Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə20/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   16   17   18   19   20   21   22   23   ...   156

 

60 


Gəncə) olmuĢdur. O, ilk təhsilini Gəncədə almıĢdı.1885-ci ildə Ye-

lizavetqrad  süvari  hərbi  məktəbini  bitirmiĢ,  çar  ordusunda  xidmətə 

baĢlamıĢdı.  1912-ci  ildə  polkovnik  rütbəsinə  layiq  görüləndə  Qaf-

qaz ordusunda polis-keĢikçi dəstəsinin təftiĢ-iĢləri üzrə baĢ nəzarət-

çisi idi. Nümunəvi xidmətinə görə “Müqəddəs Anna” ordeninin 2-ci 

və 3-cü, ”Müqəddəs Stanislav” və “Müqəddəs Vladimir” ordenləri-

nin 3-cü dərəcələri ilə təltif edilmiĢdi. 1917-ci ilin iyulunda Zaqaf-

qaziya  Komissarlığı  tərəfindən  Gəncəyə  ezam  olunmuĢ,  burada  öz 

vəzifəsini yerinə yetirməklə bərabər, Gəncə Müsəlman Milli Komi-

təsinin  köməyi  ilə  Ģəhərdə  hərbi  kurslar  açmıĢ  və  150  nəfər  azər-

baycanlı  gənci  həmin  kurslara  cəlb  etmiĢdi.  S.  Əfəndiyev  dərs  de-

diyi  kursantlar  ilə  birlikdə  gecələr  Gəncədə  asayiĢi  qorumuĢdu. 

1918-ci  ildə  Müsəlman  Korpusu  təĢkil  edilməyə  baĢlayanda,           

S. Əfəndiyev korpusun 2-ci niĢançı diviziyasının 5-ci niĢançı alayı-

nın komandiri təyin olunmuĢ, bir müddət sonra isə korpus koman-

diri Əli ağa ġıxlınskinin əmri ilə diviziya komandirinin vəzifələrini 

icra etmiĢdi. S. Əfəndiyevin 5-ci alayı 1918-ci ilin yanvarında ġam-

xorda Qafqaz (türk) cəbhəsindən qatarlarla geri qayıdarkən özlərini 

azğıncasına  aparan  rus  əsgərlərinin  tərksilah  edilməsində  fəal  rol 

oynamıĢdı.  1918-ci  ilin  iyununda  Gəncədə  Əlahiddə  Azərbaycan 

Korpusu  formalaĢdırıldaıqda  Süleyman  bəy  Qazaxda  yerləĢən  1-ci 

piyada alayının komandiri təsdiq edilmiĢdi. 1918-ci ilin noyabrında 

S.  Əfəndiyev  2-ci  Qarabağ  süvari  alayının  komandiri  idi.  1919-cu 

ilin dekabrında S. Əfəndiyev Hərbi Nazirlikdə tapĢırıq generalı və-

zifəsinə təyin olunmuĢdu. 1918-ci ilin dekabrın 29-da isə Hərbi Na-

zirliyin  iclasında  S.  Mehmandarovun  elan  etdiyi  təqdimat  əsasında 

S. Əfəndiyevə Azərbaycan Cümhuriyyəti Nazirlər ġurasının 3 yan-

var  1919-cu  il  tarixli  qərarı  və  hərbi  nazir,  am  artilleriya  generalı     

S.  Mehmandarovun  əmri  ilə  polkovnik  Süleyman  bəy  Əfəndiyevə 

general-mayor  hərbi  rütbəsi  verilmiĢdi.  Polkovnik  S.  Əfəndiyev 

Azərbaycan Cümhuriyyəti Ordusunda bu rütbəyə layiq görülmüĢ ilk 

milli  hərbçi  kadrımızdır.  1919-cu  il  yanvarın  1-dən  Birinci  piyada 

Azərbaycan diviziyasının komandiri olan  Süleyman bəy Əfəndiyev 

həyatdan vaxtsız getmiĢ, ömrünün yetkin vaxtında, cəmi 55 yaĢında 

tif (bəzi ədəbiyyatda  yatalaq göstərilir) xəstəliyindən vəfat etmiĢdi. 

Bu  milli,  ali  peĢəkar  hərbi  kadrımızı  Gəncə  Ģəhərində  yox,  onun 




 

61 


artıq  dul  qalmıĢ  həyat  yoldaĢının  arzusu  ilə  Qazax  qəzasında  dəfn 

etmək qərara alınmıĢdı... 

...Sovet hökuməti qurulduqda qocaman sərkərdə S. Mehman-

darov  və  onun  müavini,  ”rus  artilleriyasının  Allahı”  sayılan,  topçu 

general-leytenantı  Əli  ağa  ġıxlinskiyə  (1919-cu  il  iyunun  28-də 

Azərbaycan Respublikasının BaĢ naziri Nəsib bəy Yusifbəylinin 29 

nömrəli  sərəncamı  ilə  nizami  Azərbaycan  Ordusunun  təĢkilində 

göstərdiyi xidmətlərə görə Əli ağa ġıxlinskiyə tam artilleriya gene-

ralı hərbi rütbəsi verilmiĢdi. Ə. ġıxlinski  S. Mehmandarov və Hü-

seyn xan Naxçıvanskidən (1863-1919) sonra tam general rütbəsinə 

layiq görülmüĢ üçüncü azərbaycanlı hərbi döyüĢ sərkərdəsidir. 

Qeyd: Hüseyn xan  28 iyul  1863-cü ildə  əsilzadə  ailədə  -  rus 

ordusunun  general-mayoru  Kəlbalı  xan  (1883)  Naxçıvanskinin 

ailəsində anadan olmuşdu. General-mayor Hüseyn xan Naxçıvanski 

məşhur, döyüşkənliyi ilə ad çıxarmış Kəngərli tayfasından çıxmışdı. 

İlkin  təhsilini  Naxçıvan  şəhərində  almış,  rus  dilini  mükkəmməl 

mənimsədikdən  sonra  Peterburqdakı  İmperator  Paj  Ordusu  Mək-

təbinə  daxil  olmuşdu...  Birinci  Dünya  müharibəsində  Şimal-Qərb 

Cəbhəsinə  komandanlıq  etmişdi.  1916-cı  ildə  Qafqaz  Cəbhəsinin 

Georgiyevski    Duması  üzvləri  arasında  idi.  O,  1916-cı  il  yanvarın 

23-də çar tərəfindən İ Dünya müharibəsində göstərdiyi misilsiz xid-

mətlərinə və sərkərdəlik məharətinə görə tam süvari qoşun generalı 

rütbəsinə,  həmçinin  bir  sıra  orden  və  medallara,  o  cümlədən  1-ci 

dərəcəli  “Müqəddəs  Anna”,  3-cü  və  4-cü  dərəcəli    “Müqəddəs 

Georgi” və  “Ağ qartal” ordenlərinə, Avstriya, Bolqarıstan, İran və 

Rumıniyanın ordenlərinə layiq görülmüşdü. Azərbaycan Ordusunun 

milli  atıcı  diviziyasının  komandiri,  general  Cəmşid  Cəfərqulu  xan 

oğlu Naxçıvanski (9 avqust 1895, Naxçıvan - 26 avqust 1938, İran) 

onun yaxın  qohumu idi.  C. Naxçıvanski  30-cu illərdə repressiyaya 

məruz  qalımış  və  İranda  1938-ci  ildə  Rza  şah  tərəfindən  güllələn-

mişdi... (Rza şah Pəhləvi (1878-1944) 1944-cü ildə CAR-ın paytaxtı 

İohannesburqda 66 yaşında vəfat etmişdir). H. Naxçıvanski 1919-cu 

ilin  yanvarında  Petroqraddakı    “iğtişaşlar”  zamanı  bolşeviklər  tə-

rəfindən  Böyük  knyazlarla  birlikdə  girov  götürülmüş  və  Petropav-

lovsk  qalasında  56  yaşında  güllələnmiş...  və  orada  Aleksandr 

Nevski  qəbristanlığında  dəfn  edilmişdi.  General  Hüseyn  xan 



 

62 


Naxçıvanskinin  övladları  və  nəvələri  indi  ABŞ-da  və  Fransada 

yaşayır, onun soyadını fəxrlə daşıyırlar... 

PeĢəkar kadrlara ehtiacı olan Azərbaycan XKS N. Nərimano-

vun təĢəbbüsü ilə sovet ordusnun formalaĢmasında onlardan istifadə 

etmiĢdi.  Yüksək  rütbəli  və  vəzifəli  erməni  bolĢeviklər  S.Mehman-

darovu  alçaltmaq  üçün  S.  Mehmandarovdan  Bakının  küçələrini 

süpürməyi tələb edirdilər... 1920-ci il avqustun 1-də N. Nərimanov 

Moskvaya V.Ġ. Leninə (Ulyanov) müraciət edərək, S. Mehmandarov 

və  Ə.ġıxlinskini  əvəzsiz  hərbi  mütəxəssislər  kimi  qiymətləndirb, 

onların  Moskvada  Qərargahda  iĢləmələrinə  nail  olmuĢ,  sonra  da 

Azərbaycanda  hərbi  hissələrin  formalaĢdırılmasıı  üçün  yenidən 

Bakıya  qayıtmalarına  icazə  ala  bilmiĢdi...  Lakin  faktlar  sübut  edir 

ki,  V.  Lenin  baĢda  olmaqla  RSFSR  hökuməti  Azərbaycanın  müs-

təqilliyini istəmir, burada daha artıq ruslaĢdırma siyasətinə üstünlük 

verərək,  N.  Nərimanovun  azərbaycanlı  kadrları  vəzifələrə  təyin  et-

mək və ya irəli çəkmək fəaliyyətinə mane olurdu. V. Lenin 1920-ci 

il mayın 28-də Bakıya C.M.Kirova və Q.Orconikidzeyə göndərdiyi 

teleqramda  bildirmiĢdi:  ”Nərimanova  geniĢ  səlahiyyət  verməyin, 

ona tamamilə etibar etmək olmaz. O, axıradək bizim deyil”. 

S.  Mehmandarov  1929-cu  ilədək  Bakıdaki  Qırmızı  Koman-

dirlər Məktəbində dərs demiĢdi... Sonuncu ildən 1000 manat təqaüd 

kəsilməklə  istefaya  çıxmıĢdı  .  S.  Mehmandarov  istefaya  çıxdıqdan 

iki  il  sonra,  1931-ci  il  fevralın  12-də  75  yaĢında  Bakıda  vəfat  et-

miĢdi... Səməd bəy hələ 1903-cü ildə Peterburqda olarkən jitomirli 

Yelizaveta  Nikolayevna  Teslavla  ailə  qurmuĢdu.  Onun  Pir  bəy 

(Ġqor)  adlı  oğlu  vardı.  Lakin  ailəsi  S.  Mehmandarovun  keçmiĢinə 

görə təqib olunurdu. Beləki, hələ 1930-cu ildə onlar Xalq Daxili ĠĢ-

lər  Komissarlığı  (XDĠK)  tərəfindən  əvvəlcə  Sankt-Peterburqa, 

1937-ci ildə isə Volqaboyuna (Volqa tarixdə Xəzər çayı, Ġdil çayı da 

adlanırdı),  Saratov  Ģəhərinə  sürgün  edilmiĢdilər...  Sürgün  yerində 

ana-bala çox əzablara düçar qalmıĢdılar... Ġqor Səməd bəyin yeganə 

övladı idi. Yazıçı-jurnalist ġ. Nəzirli 1986-cı ildə sağ ikən Bakıda, 

onunla  söhbət  etmiĢdi...  Ġqor  Mehmandarov  1989-cu  ildə  Bakıda 

vəfat  etmiĢdii.  Səməd  bəy  vəfat  edəndə  Çəmbərəkənd  qəbristan-

lığında (keçmiĢ Dağüstü park, indiki ġəhidlər Xiyabanı) dəfn olun-

muĢdu...  1939-cu  ildə  S.M.  Kirova  heykəl  qoyulanda,  qəbristanlıq 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə