Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə31/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   27   28   29   30   31   32   33   34   ...   156

 

93 


-  Qərar:  -  Daxili  iĢlər  naziri  yoldaĢ  general-mayor  Sadıq  bəy 

Ağabəyzadənin təqaüdə çıxması qəbul edilsin.  

23 yanvar 1920-ci il”. 

...General-mayor  M.S.  Ağabəyzadə  Azərbaycan    Parlamenti 

və  Hökumətinin  tapĢırığı  ilə  1919-cu  il  oktyabrın  4-10  arasında 

Batumidə  (Gürcüstan)  ezamiyyətdə  olmuĢ,  ABġ  prezidenti  Vudro 

Vilsonun  (Tomas  Vudro  Vilson.  1856-cı  il  dekabrın  28-də  ABġ-ın 

Virginiya Ģtatının Stoaunton Ģəhərində anadan olmuĢ, 3 fevral 1924-

cü  ildə  VaĢinqtonda  68  yaĢında  vəfat  etmiĢdir.V.Vilson  4  mart 

1913-4  mart  1921-ci  illərdə  ABġ-ın  prezidenti  olmuĢdur)  nüfuzlu 

Ģəxsi  elçisi,  general    Ceyms  Harbortu  (21  mart  1866  -  20  avqust 

1947)  qarĢılamıĢ,  Azərbaycana  müĢayiət  və  mühafizə  etmiĢdi.  Bu 

fakt ilk müstəqil milli dövlətimizin hələ o vaxt Amerika ilə mövcud 

olmuĢ  əlaqələrindən  xəbər  verir...C.Harbort  general  Məhəmməd 

Sadıq bəyin müĢayiəti ilə Bakıya gəlmiĢ, məĢhur  milyonçu  mese-

nat  Hacı  Zeynalabdin  Tağıyevin  (1823-1924)  evində  gecələmiĢdi. 

(“hacı”  ərəb  sözüdür,  hər  hansı  Ģəxsin  adının  əvvəlində  deyilir. 

”Hacı” Səudiyyə Ərəbistanında müqqəddəs Məkkə Ģəhərindəki Kə-

bəni  ziyarət  edən  müsəlmanlara  verilən  dini  addır.Həmin  adı  öz 

xeyriyyəçilik  və  savabkeĢ  əməlləri ilə  doğruldan  Hacı  Zeynalabdin 

Tağıyev  1823-cü  il  yanvarın  25-də  Bakıda  ĠçəriĢəhərdə  anadan 

olmuĢ, 1924-cü il sentyabrın 1-də Mərdəkandakı mülkündə 101 ya-

Ģında vəfat etmiĢdir). 

...General C.Harbortun Ģərəfinə yüksək səviyyəli mərasim dü-

zəldilmiĢdi. Azərbaycan Parlamenti üzvlərinin də iĢtirak etdiyi mə-

rasimdə general   Ceyms Harbort  qısa müddətdə  ünsiyyətdə  olduğu 

general-mayor  M.S.  Ağabəyzadənin  sağlığına  Ģəxsən  badə  qaldır-

mıĢ və demiĢdi: ”...Məni təəccübləndirir ki, Azərbaycan Daxili ĠĢlər 

Nazirliyində belə bir yüksək səviyyəli Ģəxsiyyət vardır... ”. 

General-mayor  M.S.  Ağabəyzadə  Azərbaycan  milli  müstəqil 

polisimizin  təĢəkkülü  və  inkiĢafında,  onun  hüquqi  bazasının,  nor-

mativ  qanunvericilik  aktlarının  hazırlanmasında  mühüm  xidmət 

göstərmiĢdir. M.S. Ağabəyzadə tərəfindən hazırlanmıĢ və fəaliyyət 

üçün  qəbul  edilmiĢ  ”Polis  idarələrinin  təĢkili  haqqında”,  ”Polis 

Departamenti haqqında”, ” Ümumi, qəza və Ģəhər polisi haqqında” 

və  s.  kimi  normativ  sənədlər  bu  qəbildəndir.  M.S.  Ağabəyzadənin 




 

94 


hazırladığı Azərbaycan Cümhuriyyəti polisində islahatlar konsepsi-

yası  xüsusilə  əhəmiyyətli  olmuĢdu.  Bu    konsepsiya  üzrə  polis  or-

qanlarında islahatların həyata keçirilməsi 3 mərhələdə nəzərdə tutul-

muĢdu.  Birinci  mərhələ  1918-ci  ilin  iyulundan  həmin  ilin  de-

kabrınadək olan dövrü əhatə edirdi. Buraya daxil idi: 

-

 



polisin milliləĢdirilməsi; 

-

 



daxili iĢlər orqanları üçün kadrların hazırlanması; 

-

 



polis orqanlarının bütün strukturlarının yenidən  qurulması. 

Ġkinci mərhələyə aĢağıdakılar daxil idi: 

- polis təĢkilinin daxildən planayuğun  surətdə gücləndirilməsi

-  Bakı  polisinin  qatı  cinayətkarlıqla,  habelə  siyasi  və  trans-

milli  (olkədənkənar)  cinayətkarlıqla  mübarizədə  müttəfiq  dövlətlə-

rin  müvəqqəti  Polis  Komissarlığı  ilə  əməkdaĢlığı  və  birgə  əlaqəli  

fəaliyyəti; 

-  Ayrı-ayrı  polis  məmurlarının  vəzifə  cinayətləri  və  sui-

istifadə,həmçinin inzibati pozuntu halları ilə mübarizənin səmərəli-

liyinin artırılması, bu  iĢin  təkmilləĢdirilməsi. 

Üçüncü  mərhələ aĢağıdakıları əhatə edirdi: 

-  bütün  polis  qüvvələrinin  respublika  Daxili  ĠĢlər  Nazirliyi 

ətrafında mərkəzləĢdirilməsi; 

- Bakı və Balaxanı-Sabunçu polisinin respublika DĠN-ə tabe-

çiliyinin baĢa çatdırılması; 

- ölkədə qanunçuluğun və ictimai asayiĢin gücləndirilməsi; 

- vətəndaĢların Ģəxsi təhlükəsizliyinin və əmlakının qorunma-

sının təmin edilməsinin gücləndirilməsi; vəzifə cinayətləri ilə müba-

rizənin artırılması; 

- yerlərdə polis iĢinin (xidmətinin) təĢkili və inkiĢaf etdirilmə-

sində  qubernatorlara və  qəza rəislərinə ən  geniĢ  səlahiyyətlərin ve-

rilməsi. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-

lərin təzyiqlərindən  yaxa qurtarmaq üçün M.S . Ağabəyzadə 1920-

ci il noyabrın 22-də Ġstanbula gedib orada bir müddət görkəmli mü-

təfəkkir,  tərcüməçi,  jurnalist,  ədib,  həkim  və  rəssam  olan  Əli  bəy 

Hüseynzadənin (Turan) (1864, Salyan - 1940, Ġstanbul) yanında ya-

ĢamıĢdı. Əli bəy onun əmisi oğlu idi. Özünün övladı olmadığından 

Əli bəyin övladlarına xüsusi məhəbbətlə yanaĢırdı...Məhəmməd Sa-



 

95 


dıq bəyin taleyi uğurlu olmayıb...M.S. Ağabəyzadənin həyat və fəa-

liyyətinin  elmi  tədqiqatçısı,  filologiya  üzrə  fəlsəfə  doktoru  Gülər 

Abdillabəyova yazır ki, Məhəmməd Sadıq bəy hələ Türkmənistanda  

xidmət  edərkən,  orada AiĢə adlı    bir özbək qızı  ilə ailə  həyatı qur-

muĢdu. Lakin AiĢə cavankən rəhmətə getmiĢdi... 

Məhəmməd  Sadıq  bəy  1921-ci  ilin  əvvəlində  Ġstanbuldan 

Parisə  getmək  istəyərkən  maneələrlə  rastlaĢmıĢdı.  Fransaya  Yuna-

nıstandan  keçərək  getmək  lazım  idi.  Onun  Fransaya  getmək  cəhdi 

Türkiyə  -  Yunanıstan  müharibəsi  dövrünə  təsadüf  etdiyindən,  sər-

hədi keçərkən yunan əsgərləri sənədlərini və ali məktəbi bitirməsini 

təsdiq  edən  diplomunu  əlindən  almıĢdılar.Əlində  heç  bir  rəsmi 

sənədi  olmayan  Məhəmməd  Sadıq  bəy  Fransada  çox  acınacaqlı 

həyat tərzi keçirmiĢdi...Bu haqda Məhəmməd Sadıq bəyin  Əli bəyə 

yazdığı  məktublardan  və  Əli  bəyin  ona  ünvanladığı  iki  cavab 

məktubundan  bəlli  olur  (Ümumiyyətlə,  Sadıx  bəyin  Əli  bəyə  və 

digər  Ģəxslərə  yazdığı  31  məktub  Salman  Mümtaz  adına  Azərbay-

can Dövlət Ədəbiyyat və Ġncəsənət Arxivində hifz olunur). Bu mək-

tublarda  general-mayor  Məhəmməd  Sadıq  bəy  Ağabəyzadənin  sırf 

hərbçi  olmaqdan  savayı,  həm  də  yüksək  mədəniyyət    və    elm  

sahibliyi  aydınlaĢır... 

Azərbaycan Ġstiqlal Muzeyində (keçmiĢ V. Lenin adına muzey) 

Sadıq  bəyin  həyatının  mühacirətdə  keçirdiyi  hissəsinin  qayğıları  və 

düĢüncələri öz əksini tapmıĢdır... Bunlar insanın ən ağır Ģəraitdə belə 

bəĢər  övladına  nümunə  ola  biləcək  həyat  yolunun  keĢməkeĢləridir... 

Diqqətə,  hörmətə  və  təqdirə  layiq,  həmdə  örnək  olan  həmin  ömrün 

bəzi  anlarını  Sizlərə təqdim etməyi də özümüzə borc bilirik. 

1921-ci  ildən  Parisdə  yaĢayan    M.S.  Ağabəyzadə  orada  ilk 

öncə öz həmvətənləri ilə əlaqə yaratmaq istəyirdi. Lakin keçirdikləri 

sarsıntılar,  düĢdükləri  yeni  Ģərait,  vəziyyətlərinin  qeyri-müəyyən-

liyi,  inamsızlıq,  qorxu  hissi  əksər  mühacirləri  pərakəndə  salaraq 

onları tənhalığa düçar etmiĢdi. Odur ki, onları tapıb ünsiyyət bağla-

maq da çətin idi...Vətəndən uzaqda çox darıxan, günbə-gün özünə iĢ 

tapmaq ümidilə yaĢayan  Sadıq  bəy bir-birinə bənzər yalqız günlə-

rinin  acı  dəqiqələrində  yaĢadığı  evin  yaxınlığındakı  “Lamartin” 

bağçasına gedir, skamyada oturur, uĢaqların Ģən oyunlarına  baxaraq 

fikrə dalır, qayğısız uĢaqlıq anlarını xatırlayırdı... 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə