Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə29/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   25   26   27   28   29   30   31   32   ...   156

 

87 


11-ci  dərəcə.  Qulluqçular  -  Bakıda  110,  Bakıdan  kənar  1000 

manat; 


12-ci  dərəcə.  Qulluqçular  -  Bakıda  1000,  Bakıdan  kənar  800 

manat; 


13-cü  dərəcə.  Qulluqçular  –  Bakıda  900,  Bakıdan  kənar  800 

manat; 


14-cü  dərəcə.  Qulluqçular  –  Bakıda  800,  Bakıdan  kənar  700 

manat; 


15-ci  dərəcə.  Qqulluqçular – Bakıda 550,  Bakıdan kənar 600 

manat; 


16-cı  dərəcə.  Qulluqçular  –  Bakıda  550,  Bakıdan  kənar  500 

manat. 


M.  Rəfibəylinin  məruzəsindən  dərhal  sonra  Parlamentdə 

“DaĢnaksütyun”  fraksiyasının  təmsilçisi  ArĢak  Malxazyan  söz  ala-

raq  Daxili  ĠĢlər  Nazirliyinin  müzakirəyə  çıxarılmıĢ  yeni  Ģtatlarının 

təsdiq  edilməsinin  iclasın  gündəliyinə  salınmasına  etirazını  bildir-

miĢdi  ki,  güya  bunun  hələ  vaxtı  çatmayıb).  Güya  bu  Parlamentin 

Əsasnaməsinin  86,  87  və  103-cü  maddələrinə  ziddir  və  s.  Zatən 

burada bir erməni qısqanclığı vardı ... 

General-mayor  M.S.  Ağabəyzadə  kabinet  adamı  deyildi.  O, 

tez-tez  yerlərə  gedir,  ərazi polis orqanlarının təftiĢində  (...M.S. Ağa-

bəyzadə həm də Parlament tərəfindən yaradılmıĢ hərbi hissələri yox-

layan  komissiyanın  sədri  idi)  iĢtirak  edir  və  onlara  əməli  köməklik 

göstərirdi. Ümumiyyətlə, general-mayor M.S. Ağabəyzadənin 1918-

1920-ci  illərdə  gənc,  müstəqil  respublikamızın  polis  orqanlarının 

təĢəkkülü və inkiĢaf etdirilməsində müstəsna xidmətləri olmuĢdur. 

O zamankı çətin və mürəkkəb vəziyyətdə ölkədə sabitliyi qo-

ruya,  dövlətçiliyə  sədaqətli,  cinayətkarlıqla  uğurla  mübarizə  apara 

biləcək polis orqanları üçün ixtisaslı kadrların hazırlanması Məhəm-

məd  Sadıq  bəyi  çox  düĢündürürdü.  General  Məhəmməd  Sadıq  bəy 

islahatçı, yenilikçi idi. Məhz onun təĢkilatçılığı ilə hələ 1918-ci ilin 

payızında  Bakıda  Ġçəri  Ģəhərdə  qorodovoylar  hazırlayan  məktəb 

açılıb fəaliyyət göstərməyə baĢlamıĢdı... 

1918-ci il noyabrın 15-də daxili iĢlər naziri vəzifəsini ifa edən 

M.S. Ağabəyzadə əmr vermiĢdi ki, Rusiyanın müxtəlif quberniyala-

rından  Azərbaycana  gəlib  milli  hökumətimizə  qarĢı  əks-təbliğat 




 

88 


aparmaqla məĢğul olmaq üstündə polis tərəfindən həbs olunmuĢ si-

yasi dustaqlar – Z.N.Dosser (1882-1938), M.N.MandelĢtamm (Lya-

dov)  və  F.Aqapov  (milliyyətcə  erməni  idi)  həbsdən  azad  edilib, 

onların  bir  daha  Azərbaycana  qayıtmayacağı  Ģərti  ilə  noyabrın      

17-də  Poylu  (Ağstafa)  stansiyasından  öz  yerlərinə  yola  salınĢınlar. 

Əmr  icra  olunmuĢ  və  DĠN-in  Məhkəmə-Ġnzibati  ġöbəsi  bu    haqda  

Məhəmməd  Sadıq bəyə ayrıca məruzə hazırlamıĢdı... 

Artıq  yuxarıda  qeyd  olunduğu  kimi  1918-ci  il  noyabrın       

17-dən 1919-cu il martın 30-dək Azərbaycan ərazisində polis orqan-

larının  idarəçiliyində  ikili  tabeçilik  sistemu  vardı.  Bu,  Bakıda 

yerləĢən  müttəfiq  qoĢin  komandılığı  və  onların  Bakıda  yaratdığı 

Müvəqqəti  Polis  Komissarlığıına  tabeçilikə  əlaqədar  idi.  Belə  ki, 

Azərbaycan  polisi  Respublika  DĠN-lə  bərabər  Bakının  general-

qubernatoru  V.Tomsona  və  Müvəqqəti  Polis  Komissarlığının  rəisi, 

polkovnik  F.  Kokkerelə  də  hesabat  verirdi...Vitse-nazir,  general 

mayor M.S. Ağabəyzadə  yazırdı ki, Müvəqqəti Polis Komissarlığı-

nın,  Ģəxsən  komissar  F.P.Kökerelin  əmr  və  göstəriĢlərindən  birini 

yerinə  yetirmədikdə,  o,  telefonda  zəng  edib  hətta    Azərbaycan 

Cümhuriyyətinin daxili iĢlər nazirini həbs edəcəyi ilə hədələmiĢdi. 

1919-cu  il  martın  29-da  müttəfiq  qoĢunların  Bakıdakı  Polis 

Komissarlığı  öz  fəaliyyətinə  xitam  vermiĢ,  komissar,  polkovnik 

F.P.Kokkerel öz səlahiyyətlərini bitirərək Ġrana getmiĢ və orada ya-

radılan    Xüsusi  Müstəmləkə  Polisinin  Ģefi  vəzifəsinə  təyin  edilib 

fəaliyyətini  davam  etdirməyə  baĢlamıĢdı.  Müvəqqəti  Polis  Komis-

sarlığının  ləğv  edilməsi  Bakı  Ģəhərində  vəziyyətin  müsbət  təma-

yüldə  dəyiĢməsinə  təsir  göstərmiĢ,  ümumilikdə  bütün  Azərbaycan 

polisinə  tam  nəzarət  Azərbaycan  Cümhuriyyətinin  Daxili  ĠĢlər  Na-

zirliyinin səlahiyyətinə keçmiĢdi.Hərçənd, yuxarıda göstərilən dövr-

də  Azərbaycan  və  ingilis  polisi  arasında  əməkdaĢlıq  təcrübəsi  də 

vardı... 

PeĢəkar hərbçi general Məhəmməd Sadıq bəy Milli Ordumuz-

la  sıx  əlaqədə  fəaliyyət  göstərir,  Azərbaycan  Ordusunun  formalaĢ-

masında  səylərini  əsirgəmirdi.  O,  ordudan  fərarilik  edənlərə,  Milli 

Silahlı  Qüvvələrimizdə  pozuntu  törədənlərə  qarĢı  xüsusilə  amansız 

idi. Məhəmməd Sadıq bəy Milli Ordumuzda yaranan belə vəziyyət-

lərə  qarĢı  qəti  tədbirlər  görürdü.  Bunu  1918-ci  ilin  noyabrında  




 

89 


Azərbaycan  Respublikasının  hərbi  naziri,  tam  artilleriya  generalı 

Səməd  bəy  Mehmandarovun  (“səməd”  ərəb  sözüdür,  ”əbədi”, 

”daimi”,  ”əbədiuyaĢar”,  ”əbədi  mövcud  olan”  deməkdir.  Səməd 

Allahın  99  gözəl  adından  biridir)  daxili  iĢlər  nazirinə  ünvanladığı 

aĢağıdakı  müraciət  də  sübut  edir.  (Həmin  vaxt  M.S.  Ağabəyzadə 

hökumətin qərarı ilə rəsmən daxili iĢlər naziri vəzifəsində sayılan B. 

CavanĢirin əvəzinə daxili iĢlər vəzifəsini daĢıyırdı. B. CavanĢir isə 

yaranmıĢ  zərurətlə  əlaqədar  olaraq,  ancaq  sənaye  və  ticarət  naziri 

vəzifəsini aparırdı).Məktub-müraciətdə deyilirdi: 

- Zati-Aliləri Azərbaycan Respublikasının  Daxili  ĠĢlər 

Naziri  Cənablarına! 

Noyabr, 1918-ci il. 



Hərbi  xidmətə  yeni  çağırılmış  əsgərlər  arasında,  hələ  türk 

komandanlığı vaxtından başlanmış fərarilik indi də davam edir. 

Əvvəllər  buna  əsaslı  səbəblər  var  idi:-məsələn,  pis  qida,  ge-

yim və ayaqqabının verilməməsi, ən başlıcası isə, türk rəisləri gənc 

əsgərləri  amansızcasına  döyürdülər.İndi-Silahlı  Qüvvələrə  koman-

danlıq  mənə  taqşırıldığı  bir  vaxtda,  hərbi  hissələrdə  xidmət  şəraiti 

əhəmiyyətli  dərəcədə  dəyişilmişdir,  qida  yaxşılaşmış,  geyim  və 

ayaqqabı  verilir,  döyülməyə  gəldikdə  isə,  türk  komandanlığı  vax-

tında tətbiq olunan döymələrin qanun qarşısında bütün möhkəmliyi 

ilə məsuliyyət daşımaq qorxusu altında gələcəkdə təkrar olunmama-

sı  barədə  ciddi  sərəncam  verilmişdir    və  buna  hissə  komandirləri 

nəzarət  edir.  Lakin  bütün  bunlara  baxmayaraq,  yuxarıda  qeyd  et-

diyimiz  kimi,fərarilik  davam  edir.  Mənim  aydınlaşdırdığıma  görə, 

bunun başlıca səbəbləri aşağıdakılardır: 

-  Birincisi,  türk hərbi rəislərinin orduya yeni  əsgərləri  qeyri-

düzgün  və  qeyri-bərabər  qəbul  etməsidir.  Onlar  çəkinmədən,  açıq 

surətdə rəhbərlik tərəfindən yeni əsgərləri qəbul etmək üçün verilən 

təlimatlara  məhəl  qoymur,  orduya  öz  istədikləri  kimi,  xüsusilə,  pul 

verib qurtula bilməyənləri yığırdılar. Heç bir varlı, tacir oğlu hərbi 

xidmətə  çağırılmamışdır.  Hərbi  hissələrdə  bəy  uşaqları  da  yoxdur. 

Onlardan  bəzisi  praporşiklər  məktəbində  oxuyurlar,  buraya  isə  öz 

arzuları ilə daxil olmuşlar. 

İkincisi,  beləliklə,  hərbi  mükəlləfiyyətin  bütün  ağırlığı  kasıb-

ların çoxluğuna görə kənd cavanlarının üzərinə düşmüşdü, vəzifəli 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə