Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
Məqaləni toplantıda səslənən bir fikirlə yekunlaşdırmaq is‐
təyirik: “Bizlər ehtiyatlar baxımından yoxsul deyilik. Bizlər
birlikdəlik, aksiya, fikri müxtəliflik və doğru istiqamət baxı‐
mından yoxsuluq”.
‐ 55 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
‐ 56 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
Asiya Böhranı və BVF
*
Vüqar Səlimov
Bu məqalə, Bəhruz Məmmədlinin 21 Sentyabr 2004 tarixli
məqaləsindən sonra “IqtisadNet” oxuyucularının arzusu üzə‐
rinə mövzuya bir az aydınlıq gətirmək məqsədilə yazılıb. Mə‐
qalədə xüsusilə Malayziyanın iqtisadi böhrandan necə çıxdığı
mövzusu ələ alınacaqdır.
Bildiyimiz kimi, Uzaq‐Şərqdəki Asiya ölkələri 1997‐ci ilin
ortalarında böyük bir maliyyə böhranı ilə qarşı‐qarşıya qaldı‐
lar. Bu böhranın təfərrüatına girmədən, bəzi önəmli xüsusiy‐
yətlərini vurğulamaq istəyirəm:
i) böhranı demək olar ki, heç kim qabaqcadan təxmin etmə‐
mişdi;
ii) böhran iqtisad elmində bir “sıçramaya” səbəb oldu. Belə
ki, Asiya böhranından sonra iqtisadçılar yeni iqtisadi böhran
modelləri (üçüncü nəsil modellər) qurmağa başladılar;
iii) böhran Beynəlxalq Valyuta Fondunun (BVF) tarixində
önəmli yerə sahibdir, çünki bu böhran BVF ilə əlaqədar fikir‐
lərdə böyük dəyişmələrə yol açdı. Bundan başqa, böhrandan
sonrakı illərdə BVF demək olar ki, quruluşundan bəri tətbiq
etdiyi siyasət modelini təshih etməyə məcbur oldu.
Böhrandan sonra üç ölkə, Tailand, İndoneziya və Koreya,
BVF ilə müqavilə (stand‐by proqramları) bağlamağa qərar ver‐
di. Ancaq aradan bir neçə ay keçmədən müqavilələr islah edi‐
lərək yenidən imzalandı. BVF‐nin bu müqavilələrdəki məq‐
sədlərini aşağıdakı kimi cəmləyə bilərik:
‐ xarici öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
‐ milli valyutaların qiymətdən düşməsini məhdudlaşdır‐
maq;
*
12 fevral 2005.
‐ 57 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
‐ maliyyə balansını bərpa etmək;
‐ inflyasiyanın yüksəlməsinə hədd qoymaq;
‐ xarici valyuta ehtiyatlarını bərpa etmək;
‐ bank sektorunda islahat aparmaq;
‐ real sektorda islahat aparmaq;
‐ marketlərdə hökumətlərə olan etibarı bərpa etmək;
‐ istehsalatdakı azalmanı məhdudlaşdırmaq.
Bu məqsədlərə çatmaq üçün dörd‐bəndli bir plan nəzərdə
tutulmuşdu:
1) BVF‐dən və digər beynəlxalq quruluşlardan alınan fond‐
larla xarici öhdəlikləri ödəmək. Məqsəd, cari əməliyyatlar ba‐
lansının qaydaya salınması prosesini yüngülləşdirmək və
marketlərdə etibarı təmin eləyərək kapital çıxışını azaltmaqdı.
2) Faiz səviyyələrini yüksəldərək pul siyasətini məhdudlaş‐
dırmaq. Məqsəd, milli valyutanın qiymətdən düşməyini da‐
yandırmaqdı.
3) Eyni məqsədlə maliyyə siyasəti sahəsində də məhdud‐
laşdırmanı təmin eləmək.
4) Maliyyə və real sektorlarda struktur islahatları (məsələn,
müflis bankların fəaliyyətlərini dayandırmaq, maliyyə siste‐
mində kapital kafilik nisbətlərini tətbiq eləməyə başlamaq,
sektorları xarici investisiyalara açmaq və monopolist gücləri
zəiflətmək) aparmaq.
Proqramlar həyata keçirilərkən ilk əvvəl müvəffəqiyyət əl‐
də etmək mümkün olmadı. Xüsusilə də marketlərdə etibar tə‐
min edilə bilmədi. Kapital çıxışları və milli valyutaların qiy‐
mətdən düşməsi davam etdi. Ölkələr dərin bir istehsal azal‐
masına məhkum oldular. Ona görə də, proqramlarda islahat‐
lar aparıldı. Mütəxəssislərə görə bunun əsas səbəbi, xüsusilə
kapital çıxışlarının həcminin səhv təxmin edilmiş olması idi.
BVF‐yə görə isə səbəb, hökumətlərin proqramları vaxtında və
lazımi səviyyədə tətbiq etməməsi idi.
‐ 58 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
Ən başından bəri BVF‐nin proqramları ilə əlaqədar müxtə‐
lif tənqidlər dilə gətirildi. BVF bunların bəzilərini qəbul edib,
digər bəzilərinə qarşı isə özünü müdafiə etməkdədir. Tənqid‐
ləri aşağıdakı kimi cəmləyə bilərik:
i) Pul siyasəti ilə əlaqədar olanlar:
‐ Milli Bankların “borc verən son qurum” (lender of last re‐
sort) olma xüsusiyyətinin ləğv edilməsi ajiotajı artırdı.
‐ Faizlərin artırılması iqtisadiyyatın lazımsız yerə kiçilməsi‐
nə səbəb oldu.
ii) Maliyyə siyasəti ilə əlaqədar olanlar:
‐ Onsuz da böyük bir daralmanın yaşandığı bir vaxtda,
büdcə balansının müsbət saldosunu artıraraq bu daralmaya
dəstək vermək məntiqsiz idi.
iii) Struktur islahatları ilə əlaqədar olanlar:
‐ Böhran vaxtı bankları kapitallarını sürətlə bərpa etməyə
məcbur eləmək səhv idi.
‐ Yenə böhran vaxtı bəzi bankların ləğv edilməsi ajiotajı ar‐
tırdı.
‐ Struktur islahatları kimi qeyri‐ənənəvi metodları tətbiq
eləmək, vəziyyətin çox ağır olduğu təəssüratını yaradaraq
böhranı dərinləşdirdi.
iv) Əxlaqi xətər (moral hazard) ilə əlaqədar olanlar:
BVF böhran yaşayan ölkələrə kömək etdiyi üçün, bu ölkə‐
lərdəki hökumətlər, banklar və bu ölkələrə borc verən kre‐
ditorlar diqqətsiz davranmağa davam edəcəklər.
Qeyd edək ki, BVF‐nin təmsilçiləri yuxarıdakı tənqidlərin
çoxuna məntiqli cavablar verib. Ancaq kimin haqlı olduğunu
söyləmək asan deyil. Lazım olsa bu mövzuya başqa bir məqa‐
lədə yer verilə bilər.
Yuxarıdakı tənqidləri irəli sürənlərin çoxu Malayziyanı nü‐
munə göstərməkdədirlər. Bu mövzunu anlamaq üçün Malay‐
ziyanın böhrandan əvvəlki və sonrakı vəziyyətinə baxmaq
faydalı olar.
‐ 59 ‐
Dostları ilə paylaş: |