Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə25/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   21   22   23   24   25   26   27   28   ...   156

 

75 


muĢdu...  Zəminə  xanım  hazırda  Bakıda  yaĢayır...  RəĢid  ağanın 

ikinci qızı Bəturə bəyim (1936-1996) 1936-cı il noyabrın 10-da Ba-

kı Ģəhərində anadan olmuĢdu. Azərbaycan Tibb Ġnstitutunda (indiki 

Azərbaycan  Tibb  Universiteti)  təhsil  almıĢdı.  Bakıdakı  20  nömrəli 

poliklinikada çalıĢmıĢdı. Bəturə xanım 1996-cı il fevralın 12-də 60 

yaĢında vəfat etmiĢdir... Bəturə xanım Qasım Əliyevlə (1928-1997) 

ailə qurmuĢdu. Üç oğlu qalmıĢdır... 

Behbud xanın sonbüĢik qardaĢı Surxay ağa 1904-cü ildə Ca-

vanĢir  qəzasının  Qaraqoyunlu  kəndində  dünyaya  göz  açmıĢdı... 

Sonra  qardaĢının  -  Behbud  xanın  yanına  köçmüĢdü.  1921-ci  ildə 

onunla Ġstanbula getmiĢdi. Behbud xanın qətlindən sonra oda qarda-

Ģı CəmĢüd ağa ilə birlikdə Ġstanbulda qalmıĢ və orada yaĢayıb iĢlə-

miĢdi. Ġxtisasca mühəndis-elektrik idi. Surxay ağanın övladları haq-

qında bilgilər yoxdur... 

Behbud  xan  CavanĢirin  həyat  yoldaĢı  Tamara  xanım  onun 

ölümündən  sonra  Moskvaya  getmiĢ  və  ömrünün  axırınadək  orada 

tənha  yaĢamıĢdı  (Tamara  xanım  söyləmiĢdi  ki,  Türkiyədə  Behbud 

xanın  xatirəsi  əziz  tutulurdu  və  onun  ölümündən  təəssüflənirdilər. 

Onlardan biri Nuru paĢa idi. Tamara xanım söyləyirdi ki, 1918-ci il 

sentyabrın  15-də  Bakı  azad  olunduqdan  bir  neçə  gün  sonra  Nuru 

paĢa  onların  evinə  qonaq  gəlmiĢdi...).  Xan  nəslindən  olduğu  üçün 

repressiya illərində Sibirə sürgün edilmiĢ Behbud xanın bacısı oğlu 

Əkbər    CavanĢir  1948-ci  ildə  sürgündən  qayıdarkən  yolüstü  Mo-

skvada Tamara xanımın qonağı olarkən ondan nə əcəb ailə qurmadı-

ğını soruĢmuĢdu. Tamara xanım ona belə cavab vermiĢdi: ”Behbud 

xan kimi bir kiĢi tapmaq mümkünsüzdür”. 




 

76 


 

MƏHƏMMƏD SADIQ BƏY  AĞABƏYZADƏ (AĞABƏYOV) 

(1865-1944) 

 

 



Azərbaycanın  görkəmli  hərbçisi 

və  dövlət  xadimi.  1918-1920-ci  illər-

də  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə  Daxili  ĠĢlər  Nazirliyinin 

rəhbərlərindən,  milli-müstəqil  polisi-

mizin  yaradıcılarından  biri  olmuĢdur. 

General-mayor.  Nazir  hüquqlu  vitse-

ministr  (nazir)...  ġərqĢünas  alim,  pro-

fessor... 

Məhəmməd  Sadıq  bəy  Hacı  Ġs-

mayıl  bəy  oğlu  Ağabəyzadə  (Ağabə-

yov) 1865-ci il martın 15-də Bakı qu-

berniyasının  Göyçay  qəzasının  mər-

kəzi  Göyçay  Ģəhərində  dindar  ailədə 

anadan  olmuĢdu.  O,  Salyandakı  məĢ-

hur  Ağabəyovlar  nəslindən  idi...  Ġlk  təhsilini  Bakı  real  məktəbini 

qurtarmaqla  (1882)  alıb  sonra  Peterburqdakı    Konstantinovsk 

piyada  hərbi  və  artilleriya  məktəbini  də  əla  qiymətlərlə  bitirmiĢdi. 

Odur ki, 1886-cı ildə Sankt-Peterburqdakı (“Sankt-Peterburq” “Mü-

qəddəs  Pyotr  Ģəhəri”  deməkdir.  1703-cü  ildə  qüdrətli  Rusiya  çarı 

Birinci Pyotr (1682-1725) tərəfindən salınmıĢdır) Mixaylovski artil-

leriya məktəbinin 3-cü kursuna daxil olmuĢdu. Oranı da əla qiymət-

lərlə  bitirmiĢdi.  Qafqazda  qulluq  edərkən  Tiflisdə  BaĢ  Qərargahın, 

1886-1899-cu  illərdə  həm  də  Peterburqda  Xarici  ĠĢlər  Nazirliyinin 

ġərq dilləri kursunu qiyabi yolla baĢa vurmuĢdu. 

1886-cı ildən kiçik rütbəli hərbçi zabit kimi xidmətdə sayılan 

M.S. Ağabəyzadə əvvəlcə Qafqaz artilleriya hərbi hissəsində, 1899-

cu  ildən  1913-cü  ilədək  Türküstan  (Orta  Asiya)  və  Zakaspi  hərbi 

dairələrində qulluq etmiĢdi... 1913-cü ildə general-mayor rütbəsində 

təqaüdə  çıxaraq  Göyçay  Ģəhərində  yaĢayırdı...  Bu  zaman  onun  48 

yaĢı vardı. 



 

77 


1914-cü  ilin  iyulunda  Birinci  Dünya  müharibəsi  baĢlandı  və 

bununla əlaqədar bütün hərbçi Ģəxslər səfərbərliyə alınırdı. Onların 

içərisində  Məhəmməd  Sadıq bəy də vardı... Qeyd etmək lazımdır 

ki, çar Rusiyası ordusunda qulluq edərkən göstərdiyi əla xidmətlərə 

görə M.S. Ağabəyzadə artıq yuxarıda deyildiyi kimi general-mayor 

ali hərbi rütbəsinə, bir sıra orden və medallara, o cümlədən Rusiya 

imperiyasının  yüksək  təltiflərindən  biri  olan  2-ci  dərəcəli  “Müqəd-

dəs  Anna”  ordeninə  layiq  görülmüĢdü.  1917-ci  il  oktyabrın  27-də 

Rusiyada silahlı çeviriliĢin baĢ verməsi nəticəsində axırıncı çar Ġkin-

ci Nikolay Romanovun (1894-1917) hakimiyyəti yıxıldı. Onun əvə-

zinə  hakimiyyətə  gələn  sovet  hökuməti  Rusiyanın  Birinci  Dünya 

müharibəsindən  çıxdığını  elan  etdikdən  sonra  həmin  müharibədə 

iĢtirak etmiĢ, ordudan tərxis olunmuĢ general Məhəmməd Sadıq bəy 

Ağabəyzadə yenidən döğulduğu  Göyçaya qayıtmıĢdı. 

1918-ci  ilin  may  ayında  Azərbaycanın  tarixində  çox  mühüm 

və yeni mərhələ olan bir hadisə baĢ verdi. Bu tarixi hadisə həmin il 

Mayın  28-də  ilk  milli  -  müstəqil  dövlətimiz  –  Azərbaycan  Xalq 

Cümhuriyyətinin yaranması idi. Bundan hədsiz sevinən general Mə-

həmməd  Sadıq  bəy  Ağabəyzadə  diqqətdən  kənarda  qalmamıĢdı. 

M.S. Ağabəyzadə bir peĢəkar hərbçi general kimi ona olunan təklifi 

ürəkdən  qəbul  edərək,  müstəqil  dövlətimizə  xidmət  etməyə  razılıq 

vermiĢdi...  Tarixi  mənbələr  və  sənədlər  göstərir  ki,  bu  vətənpərvər 

Ģəxs 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi 

Nazirliyində  hərbi  nazirin  müavini,  hərbi  nazir  əvəzi,  daxili  iĢlər 

nazirinə  bərabər  statusda  isə  nazir  əvəzi  vəzifələrində  çalıĢmıĢ  və 

Azərbaycanda,  xüsusilə,  Gəncə  və  Bakı  quberniyalarının  polis  or-

qanlarında  islahatlar  apararaq,  milli  polis  məktəbinin,  habelə  hərbi 

iĢin təĢkilində müstəsna xidmətlər göstərmiĢdir... 

Belə  ki,  S.  Ağabəyzadə  1918-ci  ilin  oktyabrınadək  əvvəlcə 

Azərbaycan Respublikasının hərbi naziri əvəzi vəzifəsində çalıĢmıĢ, 

sonuncu tarixdən isə zəruriyyət olduğundan Daxili ĠĢlər Nazirliyinə 

iĢləməyə dəvət olunmuĢdu... General-mayor Məhəmməd Sadıq bəy 

Ağabəyzadə Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 

23-dən Daxili ĠĢlər Nazirliyinin vitse-naziri vəzifəsinə təyin edilmiĢ 

və bu vəzifədə  təqaüdə  çıxanadək,  yəni  1920-ci  il  yanvarın  23-dək 

intensiv  fəaliyyət  göstərmiĢdi...  O,  Azərbaycan  Cümhuriyyətinin 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə