45
Qarabağ xanlığının (1747-1822) əsasını qoymuĢ məĢhur Sarıcalı-
CavanĢirlər və Otuzikilər tayfasının baĢçısı Pənahəli xan Sarıcalı-
Bəhmənli CavanĢirin (1693-1763) nəticəsi idi.
Haşiyə: Pənahəli xan Ġbrahim ağa oğlu Sarıcalı-Bəhmənli Ca-
vanĢir. CavanĢir elinin Bəhmənli qolunun Sarıcalı boyundan idi.
1693-cü ildə anadan olmuĢdu. 1747-1761-ci illərdə Qarabağ
xanı olmuĢdur. 1763-cü ildə Ġranın ġiraz Ģəhərində 70 yaĢında
vəfat etmiĢdi... Vəsiyyətinə əsasən nəĢi (bədəni) Qarabağa
gətirilərək, özünün əzəli, dədə-baba yurdu olan Ağdamda -
indiki Ġmarət - Qərvənd abidə-məqbərə kompleks məzarlığında
dəfn olunmuĢdur. Qeyd etmək lazımdır ki, tədqiqatçılar hesab
edirlər ki, Bəhmənli eli qədim zamanda Türküstandan Azərbay-
cana gəlmiĢdir. Ağ hunların törəmələrindəndirlər. Bəhmənli Ca-
vanĢir elinin böyük bir oymağıdır. (“Bəhmən” fars sözüdür,
mənası “ağıllı”, ”zəkalı”, ”bilikli”, ”tədbirli” deməkdir). Sarıca-
lıların babası Sarıca Əlinin anası Bəhmənli qızıdır.
Qarabağın axırıncı, 3-cü xanı Mehdiquluxan Sarıcalı-Bəh-
mənli CavanĢir olmuĢdur. 1806-1822-ci illərdə xanlıq etmiĢ Mehdi-
qulu xana çar Birinci Aleksandrın fərmanı ilə 1805-ci 14 may
Kürəkçay müqaviləsindən sonra general-mayor rütbəsi verilmiĢdi...
Mehdiqulu xan Pənahəli xanın oğlu Ġbrahim Xəlil xan Sarıcalı-
Bəhmənli CavanĢirin (1732, ġuĢa qalası - 14 iyun 1806 Xankəndi)
ikinci oğludur. 1772-ci ildə ġuĢada anadan olmuĢ, 1845-ci ildə Ağ-
cabədidə (ovda olarkən atdan yıxılmıĢddı) 73 yaĢında vəfat etmiĢ,
Ağdamda Ġmarət-Qərvənddə atasının yanında dəfn olunmuĢdur.
Mehdiqulu xanın anası XurĢidbanu bəyim Ġkinci ġahverdi xan
Ziyadoğlu-Qacarın qızıydı. Qeyd etmək lazımdır ki, ”Qacar” sözü
türk ulusunun adı ilə bağlıdır...”. Qacarlar Ġran və Azərbaycanda
orta əsrlərdə hökmranlıq edən Cəlairilər türk sülaləsinin (1336-
1432) bir qoludur. Onlar 7 qızılbaĢ elinin biri idi. Qacar sözü Qacar
adlı bir oymaq baĢçısının adından yaranıb. Ehtimal olunur ki,
qacarları da Anadoludan (ġərqi Türkiyə) gətirən də elə bu bəy -
Qacar olub... Qacar sözünün ilkin mənası “qasar-torpaq”dır. Qacar
toponimi türk - Azərbaycan mənĢəli tayfalardan birinin adıdır.
Vaxtıilə cəlair türklərindən törəyən qacarlar əvvəlcə Kiçik Asiyada
və Suriyada, sonra isə Ön Asiyada məskunlaĢmıĢdılar... Qacarlar
46
xanədanı Ġranda son sülalədir. Onlar 1796-1925-ci illərdə Ġran taxt-
tacında Ģahlıq etmiĢlər. Qacar Ģahları həmiĢə özlərini türk hesab
etmiĢ, türkcə addlandırmıĢ və öz əcdadlarının Ġrana böyük monqol
sərkərdəsi Çingiz xanın (Temuçin) nəvəsi Hülakü xanla (Elxanilər-
Hülakülər dövlətinin banisi Hülakü xan (1217-1265).1256-1265-ci
illərdə hökmranlıq etmiĢdir) gəldiklərini söyləmiĢlər. Mehdiqulu
xanın qızı, məĢhur Ģairə XurĢud banu Natəvan (15 avqust 1832,
ġuĢa - 2 oktyabr 1897, ġuĢa; 65 yaĢında vəfat etmiĢdir), həmçinin
onun həyatdan vaxtsız (17 yaĢında) köçmüĢ oğlu Mirabbas da
həmin məqbərə də torpağa tapĢırılmıĢdır...
TanınmıĢ tədqiqatçı Ənvər Çingizoğlu (Fərəcov) apardığı
araĢdırmalar nəticəsində belə hesab edirki, Behbud xan bütün Qara-
bağda adlandırılan kimi “Behbud xan”la yanaĢı həmdə Behbud
ağa”dır...Beləliklə, Behbud ağa da (tarixi ədəbiyyatda “Behbud
bəy” də yazırlar ) məqbuldur. Bununla belə, fikrimizcə, xan nəslin-
dəndirsə, xan oğlunun xan kimi yazılması da səhv deyildir.
Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı
məktəbinə daxil olmuĢ, oranı müvəffəqiyyətlə bitirmiĢdi. (Qeyd:
Həmin məktəbdə Behbud xan 1878-ci ildə anadan olmuş, Tiflis
mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla 8 il
bir sinifdə oxumuşdu. Erməni dilini öyrənməkdə ona S. Şaumyan
kömək etmişdi. Sonralar Behbud xan da S. Şaumyanı dəfələrlə işə
düzəltmiş, sürgünlərdən və qazamatlardan qurtarmışdı. Məsələn,
1908-ci ildə Behbud xan S. Şaumyanı “Xalq evi”nin müdiri təyin
etdirmişdi. Buna baxmayaraq, o, S. Saumyanla heç də eyni yolla
getməmişdi. Onları biri-birindən çox şey - zümrə mövqeyi həyat
idealları, siyasi baxışları və s. ayırırdı... (Bu haqda bax: Двинская
Михадзе. Шаумуан. Moskva, 1968, səh. 13, 108).
...1898-ci ildə Tiflis ədadiyə (orta) məktəbinin buraxılıĢ
mərasimində Qafqaz Tiflis Dairəsinin himayədarı Yanovski, ”Qaf-
qaz” qəzetinin redaktoru Vasil Lvoviç Vеличко və digər rəsmi qo-
naqlar da iĢtirak edirdilər. Behbud xan 1902-ci ildə Almaniyaya ge-
dib dünyada ilk ali texniki məktəb olan Frayberq Dağ Mədən Aka-
demiyasına girmiĢdi. O, burada mükəmməl təhsil almıĢ və Akade-
miyanı fərqlənmə diplomu ilə bitirib mühəndis ixtisasına yiyələn-
miĢdi (həmin vaxt S. ġaumyan da orada – Berlin Universitetində
47
fəlsəfə fakultəsinin dövlət hüquq bölməsində oxuyurdu və Behbud
xanla onun münasibətləri hələ “isti” idi).
Behbud xan CavanĢir (“Behbud” farsca “sağalma”, ”yaxĢılaĢ-
ma”, ”sağlam”, ”vücudu möhkəm” deməkdir) 1903-cü ildə həmin
Akademiyanı yüksək ixtisaslı neft mühəndisi kimi bitirib Almani-
yadan Vətənə dönən ilk azərbaycanlı məzundur.Alman dilini təmiz
bilən (B.CavanĢir poliqlotçu idi. Üümumiyyətlə, 6 dil - ingilis,
alman, fransız, rus, gürcü və erməni dillərini sərbəst bilirdi) Behbud
xan ingilis dilini öyrənmək üçün Ġngiltərəyə gedib London Ģəhərin-
dəki 1 illik təkmilləĢdirmə kurslarında da oxumuĢdu. Qərbi Avropa-
dakı həyatı və təhsili onun bir siyasi-ictimai xadim kimi formalaĢ-
masına müsbət təsir göstərmiĢdi. 1907-ci ildə Vətənə qayıdan
B.CavanĢir Bakıda kapitalist S.M. ġibayevin (Sidir Martınoviç
ġibayev 1817-ci ildə Rusiyada anadan olmuĢ,1888-ci ildə 71 yaĢın-
da vəfat etmiĢdi.1878-ci ildə Bakıda sulfat turĢusu zavodunun əsa-
sını qoymuĢdu. Sonra məĢhur neft milyonçusuna çevrilmiĢdi) neft
sənayesində əvvəlcə mühəndis, sonra da baĢ mühəndis vəzifələrində
çalıĢmıĢdı. B.CavanĢirin neft sahibkarları arasında böyük hörməti
və nüfuzu vardı. Onu iftixarla “injiner CavanĢir” kimi çağırırdılar.
1907-ci il avqustun 28-də CavanĢir qəzasının (mərkəzi Tərtər
idi) rəisi Rusiya daxili iĢlər nazirinə yazdığı raportunda “Xeyriyyə
Cəmiyyəti” adı altında gizli fəaliyyət göstərən “antidövlət” “DĠFAĠ”
Komitəsinin rəhbərləri - qarabağlı Qarabəy Qarabəyov, Məhəmməd
Həsən Hacınski, Ġsa bəy AĢurbəyli, Behbud bəy CavanĢir və
Niftalı bəy (əslində Lütvəli bəy Zülqədərov) kimi adları çəkilən
ziyalıların vaxtaĢırı Behbud xanın Azad Qaraqoyunlu kəndindəki
evində yığılıĢmasından xəbər verirdi...
“DĠFAĠ” (“Fədai”) müsəlman firqəsi idi. Onu 1905-ci ildə Ģu-
Ģalı Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağaoğlu,
1863, ġuĢa - 1939, Ġstanbul) Qara bəy Qarabəyli (doktor Qara bəy
Ġsmayıl ağa oğlu Qarabəyli (14 yanvar 1873,Yelizavetpol (Gəncə)
quberniyası, Yuxarı Ayıblı kəndi - sentyabr 1953, Səmərqənd, Öz-
bəkistan) birgə yaratmıĢdı. B.CavanĢir də həmin təĢkilata daxil
olmuĢ və MK-nın üzvü seçilmiĢdi.
Behbud xan CavanĢir vaxtilə Almaniyadan gətirərək öz torpaq
sahələrində əkdirdiyi yumĢaq buğda növlərini və uĢaqlıq dostu Əlfi-
Dostları ilə paylaş: |