərrüfatı hər hansı bir vasitə ilə hasara
alınmalı və perimetri boyunca yaşıl zolaq yaradılmalıdır. Bun
dan əlavə ana qrupu ilə cavanlar bir-birindən xüsusi arakəsmə
ilə ayrılmalıdır. Xidmət işçiləri fermaya baytar həkiminin nəza
rəti altında daxil olmalı və xüsusi geyimlə təmin edilməlidir.
Quşçuluq fabriki və fermaları qapalı tip təsərrüfat olduğu
üçün kənar şəxslərin bura daxil edilməsinə icazə verilmir.
Təsərrüfat daxilindəki quş binaları, inkibator şöbəsi, kəsim
və yem sexi və digər binaların giriş yolunda 1,5 m uzunu, 15 sm
dəriliyi olan dezbaryerlərə təmin edilməli və müntəzəm şəkil
də dezinfeksiya məhlulları ilə nəmləndirilməlidir. Nəqliyyat vasi
tələrinin təkərlərini dezinfeksiya etmək üçün yenə dezbaryerlər
52
təşkil edilməli və bura 3%-li formaldehid məhlulu və ya tərki
bində 1% fəal xlor olan xlorlu əhəng məhlulu, 5%-li kreolin və
ya ksilonaft məhlulu əlavə edilməlidir.
Sexlərdən gündəlik yığılmış quş cəsədləri xüsusi sobalarda
yandırılmalıdır. Sobaların stasionar və mobil növləri mövcud
dur. Xəstəlik törədicilərinin yayılmasında peyin böyük rol oyna
dığına görə onun yığılıb zərərsizləşdirilməsi çox vacibdir. Bu
məqsədlə daha çox biotermiki üsulla zərərsizləşmədən istifadə
edilir.
Quşçuluq təsərrüfatlarında istifadə olunan suyun və yemin
keyfiyyətinə nəzarət edilməsi böyük əhəmiyyətə malikdir.
Suyun keyfiyyəti quşların inkişafı zamanı onun zootexniki
göstəricilərinə təsir etməklə yanaşı, həırı də bəzən patogen mikro-
orqanizmlərin daşıyıcısına çevrilərək xəstəlik törədicisinin yayıl
masında böyük rol oynayır. Suların üzvi maddələrlə çirklənmə
si də təhlükəli nəticələrə səbəb olur. Pis keyfiyyətli su quşçu-
luqda bəzi vasitələrin korroziysına, aşılanmasına, kiflənməsinə
də səbəb olur. Suyun codluğu onda olan kalsimun miqdarı ilə
əlaqədardır. 1 litr suda 4 mq-dan çox kalsimun olması onun cod
olmasını göstərir.
Quşları yaxşı keyfiyyətli su ilə təmin etmək üçün bunun tər
kibinə quşlara ziyan verməyən oksidləşdirici vasitələr daxil
edilməlidir. Bu məqsədlə daha çox limon turşusu, ammonyak və
xlordan istifadə edilir. Belə halda suda mikroorqanizmlərin
ümumi miqdarı azalır, üzvi maddələrlə çirklənmə aşağı düşür,
bəzi metalların yığımı azalır.
Quşçuluqda istifadə edilən yemlər keyfiyyətsiz olduqda bir
çox xəstəlik törədicilərinin, o cümlədən salmonellyozun, miko-
toksikozların, kolibakteriozun və s. xəstəlik törədicilərinin yayıl
masına səbə olur. Heyvan mənşəli yemlər bu cəhətdən daha
təhlükəlidir.yem salmonelların, anaerob infeksiya törədiciləri
nin və bəzi vaısların ehtiyat mənbəyi kimi özünü göstərir. Bun
53
Dostları ilə paylaş: |