______________Milli Kitabxana_______________
Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o
sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola
bilərdi. Əmma... Əmma... Bu nə idi belə - Sultan əmi yoxa çıxdı! Sultan əmi
əvəzində tamam başqa bir adamın yad-yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin
dediyi sözlər də yad idi:
- Meyidin üzünü açma... Xahişimiz bircə budu səndən, açma meyidin
üzünü... qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik.
Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən...
Nəyi? Həmin "sağ gicgahda" dərin yaranı?..
Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə
cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın "NKVD
Gülənov" dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında,
nəhəng qarnını irəli verib, qıp-qırmızı damarları görünən alma gözləri və
dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət
yalnız görkəmə görə deyildi, "NKVD Gülənov" açıq-açığına "Əmirlilərə
düşmənəm" - deyən adamın - lopa qara bığlı ikən "ağsaqqal sayılan Qudalı
Rəhimin ən yaxın dostu, deyilənə görə hətta qohumu idi və üstəlik, Əmirliləri
"daprosa" -istintaqa çəkənlərdən sayılırdı; atasının danışdığı "dapros" əhvalatı
əvvəllər də ordan-burdan qulağına dəysə də, "ərköyün sədr oğlu" buna, demək
olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü
döndərib getdi.
Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu
da endirirdi, sağa qaçıb onu sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür
gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir
mismar işıltısı gördü.
Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə
çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə "açma" deyildi:
- Açma, bircə bala, açma...
Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi
də Gülənovun sözlərini təkrar etdi:
- Qəsd işi yoxdu, - dedi. Xeyli susub bir də:
- Qəsd işi yoxdu, - dedi.
Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi - Lüt
Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il
həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.
______________Milli Kitabxana_______________
O tapıntı ata həniri idi.
Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda
yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. "Yetdiyinə yetib, yetmədiyinə
bir daş atmağının", "hoppanmağının", "qaynamağının" da elə o hənirdən
olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra
başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı.
Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox,
Qonaqlıda buna "oxranma" deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb,
axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar.
Bütün günü "yasli"də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən
qoşa əllə yapışıb titrəyən "yasli" uşaqları belə oxranırdılar. Dərd içində tapdığı
xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimicə oxrandırdı.
Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə
qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı,
şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.
Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə,
gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə
başladı.
Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.
Sonra birdən hərəkətə gəldilər.
Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın
sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə
belində, Sura Əmirlinin baş daşı aylı-ulduzlu
1
qəbri ilə yanaşı qazılmış qəbirin
yanında yerə endirdilər.
Qəlyanlı qocalardan biri - Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş
tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar - Çürük Aşıq, Təftiş Abbas,
Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə "Erməni
mollası" ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini
qaldırıb, orda - gizlində nə isə vacib iş başladılar.
Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək
olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç
kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx
Baş daşlarında Türk "ay-ulduzu" qadağan edilsə də, Sovet Azərbaycanının hər yerində bu qadağaya
riayət edilmirdi.
______________Milli Kitabxana_______________
əmilərinin oğul-uşaqları da, "vaxtı çatanda partbiletin arasında gəzdirmək" üçün
pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də - hamı və hər şey ancaq Sultan
əmidən ibarət idi.
Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan
əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.
Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. "Ağla bircə bala,
ağla", - demişdi. "Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb,
ağlıyammıram, mənim əvəzimdə də ağla", - demişdi. Qəlyanlı qocalar cərgələnib
bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-
birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində "pravitelstvennaya
teleqramma"nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında
cəmi üç kəlmə qaldı: "Prekratite bezobraziye. Stalin".
1
Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o "Mirqəzəb'in özünün, yoxsa,
"o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist
Mədəd Əmirlinin cək-çevirə salan"ların üstünə? Bu sual Səmədin beyninə tük
kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün
varlığına o üç kəlmədən bircəsi hakim oldu - "Stalin".
Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban,
qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında
nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. "Pers adında bədxah"ın,
"Xudiyev dəstəsinin", "doğrudan da bezobraziye"nin barəsində söz deməyən
bircə adam qaldı ki, o da "bezobraziye qurbanı olan" sədrin oğlu idi.
Qəbristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş
addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə
söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan
yerdə "Mirqəzəb" kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, "bezobraziye"
nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura
Əmirlinin qəbrinin böyründə qazılmış qəbr də taxtın üstündə yuxuya gedib qalan
Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə
şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb
yenə "qonaq yeri"ndə - kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan
motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan,
kişmişi dağıdan maşını görəcək.
"Əcaibliyə (biabırçılığa) son qoyun".
Dostları ilə paylaş: |