Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə15/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   11   12   13   14   15   16   17   18   ...   156

 

45 


Qarabağ  xanlığının  (1747-1822)  əsasını  qoymuĢ  məĢhur  Sarıcalı-

CavanĢirlər  və  Otuzikilər  tayfasının  baĢçısı  Pənahəli  xan  Sarıcalı-

Bəhmənli CavanĢirin (1693-1763) nəticəsi idi. 

Haşiyə: Pənahəli xan Ġbrahim ağa oğlu Sarıcalı-Bəhmənli Ca-

vanĢir. CavanĢir elinin Bəhmənli qolunun Sarıcalı boyundan idi. 

1693-cü  ildə  anadan  olmuĢdu.  1747-1761-ci  illərdə  Qarabağ 

xanı  olmuĢdur.  1763-cü  ildə  Ġranın  ġiraz  Ģəhərində  70  yaĢında 

vəfat  etmiĢdi...  Vəsiyyətinə  əsasən  nəĢi  (bədəni)  Qarabağa 

gətirilərək,  özünün  əzəli,  dədə-baba  yurdu  olan  Ağdamda  - 

indiki  Ġmarət - Qərvənd abidə-məqbərə kompleks məzarlığında 

dəfn  olunmuĢdur.  Qeyd  etmək  lazımdır  ki,  tədqiqatçılar  hesab 

edirlər ki, Bəhmənli eli qədim zamanda Türküstandan Azərbay-

cana gəlmiĢdir. Ağ hunların törəmələrindəndirlər. Bəhmənli Ca-

vanĢir  elinin  böyük  bir  oymağıdır.  (“Bəhmən”  fars  sözüdür, 

mənası “ağıllı”, ”zəkalı”, ”bilikli”, ”tədbirli” deməkdir). Sarıca-

lıların babası  Sarıca  Əlinin  anası  Bəhmənli  qızıdır. 

Qarabağın  axırıncı,  3-cü  xanı  Mehdiquluxan  Sarıcalı-Bəh-

mənli CavanĢir olmuĢdur. 1806-1822-ci illərdə xanlıq etmiĢ Mehdi-

qulu  xana  çar  Birinci  Aleksandrın  fərmanı  ilə  1805-ci  14  may 

Kürəkçay müqaviləsindən sonra general-mayor rütbəsi verilmiĢdi... 

Mehdiqulu  xan  Pənahəli  xanın  oğlu  Ġbrahim  Xəlil  xan  Sarıcalı-

Bəhmənli CavanĢirin  (1732,  ġuĢa qalası  - 14 iyun  1806  Xankəndi) 

ikinci oğludur. 1772-ci ildə ġuĢada anadan olmuĢ, 1845-ci ildə Ağ-

cabədidə  (ovda  olarkən  atdan  yıxılmıĢddı)  73  yaĢında  vəfat  etmiĢ, 

Ağdamda  Ġmarət-Qərvənddə  atasının  yanında  dəfn  olunmuĢdur. 

Mehdiqulu  xanın  anası  XurĢidbanu  bəyim  Ġkinci  ġahverdi  xan 

Ziyadoğlu-Qacarın  qızıydı.  Qeyd  etmək  lazımdır  ki,  ”Qacar”  sözü 

türk  ulusunun  adı  ilə  bağlıdır...”.  Qacarlar  Ġran  və  Azərbaycanda 

orta  əsrlərdə  hökmranlıq  edən  Cəlairilər  türk  sülaləsinin  (1336-

1432) bir qoludur. Onlar 7 qızılbaĢ elinin biri idi. Qacar sözü Qacar 

adlı  bir  oymaq  baĢçısının  adından  yaranıb.  Ehtimal  olunur  ki, 

qacarları  da  Anadoludan    (ġərqi  Türkiyə)  gətirən  də  elə  bu  bəy  - 

Qacar olub... Qacar sözünün ilkin mənası  “qasar-torpaq”dır. Qacar 

toponimi  türk  -  Azərbaycan  mənĢəli  tayfalardan  birinin  adıdır. 

Vaxtıilə cəlair türklərindən törəyən qacarlar əvvəlcə Kiçik Asiyada 

və  Suriyada,  sonra  isə  Ön  Asiyada  məskunlaĢmıĢdılar...  Qacarlar 



 

46 


xanədanı Ġranda son sülalədir. Onlar 1796-1925-ci illərdə Ġran taxt-

tacında  Ģahlıq  etmiĢlər.  Qacar  Ģahları  həmiĢə  özlərini  türk  hesab 

etmiĢ, türkcə addlandırmıĢ və öz əcdadlarının Ġrana böyük monqol 

sərkərdəsi Çingiz xanın (Temuçin) nəvəsi Hülakü xanla (Elxanilər-

Hülakülər  dövlətinin  banisi  Hülakü  xan  (1217-1265).1256-1265-ci 

illərdə  hökmranlıq  etmiĢdir)  gəldiklərini  söyləmiĢlər.  Mehdiqulu 

xanın  qızı,  məĢhur  Ģairə  XurĢud  banu  Natəvan  (15  avqust  1832, 

ġuĢa - 2 oktyabr 1897,  ġuĢa; 65  yaĢında vəfat  etmiĢdir), həmçinin 

onun  həyatdan  vaxtsız  (17  yaĢında)  köçmüĢ  oğlu  Mirabbas  da 

həmin məqbərə də torpağa tapĢırılmıĢdır... 

TanınmıĢ  tədqiqatçı  Ənvər  Çingizoğlu  (Fərəcov)  apardığı 

araĢdırmalar nəticəsində belə hesab edirki, Behbud xan bütün Qara-

bağda  adlandırılan  kimi  “Behbud  xan”la  yanaĢı  həmdə  Behbud 

ağa”dır...Beləliklə,  Behbud  ağa  da  (tarixi  ədəbiyyatda  “Behbud 

bəy”  də yazırlar ) məqbuldur. Bununla belə, fikrimizcə, xan nəslin-

dəndirsə, xan oğlunun xan kimi yazılması da səhv deyildir.  

Behbud  xan  1890-cı  ildə  alman  dili  təmayüllü  Tiflis  realnı 

məktəbinə  daxil  olmuĢ,  oranı  müvəffəqiyyətlə  bitirmiĢdi.  (Qeyd: 



Həmin  məktəbdə  Behbud  xan  1878-ci  ildə  anadan  olmuş,  Tiflis 

mağazalarından  birinin  xidmətçisinin  oğlu  Stepan  Şaumyanla  8  il 

bir  sinifdə  oxumuşdu.  Erməni  dilini  öyrənməkdə  ona  S.  Şaumyan 

kömək  etmişdi.  Sonralar  Behbud  xan  da  S.  Şaumyanı  dəfələrlə  işə 

düzəltmiş,  sürgünlərdən  və  qazamatlardan  qurtarmışdı.  Məsələn, 

1908-ci  ildə  Behbud  xan  S.  Şaumyanı  “Xalq  evi”nin  müdiri  təyin 

etdirmişdi.  Buna  baxmayaraq,  o,  S.  Saumyanla  heç  də  eyni  yolla 

getməmişdi.  Onları  biri-birindən  çox  şey  -  zümrə  mövqeyi  həyat 

idealları, siyasi baxışları və s. ayırırdı... (Bu haqda bax: Двинская 

Михадзе. Шаумуан. Moskva, 1968, səh. 13, 108)

...1898-ci  ildə  Tiflis  ədadiyə  (orta)  məktəbinin  buraxılıĢ 

mərasimində  Qafqaz  Tiflis  Dairəsinin  himayədarı  Yanovski,  ”Qaf-

qaz” qəzetinin redaktoru Vasil Lvoviç Vеличко və digər rəsmi qo-

naqlar da iĢtirak edirdilər. Behbud xan 1902-ci ildə Almaniyaya ge-

dib dünyada ilk ali texniki məktəb olan Frayberq Dağ Mədən Aka-

demiyasına  girmiĢdi.  O,  burada  mükəmməl  təhsil  almıĢ  və  Akade-

miyanı  fərqlənmə  diplomu  ilə  bitirib  mühəndis  ixtisasına  yiyələn-

miĢdi  (həmin  vaxt  S.  ġaumyan  da  orada  –  Berlin  Universitetində 



 

47 


fəlsəfə  fakultəsinin  dövlət  hüquq  bölməsində  oxuyurdu  və  Behbud 

xanla onun münasibətləri hələ “isti” idi). 

Behbud xan CavanĢir (“Behbud” farsca “sağalma”, ”yaxĢılaĢ-

ma”,  ”sağlam”,  ”vücudu  möhkəm”  deməkdir)  1903-cü  ildə  həmin 

Akademiyanı  yüksək  ixtisaslı  neft  mühəndisi  kimi  bitirib  Almani-

yadan Vətənə dönən ilk azərbaycanlı məzundur.Alman dilini təmiz 

bilən  (B.CavanĢir  poliqlotçu  idi.  Üümumiyyətlə,  6  dil  -  ingilis, 

alman, fransız, rus, gürcü və erməni dillərini sərbəst bilirdi) Behbud 

xan ingilis dilini öyrənmək üçün Ġngiltərəyə gedib London Ģəhərin-

dəki 1 illik təkmilləĢdirmə kurslarında da oxumuĢdu. Qərbi Avropa-

dakı həyatı və təhsili onun bir siyasi-ictimai xadim kimi formalaĢ-

masına  müsbət  təsir  göstərmiĢdi.  1907-ci  ildə  Vətənə  qayıdan 

B.CavanĢir  Bakıda  kapitalist  S.M.  ġibayevin  (Sidir  Martınoviç 

ġibayev 1817-ci ildə Rusiyada anadan olmuĢ,1888-ci ildə 71 yaĢın-

da  vəfat  etmiĢdi.1878-ci  ildə  Bakıda  sulfat  turĢusu  zavodunun  əsa-

sını  qoymuĢdu.  Sonra  məĢhur  neft  milyonçusuna  çevrilmiĢdi)  neft 

sənayesində əvvəlcə mühəndis, sonra da baĢ mühəndis vəzifələrində 

çalıĢmıĢdı.  B.CavanĢirin  neft  sahibkarları  arasında  böyük  hörməti 

və nüfuzu vardı. Onu iftixarla “injiner CavanĢir”  kimi  çağırırdılar. 

1907-ci il avqustun 28-də CavanĢir qəzasının (mərkəzi Tərtər 

idi)  rəisi  Rusiya  daxili  iĢlər  nazirinə  yazdığı  raportunda  “Xeyriyyə 

Cəmiyyəti” adı altında gizli fəaliyyət göstərən “antidövlət” “DĠFAĠ”  

Komitəsinin rəhbərləri - qarabağlı Qarabəy Qarabəyov, Məhəmməd 

Həsən  Hacınski,  Ġsa  bəy  AĢurbəyli,  Behbud  bəy  CavanĢir    və  

Niftalı  bəy  (əslində  Lütvəli  bəy  Zülqədərov)  kimi  adları  çəkilən 

ziyalıların  vaxtaĢırı  Behbud  xanın  Azad  Qaraqoyunlu  kəndindəki  

evində  yığılıĢmasından  xəbər  verirdi... 

“DĠFAĠ” (“Fədai”) müsəlman firqəsi idi. Onu 1905-ci ildə Ģu-

Ģalı Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağaoğlu, 

1863,  ġuĢa  -  1939,  Ġstanbul)  Qara  bəy  Qarabəyli  (doktor  Qara  bəy 

Ġsmayıl  ağa  oğlu  Qarabəyli  (14  yanvar  1873,Yelizavetpol  (Gəncə) 

quberniyası,  Yuxarı Ayıblı kəndi  - sentyabr 1953,  Səmərqənd,  Öz-

bəkistan)  birgə  yaratmıĢdı.  B.CavanĢir  də  həmin  təĢkilata  daxil 

olmuĢ və  MK-nın  üzvü  seçilmiĢdi. 

Behbud xan CavanĢir vaxtilə Almaniyadan gətirərək öz torpaq 

sahələrində əkdirdiyi yumĢaq buğda növlərini və uĢaqlıq dostu Əlfi-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə