Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə17/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   13   14   15   16   17   18   19   20   ...   156

 

51 


Belələrindən  biri  Rusiyada  1917-ci  il  oktyabr  çevriliĢindən  sonra 

Yelizavetpol (Gəncə) Ģəhər polisinin pristavı Əyyub bəy MəĢədi bəy 

oğlu  Rəfibəyli  (Rəfibəyov)  (1890-1979)  idi  (Pristav  polismeysterə 

tabe  olan  polis  rəisi  idi.  Rusiyada  pristavlıq  1868-ci  ildə  təsis  olun-

muĢdu...). Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda, peĢəkar polis 

kadrlarına ehtiyacı nəzərə alan daxili iĢlər naziri B. CavanĢir 1918-ci 

ilin iyununda Əyyub bəy Rəfibəylini  yenidən Gəncə Ģəhər polisinin 

pristavı təyin etmiĢdi. 

B. CavanĢir ilk müstəqil milli polis orqnlarımızın maddi baza-

sının yaxĢılaĢdırılması üçün çox iĢ görürdü. Artıq yuxarıda deyildiyi 

kimi,  Azərbaycan  Daxili  ĠĢlər  Nazirliyinin  də  xüsusilə  ilk  vaxtlar 

peĢəkar kadrlara böyük ehtiyacı vardı. Daxili iĢlər naziri B. CavanĢir 

belə  peĢəkar  kadırları  polis  orqanlarına  cəlb  etməyə  çalıĢır,  onları 

tələb olunan yerlərə təyin edirdi. Belə kadrlardan biri peĢəkar hərbçi, 

albay (polkovnik) Ġbrahim ağa Vəkilov  (1853-1934)  idi 

B.  CavanĢirin  daxili  iĢlər  naziri  olduğu  dövr  -  1918-ci  ilin 

ortaları  müstəqil  Azərbaycan  polisinin  yaranması,  təkmilləĢməsi  və 

tədrici inkiĢaf dövrü idi... 1918-ci il iyunun 24-də Azərbaycan höku-

məti “Hökumət müəssislərinin öz vəzifələrini tərk etmiĢ qulluqçuları 

haqqında  “178  nömrəli  qərar  verdi.  Qərarda  bütün  nazirliklərə,  o 

cümlədən  Daxili  ĠĢlər  Nazirliyinə  tabe  olan  idarələr  üzrə  hökumət 

məlumatı hazırlamaq tapĢırılır, çarizm və onun devrilməsinədən son-

rakı dövrlərdə Azərbaycanın hökumət müəssisələrində xidmət edən, 

yaxud iĢdə sayılan,  lakin hazırda  öz vəzifələrini tərk edərək iĢə  çıx-

mayan qulluqçulara, o cümlədən polis və milis orqanlarındakı əmək-

daĢlara iyul ayının 1-dən iĢə çıxmaq təklif olunur, eyni zamanda hə-

min  qərar  üzrə  yeni  yaradılacaq  milli  polis  orqanlarının  Ģəxsi  heyə-

tinə daha çox azərbaycanlıların qəbul edilməsi nəzərdə tutulurdu. 

Qərarda Gəncə quberniyası (əhalisi 1 milyon 64 min 647 nəfər 

təĢkil  edən  Gəncə  quberniyasının  tərkibinə  o  zaman  Gəncə,  Zəngə-

zur, Cəbrayıl, CavanĢir,  Qazax, ġuĢa, Cavad, Nuxa və ƏrəĢ qəzaları 

daxil  idi)  və  Azərbaycan  Xalq  Cümhuriyyətinin  nəzarətində  olan 

digər ərazilərdəki müəssisələrin xidmətdə sayılan, ancaqq öz vəzifə-

lərini tərk etmiĢ hökumət qulluqçularına onların iyulun 1-dən iĢə çıx-

mayacaqları  təqdirdə  tutduqları  vəzifələrindən  azad  olunacaqları  ba-

rədə xəbərdarlıq  edilirdi.  Daxili iĢlər  naziri  Behbud xanın təĢəbbüsü 




 

52 


və təqdimatı üzrə Azərbaycan hökuməti 24 iyun 1918-ci ildə Gəncə 

Ģəhər  milisinin  Ģəhər  özünüidarəsinin  sərəncamından  alınaraq  yerli 

ümumi  inzibati  hakimiyyətin  tabeçiliyinə  keçməsi  haqqında  qərar 

çıxarmıĢdı. Hökumətin 25 iyun 1918-ci il tarixli digər qərarına əsasən 

Azərbaycan ərazisindəki bütün dəmir yolunun mühafizəsi də özünü-

idarə  hakimiyyətindən  alınaraq  B.CavanĢirin  rəhbərlik  etdiyi  Daxili 

ĠĢlər Nazirliyinə tabe edilmiĢdi 

Azərbaycan hökumətinin 27 iyun 1918-ci il tarixli yeni qərarı-

na əsasən isə Göyçay qəza milisinə iyun ayı üçün 35 min rubl kredit 

ayrılmlıĢdı.  Həmin  gün  türk  dili  (Azərbaycan  dili)  dövlət  dili  kimi 

qəbul  olunmuĢ,  bütün  dövlət  idarələrində,  məhkəmə  və  inzibati  or-

qanlara (DĠN, polis, təhlükəsizlik və ədliyyə və s.) bu dilin, həmçinin 

hökumət  müəsisələrində  həmin  dili  bilənlər  hazırlanadək  rus  dilinin 

də  iĢlədilməsinə  ixtiyar  verilmiĢdi.  6  iyul  1918-c  il  tarixli  baĢqa  bir 

qərarla  daxili  iĢlər,  maliyyə  və  ərzaq  nazirliklərinə  tapĢırılmıĢdı  ki, 

qaçqınlar  tərəfindən  yiyəsiz  buraxılmıĢ  əkinlərin  qeydə  alınması, 

imkan olan yerlərdə məhsul yığımının təĢkili və bu sahələri mühafizə 

edən (polis nəzərdə tutulur) adamlara veriləcək mükafatların verilmə-

si  üçün  müvafiq  komissiya  yaratsınlar.  Hökumət  7  iyul  1918-ci  il 

tarixli  digər  qərarında  Daxili  ĠĢlər  Nazirliyinə  tapĢırmıĢdı  ki,  yerlər-

dəki  bütün  milli  komitələri  buraxaraq  Azərbaycan  Cümhuriyyətinin 

hakimiyyət  strukturlarını  yaratsın.  Hökumət  1918-ci  il  iyulun  12-də 

Daxili  ĠĢlər  Nazirliyinə  həvalə  etmiĢdi  ki,  sərhədlərin  mühafizəsi  və 

ərzaq məhsullarının qaçaqmalçılar tərəfindən aparılmasının qarĢısının 

alınması üçün Qazax qəzasının Salahlı və ġıxlı kəndlərində, eləcə də, 

Poylu (Saloğlu) (Ağstafa) dəmiryol stansiyasında məntəqələr açsın. 

B. CavanĢirin nazirliyi zamanı müstəqil Azərbaycan milli poli-

sinin  (müasir  Azərbaycan  polisi  onun  varisidir)  yaradılması  önəmli 

tarixi  hadisə  idi.  Belə  ki,  1918-ci  il  24  iyun  tarixli  178  nömrəli  qə-

rarının əməli həyata keçirilməsi məqsədilə Azərbaycan hökuməti öz 

iclasında daxili iĢlər naziri Behbud xanın təqdimatı və məruzəsi üzrə 

1918-ci il iyulun 2-də ayrıca bir qərar verdi. Qərara əsasən Yelizavet-

pol (Gəncə) quberniyası polisinin yeni Ģtatları təsdiq olundu və əmək 

haqqı da əvvəlki dövrlərlə müqayisədə artırıldı. Qərara görə quberni-

yanın Ģəhər və qəzalarında polis rəisləri (pristavlar), onların böyük və 

kiçik  köməkçiləri,  sahə  və  polis  pristavlıqarı,  polis,  habelə  milis 




 

53 


əməkdaĢları  və  milis  nəfərləri  təsis  olunub  yeni  əsaslarla  fəaliyyət 

göstərməyə baĢladılar. Yeni Ģtat tarifi üzrə Yelizavetpol (Gəncə) Ģə-

hər  polisinin  Ģtatları  əvvəl  polismeyster,  böyük  və  kiçik  köməkçi-

lərindən,  36  nəfər  polis,  80  piyada  milis  və  20  süvari  (atlı)  milis 

nəfərlərindən ibarət idi. 

Göründüyu  kimi,  B.CavanĢirin  nazir  olduğu  AXC  DĠN  həm 

polis və həm də milis formalarından istifadə edirdi ki, bu da o dövrün 

mövcud inzibati orqanlarının təĢkili və təcrübəsinin ənənəsi ilə bağlı 

idi.  Gəncə  polisinin  rəisi  iĢləmiĢ,  Gəncə  qubeniyasında  ilk  polis  or-

qanlarının təĢkilində böyük nüfuz sahibi olan Ġsmayıl xan Ziyadxan-

lının (1867, Gəncə - 1920, Bakı) aqibəti təəssüfki, faciəli olmuĢdur... 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilkin  formalaĢma  mərhələ-

sində mühüm Ģərt daxili sabitliyin bərqərar olması və hüquqi norma-

lara  riayət  olunmasının  təmin  edilməsi  idi.  lk  müstəqil,  demokratik 

dövlətimiz də, onun Daxili ĠĢlər Nazirliyi də təĢəkkül tapmaqda olan 

dövlət həyatının məhz bu sahələrinə xüsusi diqqət yetirirdi. Belə ki, 

ölkədə anarxiyanın və xaosun hökm sürdüyü zaman əhalinin müəy-

yən  hissəsinin  cinayətkar  təmayülü  daha  geniĢ  miqyasları  əhatə  edə 

bilərdi. Odur ki, Azərbaycan hökuməti cinayətkar ünsürləri təcrid et-

məklə qısa bir zamanda dövlət icra aparatının fəaliyyətini bütün gücü 

ilə bərpa edə bilmiĢdi. Məhz həmin mərhələdə B.CavanĢirin rəhbərlik 

etdiyi  Daxili  ĠĢlər  Nazirliyi  bir  ali  inzibati  icraedici  qurum  kimi 

formalaĢmaqda və öz fəaliyyətində yeni mərhələyə qədəm qoymaqda 

idi.  Bu  mərhələdə  DĠN-in  qarĢısında  duran  baĢlıca  vəzifələrdən  biri 

də  idarə  orqanlarını  milliləĢdirmək,  hərbi  təlim  görmüĢ  adamlardan 

ibarət  kadr  ehtiyatı  hazırlamaq  idi  (Milli  Ordu  rəhbərliyi  ilə  bir 

yerdə). 

B.  CavanĢirin  daxili  iĢlər  naziri  olduğu  dövrdə  Azərbaycan 

Xalq  Cümhuriyyəti  hökumətinin  sərəncamları  üzrə  Daxili  ĠĢlər 

Nazirliyi, onun mərkəzi aparatları və yerli orqnları tədricən olkədə bir 

ali  inzibati  icraedici  hakimiyyət  vahidi  kimi  əhəmiyyətini  get-gedə 

gücləndirirdi. Bunu hökumətin 1918-ci il iyunun 30-da Ģəhər özünüi-

darəçiliyi iĢində  Daxili ĠĢlər Nazirliyinin və polisin səlahiyyətlərinin 

daha  da  artırılması  və  geniĢlındirilməsinə  dair  qəbul  etdiyi  yeni 

tədbirlərin  həyata  keçirilməsindən  də  görmək  olardı.  Beləki,  Azər-

baycan hökumətinin 1918-ci il 30 iyun tarixli sərəncamında deyilirdi: 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə