Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə28/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   24   25   26   27   28   29   30   31   ...   156

 

84 


Daxili ĠĢlər Nazirliyinə vits-ministr vəzifəsinə təyin olunduğu 

ilk  gündən  Sadıq  bəy  təĢkilat-səfərbərlik  məsələləri,  polisin  bütün 

strukturlarının  maddi-texniki  təchizatı ilə  məĢğul  olmağa baĢlamıĢ-

dı. Onun ilk təkliflərindən biri Azərbaycan Xalq Cümhuriyyəti  DĠN 

üçün dövlər büdcəsindən ayrılan maliyyə vəsaitinin artrılması barə-

də idi. 


Təyinat. 2 sentyabr 1919-cu il. Daxili iĢlər naziri əvəzi-vitse-

nazir, general-mayor M. Ağabəyzadənin əmri ilə ixtisasca hüquqĢü-

nas olan  Əmir bəy Nəriman bəy oğlu Nərimanbəyov   Bakının qu-

bernatoru,  Əmir  xan    Cahangir  xan  oğlu  Xöysaki  isə  onun  böyük 

köməkçisi vəzifələrinə təyin edilmiĢdi. 

1919-cu  ilin  payızında  Bakı  quberniyasının  təftiĢ  edilməsi 

haqqında  məxfi  məlumatları  dinlədikdən  sonra  nazir  əvəzi  (vitse-

ministr) general-mayor    M.  Ağabəyzadə  icarəyə  verilən dövlət  tor-

paqlarının  xüsusi  möhtəkirlərin  əlinə  düĢdüyünü,  bu  cür  adamların 

kənd təsərrüfatı ilə  heç bir ümumi  əlaqəsi  olmadığını DĠN-in  adın-

dan  bəyan  etmiĢ  və  həmin  torpaqların  ilk  növbədə  azərbaycanlı 

kəndlilərə verilməsi təklifini irəli sürmüĢdü. 

Məhəmməd  Sadıq  bəyin  yaxından  iĢtirakı  ilə  DĠN-in  yeni 

Ģtatları  təsdiq  edilmiĢ,  əməkdaĢların  maaĢları  artırılmıĢdı.  Belə  ki, 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il 20 mart tarixli 

iclasında Daxili ĠĢlər Nazirliyinin Ģtatlarının təsdiqi məsələsinə bax-

mıĢ və onu geniĢ müzakirə etmiĢdi. Bu məsələ ilə çıxıĢ edən höku-

mətin  Büdcə-Maliyyə  Komissiyasının  sədri  Musa  bəy  Hacı  Məm-

mədhüseyn  oğlu  Rəfibəyli  (Rəfiyev)  (Gəncə  1888  -  Təbriz  1938) 

bildirmiĢdi: ”1917-ci il fevral inqilabından sonra baĢ verən dəyiĢik-

liklər ilk növbədə Daxili ĠĢlər Nazirliyinə toxunub. Zaqafqaziya Ko-

missarlığı və sonrakı dövrlərdə də bir sıra dəyiĢikliklər olub, ancaq 

DĠN-in Ģtatları indiyədək qnunveicilik qaydasında təsdiq edilməyib 

ki, bu da onun öz iĢini normal davam etdirməsinə mane olur. Bakı-

da  əvvəllər  qubernatorun,  qradonaçalnikin  və  quberniya  Ġdarəsinin 

dəftərxanaları ayrı-ayrılıqda mövcud idi. Sonra bu dəftərxanalar bir 

dəftərxanada  birləĢdirildi.  Qubernator  və  qradonaçalnik  əvvəllər 

hərəsi  bir  köməkçiyə  malik  idilər.  Ġndi  Qradonaçalnikdə  köməkçi-

nin  əvəzinə  qubernatorun  kiçik  köməkçisi  vəzifəsi  təsis  olunur  və 

onun  üzərinə  gələcəkgə  polisə  rəhbərlik  iĢi  həvalə  edilir.  Dəftər-




 

85 


xananın  yanında  quberniya  Ġdarəsinin  3  məsləhətçisi,  Arxitektura 

ġöbəsinin  rəisi,  1  katib,  2  köməkçi,1  mühafizə  inspektoru,  11  gö-

zətçi və kuryerlər olacaq. Beləliklə, Qradonaçalnikliyin yanında xü-

susi tapĢırıqlar üzrə 4 məmurun əvəzinə 2 nəfər, 8 kargüzar əvəzinə 

4-6 kargüzar köməkçisi əvəzinə 3 və 30 dəftərxana məmuru əvəzinə 

20-si qalacaq. 

ĠĢ həcminin böyüməsi ilə əlaqədar olaraq, polismeysterin ikin-

ci  köməkçisi  vəzifəsi  təsis  olunur.  Əvvəllərdə  bu  vəzifəni  pristav-

lardan  biri  icra  edirdi  ki,  bu  da  onun  birbaĢa  öz  vəzifəsinin  icra 

etməsini  çətinləĢdirirdi.  ġəxsi  heyət  320  nəfər  artırılır.Bunlardan 

225  nəfəri  piyada  və  95-i  süvari  qorodovoydur.Bakı  qəza  rəisi 

vəzifəsi də ləğv edilir və bu qəzanın bütün ərazisi Balaxanı-Sabunçu 

Polismeysterliyinə birləĢdirilir, orada 1 köməkçi olacaqdır. Qorodo-

voyların  sayı  da  artırılır,150-dən  200-ə  çatdırılır.Bir  sıra  qəzalarda 

bu  zəruri  deyildi,  çünki  onları  mühafizə  polisinin  zabitləri  əvəz 

edirdi. Ġndi bu vəzifə də ləğv edilir. 

Cavad  qəzası  (Mərkəzi  Salyan  idi)  (indiki  Salyan,  Neftçala, 

ġirvan,  Biləsuvar,  Sabirabad,  Saatlı,  ĠmiĢli,  Beyləqan  əraziləri)  və 

Göyçay qəzalarında 2  yeni  sahə pristavlığı  təsis olunur. Sahə pris-

tavlıqları  yanında  pristav  köməkçisi  vəzifəsi  də  təsis  edilir.Bir  sıra 

Ģəhərlərdə, məsələn, Quba, Salyan və Lənkəranda indiyə kimi cəmi 

1 pristav var.Ġndi yeni layihə üzrə 2-ci pristav vəzifəsi də təsis olu-

nur. Bakı Cinayət–Xəfiyyə ġöbəsi nəzarətçilərinin sayı 10 nəfərdən 

15 nəfərə qaidırılır. Agentlərin sayı isə, əksinə, 50 nəfərdən 30 nəfə-

rədək endirilir. ġuĢa qəzasının iri Ağdam kəndində pristav vəzifələri 

təsis edilir”. 

M.  Rəfibəyli  sonra  sözünə  davam  edərək,demiĢdi:  ”  KeçmiĢ 

Zaqatala  Dairəsi  ləğv  edilir  və  quberniya  yaradılır.  Orada  inzibati 

idarəçiik  qubernatordan,  onun  1  köməkçisindən,  1  məsləhətçidən, 

xüsusi  tapĢırıqlar  üzrə  1  köməkçidən,  1  mühəndisdən,  2  kargüzar-

dan, 6 dəftərxana qulluqçusundan, 6 kuryerdən, 6 sahə pristavından 

və onların 6 köməkçisindən, 6 dəftərxana məmurundan və 6 gözət-

çidən ibarət  olaraq təĢkil  edilir. Qaxda  əvvəllər mövcud olan kənd 

starĢinaları qalır.  Zaqatala  Ģəhərinin  özündə  pristav  və  2  nəzarətçi, 

15  qorodovoy  və  2  kuryer  var.  ġəriət  məhkəməsi  də  var  ki,  bu  da 

məhkəmənin sədrindən, 6 üzvdən, 1 kargüzardan, 3 dəftərxana mə-




 

86 


murundan və  2 kuryerdən ibarətdir.  Quberniyada 1 gözətçi inspek-

toru,  20  böyük  gözətçi  və  15  kiçik  gözətçi  heyəti  var  (gözətçilər 

yəni,  polis  strajnikləri;  çar  Rusiyası  dövründə  19-cu  əsrin  90-cı  il-

lərində Azərbaycan ərazisində qaçaqçılıq və kəndli hərəkatı geniĢlə-

nən zaman onunla mübarizə, habelə inqilabı hərəkatı yatırtmaq üçün 

ayrıca  polis  komandası  -  polis  strajası  (strajnikləri)  yaradılmıĢdı. 

Polis strajası 1899-cu il avqustun 1-dən fəaliyyətə baĢlamıĢdı. Polis 

strajnkləri  uryadniklərə  tabe  idilər.  Srajniklər  1918-1920-ci  illərdə 

əsasən Azərbaycanın sərhədlərini qoruyan polis qüvvəsi idi). Hesab 

olunur  ki,  Azərbaycan  kimi  çoxda  böyuk  olmayan  ölkədə  quber-

natorların  vəzifələrinə...  ehtiyac  yoxdur.  Onların  ləğvi  vasitəçiliyi 

aradan götürər və Daxili ĠĢləır Nazirliyinin xalqa daha yaxın olma-

sını asanlaĢdırar... 

Əmək haqlarının artırılmasına da ehtiyac var. Çünki əməkdaĢ-

ların maaĢı digər nazirliklərlə (məsələn, maliyyə, ədliyyə və s.) mü-

qayisədə çox aĢağıdır. Buna görə DĠN qulluqçularının maaĢları yeni 

Ģtat üzrə 16 dərəcəyə bölünməklə aĢağıdakı kimi olacaqdır : 

1-ci  dərəcə.  Bakı  qubernatorunun  əmək  haqqı  ayda  3.  600 

manat, digər qəzaların qubernatorlrı üçün 3. 000 manat; 

2-ci  dərəcə.  Bakı  vitse-qubernatorunun  maaĢı-ayda  2.  700 

manat, digər yerlərdə 2. 500 manat; 

3-cü  dərəcə.  Bakı  qubernatorunun  kiçik  köməkçisinin  maaĢı-

ayda 2. 500 manat; 

4-cü dərəcə. Bakı polismeysterinin maaĢı-ayda 2. 300 manat; 

5-ci  dərəcə.  Bakı  polismeysterinin  böyük  köməkçisinin  və 

Xəfiyyə ġöbəsi rəisinin maaĢı – ayda 1800 manat; 

6-cı  dərəcə.  Qulluqçular  –  Bakıda  1600,  Bakıdan  kənarda 

1500 manat; 

7-ci  dərəcə.  Qulluqçular  –Bakıda  1500,  Bakıdan  kənar  1400 

manat; 


8-ci  dərəcə.  Qulluqçular  -  Bakıda  1400,  Bakıdan  kənar  1200 

manat; 


9-cu dərəcə. Qulluqçular -  Bakıda 1300, Bakıdan kənar 1200 

manat; 


10-cu dərəcə. Qulluqçular - Bakıda 1200, Bakıdan kənar 1100 

manat; 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə