Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə22/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   18   19   20   21   22   23   24   25   ...   156

 

66 


3.  Azərbaycan  hökuməti  və  türk  komandanlığı  tərəfindən 

müsadirə edilmiĢ əmlakı ermənilərə qaytarmaq

4.  Bakıdan  kənarda  yaĢayan  ermənilərin  “təhlükəsizliyini” 

təmin etmək. 

Bundan əlavə, Bakıdakı Erməni Milli ġurası Yelizavetpol qu-

berniyasının  dağlıq  hissəsi  olan  Qarabağa  ermənilərin  iddiasını  da 

general Tomsona təqdim etmiĢdi. Lakin Tomson bu məsələlərdə er-

məniləri müdafiə  etməmiĢ...  və bununla da onları baĢa salmıĢdı ki, 

Azərbaycan  hökuməti  Azərbaycan  ərazisində  yeganə  qanuni  ali 

hakimiyyətdir.  Daxili  iĢər  naziri  B.  CavanĢir  isə  bəyan  emiĢdi  ki, 

tutulan erməni məhbuslarının sayı 3 min deyil, əslində, bir min nə-

fərdir, onlar mart soyqırımını törətdiklərinə görə hələ əvvəldən həbs 

edilmiĢlər və əgər istintaq günahsız olduqlarını sübuta yetirsə, bura-

xılacaqlar. 

Partiya  mənsubiyyəti  üzrə  əvvəl  “Müsavat”  partiyasında  ol-

muĢ Behbud xan sonra siyasi səbəblərə görə onun tərkibindən çıx-

mıĢ  və  bitərəf  qalaraq  1918-ci  il  dekabrın  7-də  açılan  Azərbaycan 

Parlamentinə üzv seçilmiĢ, orada müstəqil millət vəkili kimi fəaliy-

yət  göstərmiĢdi.  Həmin  vaxt  F.  Xoyski  hökuməti  istefaya  getdiyi 

üçün  B.  CavanĢir  də  tutduğu  vəzifədən  çıxmıĢdı.  Lakin  o,  Parla-

mentdəki  fəaliyyətini  davam  etdirirdi.  Behbud  xan  xarici  ölkələrlə 

ticarət əlaqələri yaratmaq üçün səylər göstərirdi. Bu məqsədlə məhz 

onun  yaxından  köməyi  ilə  1919-cu  il  iyulun  18-də  Bakıda  “Dəya-

nət” adlı kommersiya Ģirkəti yaradılmıĢdı... 

1919-1920-ci  illərdə  Bakıda  keçirilən  “Azərbaycan  gecələri” 

adlı  xeyriyyə  konsertlərinin,  habelə  digər  xeyriyyə  iĢlərinin  təĢkili 

də  B.  CavanĢirin  nüfuzlu  və  nəcib,  xeyirxah  niyyətli  bir  Ģəxsiyyət 

olduğundan  xəbər  verirdi.  Böyük  Aksionerlər  Cəmiyyətinə  malik 

olan  Behbud  xan  öz  varidatını  müstəqil  milli  burjua-demokratik 

dövlətimizin  yaĢaması,  möhkəmlənməsi  və  inkiĢaf  etdirilməsi  yo-

lunda əsirgəməmiĢdi... 

27 aprel 1920-ci il. Gündüz saat 12-də Ağa Hüseyn Kazımo-

vun (1892, Bakı - 1937; otuzuncu illərdə repressiya edilib güllələn-

miĢdir)  və  Həmid  Sultanovun  (26  may  1889,  Gəncə  quberniyası, 

Qazax qəzası, ġınıx-Ayrum kəndi-1938; otuzuncu illərdə repressiya 

edilərək  Bakıda həbs  olunub,  1938-ci  il  yanvarın  20-dən 21-nə ke-




 

67 


çən  gecə  güllələnmiĢdir)  baĢçılığı  ilə  bolĢeviklərin  nümayəndə  he-

yəti  hakimiyyətin  onlara  verilməsi  haqqında  ultimatumu  Azərbay-

can  Parlamentinə  və  Hökumətinə  təqdim  etmiĢdi.  Ultimatumun 

cavabını və hakimiyyətin veriləcəyi xəbərini azərbaycanlı bolĢevik-

lər  Behbud  xanın  mənzilində  oturub  səbirsizliklə,  intizarla  tez-tez 

pəncərədən bayıra boylanmaqla gözləyirdilər... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  peĢəkar 

mühəndis-mütəxəssis  kimi  tanınan  və  yaxĢı  xarici  əlaqələri  olan 

Behbud  xana  toxunmamıĢdılar.  O,  əvvəlcə  bir  müddıət  baĢında   

A.P.  Serebrovskinin  (1884-1938)  durduğu  “Aznef”də  çalıĢmıĢdı 

(A.P.  Serebrovski  1920-1926-cı  illərdə  “Azneft”  Ġdarəsinin  sədri 

(rəisi)  olmuĢdu.  N.  Nərimanov  onu  ürək  ağrısı  və  istehza  ilə  “yeni 

çar”  adlandırırdı.  A.  Serebrovski  otuzuncu  illərdə  repressiya  olun-

muĢ  və  1938-ci  ildə  güllələnmiĢdi...).  Sonra  Bakıda  neft  sənayesi 

sahəsində  iĢləmiĢ  B.  CavanĢir  Zaqafqaziya  Xarici  Ticarətinin  mü-

vəkkili  vəzifəsinə  təyin  edilmiĢdi.  Azərbaycan  Xalq  Komissarları 

Sovetinin sədri Nəriman Nərimanovun (2(14) aprel 1870, Tiflis - 23 

mart  1925,  Moskva)  Behbud  xan  CavanĢirə  böyük  etimadı  vardı. 

Mövcud  ehtimal  belədir ki,  N.  Nərimanov zəhərlənərək  aradan gö-

türülmüĢdü.  Vaxtı  ilə  V.  Lenin  “öz  yaxın  adamlarına”  demiĢdi  ki, 

Nərimanova inanmaq olmaz, ona geniĢ əl-qol açmasına imkan ver-

məyin.  A.  Mikoyan  və  digər  yüksək  vəzifə  tutan  erməni  (daĢnak) 

bolĢeviklər  N  Nərimanovun  Bakıdan  uzaqlaĢdırılıb  Moskvaya  apa-

rılmasına  və  beləliklə,  onun  təcrid  edilməsinə  nail  olmuĢdular... 

Moskvada SSRĠ MĠK-in sədri olan N. Nərimanov 1925-ci il martın 

23-də  vəfat  etmiĢ  və  “Qızıl  Meydan”da,  Kremlin  divarları  yanında 

dəfn olunmuĢdur). Nərimanov Behbud xanı əvvəllərdən tanıyırdı və 

ondan bir professional  mütəxəssis kimi və möhkəm  xarici  əlaqələ-

rindən  istifadə  etmək  qərarına  gəlmiĢdi.  1920-ci  ilin  axırında  gənc 

Azərbaycan  Sovet  Sosialist  Respublikası  üçün  zəruri  müasir  neft-

mədən  avadanlığı  almaq  üçün  Almaniyaya  Behbud  xanı  da  məhz   

N. Nərimanov göndərmiĢdi. 

Almaniyaya gedərkən Ġstanbulda görkəmli ədib Y.V. Çəmən-

zəminli  (17  sentyabr  1887,  ġuĢa,  3  yanvar  1943,  Nijni-Novqorod)  

ilə  görüĢən  Behbud  xan  ona  Vətənə  qayıtmaqda  kömək  edəcəyinə 



 

68 


söz vermiĢdi. Lakin Yusif Vəzirə kömək etmək B. CavanĢirə nəsib 

olmamıĢdı... 

Vəzirov  Yusif  Mir  Baba  oğlu.  Otuz  iki  yaĢlı  Y.V.  Çəmənzə-

minli 1919-cu ildə N.Yusifbəylinin təklifi ilə Ġstanbula Azərbaycan 

Cümhuriyyətinin səfiri göndərilmiĢdi. Onun köməkçisi Birinci Dün-

ya  müharibəsində  ilk  azərbaycanlı  hərbi  təyyarəçimiz  olan  Fərrux 

ağa Qayıbovun (1891-1916) qohumu Cahangir bəy Qayıbov (1882-

1938) idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar 

tutulacaqlarından  ehtiyatlanaraq  Ġstanbuldan  Vətənə  gələ  bilmir-

dilər... 

...Çünki, Azərbaycan SSR XKS-in sədri N. Nərimanovun tap-

Ģırığı ilə Cənubi Qafqaz Xarici Ticarət ġurasının nümayəndəsi sifə-

tilə  Almaniyaya  yola  düĢən  Behbud  xanın  özünün  aqibəti  faciə  ilə 

qurtarmıĢdı...  O  da  Fətəli  xan  Xoyski,  Həsən  bəy  Ağayev  kimi  er-

məni terrorunun qurbanı olmuĢdu... Bu hadisə tarixi ədəbiyyatda və 

dövrü mətbuatda öz əksini aĢağıdakı kimi tapmıĢdır: 





 

 1921-ci ilin iyulunda  Behbud xan həyat  yoldaĢı,  milliyyətcə 

rus olan Tamara xanım, qardaĢları Surxay ağa və CəmĢid ağa (tarixi 

ədəbiyyatda CümĢid ağa da yazılır) ilə birlikdə Ġstanbula yola düĢə-

rək,  o  vaxt  Malta  adasında  sürgündə  olan,  əslən  qarabağlı  görkəmli 

ictimai-siyasi xadim, professor Əhməd bəy Ağaoğlunun (1863-1939) 

evində qonaq qalmıĢdı. Bu haqda Ə. Ağaoğlunun qızı Sürəyya Ağa-

oğlü “Ailəm və təhsil illərim” addlı xatirələr kitabında yazmıĢdır... 





 

 Əhməd  bəy  Sitarə  xanım  Əbdürrəhman  bəy  qızı  Vəzirova 

ilə yaĢam qurmuĢdu. Onun 7 övladı - Vəzir bəy, BəĢir bəy, Əbdür-

rəhman bəy və Səməd bəy adlı oğulları, Sürəyya xanım, Tezə xanım 

(Tezer) xanım və Gültəkin xanım adlı qızları vardı. O vaxtlar Ġstan-

bul  Universitetinin  hüquq  fakultəsinin  hələ  tələbəsi  olan  Sürəyya 

Ağaoğlu  1903-cü  ildə  ġuĢa  Ģəhərində  anadan  olmuĢdu...  Sürəyya 

xanım  Türkiyənin  ilk  vəkili  olmuĢ  və  orada  böyük  nüfuz  qazan-

mıĢdı...  MəĢhur  istiqlal  mübarizi,  atası  Ə.  Ağaoğlunun  soyadını 

layiqincə  doğrultmuĢ  Sürəyya  xanım  1989-cu  il  dekabrın  29-da 

Ġstanbulda 86 yaĢında vəfat etmiĢdir . 



 

 Sürəyya xanım yuxarəda adını çəkdiyimiz  “Ailəm və təhsil 

illərim”  adlı  xatirələr  kitabında  yazırdı:  ”Atam  Maltadan  qayıtdıq-

dan sonra erməni dostlarından bir nəfər professor bizə gələrək onun 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə