Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə24/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   20   21   22   23   24   25   26   27   ...   156

 

72 


anadan  olmuĢdu.  1922-ci  il  temniz  (iyul)  ayının  21-də  Tiflisdə,  50 

yaĢında  erməni  terrorçuları  Petros  Ter-Poqosyan  və  ArtaĢes  Ge-

vorkyan tərəfindən qətlə yetirlimiĢdir). ”Rza Nur daha sonra özünün 

“Moskva-Sakariya  xatirələri”  kitabında  “Bir  azəri  vətənpərvəri: 

böyük  Ģəhid  Behbud  CavanĢir”  bölümündə  yazırdı:  ”Behbud  Ca-

vanĢirlə tanıĢ oldum. Gənc, gözəl, fövqəladə zəkalı və məlumatlı bir 

Ģəxsdir. Vaxtı ilə Almaniyada mühəndislik təhsili alıb. BolĢeviklə-

rin  əleyhinə  olanlardandır...  Ruslardan  əvvəlki  milli  Azərbaycan 

Respublikasında nazir imiĢ. Ruslar gələn kimi onu da həbs etmiĢdi-

lər. Lakin neft mədənlərini kimsə dürüst iĢlədə bilməmiĢdi. Cavan-

Ģiri  həbsdən  çıxarıb  ora  göndərməyə  məcbur  olmuĢdular.  Oda  iĢi 

yoluna qoymuĢ. Bu adam çox türkçü və vətənpərvərdir”. 

...Ağır yaralı halda xəstəxanaya çatdırılan Behbud xan 35 də-

qiqədən sonra daha heç bir tibbi yardıma ehtiyac olmadan dünyasını 

dəyiĢmiĢdi.  Bu  zaman  onun  cəmi  44  yaĢı  vardı  (Behbud  xana  rus 

inqilabı  və  digər  hərc-mərclik  illərində  də  sui-qəsdlər  olmuĢdu..., 

lakin o öz həyatını soyuqqanlıqla qoruya bilmiĢdi. Bu dəfə isə ehti-

yatı  əldən  vermiĢdi...).  ÖlməmiĢdən  qabaq:  ”Cənablar,  pəncərəni 

açın, hava çatıĢmır, mən ağırlaĢıram! Mənim Ģəxsi düĢmənim yox-

dur. Məni ermənilər vura bilər”, - son kəlmələrini söyləmiĢdi. 

Behbud  xan  ölümündən  3  gün  sonra,  20  iyul  1921-ci  ildə 

Ġstanbulda BeĢiktaĢdakı Yəhya əfəndi dərgahında (qəbiristanlığında) 

dəfn olunmuĢdur. ”Bəzi qüvvələr”in müqavimətinə baxmayaraq, dəfn 

mərasimi  kütləvi  nümayiĢə  çevrilmiĢdi  (onlar  Behbud  xanın  orada 

dəfn olunmasının əleyhinə idilər)... 

Sitarə  xanımın  xahiĢi  ilə  Ġstanbulun  tanınmıĢ  vəkillərindən 

Haydar Rifat bəy məhkəmədə iddiaçı tərəfin – CavanĢirlər ailəsinin 

mənafeyini  müdafiə  etməyi  öz  üzərinə  götürmüĢdü.  Behbud  xanın 

vəkili Rifat Haydar bəy onun qətlini törədənlərin cəzalandırılacaqla-

rını bəyan etmiĢdi. Cinayət iĢinə ingilis hərbi məhkəməsində baxıl-

ması tapĢırılmıĢdı. Həmin vaxt terrorçu Misaq Torlakyan məhz in-

gilis hərbçilərinin  qərargahının yerləĢdiyi “Kroker” otelində (indiki 

Ġstanbul Sənaye Odasının binası) saxlanılırdı. ”DaĢnaksütyun” par-

tiyasının üzvü Misaq Torlaqyan hələ 1918-ci ildə Azərbaycanda tö-

rədilən  mart  soyqırımında xüsusi fəallıq  göstərmiĢdi...  Məhkəmədə 

Misaq  Torlaqyanı  ermənilərdən  3  vəkil  müdafiə  edirdi.  Məhkəmə-




 

73 


nin  stenoqramını  yazan  jurnalist  Murad  Çulcu  (Gülçü)  bu  məhkə-

mənin “əsrin məhkəməsi” kimi məĢhur olduğunu  yazırdı... Məhkə-

məyə  40-a  yaxın  Ģahid  cəlb  olunmuĢdu.  Məhkəmədə  həmçinin 

Azərbaycan Parlamentinin üzvlərü, daxili iĢlər nazirinin sabiq müa-

vini,  ”Azərbaycan”  qəzetinin  müxbiri  kimi  ġəfi  bəy  Rüstəmbəyli 

(Aran)  və  siyasi  mühacir  Həmdi  Qara  Ağazadə  ittiham  Ģahidləri 

qismində çıxıĢ edərək Behbud xanı müdafiə etmiĢdilər. Ziba xanım 

adlı  bir  soydaĢımız  da  öz  çıxıĢı  ilə  erməni  terrorçularını  ifĢa  edən 

tarixi  faktları  sübut  olaraq  göstərmiĢdi.  Məhkəməni  aparan  birinci 

prokuror M.Torlaqyan üçün ölüm cəzası istəmiĢdi. Odur ki, onu 24 

saat müddətində Türkiyədən uzqlaĢmağa məcbur etmiĢdilər... Yeni 

təyin edilən prokurorun “səyi” nəticəsində 1922-ci il yanvar ayının 

4-də  ingilis  hərbi  məhkəməsinin  hökmü  ilə  qatilə  bəraət  qazandı-

rılmıĢ  və  məhkəmə  prosesində  M.Torlaqyanı  az  qala  ”milli  qəhrə-

man”  kimi  qələmə  verən  ermənilər  onu  vəkili  Hasuryanla  birlikdə 

əvvəlcə  Yunanıstana,  oradanda  isə  Amerikaya  “qaçırmıĢdılar”... 

(Bunu  pərdələmək  üçün  üstəlik,  ağqvardiyaçıların  havadarı  olan 

Dubinski-Mixadze  də  belə  yazmıĢdır  ki,  güya  Ġstanbluda  Behbud 

xanı  Misak  Torlaqyan  deyil,  rus  ağqvardiyaçıları  qətlə  yetir-

miĢlər...). 

Behbud  xanın  kiçik  qardaĢları  CəmĢüd  ağa  (1901-1988)  və 

Surxay ağa (1904-1985)  ömürlük Türkiyədə qalmıĢdılar.  Lakin on-

lar Azərbaycan SSR XKS-in sədri N. Nərimanovun diqqətindən kə-

narda  deyildilər.  Məhz  N.  Nərimanovun  qayğısı  və  himayəsi  sayə-

sində CəmĢüd və Surxay ali təhsil ala bilmiĢdilər. Azərbaycan SSR 

XKS-in sədri N. Nərimanov onların hər ikisinin Almaniyada təhsil-

lərini  davam  etdirmələri  üçün  təqaüd  ayırmıĢdı.  Yenə  də,  N.  Nəri-

manovun  təĢəbbüsü  ilə  Azərbaycan  hökuməti  özünün  12  dekabr 

1921-ci  il  tarixli  iclasında  B.  CavanĢirin  ailəsinə  maddi  yardım 

göstərmək haqqında qərar qəbul etmiĢdi. 

Behbud xanın özündən kiçik üçüncü qardaĢı CəmĢüd ağa Ca-

vanĢir 1901-ci ildə CavanĢir qəzasının  Qaraqoyunlu kəndində Azad 

ağanın ailəsində dünyaya gəlmiĢdi (bu kənd Qarabağ xanı Pənahəli  

xanın nəticəsi Azad ağanın mülkü olduğu üçün bəzi ədəbiyyatlarda 

onu  Azad  Qaraqoyunlu  da  yazırlar).  Sonra  qardaĢı  Behbud  ağanın 

yanına  Bakıya  köçmüĢdü...  Behbud  xanın  qətlə  yetirilməsindən 




 

74 


sonra Ġstanbulda qalan CəmĢid ağa türkiyəli məhkəmə vəkili, artıq 

yuxarıda  adı  çəkilən  həmin  Haydar  Rifata  sığınmıĢ  və  onun  kiçik 

qızı Hamiyet xanımla evlənmiĢdi. Onların izdivacından əmələ gələn 

oğlan uĢağına əmisi, Azərbaycan milli istiqlalının fədailərindən biri, 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  naziri  Behbud  xan 

CavanĢirin adını qoymuĢdu. CəmĢüd ağanın Hamiyet xanımdan bir 

qızı da dünyaya gəlmiĢdi. CəmĢid ağanın oğlu Behbud ağa CavanĢir 

1926-cı  ildə  Ġstanbulda  anadan  olmuĢdu.  Ali  tibb  təhsili  almıĢdı. 

Türkiyənin tibb üzrə tanınmıĢ professoru, həm də məĢhur idmançısı 

olmuĢdu.  O,  uzun  illər  tennis  üzrə  Türkiyə  çempionu  adını  saxla-

mıĢ,  Türkiyənin  turizm  və  alpinizm  klubuna  rəhbərlik  etmiĢdi. 

Onun adına Türkiyədə indi də hər il “CavanĢir kuboku” adlı tennis 

yarıĢı  keçirilir.  Professor  Behbud  ağa  CavanĢir  1999-cu  ildə  Ġstan-

bulda 73 yaĢında vəfat etmiĢdir.... 

QardaĢoğlu  Behbud  ağa  sonrakı  xatirələrinin  birində  yazırdı 

ki, atam bir ara Azərbaycanda qalan RəĢid (1900-1937) əmimin qız-

ları  Zəminə  və  Bəturəni  repressiya  qurbanlarına  çevrilməmələri 

üçün “vasitə” tapıb... SSRĠ konĢuluğuna müraciət etməklə turist ki-

mi  SSRĠ-yə  -  Sibirə  gedərək,  orada  qohumlarını  tapmıĢ,  min  bir 

əziyyətdən  sonra  icazə  alaraq  onları  Türkiyəyə  gətirməyə  nail  ol-

muĢdu... (Sonralar onlar yenidən Bakıya qayıdıb burada yaĢamıĢ və 

iĢləmiĢlər...).  Behbud  xanın  özündən  sonrakı  ikinci  qardaĢı  RəĢid 

ağa CavanĢir 1900-cü ildə CavanĢir qəzasının Qaraqoyunlu kəndin-

də  Azad  ağanın  ailəsində  dünyaya  gəlmiĢdi...Behbud  xanın  qətlin-

dən sonra qardaĢları CəmĢid ağa və Surxay ağanın təkidinə baxma-

yaraq,  Ġstanbula  getməyib  Bakıda  qalmıĢdı.  Azərittifaqda  mühasib 

iĢləyirdi.  Lakin  xan  nəslinə  mənsubluğu  ucbatından  1937-ci  ildə 

repressiyaya  uğramıĢdı...  RəĢid  ağa  Sənubər  xanım  ġamil  ağa  qızı 

Cəmillinskaya (1906-1981) ilə  ailə  qurmuĢdu.  Onun Azad ağa adlı 

oğlu,  Zəminə  bəyim  və  Bəturə  bəyim  adlı  qızı  vardı.  Azad  ağa 

1931-ci ildə Bakıda doğulmuĢdu və cəmi 10 il yaĢamıĢ, 1941-ci ildə 

həyatdan  köçmüĢdü...  RəĢid  ağanın  birinci  qızı  Zəminə  bəyim 

1933-cü  il  fevralın  18-də  Bakı  Ģəhərində  doğulmuĢ,  Azərbaycan 

Dövlət  Universitetinin  (Ġndiki  BDU)  filologiya  fakultəsini  bitir-

miĢdi.  Uzun  illər  “Gənclik”  nəĢriyyatında  redaktor  iĢləmiĢdir.  Zə-

minə  bəyim  tanınmıĢ  Ģair  Rasim  Kərimli  (1932-1997)  ilə  ailə  qur-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə