______________Milli Kitabxana_______________
Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!
Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi.
Çünki Səmədə görə Çax-Çux Xalıq daha böyük günah sahibi idi: cinayət
işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün
qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini
dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün
təfərrüatına qədər görürdü.
O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut,
şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi
qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq,
cinayətkarla - qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək;
çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib,
nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də
kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb,
lazımi yerə təhvil versin, cəzasına çatdırsın.
Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də, əvvəlki Səməd
deyildi. Vaxtilə Qudalılara qan udduran "Dəli Səməd" üzünü şeyx əmilərinin
qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində
"cəhənnəm kürəsi" gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu
Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu
qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o
sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib "bəlkə qəsb işidi" dediyi
halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər
əmi - Lüt Cəfərlə birgə o da təkrar edib "qəsd işi yoxdu" demişdi? Sultan əminin
də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!
Cavabsız suallar da bir cür "cəhənnəm kürəsi" idi, bu kürəyə düşəndə Səməd
qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.
Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-
çux Xalıq da elə o cür - gözdən yayına-yayına, "çax-çux eləyə-eləyə" qocalıb
ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı
aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.
Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də
hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada
______________Milli Kitabxana_______________
görünüb, "Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox
sarsılmışdı. Əmma keçdi-getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb
kəlmələşənə qədərdi", - dedi. Sonra "Sestra" ilə sözləşmiş kimi, o uzun, qara
adam özü göründü...
* * *
...Səməd üçün son dərəcə gözlənilməz görkəmdə - başında yaşıl vilyur
şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin
vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək
əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə
yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz-filansız, birbaşa soruşdu:
- Xəbərin varmı, əmin evlənib?
Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi -
iri, dəyirmi, par-par yanırdı.
- Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib. Səməd özünü itirmişdi.
- Sultan əmi?.. Necə yəni evlənib?!
- Hm, bildim elə təəccüblənəcəksən... Məktəb uşaqları elə bilirlər, müəllim
nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir... Əlli yaş nədi ki kişi
olandan ötrü! Evlənib də!
- Qıymat?
- Yox, Qıymat deyil... Qıymat heç yadına da düşməyib... Qız başqasının
istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa
yaxşıdı... Hə... Çoxdan görüşmürdük biz sənnən, qadası. Vaqonda gələcəm
yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!..
Gələcəm. Hə... Tez-tez görüşəcəyik bundan sonra. Hə...
Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan
sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib
kupedə tüstüləndi.
- Sən çatırsan... Kəndə getmirəm mən... Sədr Mədəddən sonra yaman dəyişib
cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı
əməkgününə.
1
Bizim Qudalıların ağsaqqalı Rəhimin iki
Yalnız tək-tək kolxozları "milyoner kolxoz" adlandırıb, hər yerdə təbliğ edib, "Sovet kəndlisinin
firavan yaşadığına" nümunə göstərirdilər.
______________Milli Kitabxana_______________
arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına.
O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş
girəliyənləri də dolandırırdı, hə... Elə deyil indi. Qatıqsatan, alçasatan olub
hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır.
Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə... Gəldim deyim ki, mayda olub o
iş, dörd ay bundan qabaq. Deyirlər elə birdan-birə evlənmək fikrinə düşüb.
Müslümü çağırıb, şoferini, deyib Sultan
Əmirli deyiləm mən daha,
arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə... Müslüm elə
bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli
Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında, "Sür, - deyib, -gözüm
harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!"
Əmbə uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub
gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.
Qəribə işdi, hə? Təəccüblüdü?
Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə
söhbətinin altında. Qaş-qabağını nə qədər sallasan da, mən bir az da
çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə. Hə.
Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım
Gülbəniz də, bilirsən, gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox xəbərdaram
mən əmiyin işlərindən... Keçən il Stalin öləndə yataqxanadan bir həftə
çıxmayıbsan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini
ağlayibsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə!
Yadındadımı o "Molniya" teleqram?" "Prekratite bezobraziye". Qırmızı
qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun
şüşəsinin altına. Məsirn deyir, hətta Bakıdan gələn böyüklər də səslərini
çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənirmiş
o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik
Mədədin "Mirqəzəb" dediyi Kişinin özü də
o saatca yumşalırmış,
gülümsünürmüş: "Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni də
öz təbən saya bilərsən, Sultan Mamedoviç!" Hə, gör kim təbəymiş əminə - Mir-
qəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti,
hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də
elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər?
Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək ada-
Dostları ilə paylaş: |